Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
21-08-2022, 23:48
Qərb liderlərindən Ukraynaya dəstək


Qərb liderlərindən Ukraynaya dəstək

Almaniya kansleri Olaf Şolts, ABŞ prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı baş tutub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Zaporojye atom elektrik stansiyasındakı vəziyyət müzakirə edilib. Söhbət zamanı Qərb liderləri stansiyanın təhlükəsizliyinin təmin edilməsinə, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) əməkdaşlarının AES-ə səfər etməsinə çağırıblar. Dörd ölkənin liderləri növbəti dəfə Ukraynaya dəstək nümayiş etdiriblər. Liderlər, həmçinin Yaxın Şərq regionunda tərəfdaşlara dəstəyin gücləndirilməsinin zəruriliyini və İranın sabitliyi pozan regional fəaliyyətlərini məhdudlaşdırmaq üçün birgə səyləri müzakirə ediblər.
21-08-2022, 23:37
Ermənilərin çoxu Laçından çıxıb


Ermənilərin çoxu Laçından çıxıb

Laçın rayonunun Zabux və Sus kəndlərində, eləcə də Laçın şəhərində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti ərazini tərk edib. Bu barədə “Kavkazskiy uzel” nəşri yazıb. Bildirilir ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgələrdə cəmi bir neçə ailə qalıb. Ermənilərin bəziləri Xankəndinə, qalanı Ermənistana gedib. Nəşr yazır ki, qondarma qurumun Laçındakı "nümayəndəsi" ermənilərə yaşayış məntəqələrini tərk etməyi tapşırıb. Bəzi ailələrə əlavə 5 gün vaxt verilib. Məlumata görə, hər üç yaşayış məntəqəsində artıq elektrik enerjisi və rabitə xətti kəsilib. Laçında yerləşən mağazalardan birinin sahibi Aida Balikyan qeyd edib ki, şəhərdə işğal illərində məskunlaşıb. “Ermənistan hökuməti eksperiment olaraq bizi Laçına yerləşdirdiklərini söylədi. Biz də hökumətə inandıq və bu yerlərə gəldik. Məlum oldu ki, verdikləri vədlərin hamısı yalandır”, - deyə o qeyd edib.
21-08-2022, 23:34
Lənkəranda həkim intihar edib


Lənkəranda həkim intihar edib

Lənkəranda tanınmış stomatoloq intihar edib. Butov.az xəbər verir ki, hadisə şəhərin Raypo adlanan ərazisində baş verib. 1986-cı il təvəllüdlü Müşfiq Zaman oğlu Bağırov yarımçıq tikilidə özünü asaraq intihar edib. Lənkəran rayon prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Ölümün səbəbləri araşdırılır. Faktla bağlı araşdırmalar davam edir.
21-08-2022, 23:32
Kipr Türkiyəyə qarşı İsraildən “Dəmir günbəz” alır


Kipr Türkiyəyə qarşı İsraildən “Dəmir günbəz” alır

Kipr İsraildən "Dəmir günbəz" hava hücumundan müdafiə sistemləri almaq istəyir. Bu barədə Yunanıstanın "Kathimerini" qəzəti məlumat yayıb. Bildirilir ki, Kiprin Müdafiə Nazirliyi "Dəmir günbəz"in alınması ilə bağlı hökumətin qərarını həyata keçirməyə başlayıb və artıq İsraillə müqavilələr imzalanıb. İsrail Müdafiə Nazirliyi məlumatı şərh etmək istəməyib. Nəşrin məlumatına görə, sistem Kipr tərəfindən Türkiyəyə qarşı istifadə ediləcək.
21-08-2022, 23:28
“Qəbələ” liderliyə yüksəldi


“Qəbələ” liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda "Kəpəz" klubu "Qəbələ" ilə üz-üzə gəlib. Butov.az xəbər verir ki, görüş "Qəbələ"nin 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Qəbələ" liderliyə yüksəlib. İkinci sırada yer alan "Sabah" da eyni xala malikdir. 3 görüşün hamısında uduzan "Kəpəz" isə 9-cu sıradadır.
21-08-2022, 23:25
BƏƏ səfiri 6 ildən sonra İrana qayıdır


BƏƏ səfiri 6 ildən sonra İrana qayıdır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrandakı səfiri Seyf Məhəmməd əl-Zaabi yaxın günlərdə Tehrandakı vəzifəsini bərpa edəcək. Bu barədə “Reuters” BƏƏ Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. BƏƏ səfirinin İrana qayıtması Əbu-Dabinin diplomatik nümayəndəlik səviyyəsini səfir səviyyəsinə yüksəltmək barədə əvvəlki qərarı çərçivəsində baş tutub. Ölkənin İrandakı səfiri 2016-cı ilin yanvarında geri çağırılıb. BƏƏ hakimiyyəti İranın nüvə proqramına qarşı çıxıb və ABŞ-ın Tehrana qarşı məhdudiyyətlərini dəstəkləyib.
21-08-2022, 23:22
Rusiya ilk dəfə bu raketlərdən istifadə edib - Şoyqudan etiraf


Rusiya ilk dəfə bu raketlərdən istifadə edib - Şoyqudan etiraf

Rusiya ordusu Ukraynada döyüşlər zamanı “Kinjal” hipersəs raketindən üç dəfə istifadə edib. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Rusiya ordusu yüksək hədəflərə zərbə endirmək üçün sözügedən raketlərdən istifadə edib. Nazir onu da bildirib ki, raket yol boyu həm şaquli, həm də üfüqi müstəvilərdə trayektoriyasını dəyişir.
21-08-2022, 23:21
Siyəzən və Şabranda yanğınlar tam söndürüldü


Siyəzən və Şabranda yanğınlar tam söndürüldü

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Siyəzən və Şabran rayonları ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğınlar tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Havanın isti və küləkli, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğınların daha geniş ərazilərə yayılmasına imkan verilməyib. Yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb.




21-08-2022, 23:17
Gürcüstanda məhbus ailələri etiraza qalxdı


Gürcüstanda məhbus ailələri etiraza qalxdı

Gürcüstanın Rustavi rayonunda yerləşən cəzaçəkmə müəssisəsinin qarşısında məhbusların ailə üzvləri və yaxınları etiraz aksiyası keçirib. Butov.az xəbər verir ki, onlar məhkumların şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Aksiya iştirakçılarının sözlərinə görə, son vaxtlar cəzaçəkmə müəssisəsində 10-a yaxın məhbus onlara lazımi tibbi yardım göstərilmədiyi üçün aclıq aksiyasına başlayıb.
21-08-2022, 23:15
Cəlilabad bazarında yanğın


Cəlilabad bazarında yanğın

Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə FHN-dən bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!