Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
22-08-2022, 21:16
Şəkidə yanğının söndürülməsinə 2 helikopter cəlb olundu


Şəkidə yanğının söndürülməsinə 2 helikopter cəlb olundu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, ərazinin mürəkkəb relyef xüsusiyyəti nəzərə alınaraq yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

22-08-2022, 21:13
“Aztəminatlı ailələrə yardım edilməsə, vəziyyət pis olacaq” - Deputat


“Aztəminatlı ailələrə yardım edilməsə, vəziyyət pis olacaq” - Deputat

"Unun və digər qida məhsullarının qiymətlərinin qalxması dünyada ümumi problemə çevirilib. Təkcə Azərbaycanda belə deyil, bütün dünyada qiymət artımı hiss olunur. Məsələn, Avropda hazırda 11-12 faiz inflyasiya gedir, bu rəqəm bizdə bir qədər çoxdur. Bu da bizim idxalımızın çoxluğundan irəli gəlir". Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Son günlər unun və çörəyin bahalaşması ilə bağlı əhalinin narazılığına münasibət bildirən deputat Azərbaycanın taxılı əsasən Ukrayna, Rusiya, Qazaxstan və başqa ölkələrdən aldığını xatırladıb: "Onların vəziyyətinin müharibə ilə əlaqədar gərgin olması səbəbilə taxılın bir tonunun qiyməti 365 dollara qaldırılıb. Buna görə də istehsalçılar belə qərara gəlirlər ki, çörəyin qiymətini artırsınlar". V.Əhmədov çörəyin strateji qida məhsulu olduğunu vurğulayıb. Parlamentari hesab edir ki, bahalaşma səbəbindən aztəminatlı ailələrə yardım edilməlidir: "Əlbəttə, çörək strateji qida məhsuludur. Əsasən rayonda, insanların sıx olduğu yerlərdə ondan çox istifadə olunur. Çörək əhalinin birbaşa büdcəsi ilə əlaqədardır. Ona görə də, aztəminatlı ailələr, pensiyaçılar və kifayət qədər vəsaitləri olmayan insanlar nəzərə alınmalıdır. Onlara yardımlar edilməlidir. Əgər yardım edilməsə, vəziyyət çətin olacaq. İnsanların ailə büdcəsində problemlər yarana bilər. Təklif edirəm ki, sosial paket şəklində bu məsələlərə baxılsın. Mən bunu hamıya şamil etmirəm. Ancaq aztəminatlı ailələrə, o cümlədən pensiyası aşağı olan insanlara müəyyən qədər yardımlar edilməlidir ki, qiymət artımı ilə bağlı problem yaşamasınlar. Yay fəsli ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsulları, meyvələr kifayət qədərdir. Buna baxmayaraq, onların da qiyməti yüksəkdir. Faktiki olaraq bütün qida məhsullarının qiyməti artıb. Hesablamaq lazımdır ki, bir insanın dolanması, bir ailənin saxlanması üçün nə qədər artıma gedilməlidir. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır və baxılacaq".
Maaş və pensiyaların yenidən artırılması barədə təkliflərə gəlincə, V.Əhmədov deyib: “Biz büdcəyə yenidən baxdıq. Müəyyən qədər artımlar oldu. O cümlədən, ərzaqla bağlı 193 milyon manat əlavə vəsait ayırdıq ki, taxılın gətirilməsi, qapalı məkanların, xüsusilə də Müdafiə Nazirliyi və digər qurumların ərzaqla bağlı problemləri olmasın. Dövlət büdcəsindən artıq vəsait bölünüb. Ancaq ehtiyyat fondları var. Ondan istifadə etmək olar. Əgər belə qiymət artımları varsa, xüsusi aztəminatlı ailələr, pensiyaçılar, şəhid ailələri maddi yardımla təmin olunmalıdır. Elə insanlar var ki, 350-400 manat penisya alır. Problemi var. Ümumiyyətlə, elə etmək lazımdır ki, çörəklə bağlı problem olmasın. İnsanlar çörək almaqla bağlı problemlə üzləşməsinlər”.

22-08-2022, 21:08
Kərbəlada uçqun oldu - Ölənlər var


Kərbəlada uçqun oldu - Ölənlər var


İraqın Kərbəla şəhərində uçqun baş verib. Butov.az xəbər verir ki, Qəttarat İmam Əli türbəsinin damı çöküb. Hadisə zamanı ibadət ocağında xeyli sayda ziyarətçi olub. İlkin məlumata görə, uçqun nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.Əraziyə xilasetmə briqadaları və təcili tibbi yardım qrupları cəlb olunub. Uçqun altında qalanların olduğu bildirilir. Xilas edilənlər arasında üç uşaq olub. Ölü sayının artması istisna edilmir.

