Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
22-08-2022, 22:06
3 ölkə “Şimal-Cənub” dəhlizinin onurğa sütunudur - İran səfiri


3 ölkə “Şimal-Cənub” dəhlizinin onurğa sütunudur - İran səfiri

İran, Azərbaycan və Rusiya “Şimal-Cənub” dəhlizinin onurğa sütununu təşkil edir. Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" səhifəsində yazıb. O bildirib ki, bu gün tranzitin asanlaşdırılması üçün imzalanmış üç tərəfli anlaşma memorandumu ölkənin xarici ticarətində sıçrayışın baş verməsindən xəbər verir. “3 ölkənin qonşuluq siyasəti kölgəsində Hindistanın da bu mexanizmə qoşulması yolun inkişafını daha da canlandıracaq”, - deyə səfir vurğulayıb.
22-08-2022, 22:04
Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir


Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna dövlət başçıları Vladimir Putinlə Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir. Butov.az xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin toplantısından sonra mətbuata açıqlamasında deyib. Türkiyə lideri bildirib ki, prezidentlərin görüşü böhranı kökündən həll etmək üçün yol açmağa kömək edəcək. “Hədəfimiz yaxın tarixdə Putinlə Zelenski arasında İstanbulda görüş təşkil edərək, böhranı kökündən həll etməkdir”, - Ərdoğan vurğulayıb.
22-08-2022, 22:02
Şəmkirdə yanğın olub


Şəmkirdə yanğın olub

Şəmkir rayonunun Əliyaqublu kəndində ümumi sahəsi 6000 m² olan istixananın polietilendən ibarət üzlüyü 600 m² sahədə və yaxınlıqda 800 m² sahədə quru ot və kol-kos yanıb. FHN-dən verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
22-08-2022, 21:59
Rusiya Zaporojye ilə bağlı BMT-nin iclasını çağırdı


Rusiya Zaporojye ilə bağlı BMT-nin iclasını çağırdı

Rusiya Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) vəziyyətlə əlaqədar avqustun 23-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi ilə bağlı sorğu göndərib. Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib. Onun sözlərinə görə, təşkilatın baş katibi Antonio Quterreşdən iclasda çıxış etməsi xahiş olunub. “Biz BMT Təhlükəsizlik Şurasının gündəmdəki “beynəlxalq sülh və təhlükəsizliyə təhdidlər” bəndi üzrə təcili iclasının keçirilməsini xahiş etdik”, – deyə Polyanski "Telegram" kanalında yazıb.

22-08-2022, 21:57
Rusiyanın 26 regionunda meşələr yanır


Rusiyanın 26 regionunda meşələr yanır

Qonşu Rusiyada meşə yanğınları davam edir. Butov.az xəbər verir ki, hazırda 26 regionda yanğınla mübarizə tədbirləri davam etdirilir, 105 min 810 hektar sahədə 92 yanğın mənbəyi hələ də qalmaqdadır. Ryazan vilayətində meşə yanğınlarını söndürmək mümkün olmayıb. Moskva meri Sergey Sobyanin vəziyyətin mürəkkəb olduğunu deyib. Onun sözlərinə görə, Ryazanda yanğınla mübarizəyə 8 mindən çox insan cəlb olunub.
22-08-2022, 21:55
Taekvondoçularımız 9 medal qazandı


Taekvondoçularımız 9 medal qazandı

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə klublararası Avropa çempionatına start verilib. Butov.az xəbər verir ki, 5 gün davam edəcək yarışın ilk günü Azərbaycan komandaları üçün uğurlu alınıb. Taekvondoçular müxtəlif klubların heyətində 2 qızıl, 3 gümüş və 4 bürünc medal əldə ediblər. "Ümid"in yetirmələri baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında 4 dəfə fəxri kürsüyə yüksəlib. Bütün rəqiblərinə qalib gələn Sabir Məmmədli (27 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Coşqun Məmmədzadə (33 kq) ikinci yeri tutub. Rasim Qarayevlə (27 kq) Kənan Balayev (30 kq) bürünc medalla kifayətlənib. “Gədəbəy” İdman Klubunun taekvondoçusu Həsən Süleymanov da çempion tituluna sahib olub. Baş məşqçisi Beyrək Bağırovun 44 kq çəki dərəcəsində mübarizə aparan yetirməsi inamlı çıxışı ilə fərqlənib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Fortis"dən Mehman Qənbərov (27 kq) da adını mükafatçılar sırasına yazdırıb. O, medal kolleksiyasına bürünc medal əlavə edib. “Alov”un iki taekvondoçusu Azərbaycan bayrağını yüksəldib. Baş məşqçisi Asim Xudiyevin şans verdiyi idmançılardan Əli Hüseynli (44 kq) 2-ci, İsa Hüseynli (40 kq) 3-cü yeri tutub. Azərbaycanın aktivinə günün 9-cu medalını isə Vüqar Kərimov (68 kq) yazdırıb. O, veteranlar arasında baş tutan Avropa çempionatını ikinci pillədə başa vurub. Qeyd edək ki, qarşıdakı günlərdə gənc və böyük yaş qrupları üzrə taekvondoçular dayanq üzərinə çıxacaqlar.
22-08-2022, 21:53
54 yaşlı kişinin başına beton düşdü


54 yaşlı kişinin başına beton düşdü

Sabirabadda başına beton düşən kişi ölüb. Butov.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Sahib Safadur oğlu metal qəbulu məntəqəsində olarkən başına beton parçası düşüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
22-08-2022, 21:50
İslamiadada medal qazanan idmançılara pul veriləcək - Sərəncam


İslamiadada medal qazanan idmançılara pul veriləcək - Sərəncam

Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, Sərəncama əsasən, V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 10 milyon manat vəsait ayrılıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiq etmək tapşırılıb.
22-08-2022, 21:48
Azad olunmuş ərazilərdə indiyədək 9641 mina aşkarlanıb


Azad olunmuş ərazilərdə indiyədək 9641 mina aşkarlanıb

Avqust ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 25760 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

22-08-2022, 21:45
Üçdik-Qırxqız-Sarıbaba yüksəklikləri minalardan təmizlənir


Üçdik-Qırxqız-Sarıbaba yüksəklikləri minalardan təmizlənir

Laçın rayonu ərazisində dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən avqustun 15-dən bu günədək 1318 ədəd 2021-ci ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Avqust ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib. Ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 25760 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. 7434 ədəd piyada əleyhinə, 2207 ədəd tank əleyhinə və 9911 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!