İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                        Türk nazirdən Zəngəzur Dəhliziylə bağlı açıqlama .....                        Almaniyadan terrorla mübarizədə daha çox dəstək gözləyirik - Ərdoğan .....                       
29-08-2022, 19:55
Əflatun Amaşov Mətbuat Şurasından gedir


Əflatun Amaşov Mətbuat Şurasından gedir

Bu gün bəzi xəbər saytlarında Mətbuat Şurasının sədri Əflatun Amaşovun tutduğu vəzifədən gedəcəyi haqda məlumat yayılıb. Bildirilir ki, bununla əlaqədar olaraq Mətbuat Şurasının yaxın müddətdə qurultayı keçiriləcək. Qurultaya qədərki dövrdə sədr vəzifəsini İdarə Heyətinin üzvü, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcidin icra edəcəyi söylənilir. Bu barədə açıqlama verən Əflatun Amaşov xəbəri nə təsdiq, nə də təkzib edib. Bir çox fikirlərin ortaya atıldığını qeyd edən Ə. Amaşov hər şeyin qurultaydan asılı olduğunu vurğulayıb: “Qurultayın vaxtından bir neçə ay keçib. Yaxın günlərdə İdarə Heyətinin iclasını keçirib, qurultayın vaxtını müəyyən edəcəyik. Heç nəyi qabaqlamayaq, seçim jurnalistlərindir. İdarə Heyəti müəyyən edilir, üzvlərini də sədr seçir. Mənim namizəd olub-olmayacağım barədə fikir söyləməyim hələ tezdir. Namizədləri redaksiyalar göndərəcəklər, onların arasında seçim ediləcək”. Mətbuat Şurasının ləğv olunması haqqında fikirlərə gəlincə, Ə.Amaşov bunun real olmadığını söyləyib. Şuranın İdarə Heyətinin üzvü Rəşad Məcid isə bildirib ki, qurultayda yeni sədr seçiləcək. Onun sözlərinə görə, jurnalistlər kimi dəstələyəcəksə, həmin şəxs Mətbuat Şurasının sədri olacaq. Belə ki, sədr seçkisi də qurultayda jurnalistlərin iradəsinə bağlıdır.
29-08-2022, 19:52
Sabahın havası - 39 dərəcə isti


Sabahın havası - 39 dərəcə isti

Avqustun 30-da Azərbaycanda gözlənilən hava şəraitilə bağlı proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.
29-08-2022, 19:50
Bu, sürüşmə deyil, uçqundur


Bu, sürüşmə deyil, uçqundur

Bu gün Bakı şəhəri, Yasamal rayonu Qurban Xəlilov küçəsində yamacdan torpaq tökülməsi sürüşmə deyil. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib. Xidmət rəsmisi deyib ki, 2,5 metr hündürlüyü olan yamacın üst hissəsində yerləşən həyət evində suvarma nəticəsində kiçik torpaq çıxıntı sahəsi qopub yola tökülüb: "Bu hadisəyə torpaq sürüşməsi demək düzgün deyil. Sadəcə kiçik bir hissədə torpaq uçqunu baş verib. Artıq müvafiq qurum tərəfindən hadisənin nəticələri aradan qaldırılıb. Həmin ərazidə lokal da olsa kiçik uçma proseslərinin inkişaf dinamikası yoxdur".
29-08-2022, 19:48
Türk Dövlətləri Təşkilatının 30 illiyi bu ölkədə qeyd olunacaq


Türk Dövlətləri Təşkilatının 30 illiyi bu ölkədə qeyd olunacaq

Türk Dövlətləri Təşkilatının 30 illiyinin harada qeyd ediləcəyi məlum olub. Butov.az-ın əldə etdiyi məlumata görə, yubiley tədbiri Özbəkistanda keçiriləcək. 12 noyabr tarixinə planlaşdırılan toplantıda Türk dövlətləri üçün vacib sənədlərin imzalanacağı gözlənilir. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının əsası 1992-ci ildə Türkdilli dövlətlərin liderlərinin zirvə toplantısında qoyulub. 3 oktyabr 2009-cu ildə isə beynəlxalq təşkilat kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin iştirakı ilə rəsmən Naxçıvanda elan olunub. 2018-ci ildə Özbəkistan bu təşkilata üzv olub. Türk dünyasında əməkdaşlıq şurasının qurulması ideyası ilk dəfə 2006-cı ildə Qazaxıstanın o zamankı prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Təşkilatda müşahidəçi dövlətlər Macarıstan və Türkmənistandır. Türk Dövlətləri Təşkilatının üç mərkəzi var, bunlar İstanbul, Bakı və Nur-Sultandır. Üzv ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə isə qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əvvəl zirvə toplantısı ötən il Türkiyədə baş tutub. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı 2021-ci ilədək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlandırılırdı. Belə ki, ötən ilin noyabrın 12-də İstanbulda keçirilən iclasda Şuranın adı dəyişdirilərək, Türk Dövlətləri Təşkilatı olub.
29-08-2022, 19:45
Toylar başlayır - Ət 15 manat olacaq


