Fransa baş naziri istefa verdi - Makron çətin durumda .....                        Azərbaycandan bu ölkələrə sərt cavab .....                        Ermənistanın Azərbaycana müsbət cavab verməsini gözləyirik - Çavuşoğlu .....                        Rüfət Səfərovla bağlı qərar verildi .....                        Gürcüstan müxalifəti debatdan yayındı .....                        Ceyhun Bayramov Aİ rəsmisi ilə görüş keçirdi .....                        Fransada kütləvi nümayişlər başlayır .....                        Sazişin 90 faizi razılaşdırılıb - Paşinyan .....                        “20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir .....                       
21-08-2022, 16:49
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

21-08-2022, 08:10

"Nur ocağı" ədəbi məclisi Samirə Sahibin şeirlərini təqdim edir:


"Nur ocağı" ədəbi məclisi Samirə Sahibin şeirlərini təqdim edir:
Vaxtında qıl namazı
Gəldi azan avazı,
Hazır et canamazı.
Alaraq dəstəmazı,
Vaxtında qıl namazı.

Boş keçirmə zamanı,
Tanı Rəbbini, tanı.
Eşidəndə azanı,
Vaxtında qıl namazı.

Demə zaman var hələ.
Ümid yox ildən ilə.
Allah buyurub belə:
Vaxtında qıl namazı!
Ömrünü vermə yelə,
Dən düşər qara telə.
Savabın dönsün selə,
Vaxtında qıl namazı.

Şeytan qurar min tələ,
Gəl, uyma sən hər felə.
Qulaqda sırğa elə-
Vaxtında qıl namazı.

İmana gəl, ey adam,
Rəbbi an səhər-axşam.
Sübh, Zöhr, Əsr, Xüftən, Şam,
Vaxtında qıl namazı.

Oruc tut Ramazanda,
Rəcəbdə, həm Şabanda.
Nə qədər güc var canda,
Vaxtında qıl namazı.

Samirə, bil nəhayət,
Vardır Həşr, Qiyamət!
Allaha et itaət,
Vaxtında qıl namazı.

Çağırsan
Elə dəyişmişəm mən, mən deyiləm,
Müqəddəs sevgiyə düşmən deyiləm.
Səni sevdiyimə peşman deyiləm,
Sevirəm, çağırsan gələrəm yenə.

Ümidim, pənahım, güman yerimsən,
İçimdə çağlayan ümman yerimsən,
Andım, sədaqətim, iman yerimsən,
Sevirəm, çağırsan gələrəm yenə.

Kök salıb qəlbimə odlu məhəbbət,
Taleyə yazılsın gözəl səadət.
Bu sənə agahdır, bilirsən əlbət,
Sevirəm, çağırsan gələrəm yenə.

Ayırmaq çətindir yaxşıdan pisi,
Günahkar bilmirəm, vallah, heç kəsi.
Ölməz ürəyimdə sevgi həvəsi,
Sevirəm, çağırsan gələrəm yenə.

Rəbbimdən dilərəm, olasan qəmsiz,
Samirə sənindir, olsa da sənsiz.
Yaşamaq istəsən sən, əgər mənsiz,
Çağırsan, sevsəm də gəlmərəm yenə.

Gəl
Düşünürəm səni hər an,
Ayrılığa vermə aman,
Elə indi, bax bu zaman ,
Gözləyirəm, sən mənə gəl.

Yağsa yağış, əssə külək,
Qoymaram ki, zalım fələk
Sevgimizə qursun kələk,
Bir ömürlük güvənə gəl.

Yollarına düzdüm çiçək,
Yarpaqları ləçək-ləçək,
Samirəyəm tənha və tək,
Səni qəlbən sevənə gəl.

Gedirəm
Aldanmışdım sənin şirin sözünə,
Ay kimi parlayan nurlu üzünə,
Məni məftun edən ala gözünə,
Son dəfə uzaqdan baxıb gedirəm.

Hicran libasını mən geyə-geyə,
Həsrət süfrəsində qəm yeyə-yeyə,
Sənə acı kəlmə deməyim deyə,
Dilimi dişimlə sıxıb gedirəm.

