Fənərbaxçadan darmadağın .....                        Baxçalı xəstəxanaya yerləşdirildi: toplantı LƏĞV EDİLDİ .....                        Dilqəm Məhərrəmovla xanımı da lisenziyasız qaldı .....                        Azərbaycan təyyarə qəzası ilə bağlı məhkəməyə müraciət edəcək .....                        Zelenskidən səfərbərliklə bağlı YENİ QƏRAR .....                        Pensiyaların neçə faiz artırılacağı AÇIQLANDI .....                        Xamənei üç mindən çox məhbusu sevindirdi .....                        Gürcüstan parlamenti Saakaşvili ilə bağlı komissiya yaratdı .....                        Bu kanalların yayımı dayandırıldı .....                       
Tarix : 10-08-2022, 22:26
Şəhidin ordeni anasına təqdim olundu


Şəhidin ordeni anasına təqdim olundu

30 illik vətən həsrətinə, erməni işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi Azərbaycan ordusunun gücünü həm düşmənə, həm də bütün dünyaya göstərdi. Xalqımızın qələbəsi ilə bitən müharibədə qəhrəmanlıq, igidlik göstərən qəhrəmanlarımız Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif edilir. Butov.az xəbər verir ki, bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətində şəhid İlyasov Fərid İbad oğluna ölümündən sonra verilən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninin ailəsinə təqdimetmə mərasimi keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Rəcəbov, Naxçıvan Müxtar Respublikasının N saylı Hərbi Hissənin zabiti, polkovnik leytenant İntiqam Ağasıyev, şəhidimizin babası Əlövsət İbrahimov və anası Bəsirə İlyasova iştirak edib. RİH başçısı ordumuzun döyüş meydanında əldə etdiyi şərəfli qələbədən, igidlərimizin göstərdiyi şücaətlərdən danışaraq bildirib ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yurdlarımız tez bir zamanda bərpa olunur. Kəndlərimiz, şəhərlərimiz yenidən qurulur və artıq soydaşlarımız öz dədə-baba yurdlarına köçməyə başlayıblar. Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edən RİH başçısı Abşeron rayonunda da bu qəbildən böyük işlər görüldüyünü, onların işlə təmin olunmalarında əhəmiyyətli nəticənin əldə edildiyini vurğulayıb. Sonra çıxış edən şəhid Fərid İlyasovun ailəsi ölkəmizdə şəhid ailələrinə böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər bir anında bu qayğını hiss etdiklərini qeyd ediblər. Fərid İlyasovunun Vətən Müharibəsi zamanı göstərdiyi şücaətə görə ordenlə təltif olunmasından iftixar hissi keçirdiklərini vurğulayan şəhid ailəsi onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.




Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!