"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
13-08-2022, 23:05
Salman Rüşdinin bıçaqlanmasına BMT-dən reaksiya


Salman Rüşdinin bıçaqlanmasına BMT-dən reaksiya

BMT-nin Baş katibi Antonio Quterreş məşhur yazıçı Salman Rüşdiyə hücumla bağlı xəbərdən şoka düşüb. Bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. O, yazıçıya edilən hücumu pisləyib. “Heç bir halda zorakılıq başqa insanların söylədiyi və ya yazdığı sözlərə cavab ola bilməz”, - Dujarrik qeyd edib. Qeyd edək ki, ötən gün Hindistanın məşhur yazıçısı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb. Salman Rüşdi tədbirdə çıxış edən zaman bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona xəsarət yetirib.
13-08-2022, 23:02
“Qarabağ” “Sumqayıt”ı məğlub etdi


“Qarabağ” “Sumqayıt”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının II turunda ölkə çempionu "Qarabağ" klubu "Sumqayıt"ın qonağı olub. Butov.az xəbər verir ki, "Kapital Bank Arena"da təşkil olunan qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubu xallarının sayını 6-ya çatdırıb, rəqib isə iki oyundan sonra xalsız qalıb.
13-08-2022, 22:59
Yağışdan ölənlərin sayı 182 nəfərə çatdı


Yağışdan ölənlərin sayı 182 nəfərə çatdı

Pakistanın Bəlucistan və Sind əyalətlərində güclü yağışlar nəticəsində daha 10 nəfər həyatını itirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Təkcə Bəlucistanın Kila Abdullah şəhərində daşqın zamanı 6 nəfər ölüb. Bölgədə iyunun 1-dən musson yağışlarında ölənlərin sayı ümumilikdə 182 nəfərə yüksəlib. Səlahiyyətlilər bir çox kənd təsərrüfatı sahəsinin su altında qaldığını və 40 mindən çox evə ziyan dəydiyini bildirib. Məlumata görə, bütün regionda 2100 kilometr avtomobil yolu və 25 körpü yağışlar nəticəsində zədələnib.
13-08-2022, 22:56
“Qarabağ”ın oyununa biletlər satışa çıxarılır


“Qarabağ”ın oyununa biletlər satışa çıxarılır

Ağdamın “Qarabağ” və Çex Respublikasının “Viktoriya” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun biletləri sabah - avqustun 14-də satışa çıxarılacaq. Butov.az xəbər verir ki, biletlərin qiymətləri müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manatdır. Biletləri Iticket.az-ın satış məntəqələrindən və iticket.az-da onlayn qaydada, “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopundan (11:00-dan 20:00-dək), Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından (11:00-dan 20:00-dək), eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək olar. Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma 20:45-də başlayacaq. Komandalar arasında cavab matçı avqustun 23-də Plzen şəhərində təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
13-08-2022, 22:53
Çin təyyarələri Tayvan boğazını keçdi


Çin təyyarələri Tayvan boğazını keçdi

Çin Tayvan adası yaxınlığında hərbi fəaliyyətini davam etdirir. Bu barədə Tayvan administrasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, şənbə günü Çin Hərbi Hava Qüvvələrinə məxsus 13 təyyarə Tayvan boğazının orta xəttini keçib. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.
13-08-2022, 22:50
Salman Rüşdiyə hücum edən şəxs həbs olundu


Salman Rüşdiyə hücum edən şəxs həbs olundu

Avqustun 12-də məşhur yazıçı Salman Rüşdiyə hücum edən şəxs Nyu-York polisi tərəfindən həbs olunub. Bu barədə "Reuters" agentliyi Amerika prokurorlarına istinadən məlumat yayıb. Hadi Matar adlı şəxs qəsdən adam öldürməyə cəhd və hücumda ittiham olunub. Qeyd edək ki, ötən gün Hindistanın məşhur yazıçısı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb. Salman Rüşdi tədbirdə çıxış edən zaman bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona xəsarət yetirib. Dünya şöhrətli yazıçıya 10-15 bıçaq zərbəsi vurulduğu deyilir. Ehtimal olunur ki, yazıçıya bıçaqlı hücum 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabına görə olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş, hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi. Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları yer alıb. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.
13-08-2022, 22:11
Gimnastlarımız Konyada qızıl medal qazandı


