Keçmişdə yatanlar bu gün oyanır .....                        Ruhumuzun ehtiyacından doğan görüş .....                        İTV-yə yeni direktor müavini təyin olundu .....                        Yol kənarındakı qanunsuz tikililər söküldü - VİDEO .....                        Sizi çox sevirik, İslam müəllim!… .....                        Xankəndidə yenə silah-sursat tapıldı .....                        Spiker həmkarı ilə parlamentlər arasında əlaqələri müzakirə etdi .....                        Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTO .....                       
11-08-2022, 21:43
Ukraynada daha bir azərbaycanlı həlak oldu


Ukraynada daha bir azərbaycanlı həlak oldu

Rusiya qoşunlarının Dnepropetrovsk vilayətinin Marqanets şəhərini atəşə tutması nəticəsində həmyerlimiz Tofiq Məmməd oğlu Əsgərov həlak olub. Bu barədə Ukraynada yaşayan diaspor fəalı Ceyhun Kəsəmən bildirib. Onun sözlərinə görə, Rusiya ordusunun gecə saatlarında Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində 13 dinc sakin həlak olub. 11 nəfər yaralanıb, onlardan 5-nin vəziyyəti ağırdır. Həlak olanlardan biri 1966-cı il təvəllüdlü azərbaycanlı Tofiq Əsgərovdur. Məlumata görə, Tofiq Əsgərov Poltava Azərbaycanlıları Radasının sədri Fizuli Qəmbərovun qayınatasıdır.
11-08-2022, 21:39
4-cü doza vaksin məcburi olacaq?


4-cü doza vaksin məcburi olacaq?

Azərbaycanda yoluxma hallarının artması fonunda koronavirus əleyhinə 4-cü doza vaksinin məcburi olacağı deyilir. İddia olunur ki, payıza doğru yoluxmalar daha da artacaq və əhali arasında 4-cü doza vaksinlərin vurulması prosesinə start veriləcək. TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev vaksinasiya ilə bağlı iddialara aydınlıq gətirib. Tanınmış həkim açıqlamasında bildirib ki, təkcə Azərbaycanda deyil, ümumilikdə dünyada dördüncü doza vaksinlə bağlı fikirlər müxtəlifdir. “Ancaq hazırkı vəziyyəti nəzərə alaraq deyə bilərəm ki, Azərbaycanda 4-cü doza vaksin məcburi olmayacaq. Təbii ki, hər kəs könüllü şəkildə 4-cü doza vaksini qəbul edə bilər. Lakin önümüzdəki günlərdə yoluxmada fərqli rəqəmlər olduğu zaman başqa qərarlar da qəbul oluna bilər”, - deyə TƏBİB nümayəndəsi vurğulayıb. Qeyd edək ki, Azərbaycanda indiyədək vurulan vaksinlərin ümumi sayı 13 832 547, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 091, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 097, üç və daha çox doza vaksin vurduranların sayı 3 348 027, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 350-dir.
11-08-2022, 21:35
İdman gimnastımız qızıl medal qazandı


İdman gimnastımız qızıl medal qazandı

Azərbaycanın idman gimnastı İvan Tixonov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, 26 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında bütün rəqiblərini üstələyib. Nikita Simonov isə halqalar ilə hərəkətlərdə 2-ci yeri tutub.
11-08-2022, 21:33
Çavuşoğlu Ermənistanı səmimi olmağa çağırdı


Çavuşoğlu Ermənistanı səmimi olmağa çağırdı

"Ermənistanla normallaşma prosesində bəzi addımlar atılıb". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiyalı şəkildə aparılır. "Ermənistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hamının addım atması lazımdır”, - deyə nazir qeyd edib. Türkiyə XİN başçısı Ermənistanı prosesdən yayınmamağa, səmimi olmağa çağırıb.
11-08-2022, 21:29
Belarusda hərbi bazadakı partlayışın səbəbi açıqlandı


Belarusda hərbi bazadakı partlayışın səbəbi açıqlandı

Belarus ərazisində, Ukraynadan 30 kilometr aralıda yerləşən hərbi bazalardan birində gecə saatlarında eşidilən partlayışların səbəbi açıqlanıb. Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ziabrovka hərbi hava limanı yaxınlığında gecə yarısından sonra səkkiz partlayış səsi eşidilib. Bazada "texniki insident" baş verdiyi bildirilir. Nazirlik bir avtomobilin mühərriki dəyişdirildikdən sonra yandığını vurğulayıb. Hadisə zamanı xəsarət alan olmayıb.
11-08-2022, 21:26
Qərbdən Ukraynaya külli miqdarda silah yardımı