Toylar başlayır - Ət 15 manat olacaq

Bu ilin iyun ayında hökumət Azərbaycanda ətin qiymətinin ucuzlaşacağı anonsunu versə də, bunun tam əksi müşahidə edilir. Belə ki, bir neçə gün əvvəl ətin qiyməti 12 manata, hazırda isə 13 manata qədər bahalaşıb. Quzu ətinin qiyməti isə dəyişməyib - 15 manat. Bu barədə danışan satıcılar bahalaşmanı yem və otun qiymətinin qalxması ilə əlaqələndirirlər. Əslində qəssablar da bahalaşmadan narazıdılar. Onlar qiymət artımının əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir etdiyini bildirirlər. Bununla belə, ət satışı məntəqələri Məhərrəm və Səfər aylarından sonra ətin yenidən bahalaşacağını istisna etmirlər: “Hazırda toylar yoxdur, ətə tələbat da yoxdur. Amma sentyabrdan toylar başlayanda ətin 15 manata qədər bahalaşacağı gözlənilir. Qiymət artımı bizdən asılı olan məsələ deyil. Burada heç kəndli də günahkar deyil. Yem, ot bahadır. Kəndli də bir danaya çəkilən xərci çıxarmalıdır ki, qazancı olsun”. Xatırladaq ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır. Avqustun 28-i Məhərrəm ayı başa çatıb, ayın 29-dan isə Səfər ayı başlayır və sentyabrın 26-da başa çatacaq. Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
29-08-2022, 19:43
Qarabağda itkin düşənlərin yaxınlarından bioloji nümunə götürülüb


Qarabağda itkin düşənlərin yaxınlarından bioloji nümunə götürülüb

1990-cı illərdə baş vermiş döyüş əməliyyatlarında itkin düşmüş şəxslərin 303 ailə üzvündən 700 biloji istinad nümunəsi toplanılıb. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2022-ci ilin yanvar – iyun ayları ərzində həyata keçirdiyi fəaliyyətlərə dair hesbatında bildirilib. Qeyd edilib ki, bu nümunələr mümkün ekshumasiya zamanı identikifasiyaya dəstək üçün istifadə edilə bilər. Eyni zamanda, bildirilib ki, proses ərzində 47 ailə üzvünə psixo- sosioloji dəstək göstərilib.
29-08-2022, 19:42
Ukrayna bayrağı Azərbaycanın ən yüksək zirvəsində


Ukrayna bayrağı Azərbaycanın ən yüksək zirvəsində

“Ukrayna bayrağının sarı və mavi rəngləri Azərbaycanın ən yüksək zirvəsində dalğalandı!” Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbuk səhifəsində yazıb. “Ukraynanın Azərbaycandakı səfirinin köməkçisi Aleksandr Dorofeyev və Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin nümayəndələri, eləcə də Ukraynanın dostları Azərbaycanın ən hündür nöqtəsi Bazardüzü dağına (4466 m) qalxıblar”, - deyə paylaşımda qeyd olunub.



29-08-2022, 19:39
Rusiya yenə dinc sakinləri hədəf aldı - ölənlər var


Rusiya yenə dinc sakinləri hədəf aldı - ölənlər var

Avqustun 28-də Rusiya hərbçiləri Donetsk vilayətində 8 dinc sakini öldürüb, daha 7 nəfəri yaralayıb. Bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko Teleqramda məlumat yayıb. Kirilenko qeyd edib ki, Mariupol və Volnovaxada qurbanların dəqiq sayını müəyyən etmək mümkün deyil.

29-08-2022, 19:37
Zədələnən cüdoçumuza medal verildi


Zədələnən cüdoçumuza medal verildi

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmələr arasında dünya çempionatında zədələnmiş Azərbaycan cüdoçusu Fidan Əlizadəyə gümüş medal təqdim olunub. Bu barədə Azərbaycan Cüdo Federasiyasının "Facebook" səhifəsində məlumat paylaşılıb. Ona gümüş medalı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli təqdim edib. Xatırladaq ki, 63 kq çəkidə yarışan cüdoçumuz Fidan Əlizadə yarımfinal görüşündə zədələndiyinə görə finalda qızıl medal uğrunda mübarizə apara bilməyib. Bu səbəbdən Fidan xəstəxanaya aparılmış, təltifetmə mərasiminə də qatıla bilməmişdi.

29-08-2022, 19:33
Azad olunan ərazilərdə daha 309 mina aşkarlandı


Azad olunan ərazilərdə daha 309 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb. ANAMA-dan verilən məlumata görə, avqustun 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 240 piyada əleyhinə mina, 69 tank əleyhinə mina və 81 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 731 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!