Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
11-08-2022, 20:34
Xəstəxanada qanun pozuntusu - Araşdırma aparılır


Xəstəxanada qanun pozuntusu - Araşdırma aparılır

Azərbaycan Respublikasının Baş Prokurorluğu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında aşkarlanmış qanun pozuntuları ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanun pozuntularına dair araşdırma aparılır.
11-08-2022, 20:31
İslamiada: Daha üç güləşçimiz finalda


İslamiada: Daha üç güləşçimiz finalda

Azərbaycanın 3 sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə əldə edib. Butov.az xəbər verir ki, Türkiyənin Konya şəhərində təşkil olunan bu mötəbər yarışda İslam Bazarqanov (61 kq) yarımfinalda iranlı Məcid Dastana (10:0), Gözəl Zutova (72 kq), Ngiri Nyehə (6:0), Leyla Qurbanova (53 kq) isə türkiyəli Rahime Arifeyə (10:0) qalib gələrək finala yüksəlib.
11-08-2022, 20:27
Vaksin vurduranların yeni statistikası


Vaksin vurduranların yeni statistikasıl

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1766 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, üç və daha çox doza vaksin vurduranların sayı 1116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 834 313, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 226, üç və daha çox doza vaksin vurduranların sayı 3 349 143, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 573 təşkil edir.

11-08-2022, 20:24
Yoluxanların bu günə olan sayı açıqlandı


Yoluxanların bu günə olan sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 488 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 803 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 685 nəfər müalicə olunaraq sağalıb, 9768 nəfər vəfat edib, aktiv xəstə sayı 3192 nəfərdir. Son sutka ərzində 4076, hazırkı dövrədək isə 7 084 848 test aparılıb.

11-08-2022, 20:21
Almaniya kansleri ruslara qarşı sanksiyanın əleyhinə çıxdı


Almaniya kansleri ruslara qarşı sanksiyanın əleyhinə çıxdı

"Ruslara Şengen vizalarının verilməsinin dayandırılması ideyasını düzgün hesab etmirəm". Bunu Almaniya kansleri Olaf Şolts mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiya vətəndaşlarının hamısına sanksiya tətbiq etmək doğru yanaşma deyil. “Moskvanın güc mərkəzi”ndən olan insanlara qarşı tətbiq edilən sanksiyaları Almaniya həmişə dəstəkləyəcək. Lakin bu, Putinin müharibəsidir, ona görə də vizaların dayandırılması ideyası ilə razılaşmaqda çətinlik çəkirəm. Bütün ruslara qarşı sanksiyaların tətbiqini haqlı hesab etmirəm", - deyə Kansler vurğulayıb.
11-08-2022, 20:18
Azərbaycanda 1 ildə bu qədər adam xərçəngə tutulub - Dəhşətli statistika


Azərbaycanda 1 ildə bu qədər adam xərçəngə tutulub - Dəhşətli statistika

Təkcə ötən il Azərbaycanda 13644 nəfərə bәdxassәli şişlәrlә xәstәlәnmə diaqnozu qoyulub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu rəqəm əvvəlki illərlə müqayisədə artım deməkdir. Belə ki, 2020-ci ildə ilk dəfə bәdxassәli şişlәrlә xәstәlәnənlərin sayı 11595 nəfər olub. Rəsmi statistikaya görə, Azərbaycanda qadınlar kişilərə nisbətən daha çox xərçənglə xəstələnirlər. Belə ki, ötən il ilk dəfə bәdxassәli şişlәrlә xәstәlәnən 13644 nəfərdən 6437-ü kişilər, 7207-si qadınlar olub. 2021-ci ildə bәdxassәli şiş aşkarlanan xəstələrdən 87-si 13 yaşadək uşaqlar olub.
11-08-2022, 20:15
AzTV-nin əməkdaşı vəfat etdi


AzTV-nin əməkdaşı vəfat etdi

Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Fariz Babayev vəfat edib. Butov.az xəbər verir ki, bununla bağlı onun iş yoldaşları məlumat yayıblar. Gənc operatorun ölüm səbəbi hələlik açıqlanmayıb. Allah rəhmət eləsin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!