Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
15-08-2022, 18:15
Donbasda vurulan təyyarə ilə bağlı qərar bu tarixdə açıqlanacaq


Donbasda vurulan təyyarə ilə bağlı qərar bu tarixdə açıqlanacaq

Niderklandın Haaqa Məhkəməsi 2014-cü il iyulun 17-də Ukraynanın Donetsk vilayəti üzərində Malayziyaya məxsus “Boeing 777” təyyarəsinin vurulması ilə bağlı qərarı noybarın 17-də açıqlayacaq. Bu barədə "Reuters" Hollandiya məhkəməsinə istinadən məlumat yayıb. Xatırladaq ki, 17 iyul 2014-cü ildə Donetsk vilayətində Amsterdam-Kuala Lumpur marşrutu ilə hərəkət edən və “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsinin vurulması nəticəsində təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olmuşdu. Təyyarə Rusiyanın “Buk” zenit-raket kompleksi tərəfindən vurulub. Yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində də iş üzrə dinləmələr başlayıb. Məhkəmə 2020-ci ilin mart ayından davam edir, iş üzrə təqsirləndirilən şəxslərdən üçü Rusiya və biri Ukrayna vətəndaşıdır. Ötən ilin dekabrında Niderland prokurorluğu dörd müttəhimə ömürlük həbs cəzası verilməsini tələb edib.
15-08-2022, 18:13
Çində dünyanı qorxuya salan yeni virus yayılır


Çində dünyanı qorxuya salan yeni virus yayılır

Çinin iki əyalətində təhlükəli Lanqa virusu aşkarlanıb. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada virusun Henan və Şandun bölgələrində 35 nəfərdə aşkar edildiyi bildirilib. İddialarda virusun heyvandan insana keçdiyi deyilir. Zhu Feng adlı çinli həkim bu faktı təsdiqləyib. Yeni virus haqqında danışan mütəxəssis xəstəliyin siçan kimi canlılar tərəfindən insanlara keçdiyini açıqlayıb. O, bəzi xəstələrdə simptomların ağır olduğunu söyləyib: "Bütün xəstələr yüksək hərarət şikayəti ilə xəstəxanaya gəlib. Əksəriyyətində öskürək və halsızlıq var, lakin bəzilərində pnevmoniya və trombosit sayının azalması kimi ciddi simptomlar müşahidə edirik". Həkimin sözlərinə görə, virusun niyə heyvandan insana keçdiyi bilinmir. Araşdırmalar davam edir. Tədqiqat zamanı 262 kəpənəkdən 71-də Lanqa virusuna rast gəlinib. Məlumata görə, siçanlarla yanaşı, virus it, kəpənək və keçilərdə də aşkar edilib. Xəstələrdə ilk günlər yüngül simptomlar müşahidə olunur. Xəstəliyin əsas əlamətləri zəiflik, öskürək, iştahsızlıq, yüksək hərarət, ürəkbulanma və əzələ ağrısıdır.
15-08-2022, 18:09
Avropa İttifaqı və 42 ölkə Rusiyaya qarşı birləşdi


Avropa İttifaqı və 42 ölkə Rusiyaya qarşı birləşdi

Avropa İttifaqı (Aİ) və 42 ölkə Rusiyaya qarşı birgə bəyanat verib. Butov.az xəbər verir ki, bəyanatda Rusiyanın Ukraynaya qarşı müharibə aparmaqla beynəlxalq hüququ pozduğu bildirilib, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-in Rusiya tərəfindən idarə olunmasının Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) əsas prinsipləri üçün böyük təhlükə yaratdığı vurğulanıb. Bəyanatda, həmçinin nüvə obyektində rus əsgərlərinin varlığının qəbuledilməz olduğu qeyd edilib: “Rusiya qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasında olması stansiyanın operatoruna, Ukrayna hakimiyyətinə,beynəlxalq konvensiyalar və MAQATE-nin təhlükəsizlik standartlarına uyğun olaraq nüvə və radiasiya təhlükəsizliyi üzrə öhdəliklərini yerinə yetirməyə mane olur, həmçinin MAQATE-nin təhlükəsizlik mandatını həyata keçirməsinə əngəl törədir. Biz Rusiyanı dərhal öz hərbi qüvvələrini və bütün şəxsi heyətini Zaporojye AES-dən, onun ətrafından, eləcə də Ukraynadan çıxarmağa çağırırıq”. Qeyd edək ki, birgə bəyanatı imzalayan ölkələr arasında Avropa İttifaqına üzv dövlətlər, o cümlədən Avstraliya, ABŞ, Böyük Britaniya, Yaponiya, Kanada, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Cənubi Koreya, Moldova və Türkiyə də yer alıb.
15-08-2022, 18:06
Tanınmış soydaşımız Avropa çempionu olub