Gimnastlarımız Konyada qızıl medal qazandı

Bədii gimnastlarımız Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi təsnifat yarışlarında çıxışlarını başa vurublar. Butov.az xəbər verir ki, son olaraq gimnastlarımız - Zöhrə Ağamirova və İlona Zeynalova lentlə proqramlarını təqdim ediblər. Z.Ağamirovanın çıxışı 31,200, İ.Zeynalavanın proqramı isə 30,400 xalla qiymətləndirilib. Dörd hərəkətin cəmində Azərbaycan millisi 252,300 xalla komanda yarışlarında birinci olub. Hesabında 248,500 xalla Özbəkistan ikinci, 240,100 xalla isə Qazaxıstan komandası üçüncü pillədə qərarlaşıblar. Yarışda ölkəmiz üç gimnast – Z.Ağamirova, İ.Zeynalova və Alina Gözəlova ilə təmsil olunur.
13-08-2022, 22:09
Abdullah Gül koronavirusa yoluxdu


Abdullah Gül koronavirusa yoluxdu

Türkiyənin sabiq prezidenti Abdullah Gül koronavirusa (COVID-19) yoluxub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. O, təcrid edilib və müalicəsini evində davam etdirir. Sabiq dövlət başçısının xəstəliyi yüngül keçirdiyi deyilir. Qeyd edək ki, Abdullah Gül Türkiyənin 11-ci prezidenti olub.
13-08-2022, 22:07
Avropadan Rusiyaya məhsul ixracı 18% artıb


Avropadan Rusiyaya məhsul ixracı 18% artıb

İyun ayında Avropa İttifaqına üzv ölkələrin Rusiyaya mal ixracı 4,45 milyard avroya çatıb. Bu barədə RBC agentliyi Avropa Statistika qurumuna istinadən məlumat yayıb. İyun ayında malların ixracı may ayı (3,78 milyard avro) ilə müqayisədə 18% çoxdur. Bildirilir ki, Rusiyaya ən çox parfümeriya və kosmetika məhsulları ixracı artıb (38%, 234 milyon avro), eləcə də tibbi alətlər (optik, ölçmə, nəzarət) 38% artaraq 286 milyon avroya çatıb. Plastik və plastik məmulatların ixracı 16% artaraq 234 milyon avroya, elektrik avadanlıqları və komponentlərinin ixracı isə 7% artaraq 187 milyon avroya çatıb. Avropa İttifaqı ölkələri arasında Rusiyada ən böyük mal ixracatçısı Almaniyadır (iyun ayında 1,16 milyard avro, may ayı ilə müqayisədə +5,4%). İkinci yerdə İtaliya (523 milyon avro, may ayı ilə müqayisədə +2,9%) qərarlaşıb. Baltikyanı ölkələrdən ixrac iyunda may ayı ilə müqayisədə 34% artaraq 481 milyon avroya çatıb.
13-08-2022, 22:04
“Taliban”  etirazçı qadınlara atəş açdı - Yaralılar var


“Taliban” etirazçı qadınlara atəş açdı - Yaralılar var

Əfqanıstanın paytaxtı Kabil şəhərində qadınlar etiraz aksiyası keçirib. Bu barədə "Afgan Times" nəşri məlumat yayıb. Qadınlar azadlıq, təhsil və işləmək hüququnun müdafiəsi üçün küçələrə çıxıblar. "Taliban" silahlıları aksiyaya sərt müdaxilə edib və etirazçılara atəş açıblar. Nümayişi dağıdarkən iki jurnalist yaralanıb. Şahidlərin sözlərinə görə, jurnalistlərdən biri “Afgan Times”, digəri “Roidad News”un əməkdaşıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!