Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
29-08-2022, 22:34
Şahmatçımız erməniyə qalib gəldi


Şahmatçımız erməniyə qalib gəldi

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb. Butov.az xəbər verir ki, Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib. Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub. Hazırda Ülviyyə Fətəliyevanın Monika Soçko (Polşa) və Səbinə İbrahimovanın Noqa Orian (İsrail) ilə görüşü davam edir.
29-08-2022, 22:32
Xarici vətəndaşların Xankəndiyə girişi qadağan edildi


Xarici vətəndaşların Xankəndiyə girişi qadağan edildi

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə xarici ölkə vətəndaşlarının girişi qadağan edilib. Bu barədə isveçli jurnalist Rasmus Kanbök "Twitter" hesabında yazıb. O, Xankəndiyə səfər etmək üçün Qarabağdakı separatçılara müraciət edib. Jurnalistə bildirilib ki, giriş icazələrinin verilməsi qeyri-müəyyən müddətə dayandırılıb.
29-08-2022, 22:29
İran XİN başçısı Moskvaya gedir


İran XİN başçısı Moskvaya gedir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər avqustun 31-i baş tutacaq. İranlı nazir rusiyalı həmkarı Serqey Lavrovla danışıqlar aparacaq. Görüş zamanı Ukrayna, Suriya, Əfqanıstan, Cənubi Qafqaz və Xəzər dənizi ətrafındakı vəziyyət müzakirə olunacaq.
29-08-2022, 22:21
Ağdaşda 8 otaqlı ev yandı


Ağdaşda 8 otaqlı ev yandı

Ağdaşda ümumi sahəsi 460 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 190 m² sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
29-08-2022, 22:19
“Nokia” Rusiyanı tamamilə tərk edir


“Nokia” Rusiyanı tamamilə tərk edir

Finlandiyanın “Nokia” şirkəti Rusiyada fəaliyyətini tamamilə dayandırır. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik bildirib ki, ilin sonuna qədər şirkətin Rusiyadakı əməkdaşlarının böyük əksəriyyəti “Nokia”dan ayrılacaq və bütün ofislər boşaldılacaq. "Nokia”nın Rusiyadakı mövcudluğu şirkət rəsmi şəkildə ləğv olunana qədər davam edəcək.
29-08-2022, 22:16
Daşqınlar Pakistana 10 milyard dollar ziyan vurub


Daşqınlar Pakistana 10 milyard dollar ziyan vurub

Son günlər Pakistanda müşahidə olunan daşqınlar ölkə iqtisadiyyatına 10 milyard dollar ziyan vurub. Bu barədə ölkənin planlaşdırma naziri Əhsan İqbal "Reuters" agentliyinə müsahibəsində bildirib. "Düşünürəm ki, ziyan çox böyük olacaq. Hələlik, ilkin hesablamalara görə, 10 milyard dollardan yüksəkdir", - nazir deyib. O, həmçinin kəskin ərzaq çatışmazlığı problemi ilə üzləşəcək ölkənin yenidən qurulması və reabilitasiyasının minimum beş il çəkə biləcəyini vurğulayıb. Nazirin sözlərinə görə, pambıq sahələrinin 45%-i sıradan çıxıb, həmçinin tərəvəz, meyvə və çəltik sahələrinə də böyük ziyan dəyib. Qeyd edək ki, Pakistanda musson yağışları nəticəsində 1000-dən çox insan həlak olub.
29-08-2022, 22:14
Zakir Həsənov komandanları topladı - Yeni təkliflər açıqlandı


Zakir Həsənov komandanları topladı - Yeni təkliflər açıqlandı

Azərbaycan Ordusunun maddi-texniki təminat məsələləri müzakirə edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin iştirakı ilə Maddi-Texniki Təminat Baş İdarəsində toplantı keçirilib. Müdafiə nazirinə məruzə olunub ki, Azərbaycan Ordusunda şəxsi heyətin təminat məsələlərinin yüksək səviyyədə saxlanılması daim diqqət mərkəzindədir. Bildirilib ki, qardaş Türkiyənin və digər qabaqcıl ölkələrin təcrübələrindən istifadə olunmaq şərtilə hərbi qulluqçuların xidmət şəraiti, ərazi relyefi və iqlim şəraitinə müvafiq olaraq təminat məsələlərinə dair təkliflər hazırlanıb. Təkliflərə əsasən bütün qoşun növləri üzrə silahlanmaya yeni qəbul edilən texnika və avadanlıqların, eləcə də texniki vəsaitlərin daha da səmərəli istifadəsi nəzərdə tutulur. Eyni zamanda hərbi qulluqçuların ümumqoşun quru ərzaq payı normasının tərkibi zənginləşdirilir. Qeyd olunub ki, yeni təkliflərin əsas məqsədi şəxsi heyətin bütün növ təminatını daha da yaxşılaşdırmaqdır. Sonra hərbi qulluqçuların təminat növlərində yeni təklif olunan nümunələrə baxış keçirilib. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin bütün təminat məsələlərinə nəzarətin gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişlər verib. General-polkovnik Z.Həsənov yeni təkliflərin nəzərə alınması ilə bağlı aidiyyəti şəxslər qarşısında tapşırıqlar qoyub.









29-08-2022, 22:08
Rusiya Suriyadakı S-300-ləri Krıma apardı


Rusiya Suriyadakı S-300-ləri Krıma apardı

Rusiya Suriyadakı aviabazasında yerləşdirdiyi S-300 zenit-raket komplekslərini Krıma aparıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. İsrailin "ImageSat İnternational" (ISI) peyk şirkətinin çəkdiyi görüntülər məlumatı təsdiqləyir. Belə ki, aprel ayında Suriyanın Masyaf şəhərində yerləşdirilən S-300 sistemi daha sonra Tartus limanında gəmiyə yüklənərkən peyk vasitəsilə görüntülənib. Məlumata görə, S-300 sistemləri Novorossiysk limanına aparılıb. Silah daşıyan mülki gəminin Türkiyənin Çanaqqala boğazından keçdiyi bildirilir.


29-08-2022, 22:05
İrandan Ermənistana yeni elektrik xətti çəkildi


İrandan Ermənistana yeni elektrik xətti çəkildi

İranın Şərqi Azərbaycan vilayətində Ermənistana gedən elektrik ötürücü xəttin açılışı olub. Bu barədə İranın "İrna" agentliyi məlumat yayıb. Xəttin uzunluğu 90 kilometrdir. Heris-Mehri elektrik ötürücü xətti İrandan Ermənistana 400 kilovat-saat elektrik enerjisi ixrac edəcək.
29-08-2022, 22:03
DTX-da müharibə iştirakçıları ilə görüş keçirildi


DTX-da müharibə iştirakçıları ilə görüş keçirildi

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Bu barədə DTX-nin Mətbuat xidmətindən məlumat verilib. Tədbir çərçivəsində DTX-nin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin abidəsi ziyarət olunub, daha sonra iştirakçılar “Bilgəh” istirahət mərkəzində DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramına tamaşa ediblər.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!