Qərbdən Ukraynaya külli miqdarda silah yardımı

"Kopenhagen-Ukrayna-2022” adlı donor konfransında iştirak edən ölkələr Ukraynaya daha 1,5 milyard avro məbləğində hərbi yardım göstərəcəklərini vəd ediblər. Bu barədə Danimarkanın müdafiə naziri Morten Bydskov bildirib. Yeni hərbi yardım paketinə pul köçürmələri, silahların tədarükü, minalardan təmizlənmə və hərbçilərin təlimi daxildir. "Biz Ukraynaya hərbi ehtiyaclarında kömək etməyə davam edəcəyik", - deyə Bydskov bildirib. Donor konfransında NATO ölkələri, Yaponiya, Finlandiya, Gürcüstan və digər dövlətlər iştirak edib. Polşa, Slovakiya və Çexiya Ukrayna üçün silah istehsalını genişləndirməyə hazır olduqlarını bəyan ediblər. Böyük Britaniya əlavə 300 milyon avro vəd edib.

11-08-2022, 21:24
Qadın güləşçimiz İslamiadanın qalibi oldu


Qadın güləşçimiz İslamiadanın qalibi oldu

Azərbaycan idmançısı Leyla Qurbanova V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanıb. Butov.az xəbər verir ki, güləşçimiz Özbəkistan idmançısı Aktenge Keunimjayevaya 6:1 hesabı ilə qalib gəlib. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
11-08-2022, 21:20
Erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edildi


Erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edildi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Ermənistanda "Pünik" və Serbiyanın "Srvena Zvezda" komandası arasında keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu zamanı yerli azarkeşlərin təxribatı ilə əlaqədar UEFA-ya müraciət edib. AFFA-nın Mətbuat xidmətindən verilən məlumata görə, Avropa futbol qurumunun Etika və Tənzimləmə üzrə icraçı-direktoru Ancelo Riqopulosa ünvanlanan məktubda Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb. Bildirilib ki, təxribat xarakterli mesajlar olan bannerlərin nümayişi UEFA qaydalarının pozulmasıdır və qurumun nizamnaməsinin 16.2.e bəndinə əsasən, bütün assosiasiyalar və klublar bir və ya bir neçə tərəfdarın jestlərdən, sözlərdən, əşyalardan və ya hər hansı digər vasitələrdən istifadə edərək təxribat xarakterli mesaj ötürməsinə görə məsuliyyət daşıyırlar. Məktubda idmanda siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribatlara yer olmadığı qeyd olunub. AFFA sonda UEFA-dan məsələnin araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş edib. Qeyd edək ki, "Pünik"in 0:2 hesablı məğlubiyyəti ilə başa çatan oyunda erməni millətçiləri tribuna üzərində ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankart asıblar. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart açıb.
11-08-2022, 21:16
Ombudsman Baş prokurorla görüşdü


Ombudsman Baş prokurorla görüşdü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Baş prokuror Kamran Əliyev arasında görüş keçirilib. Butov.az xəbər verir ki, görüş zamanı tərəflər insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə edərək, birgə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə insan hüquqlarının daha səmərəli təmini istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizin qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn məsələlər və beynəlxalq təşkilatlar tərəfindən verilmiş tövsiyələrin milli qanunvericiliyə implementasiyası sahəsində əməkdaşlıq imkanlarına da toxunulub. Bundan başqa, Ombudsmanın milli preventiv mexanizm mandatı çərçivəsində ehtimal olunan işgəncə və digər qeyri-insani, ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması məqsədilə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin təşkilində yeni yanaşmaların tətbiqi imkanları geniş müzakirə edilib. Görüşdə prokurorluq orqanları tərəfindən mediada və sosial şəbəkələrdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn fəaliyyətlə məşğul olan, yalan və ya həqiqətə uyğun olmayan məlumatlar yayan şəxslərə xəbərdarlıq edilməsinin gələcəkdə baş verə biləcək qanunazidd halların qarşısının alınmasında mühüm rol oynadığı qeyd olunub.
11-08-2022, 21:12
Rasim Məmmədovun məhkəməsi başlayır


Rasim Məmmədovun məhkəməsi başlayır

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı ibtidai istintaq başa çatıb. Butov.az xəbər verir ki, istintaq orqanı tərəfindən 18 ay ərzində toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq. Xatırladaq ki, Rasim Məmmədov 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. Rəsmi məlumatda bildirilib ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar DTX tərəfindən araşdırılıb. Başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub. Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!