Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
16-08-2022, 22:51
Sürücüsüz avtobuslar sınaqdan keçirilir


Sürücüsüz avtobuslar sınaqdan keçirilir

Çinin Quandun əyalətinin mərkəzi olan Quanqcou şəhərində sürücüsüz sərnişin avtobusları sınaqdan keçirilib. Butov.az xəbər verir ki, "WeRide" və "Yutong Group" tərəfindən hazırlanmış ağıllı nəqliyyat vasitələri şəhərdə sınaq sürüşlərinə başlayıb. Vətəndaşlar avtobuslara minmək üçün mobil telefonla pulsuz qəbula yazılmaqla sınaq sürülərində iştirak edə bilərlər. Sürücüsüz avtobus ağıllı sensorlar sayəsində zolaqları dəyişdirərək tıxacda irəliləyə bilir.
16-08-2022, 22:49
Zaqatala qoruğunda yanğın oldu


Zaqatala qoruğunda yanğın oldu

Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib. Butov.az xəbər verir ki, yanğın bu gün bu gün Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu Qullar kənd inzibati ərazisinindəki qoz bağında baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb. Yanğın nəticəsində qoz bağının 0,3 hektar sahəsində quru ot, xəzəl və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
16-08-2022, 22:45
Ukraynada azərbaycanlı tələbə itkin düşdü


Ukraynada azərbaycanlı tələbə itkin düşdü

Ukraynada azərbaycanlı tələbə itkin düşüb. Bu barədə onun yaxınları bildiriblər. İtkin düşən şəxs Anar Elçin oğlu Çaybasarlıdır. O, Kiyevin Regionlararası Personal İdarəetmə Akademiyasının üçüncü kurs tələbəsidir. Valideynləri bir neçə gündür ki, Elçinlə əlaqə yarada bilmirlər.
16-08-2022, 22:44
Elmar Qasımov finalda məğlub oldu


Elmar Qasımov finalda məğlub oldu

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında cüdoçumuz Elmar Qasımov (100 kq) gümüş medal qazanıb. Butov.az xəbər verir ki, tatami ustası həlledici mərhələdə Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyevə uduzaraq ikinci yerlə kifayətlənib. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək
16-08-2022, 22:41
Azərbaycan Ukraynadan 148 milyon dollarlıq məhsul alıb


Azərbaycan Ukraynadan 148 milyon dollarlıq məhsul alıb

Cari ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 476,5 milyon dollar olub. Butov.az xəbər verir ki, 7 ay ərzində Azərbaycan Ukraynadan 148 milyon 236 min dollarlıq məhsul idxal edib. Ukraynaya ixrac edilən məhsulun dəyəri isə 328 milyon 268 min dollar olub. Ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib. Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikinci sırada yer alır.
16-08-2022, 22:39
Güləşçimiz dünya çempionu oldu


Güləşçimiz dünya çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb. Butov.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub. İdmançımız rəqibinə 13:7 hesabı ilə qalib gələrək karyerasında ilk dəfə dünya çempionu tituluna yiyələnib.
16-08-2022, 22:37
Hulusi Akar britaniyalı həmkarı ilə danışıqlar apardı


Hulusi Akar britaniyalı həmkarı ilə danışıqlar apardı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar britaniyalı həmkarı Ben Uolleslə telefon danışığı aparıb. Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Nazirlər ikitərəfli və regional müdafiə, təhlükəsizlik, eləcə də müdafiə sənayesində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
16-08-2022, 22:35
İslamiada: Üzgüçümüz qızıl medal qazandı


İslamiada: Üzgüçümüz qızıl medal qazandı

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçüsü qızıl medal qazanıb. Butov.az xəbər verir ki, idmançımız Ramil Vəlizadə finişə hamıdan tez çatıb. O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.
16-08-2022, 22:33
Ermənistanda matəm elan edildi


Ermənistanda matəm elan edildi

İrəvanda yerləşən "Surmalu" ticarət mərkəzində baş vermiş partlayışa görə Ermənistanda iki gün matəm elan olunub. Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan qərar verib. Qərara əsasən 17-18 avqust tarixlərində Ermənistanda matəm olacaq. Qeyd edək ki, partlayış nəticəsində 16 nəfər ölüb, 62 nəfər isə yaralanıb.
16-08-2022, 22:30
ABŞ-dan güc nümayişi - Yeni raket sınaqdan keçirildi


ABŞ-dan güc nümayişi - Yeni raket sınaqdan keçirildi

ABŞ ordusu "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, sınaq ABŞ nüvə qüvvələrinin hazırlığını sübut edib. Raket təxminən 6760 km məsafə qət edib və Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından buraxılıb. Hərbçilər daha əvvəl 300-ə yaxın belə sınaq keçirildiyini bildiriblər. "Boeing" şirkəti tərəfindən istehsal edilən və nüvə başlığı daşıya bilən "Minuteman III" ABŞ ordusunun strateji silahlarından biri hesab edilir. Raket 9660 km məsafəyə malikdir və saatda təxminən 24 000 km/saat sürətlə hərəkət edə bilir. Qeyd edək ki, bundan əvvəl mətbuatda raketin sınaqlarının bu ayın əvvəlində keçirilməsi planlaşdırıldığı bildirilib. Ancaq ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri nəticəsində Çinlə yaranan gərginlik səbəbindən sınaq təxirə salınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!