Keçmişdə yatanlar bu gün oyanır .....                        Ruhumuzun ehtiyacından doğan görüş .....                        Sizi çox sevirik, İslam müəllim!… .....                        Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşdü .....                        Sülhməramlılar bu tarixdə Qarabağdan tam çıxacaq .....                        Hava hücumuna görə Kiyev xəstəxanaları təxliyə edilir .....                        Ermənistanla sərhəddə işlərin 35 faizi tamamlanıb - RƏSMİ .....                        Qazaxda sərhədin demarkasiyası texniki cəhətdən başa çatdı .....                       
10-08-2022, 22:56
Kanada XİN başçısından Azərbaycanla bağlı bəyanat


Kanada XİN başçısından Azərbaycanla bağlı bəyanat

Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik. Bunu Kanada xarici işlər naziri Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı yaydığı bəyanatda qeyd edib. O bildirib ki, bu gün Azərbaycan ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. “Ölkələrimiz otuz il ərzində beynəlxalq arenada ümumi dəyərləri daha da möhkəmləndirmək üçün güclü işgüzar əlaqələr inkişaf etdiriblər. Biz həm Ukraynaya humanitar yardım göstərməyə kömək edirik, həm də Əfqanıstanda birlikdə işləmişik və bu, ehtiyacı olanlara kömək etmək üçün qarşılıqlı öhdəliyimizə sübutdur. Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi forumlarda qlobal miqyasda qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitə nəzarətin təşviqində, eləcə də Qafqaz regionunda qaydalara əsaslanan beynəlxalq nizamın və demokratiyanın möhkəmləndirilməsində əməkdaşlıq etmişik. Biz gələcək illərdə bu mühüm dostluğu möhkəmləndirərək daha dərin əlaqələr yaratmağı səbirsizliklə gözləyirik”, - deyə açıqlamada bildirilir.
10-08-2022, 22:53
4 qız dərmandan zəhərləndi


4 qız dərmandan zəhərləndi

Göygöldə zəhərlənmə faktı qeydə alınıb. Butov.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib,vəziyyətlərinin ağır olduğu bildirilir. Məlumata görə, qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.
10-08-2022, 22:50
Ukraynanın borcları 2024-cü ilə qədər donduruldu


Ukraynanın borcları 2024-cü ilə qədər donduruldu

Ukraynanın kreditorları ölkənin avrobond üzrə ödənişlərini 2024-cü ilə qədər dondurmağa razılaşıblar. Ukraynanın xarici borcunun 75%-i avrobondların payına düşür. Bu barədə məlumat Ukrayna Maliyyə Nazirliyinin saytında dərc olunub. “Təklifimizi qəbul etdikləri üçün investorlara minnətdarıq. Rəsmi dövlət sektoru ilə yanaşı, özəl investor icmasının Ukrayna ilə göstərdiyi həmrəylik sayəsində biz müharibə şəraitində ölkənin dövlət büdcəsinin ehtiyaclarını ödəyə və dövlət maliyyəmizin davamlılığını qoruya biləcəyik”, - deyə nazirlikdən bildirilib. "Bloomberg"in verdiyi məlumata görə, Ukraynanın xarici borcu 19,6 milyard dollardır, ödənişlərin dondurulması qərarı Kiyevə 2024-cü ilə qədər borc xidmətində ödənilməli olan 5,8 milyard dollara qənaət etməyə imkan verəcək.

10-08-2022, 22:48
İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlandı


İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlandı

İranda 62 nəfərdə vəba xəstəliyi aşkarlanıb. Bu barədə İran Səhiyyə Nazirliyinin şöbə müdiri Məryəm Mesudifer bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxma hallarının demək olar ki, hamısı ölkənin qərbindəki Kirmanşah, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində müəyyən edilib. Nazirlik rəsmisi vurğulayıb ki, indiyədək yoluxanlar arasında ölüm halı qeydə alınmayıb.
10-08-2022, 22:44
Son sutkada vaksin vurduranların sayı


Son sutkada vaksin vurduranların sayı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1829 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza vaksin vurduranların sayı 1164, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 832 547, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 091, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 097, üç və daha çox doza vaksin vurduranların sayı 3 348 027, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 350 təşkil edir.

10-08-2022, 22:39
Koronavirusdan ölənlərin sayı artdı


Koronavirusdan ölənlərin sayı artdı

Azərbaycanda koronavirus infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib. İndiyədək ümumilikdə 803 157 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 790 193 nəfər müalicə olunaraq sağalıb, 9768 nəfər vəfat edib, aktiv xəstə sayı 3196 nəfərdir. Son sutka ərzində 4587, hazırkı dövrədək isə 7 080 772 test aparılıb.