22-08-2022, 21:04
Nikolay Patruşev: ABŞ defolt edə bilər


Nikolay Patruşev: ABŞ defolt edə bilər

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Amerika Birləşmiş Ştatları yaxın gələcəkdə xarici borcuna görə defolt edə bilər. O, hesab edir ki, müvafiq qiymətləndirmələr üçün əsaslar var. Butov.az xəbər verir ki, Rusiya və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv dövlətlərin nümayəndələri arasında videobağlantı vasitəsilə keçirilən məsləhətləşmələr zamanı Patruşev həmçinin bildirib ki, Avropanın bu gün həqiqətən görünməmiş böhrana girməsində Vaşinqton günahkardır. Təhlükəsizlik Şurasının katibi deyib ki, bütün problemlər amerikalıların öz tərəfdaşlarına özlərinin ziyanına olaraq tətbiq etdiyi sanksiyalardan qaynaqlanır. İyunun sonunda Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov da ABŞ-ın dövlət borcunun həddindən artıq yüksək səviyyəsindən danışıb. Onun sözlərinə görə, Vaşinqtonun öhdəlikləri sözün hər saatı artır və Yaponiyanın da hesablamalara daxil edilməsi ilə borcun həcmi dünya ÜDM-nin yarısına yaxınlaşır.
22-08-2022, 21:00
"Bayrağımız Qarabağda, Zəngəzurda əbədi dalğalanacaq" - Prezident


"Bayrağımız Qarabağda, Zəngəzurda əbədi dalğalanacaq" - Prezident

"Bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, əbədi dalğalanacaq". Bunu Prezident İlham Əliyev Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü zamanı deyib. "Bir daha sizi ürəkdən təbrik edirəm - bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq. Bir daha sizi təbrik edirəm", - dövlət başçısı əlavə edib.
22-08-2022, 20:57
Köçəryan Ermənistanı tərk etdi


Köçəryan Ermənistanı tərk etdi

Ermənistanın ikinci prezidenti Robert Köçəryan xaricə gedib. Bu barədə onun ofisinin koordinatoru Baqrat Mikoyan “Sputnik Ermənistan”a bildirib. "Robert Köçəryan avqustun 29-dək Ermənistandan kənarda olacaq. Vəkillər komandası növbəti məhkəmə iclasının sentyabrın 20-nə təyin olunduğunu nəzərə alaraq müvafiq icazə üçün məhkəməyə müraciət edib. Məhkəmə onun avqustun 22-dən ölkədən kənarda olmasına icazə verib”. Mikoyan Köçəryanın konkret hara getdiyini açıqlamayıb, deyib səfəri özəldir. Lakin o, ikinci prezidentin Rusiyaya getməsi ilə bağlı məlumatı təkzib edib. Xatırladaq ki, bir cinayət işi çərçivəsində Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. İş materiallarına görə, eks-prezident kəşfiyyat şirkəti olan TSSC Armenia-nın səhmlərinin 100%-nin xarici şirkətə satılmasına şərait yaradıb.
22-08-2022, 20:53
Azərbaycan, İran və Rusiyanın gömrük rəhbərləri bir araya gəldi


Azərbaycan, İran və Rusiyanın gömrük rəhbərləri bir araya gəldi

22 avqust 2022-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, Gömrük general-leytenantı Şahin Bağırovun, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə 3 tərəfli görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük general leytenantı Şahin Bağırov gömrük xidməti orqanlarının ilk 3 tərəfli tədbirinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu formatda belə görüş ilk olaraq keçirilir. Görüşdə beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsinin önəmli olduğu qeyd edilib və hər üç ölkənin iştirakı ilə imzalanacaq tranzitin asanlaşırılması üzrə Memorandumun beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, Şimal-Cənub Nəqliyyat Dəhlizinin imkanlarının genişlənməsinə, İran-Azərbaycan -Rusiya marşurutu üzrə sərhəd keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq. Qeyd olunub ki, Azərbaycanın işgaldan azad olunan ərazilərində yeni yaradılan infrastruktur, yollar, logistika mərkəzləri tranzit imkanlarının artırılmasına və genişlənməsinə xüsusi olaraq təkan verəcək. Görüş zamanı vurğulanıb ki, məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin yubanmadan tətbiq edilməsi, o cümlədən, konkret icra işlərinin həyata keçirilməsi məsələləri həll olunmaqla dəmiryolu vasitəsilə daşınan yüklər də daxil sərhəd buraxılış məntəqələrində yük daşımaları da ləngimələrə məruz qalmayacaq, nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaq, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırılacaq. Yekunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, İran Gömrüyü və Rusiya Federasiyasının Federal Gömrük Xidməti arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb və bu işləri koordinasiya edəcək üç ölkə gömrük orqanlarının yüksək səviyyəli nümayəndələrinin daxil olacağı komitənin yaradılması nəzərdə tutulub.




