“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
10-08-2022, 21:28
Stadnik İslamiadanın ikiqat qalibi oldu


Stadnik İslamiadanın ikiqat qalibi oldu

Qadın güləşçimiz Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. Butov.az xəbər verir ki, Konyada keçirilən V İslamiadada 50 kiloqram çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz həlledici görüşdə Özbəkistan idmançısı Jasmina İmmaeva ilə qarşılaşıb. Rəqibini 10:0 hesabı ilə məğlub edən Stadnik V İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Bununla da qadın güləşçimiz ikinci dəfə İslamiadanın qalibi adına layiq görülüb. Qeyd edək ki, Stadnik Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.
10-08-2022, 21:23
35 ölkənin müdafiə naziri Rusiyada toplaşacaq


35 ölkənin müdafiə naziri Rusiyada toplaşacaq

Rusiya hakimiyyəti Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransı keçirməyi planlaşdırır. Bu barədə Rusiyanın müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin məlumat verib. O bildirib ki, konfrans “Rusiyanın hərəkətləri haqqında həqiqəti əks etdirən məlumatı” dünyaya çatdırmaq üçün nəzərdə tutulub. Nazir müavininin sözlərinə görə, 35 ölkənin müdafiə naziri tədbirdə iştirakını təsdiqləyib, onlardan 25-i şəxsən gələcək. Lakin həmin ölkələrin adları açıqlanmayıb. Fomin onu da vurğulayıb ki, konfransda müxtəlif formatlarda iştirak, o cümlədən videokonfrans formatında, eləcə də əvvəlcədən qeydə alınmış videomüraciətlər nəzərdə tutulub. Konfransı Rusiyanın müdafiə naziri Sergey Şoyqu açacaq.
10-08-2022, 21:18
“Yüngül cinayətlər”dəki yanğın söndürüldü


“Yüngül cinayətlər”dəki yanğın söndürüldü

Bakıda "Yüngül cinayətlər" restoranında baş verən yanğının qarşısı alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bakının mərkəzində yerləşən məşhur restoranda yanğın olub. Butov.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda yerləşən "Yüngül Cinayətlər" restoranında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
10-08-2022, 21:05
Polşadan Avropa İttifaqına sərt ittihamlar


Polşadan Avropa İttifaqına sərt ittihamlar

Polşanın Baş naziri Mateus Moraviski Avropa İttifaqını kiçik üzv dövlətlərə qarşı imperialist davranışda ittiham edib. Bu barədə o, Almaniyanın "Welt" qəzetində yazdığı məqalədə bildirib. "Siyasi təcrübə göstərir ki, İttifaq daxilində Almaniya və Fransanın mövqeləri hamıdan daha vacibdir", - deyə Baş nazir Avropa İttifaqını üzv dövlətlərə bərabər yanaşmaya çağırıb. Hökuməti qanunun aliliyi məsələlərində dəfələrlə Brüssellə toqquşan Baş nazir deyib ki, Ukraynadakı müharibə Avropa İttifaqının çatışmazlıqlarına diqqət çəkib. O, ümumi rifahı və bərabərliyi İttifaqın əsas prinsiplərinə çevirəcək dərin islahatların aparılmasının vacibliyini diqqətə çatdırıb.
10-08-2022, 21:01
Koronavirusun daha yoluxucu variantı aşkarlandı


Koronavirusun daha yoluxucu variantı aşkarlandı

Hindistanın paytaxtı Dehlidə koronavirusun "Omikron" ştamının daha yoluxucu variantı aşkar edilib. Bu barədə NDTV telekanalı məlumat yayıb. Yeni alt variant BA-2.75 adlandırılıb. Məlumata görə, "Omikron"un bu variantı daha çox ötürücüdür, eyni zamanda daha çox insanı yoluxdura bilər. Qeyd edək ki, "Omikron" ştamı ilk dəfə 2021-ci ilin noyabrında Botsvana və Cənubi Afrikada müəyyən edilib.
10-08-2022, 20:55
Alimlərdən qorxunc proqnoz: Dünya qaranlığa qərq olacaq


Alimlərdən qorxunc proqnoz: Dünya qaranlığa qərq olacaq

Bazar və bazar ertəsi axşamları baş verən günəş fırtınası elm adamlarını qorxuya salıb. Butov.az xəbər verir ki, alimlər partlayışlar nəticəsində yerin atmosferində Yer hissəcikləri ilə Günəşin toqquşduğunu bildiriblər. Məlumata görə, partlayışlar Günəş sistemində qeydə alınıb. Bundan əlavə, elm adamları hesab edirlər ki, maqnit dalğalanmaları səbəbiylə dünya qaranlığa qərq ola bilər. Qaranlığın hətta həftələrlə davam edə biləcəyi proqnozlaşdırılır. Alimlər bununla bağlı həyəcan təbili çalaraq, dözülməz qaranlığın qaçılmaz olduğunu güman edirlər.




10-08-2022, 20:44
Hazırda sülh danışıqları aparılmır - Podolyak


Hazırda sülh danışıqları aparılmır - Podolyak

Kreml ultimatum verməkdən əl çəkdikdən sonra Ukrayna Rusiya ilə danışıqlara qayıdacaq. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib. Onun sözlərinə görə, hazırda Kiyev və Moskva arasında faktiki olaraq sülh danışıqları aparılmır. "Danışıqlarda yalnız cəsədlərin və hərbi əsirlərin dəyişdirilməsi müzakirə olunur. Rusiya dövləti Ukraynanın işğal olunmuş ərazilərində mülki əhaliyə qarşı müharibə və humanist rəftar qaydalarına əməl etmir. Müharibənin altı ayından sonra biz Rusiya Federasiyasının hər hansı razılaşmanı yerinə yetirəcəyinə inanmağa davam edə bilmərik", - Mixail Podolyak deyib.
10-08-2022, 20:39
Daha bir erməni əsgəri öldü


Daha bir erməni əsgəri öldü

Ermənistan ordusunun əsgəri ölüb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, döyüş mövqelərindən birində 19 yaşlı əsgər Erik Karsyanın meyiti aşkarlanıb. Onun güllə yarasından öldüyü məlum olub. Əsgərin hansı şəraitdə öldüyü açıqlanmayıb. Nazirlikdən qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!