10-08-2022, 22:35
Dünyanın ən hündür bayraq dirəyi Bakıya gətirildi


Dünyanın ən hündür bayraq dirəyi Bakıya gətirildi

Türkiyənin “Çimtaş” şirkəti tərəfindən hazırlanan dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilir. Butov.az xəbər verir ki, Bakıda hündürlüyü 191 metr olan dünyanın ən hündür bayraq dirəyinin quraşdırılması prosesi aparılır. Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək, fırlanan seqmentdən ibarət olacağı gözlənilir.
10-08-2022, 22:32
Zabuxdakı ermənilərə xəbərdarlıq: Evləri yandırsanız...


Zabuxdakı ermənilərə xəbərdarlıq: Evləri yandırsanız...

Hazırda Laçının Zabux kəndində qanunsuz məskunlaşmış ermənilərin təxliyə işləri aparılır. Amma erməni sakinlərə köçmək üçün heç nə verilməyib. Yalnız məktəbi boşaltmaq üçün maşın ayrılıb. Bu barədə “Hraparak” qəzetinə müsahibəsində Laçın rayonunun Zabux kəndindəki qondarma "Aqavno" icmasının "rəhbəri" Andranik Çavuşyan bildirib. Onun sözlərinə görə, 54 ailədən 7-si Zabuxdan çıxmaq istəmir, digərləri ilə müxtəlif ərazilərə yerləşdiriləcək. Çavuşyan, həmçinin qeyd edib ki, evləri yandırmaq istəyən ermənilərə xəbərdarlıq edilib. Bildirilib ki, evləri yandıranlara kompensasiya verilməyəcək. “Dövlət hər adam üçün 40 min dram təzminat ödəməyə hazırlaşır. Həmin pul köç prosesi bitdikdən sonra veriləcək. İrəvana köçənlərə şəhadətnamə verilməlidir ki, vəsait alınsın. Hazırda kənddə 200-dən çox sakin, yəni 54 ailə var. 54 ailədən yalnız 7-si burada qalmaq istəyir. Qalanları müxtəlif istiqamətlərdə Ermənistana köçəcəklər. 7 ailənin taleyi hələ də sual altındadır. Mən özüm Xankəndiyə gedəcəyəm. Hayk Xanumyan bizi hədələyərək dedi ki, evləri yandırsanız, təzminat ala bilməyəcəksiniz. İndi biz sakinlərlə köçməyə hazırlaşırıq”,- qondarma icra rəhbəri qeyd edib.
10-08-2022, 22:29
İnternetin qiyməti bahalaşdı


İnternetin qiyməti bahalaşdı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC-lər GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərinin tarifində dəyişiklik edib. Butov.az xəbər verir ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq 4 mbit/s və 10 mbit/s tarifləri ləğv edilərək abunəçilərin daha sürətli internetə keçidi təmin edilib. Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir. Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3-4 qat sürət tariflərinə keçirilir və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (60%-dək daha az) ödəniş edirlər. Belə ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 manat təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 manatdır. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 manat təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 manatdır. Genişzolaqlı GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.
10-08-2022, 22:26
Şəhidin ordeni anasına təqdim olundu


Şəhidin ordeni anasına təqdim olundu

30 illik vətən həsrətinə, erməni işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi Azərbaycan ordusunun gücünü həm düşmənə, həm də bütün dünyaya göstərdi. Xalqımızın qələbəsi ilə bitən müharibədə qəhrəmanlıq, igidlik göstərən qəhrəmanlarımız Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif edilir. Butov.az xəbər verir ki, bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətində şəhid İlyasov Fərid İbad oğluna ölümündən sonra verilən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin ailəsinə təqdimetmə mərasimi keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Rəcəbov, Naxçıvan Müxtar Respublikasının N saylı Hərbi Hissənin zabiti, polkovnik leytenant İntiqam Ağasıyev, şəhidimizin babası Əlövsət İbrahimov və anası Bəsirə İlyasova iştirak edib. RİH başçısı ordumuzun döyüş meydanında əldə etdiyi şərəfli qələbədən, igidlərimizin göstərdiyi şücaətlərdən danışaraq bildirib ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yurdlarımız tez bir zamanda bərpa olunur. Kəndlərimiz, şəhərlərimiz yenidən qurulur və artıq soydaşlarımız öz dədə-baba yurdlarına köçməyə başlayıblar. Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edən RİH başçısı Abşeron rayonunda da bu qəbildən böyük işlər görüldüyünü, onların işlə təmin olunmalarında əhəmiyyətli nəticənin əldə edildiyini vurğulayıb. Sonra çıxış edən şəhid Fərid İlyasovun ailəsi ölkəmizdə şəhid ailələrinə böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər bir anında bu qayğını hiss etdiklərini qeyd ediblər. Fərid İlyasovunun Vətən Müharibəsi zamanı göstərdiyi şücaətə görə ordenlə təltif olunmasından iftixar hissi keçirdiklərini vurğulayan şəhid ailəsi onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!