Tanınmış soydaşımız Avropa çempionu olub

Xaricdə yaşayan soydaşlarımız idman sahəsində yeni uğurlar qazanmağa davam edir. Butov.az xəbər verir ki, bu dəfə Böyük Britaniyada yaşayan Azərbaycan əsilli Cesika Qədirova idman gimnastikası üzrə Avropa Çempionatında fəxri kürsünün ən yüksək pilləsini fəth etməklə azarkeşlərini və xalqımızı sevindirib. Almaniyanın Münhen şəhərində 11–14 avqust 2022-ci il tarixində keçirilən çempionatda 17 yaşlı soydaşımız xalça üzərində hərəkətlərdə idman gimnastikası üzrə Avropa çempionu olub. İkinci və üçüncü yerləri İtaliya gimnastları Martina Macio və Anjela Andreolli tutub. Qeyd edək ki, Cesikanın əkiz bacısı Cenifer Qədirova da gimnastdır. Onlar müxtəlif beynəlxalq yarışların qalibi və mükafatçısı olublar. Tokio Yay Olimpiya Oyunlarında isə komanda şəklində üçüncü yeri tutaraq, son 93 ildə ilk dəfə bu idman növü üzrə Olimpiya medalını Böyük Britaniyaya qazandırıblar. Bacıların valideynləri 2001-ci ildə Azərbaycandan Böyük Britaniyaya köçüblər. Əkizlər 2004-cü il 3 oktyabr tarixində İrlandiyanın Dublin şəhərində anadan olublar. İngiltərə və İrlandiya vətəndaşı olan Qədirova bacıları altı yaşlarından etibarən gimnastika ilə məşğul olurlar. Diasporla İş üzrə Dövlət Komitəsi Avropanın yeni çempionunu və valideynlərini səmimi qəlbdən təbrik edir, gələcək yarışlarda davamlı uğurlar qazanmağı arzulayır.

15-08-2022, 17:54
“Rusiya hərbçiləri addım-addım Donbası azad edir” - Putin


“Rusiya hərbçiləri addım-addım Donbası azad edir” - Putin

Prezident Vladimir Putin bildirib ki, Rusiya ordusu Donbas torpaqlarını addım-addım azad etməklə bütün tapşırıqları aydın şəkildə yerinə yetirir. Butov.az xəbər verir ki, Putin bunu “Ordu - 2022” forumunda çıxışı zamanı deyib. "Bu gün xüsusi hərbi əməliyyat zamanı əsgərlərimiz Donbas döyüşçüləri ilə birlikdə öz vəzifələrini şərəflə yerinə yetirir, Rusiya uğrunda, “Donetsk və Luqansk Xalq respublikaları”nda dinc həyat uğrunda vuruşurlar. Onlar qarşıya qoyulan bütün vəzifələri aydın şəkildə yerinə yetirirlər. Donbass torpağını addım-addım azad edirlər”, - Putin vurğulayıb.
15-08-2022, 17:49
Şahdağ Milli Parkı yanır


Şahdağ Milli Parkı yanır
Qəbələ rayonunda yerləşən meşəlik ərazidə yanğın başlayıb. Butov.az xəbər verib ki, yanğın Şahdağ Milli Parkının ərazisində qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunub. Hazırda yanğının söndürülməsi üçün işlər görülür.

15-08-2022, 17:46
Şabranda güclü yanğın - 3 ev külə döndü


Şabranda güclü yanğın - 3 ev külə döndü

Şabranın Dağbilici kəndinin ərazisində güclü yanğın başlayıb. Butov.az-ın məlumatına görə, kənd sakinlərinə məxsus biçilmiş əkin sahələri yanır. Yanğının qarşısının alınması üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları eləcə də ətraf rayonlardan da qüvvələr cəlb olunub. Yerli sözlərinə görə, yanğın qonşu Mumlu və Qazma kəndlərinə də keçib. Hadisə zamanı 3 evin, kənd ərazisindəki otlaq sahələrinin yandığı bildirilir. Hazırda yanğın davam edir. Külək yanğının qarşısının alınmasına mane olur.
15-08-2022, 17:41
Türkiyə rəsmiləri “F-16” almaq üçün ABŞ-a gedib


Türkiyə rəsmiləri “F-16” almaq üçün ABŞ-a gedib

Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti “F16” qırıcılarının tədarükü və modernləşdirilməsinə dair danışıqları davam etdirmək məqsədilə ABŞ-a səfər edib. Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Qeyd edilib ki, iki ölkənin hərbi-texniki heyətləri 2021-ci ilin fevral, 2022-ci ilin mart aylarındakı görüşlər daxil olmaqla, üç dəfə Türkiyədə görüşüblər.
15-08-2022, 17:36
İslamiada: Daha iki cüdoçumuz finala çıxdı


İslamiada: Daha iki cüdoçumuz finala çıxdı

Cüdoçularımızın V İslam Həmrəyliyi Oyunlarında mübarizəsi davam edir. Butov.az xəbər verir ki, təmsilçilərimizdən Könül Əliyeva (48 kq) və Nəriman Mirzəyev (73 kq) uğurla çıxış edərək finala yüksəliblər. Bundan əvvəl tatami ustamız Balabəy Ağayev (60 kq) də həlledici mərhələyə vəsiqə qazanıb. Telman Vəliyev (73 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar. Bu gün V İslam Həmrəyliyi Oyunlarında cüdoçularımız mübarizəyə qatılıblar. Təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) yarımfinalda Türkmənistan təmsilçisi Hakberdi Jumayevi məğlub edərək finala yüksəlib. Digər cüdoçularımızdan Nəriman Mirzəyev (73 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) yarımfinala vəsiqə qazanıblar. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.
15-08-2022, 17:32
Rusiyaya casusluq edən həkim həbs olundu


Rusiyaya casusluq edən həkim həbs olundu

Ukraynada Rusiyanın xüsusi xidmət orqanlarına casusluq edən şəxs ifşa olunub. Bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxs Odessa vilayətində həkim işləyib. Onun Ukrayna Silahlı Qüvvələrinin mövqeləri və hərbi obyektləri barədə Rusiyaya məlumat ötürdüyü müəyyən edilib. Saxlanılan şəxs barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda faktla əlaqədar araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!