Samirəyəm eşqə deyib "əlvida",
Nakam sevgimizə qoyuram nida,
Üz tutub dənizə tapıb bir ada,
Sən olan şəhərdən çıxıb gedirəm.

Şair qəlbi
Gördü, açıb tər yasəmən,
Göz oxşayır yaşıl çəmən,
Qələm işə düşdü həmən,
Şair qəlbi kövrək olur.

Gah boşalıb, gah da dolan,
Həm saralıb, həm də solan,
Duyğulara əsir olan,
Şair qəlbi kövrək olur.

Yazdı sağdan, yazdı soldan,
Dalandakı o dar yoldan,
Həm moruqdan, həm də koldan,
Şair qəlbi kövrək olur.

Yazdı ana ürəyindən,
O qanadsız mələyindən,
Hər anına gərəyindən,
Şair qəlbi kövrək olur.

Yazdı qaçan uşaqlardan,
İgid, ərən, qoçaqlardan,
Gur-gur yanan ocaqlardan,
Şair qəlbi kövrək olur.

Yazdı yarın vəfasından,
Məhəbbətin cəfasından,
Xoşbəxtliyin səfasından,
Şair qəlbi kövrək olur.

Yazdı quşun lələyindən,
Xoş ətirli çiçəyindən,
Arzu, istək, diləyindən,
Şair qəlbi kövrək olur.

Yazdı toydan, yazdı vaydan,
Küçədəki hay-haraydan,
Allah verən gözəl paydan,
Şair qəlbi kövrək olur.

Samirə, düz elə düzdür,
Odun sonu sönən közdür,
Kim deyibsə, doğru sözdür,
Şair qəlbi kövrək olur.

Biləydim
Deyirlər, yar mənsiz saralıb, solub
Həsrətdən gözləri qan ilə dolub.
İstərdim əlində bir dəsmal olub,
Axan göz yaşını silə biləydim.

Zülmət gecələrə nur saça-saça,
Sən olan mənzilə yol aça-aça,
Son qoyub hicrana mən, uça-uça,
Quş olub yanına gələ biləydim.

Qəlbimdən qüssəni, nisgili atıb,
Sənə qovuşaraq murada çatıb,
Sevgimi ən şirin duyğuya qatıb,
Bir gün mən ürəkdən gülə biləydim.

Sözümü, sirrimi deyərdim sənə,
İnamlı ümidlər verərdin mənə.
Arzumdur, qayıdıb yenə dünənə,
Səninlə dərdimi bölə biləydim.

Samirə, həyatın oldu qəm, kədər,
Yardan ayrı düşmək ölümdən betər.
Kaş ki, son nəfəsi verməyib hədər,
Sənin qollarında ölə biləydim.

Baş əymədim
Sevinc əkdim, kədər biçdim,
Bal istədim, zəhər içdim.
Şükür olsun haqqı seçdim,
Baş əymədim nahaqqa mən.

Axar sular bulandı çox,
Qüssə boldur, sevincsə yox.
Güvənimə dəysə də ox,
Baş əymədim nahaqqa mən.

Şeytan məni saldı dara,
Fikirlərim oldu qara.
Əzabları yara-yara,
Baş əymədim nahaqqa mən.

Tərs dolanır sanki dünya,
Kabus oldu hər bir röya.
Çətinliyi duya-duya,
Baş əymədim nahaqqa mən.

Bahara mən qış demədim,
"Pambıqla kəs baş" demədim.
Olan oldu, "kaş" demədim,
Baş əymədim nahaqqa mən.

Boğdu məni dərddən qəhər,
Zülmət oldu aydın səhər.
Gətirərək tab birtəhər,
Baş əymədim nahaqqa mən.

Ömür yolum çətin olub,
Qəmim yüz yox, min-min olub.
Samirəyəm, mətin olub,
Baş əymədim nahaqqa mən.

İmtahanım
Heç bilmədim necə oldu,
Gündüzlərim gecə oldu.
Dərdin sayı neçə oldu?
Nə ağırmış imtahanım?!