22-08-2022, 20:44
Ermənilər Sus kəndini tam boşaltdılar


Ermənilər Sus kəndini tam boşaltdılar

Tezliklə Azərbaycanın nəzarətinə keçəcək Laçın rayonun Sus kəndini artıq bütün 12 erməni ailəsi tərk edib, orada yalnız 1 sakin qalıb, o da yaxın günlərdə kəndi tərk edəcək. Bunu Sus kəndindəki erməni icmasının rəhbəri Mxitar Nersisyan Ermənistan KİV-nə müsahibəsində bildirib. “Müharibədən sonra kənddə 12 ailə yaşayırdı. Onlar Ermənistanın müxtəlif bölgələrinə köçmək arzusunu ifadə ediblər, yalnız 1 ailə Qarabağa köçmək istəyib. Kənddə işıq yoxdur, telefon əlaqəsi kəsilib, hər şey sökülüb”. İcma başçısı qeyd edib ki, sakinlər dəfn olunmuş qohumlarının qalıqlarını da özləri ilə aparıblar: "Qəbirlərimizi sökdük ki, türklərə qalmasın". “2020-ci il müharibəsindən sonra biz düşünürdük və ümid edirdik ki, Sus, Zabux və Laçın şəhərindəki icmalar yerində qalacaq, lakin hadisələr başqa cür inkişaf etdi. Avqustun 20-də Zoravarner parkında camaatımızda şam yandırma mərasimi təşkil etdim, torpağımıza, suyumuza söz verdik ki, bir daha qayıdacağıq (?), torpağımızla, suyumuzla vidalaşmadıq. Hər halda nə vaxtsa torpağımızı azad edəcəyimizə ümid var”, - deyə Mxitar Nersisyan həyasızcasına qanunsuz məskunlaşdıqları Azərbaycan torpaqlarını özlərininki hesab etdiklərini söyləyib. O qeyd edib ki, kəndi tərk edənlər əvvəlcə evləri yandırmaq qərarına gəliblər, lakin sonradan fikirlərini dəyişiblər, onları sökməyə çalışıblar. 44 günlük maheribədən əvvəl Susda Ermənistanın və Qarabağdan köçən 49 ailə yaşayırdı. Müharibədən sonra onların sayı 12-dək azalmışdı. Qeyd edək ki, ermənilər 2019-cu ildə Sus kəndində ötən əsrin əvvəllərində Qarabağda və Qərbi Azərbaycanda azərbaycanlılara qarşı qəddarlıq etmiş, özünün terror dəstəsilə kütləvi qırğınlar törətmiş tayqulaq Andarinkə heykəl də ucaltmışdılar. Heykəlin ətrafında daha üç "xaçkar" yerləşdirlmişdi. Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar.

22-08-2022, 20:40
Rusiya Ukraynanın döyüş itkilərini açıqladı


Rusiya Ukraynanın döyüş itkilərini açıqladı

Rusiya Ukraynanın müharibə itkilərini açıqlayıb. Butov.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, müharibə başlayandan - fevralın 24-dən bəri Ukraynanın 2200-dən çox təyyarəsi, helikopter və pilotsuz uçuş aparatı vurulub. Nazirlikdən bildirilib ki, indiyədək Ukrayna Silahlı Qüvvələrinin 267 təyyarə, 148 helikopter, 1790 pilotsuz uçuş aparatı (PUA), 368 zenit-raket kompleksi, 4372 tank və digər zirehli döyüş texnikası, 81 reaktiv yaylım atəşi sistemi, 3329 səhra artilleriya qurğusu və minaatanI, bundan əlavə 5016 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib.
22-08-2022, 20:37
Bakıda bal yarmarkası keçiriləcək


Bakıda bal yarmarkası keçiriləcək

Bakıda arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Butov.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 1-20 oktyabr tarixlərində arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) baş tutacaq. Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək. Yarmarkada yalnız COVID-19 pasportuna malik arıçılar iştirak edə biləcəklər. Arıçı fermerlər iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi bal.kendden.az saytı vasitəsi ilə onlayn qaydada həyata keçiriləcək. Arıçılar sayta daxil olaraq müvafiq xanalar üzrə şəxsi məlumatlarını və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. Yarmarkada iştirak etmək istəyən arıçılar 29 avqust saat 00:00-dan 31 avqust saat 23:59-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatı təsdiqlənmiş arıçılara 5 sentyabr tarixində SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Builki Bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş maksimum 250 arıçı iştirak edəcək. Yarmarkada iştirak üçün hər bir arıçının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Bal nümunələrinin qəbulu 8-15 sentyabr tarixləri arasında “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu, 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın marketinq işlərinin aparılması, loqistika, anbar işinin təşkili və digər xidmətlər daxildir. Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanışı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə nümunələr götürüləcək. Yarmarkada satışına icazə veriləcək arıçılıq nümunələrinin diastaza ədədi DÜST standartlarına uyğun müəyyən olunacaq. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!