Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
11-08-2022, 21:08
Ermənistana məxsus helikopterin qalıqları tapıldı


Ermənistana məxsus helikopterin qalıqları tapıldı

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.


11-08-2022, 21:03
Putin Almaniyaya bu şərtlə səfər edə bilər - Şolts


Putin Almaniyaya bu şərtlə səfər edə bilər - Şolts

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinin Almaniyaya ehtimal edilən səfərinin gündəmdə olmadığını bildirib. Bu barədə o, bu gün keçirilən mətbuat konfransında bildirib. Şolts deyib ki, Putin Almaniyaya səfər etmək üçün ilk növbədə Ukraynadakı müharibəni dayandırmalıdır. "Əsas şərtlər Rusiya hərbi əməliyyatının başa çatdırılması və Rusiya-Ukrayna sülh müqaviləsinin bağlanmasıdır", - deyə o qeyd edib. Şoltsun sözlərinə görə, Rusiya Ukrayna ilə danışıqlara və sülh müqaviləsinin bağlanmasına ehtiyac olduğunu etiraf etməlidir.
11-08-2022, 20:59
Erməni deputatlar Qarabağa gəliblər - Təxribat


Erməni deputatlar Qarabağa gəliblər - Təxribat

Ermənistan parlamentinin “Hayastan” blokundan olan bir qrup deputat bu gün Qarabağa yola düşüb. Butov.az xəbər verir ki, məlumatı “Hraparak” qəzeti yayıb. Qəzet yazır ki, müxalifət deputatları “Laçın dəhlizi”ndəki Rusiya sülhməramlılarının onların Qarabağa daxil olmasına icazə verib-verməyəcəklərini yoxlamaq qərarına gəliblər. Çünki rusiyalı hərbçilər bir müddət əvvəl erməni jurnalistlərin sərhədi keçib Qarabağa girməsinə icazə verməmişdilər. “Hraparak” erməni deputatların artıq sərhədi keçdiklərini yazıb. “Sərhədi keçən müxalifətçilərlə əlaqə saxladıq, dedilər ki, suallarımızı sonra cavablandıracaqlar. Bizə bildirdilər ki, onlar Ağavnoya (Laçının Zabux yaşayış məntəqəsində qanunsuz salınmış qəsəbə-red.) yaxınlaşırlar”, - “Hraparak” yazıb. Qəzet erməni deputatların Qarabağ səfərilə bağlı əlavə məlumat yayacağını vəd edib. Qeyd edək ki, "Hayastan" blokunun lideri Ermənistanın ikinci prezidenti Robert Köçəryandır. Xatırladaq ki, Azərbaycan tərəfi Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz yaşayan ermənilərin avqustun 25-nə kimi çıxmalarını tələb edib. Hazırda həmin ərazilərdə yır-yığış başlayıb və ermənilər köçməyə hazırlaşırlar. Heç şübhəsiz ermənistanlı deputatların bölgəyə gəlişi təxribat xarakteri daşıyır. Onların məqsədi Laçında yaşayan mülki şəxslərin dirəniş göstərməsinə çalışmaq, yaşayış məntəqələrinin boşaldılmasına mane olmaqdır.
11-08-2022, 20:56
Türkiyə və Ermənistan rəsmiləri görüş hazırlığında – Bu dəfə Qarsı seçdilər


Türkiyə və Ermənistan rəsmiləri görüş hazırlığında – Bu dəfə Qarsı seçdilər

Ermənistan və Türkiyə hökumət rəsmiləri sentyabr ayında Qarsda görüşəcək. Bu barədə Türkiyənin "Ulusal" telekanalı ölkənin diplomatik mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, görüşdə ticarət, nəqliyyat və xarici işlər nazirliklərinin rəsmiləri iştirak edəcək, əvvəlki görüşlərdə razılaşdırılmış texniki məsələlər müzakirə olunacaq. Telekanalın mənbəsi qeyd edir ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri indiyədək 4 dəfə üz-üzə görüşüb və 500 dəfədən çox telefonla danışıblar. Mənbələr onu da bildirir ki, Türkiyə Ermənistan sərhədində araşdırma aparıb. İğdırda iki ölkəni birləşdirən 178 kilometr uzunluğundakı Alican körpüsündə texniki işlərin həll edilməli olduğu tapşırılıb. Bundan əlavə, Qarsdakı Ani xarabalıqlarının vəziyyəti də araşdırılıb.
11-08-2022, 20:52
Rusiya “Zelenski Fondu” yaradır