Həyat mənə qurdu tələ,
Xəyallarım getdi yelə.
Nədən bəxtim gəldi belə?
Nə ağırmış imtahanım?!

Bağım-bağçam xəzan oldu,
Gül-çiçəyim vaxtsız soldu.
Taleyimə zülmət doldu,
Nə ağırmış imtahanım?!

Dost dediyim nankor çıxdı,
Zalım fələk yaman yıxdı.
Qüssə-kədər məni sıxdı,
Nə ağırmış imtahanım?!

Şikayəti kimə yazım?-
Qışa döndü bahar, yazım.
Qəliz oldu alın yazım,
Nə ağırmış imtahanım?!

Qaranlıqlar sirdaşımdır,
Çarəsizlik qardaşımdır,
Tənhalığım yoldaşımdır,
Nə ağırmış imtahanım?!

Gileylənib çox ağladım,
Gənc ömrümə yas saxladım.
Arzulara daş bağladım,
Nə ağırmış imtahanım?!

Donub sanki, keçmir zaman...
İtdi ümid, itdi güman.
Şər gələrsə, verməz aman,
Nə ağırmış imtahanım?!

Yaşananlar bir hikmətdir,
Axirətə zəmanətdir.
Belə demək qəbahətdir-
Nə ağırmış imtahanım?!

Samirə, üz tut dərgaha,
Pənah apar tək Allaha.
Yetər, bəsdir, demə daha
Nə ağırmış imtahanım?

Cavab tapmadım
Yamanlıq çoxalır, yaxşılıq itir,
Xeyir geriləyir, şər öndə gedir.
İblislər nə üçün sultanlıq edir?
Düşündüm bunları, cavab tapmadım.

Dərdini deməyə tapmırsan bacı,
Xəyanət olubdur indi baş tacı.
Yalan niyə şirin, həqiqət acı?
Düşündüm bunları, cavab tapmadım.

Sevən seviləndən gözləyir vəfa.
Yaxşı insanların qisməti cəfa.
Bəs hanı xoşbəxtlik, hardadır səfa?
Düşündüm bunları, cavab tapmadım.

Böyüyə-kiçiyə qalmayıb hörmət,
Quruşa satılır namus, ar, iffət.
Haradan alırlar bir belə cürət?
Düşündüm bunları, cavab tapmadım.

Samirə, de görüm, hanı ədalət?
Haqlılar, doğrular çəkir xəcalət.
Nə üçün insanlar edir ədavət?
Düşündüm bunları, cavab tapmadım.


21-08-2022, 00:04
Çin lideri Baydendən nə istəyib? - Detallar üzə çıxdı


Çin lideri Baydendən nə istəyib? - Detallar üzə çıxdı

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər etməsindən bir neçə gün əvvəl Çin lideri Si Cinpin telefon danışığında ABŞ prezidenti Co Baydendən səfərin qarşısını almasını istəyib. Bu barədə “The Washington Post” qəzeti Ağ Evdəki mənbələrə istinadən yazıb. Qəzetin həmsöhbətlərinin sözlərinə görə, Bayden Si Cinpinə deyib ki, o, Pelosini səfərdən imtina etməyə məcbur etmək hüququna malik deyil. Bayden, həmçinin bildirib ki, Pelosi ABŞ Konqresinin digər üzvləri kimi xarici səfərlərlə bağlı müstəqil qərar qəbul edə bilər. Nəşrin yazdığına görə, spiker iki halda səfər qərarını yenidən nəzərdən keçirməyə hazır olub. Belə ki, əgər Bayden birbaşa ondan xahiş etsə və ya Tayvan prezidenti onun dəvətini rəsmi olaraq geri götürsə, Pelosi adaya səfərini ləğv edə bilərdi.
21-08-2022, 00:02
“Neftçi” məğlub oldu


“Neftçi” məğlub oldu

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu baş tutub. Butov.az xəbər verir ki, "Neftçi" komandası "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da keçirilən qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra xallarını 9-a çatdıran "Sabah" liderliyini möhkəmlədib. "Neftçi" isə 6 xalla 2-ci pillədə qərarlaşıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!