Rusiya “Zelenski Fondu” yaradır

Rusiya Qərbi Avropada Ukrayna Prezidenti Volodimir Zelenskini nüfuzdan salmaq üçün informasiya savaşına hazırlaşır. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb. Məlumatda qeyd olunub ki, Rusiya Federasiyası Prezidentinin administrasiyası ölkənin xüsusi xidmət orqanlarına bağlı yeni strukturun yaradılmasına qərar verib. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, kampaniya müəllifləri “Zelenski Fondu” adı altında saxta sayt yaratmağı planlaşdırır. Bu fond vasitəsilə xarici ölkə vətəndaşlarına və beynəlxalq qurumlara müxtəlif təkliflərin göndərilməsi nəzərdə tutulur. "Fondun çeşid xətti"nin yaradılması və sonradan nəşri, onun Avropanın ticarət meydançalarında qeydiyyata alınması planlaşdırılır. Fondun Avropa ölkələrində təşkilati strukturunun işinin "şəbəkə" prinsipi əsasında inkişaf etdirilməsi hədəflənir. Bu, təşkilatçıların fikrincə, göstərilən məlumatların Avropa media məkanında fəal şəkildə yayılmasına imkan verəcək", - deyə kəşfiyyat məlumatında qeyd olunub. Diqqətə çatdırılıb ki, Rusiya bununla Avropa ölkələrində Zelenskini nüfuzdan salmağı qarşısına məqsəd qoyub.
11-08-2022, 20:49
130-dan çox ukraynalı qadın ruslara əsir düşüb


130-dan çox ukraynalı qadın ruslara əsir düşüb

Ukraynanın “Azovstal” zavodunda çalışmış 130-dan çox qadın Rusiya hərbçiləri tərəfindən əsir götürülüb. Bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib. "Bizim "Azovstal"da 131 qadın əməkdaşımız çalışıb. Onların arasında Azov alayında xidmət edən əsgərlərimiz, hərbi həkimlərimiz, sərhədçilərimiz və Milli Qvardiyaçılarımız var”, - deyə nazir qeyd edib. Vereşçuk Ukraynanın əsirlikdə olan qadınları azad etmək üçün səy göstərəcəyini vurğulayıb.
11-08-2022, 20:47
İsveç axtarışda olan şəxsi Türkiyəyə verəcək


İsveç axtarışda olan şəxsi Türkiyəyə verəcək

İsveç hökuməti dələduzluq ittihamı ilə axtarışda olan bir nəfəri Türkiyəyə təhvil vermək qərarına gəlib. Bu barədə İsveçin STV kanalı məlumat yayıb. Bildirilir ki, Türkiyə tərəfindən qırmızı bülletenlə axtarılan 35 yaşlı şəxs Türkiyəyə ekstradisiya olunacaq. Qeyd olunub ki, 2011-ci ildən İsveçdə yaşayan və bu müddət ərzində sığınacaq üçün müraciət edən şəxs dələduzluq ittihamı ilə Türkiyədə 14 il həbs cəzası alıb. Sözügedən şəxsin Türkiyəyə ekstradisiya edilməmək üçün xristianlığı qəbul etdiyi bildirilir. Xatırladaq ki, iyun ayında Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verib. Tərəflər arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Türkiyə ekstradisiyasını tələb etdiyi bir sıra şəxslərin siyahısını İsveçə təqdim edib.
11-08-2022, 20:43
NATO genişmiqyaslı təlimlərə başladı


NATO genişmiqyaslı təlimlərə başladı

Bolqarıstanda NATO ölkələrinin Hərbi Hava Qüvvələrinin “Tracian Viper-2022” adlı genişmiqyaslı təlimlərinin birinci mərhələsi başlayıb. Butov.az xəbər verir ki, təlimlərdə Bolqarıstan Hərbi Hava Qüvvələri ilə yanaşı, ABŞ, Kanada, Rumıniya və Yunanıstanın aviasiya bölmələri də iştirak edir. Təlimə qatılan şəxsi heyətin ümumi sayı açıqlanmayıb. Qeyd edək ki, “Trakiya gürzəsi” təlimləri 2010-cu ildən bəri hər il keçirilir.
11-08-2022, 20:40
13 min belaruslu Ukraynaya qarşı savaşacaq


13 min belaruslu Ukraynaya qarşı savaşacaq

13 minə yaxın belaruslu fəal və ehtiyatda olan hərbçi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün müqavilə imzalayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib. Onun sözlərinə görə, Rusiya Belarusu genişmiqyaslı müharibəyə cəlb etməkdə davam edir: "Belaruslular üçün əsas motivasiya müharibədə iştiraka görə alacaqları maddi mükafatdır, çünki işğalçıların hərəkətlərində heç bir ideoloji əsas yoxdur və heç kim denazifikasiyaya inanmır".
11-08-2022, 20:37
Şeyx Şamil haqqında film çəkiləcək


Şeyx Şamil haqqında film çəkiləcək

Tanınmış türkiyəli ssenarist və aktyor Atilla Engin Şeyx Şamil haqqında film çəkmək üçün Rusiyaya səfər edib. Butov.az xəbər verir ki, Şeyx Şamillə bağlı serial üzərində işləyən ssenarist çəkilişlərə hazırlıq məqsədilə Dağıstanda olub. O, jurnalistlərlə söhbətində hələ uşaq vaxtlarından Şeyx Şamil barədə çox eşitdiyini, indi təkcə Qafqaz deyil, həm də İslam dünyası üçün önəmli olan bu şəxsiyyət haqqında bütün dünyaya danışmaq arzusunda olduğunu söyləyib. Şeyxin həyat və mübarizəsindən bəhs edəcək “Şeyx Şamil” serialı 12 seriyadan ibarət olacaq. Hazırda filmin ssenarisi üzərində iş gedir. Çəkilişlərə Dağıstandan aktyorlar da cəlb ediləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!