“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
15-08-2022, 16:08
Zəngəzuru tanıyaq və tanıdaq!


Zəngəzuru tanıyaq və tanıdaq!

Zəngəzur - adı da, özü də bizə məxsus olan diyar
Yerin, ərazinin adı onun kimə məxsusluğu haqqında çox şey deyir. Adları, təbii ki, insanlar verirlər və öz dillərinə, xarakterlərinə, tayfalarına, yaşadıqları yerin təbiətinə uyğun adlar düşünüb tapırlar. Azərbaycanın ən qədim və ən şöhrətli torpaqlarından biri olan Zəngəzurun adının mənasını da Azərbaycanın tarixi keçmişində axtarmaq lazımdır. Tarixi Zəngəzur ərazisi ayrı-ayrı dövrlərdə müxtəlif adlarla tanınıb. Bölgənin ən qədim adlarından biri Sünik olmuşdur. Sünik Albaniyanın dörd böyük vilayətindən biri idi. Sünik bəzi dövrlərdə müstəqil knyazlığa çevrilsə də, bəzən Atropatenanın, əksər dövrlərdə isə Albaniya dövlətinin tərkibində olmuşdur. Qədim dövrü araşdıran bir sıra alimlər Sünik toponimini eradan əvvəl IV minillikdə Çinin indi uyğurlar yaşayan bölgəsindən Qafqaza köç etmiş syun-na, syun-nu tayfalarının adı ilə bağlayırlar. Sünik adını «su ətrafı ərazi» kimi də yozurlar. E.ə. III minilliklərdə regionda türk mənşəli su, (suv) tayfalarının məskunlaşması həmin ərazidə türk (suv) tayfalarının yaşaması ehtimalını gücləndirir. Sünik adının fars variantı sayılan Sisakan adına ilk dəfə VI əsr Suriya səlnaməçisi Zaxari Ritorun əsərində rast gəlinir. Müəllif 555-ci il hadisələrini təsvir edərkən Sisakanı Ərməniyyə ilə heç bir əlaqəsi olmayan, Arran və Qurzan (Gürcüstan) kimi müstəqil ölkə kimi xarakterizə etmişdir. Alban tarixçisi Musa Kalankatlı "Alban tarixi" əsərində Zəngəzur ərazisini «Sisakan», «Sünik», eləcə də «Sünestan» adlandırmışdır. Erməni "alimləri” “Zəngəzur” sözünün mənasını iki anlamda izah etməyə çalışırlar. "Zanqe", yaxud "Zanqa" - "mağara" və "Zur" - "bərk səslənən"..Guya ki, Zəngəzurda çoxlu kahalar və mağaralar vardır və bu mağaralar çox bərk əks-səda verir. Əslində bu cür "izah" erməni yalanının əks-sədasından başqa bir şey deyildir. Əvvəla ona görə ki, dünyanın hansı dağlıq ərazisində mağara, yaxud kaha yoxdur, o mağara və kahalar səsə əks-səda vermir? Bəs niyə dünyanın hər hansı bir ölkəsində, eləcə də ermənilər yaşayan başqa yerlərdə böyük bir regiona "bərk səslənən mağara" adı vermirlər? İkincisi, axı, Zəngəzurda o qədər də çox mağara yoxdur, əksinə, çoxlu sıldırım qayalı, başı qarlı dağlar, dərin dar dərələr, sıx meşələr, kollu yamaclar və çiçəkli alp çəmənlikləri vardır. Erməni alimləri isə yalnız mağaraları görüblər?! İzahı çox sadədir: ermənicə nə dağ, nə dərə, nə də çəmən sözləri “Zanqe”, yaxud “Zanqa” kimi səslənmir. Nisbətən abırlı erməni alimləri bir qədər həqiqətə yaxın gələrək “Zəngəzur” sözünü “Zanqe+dzor”, yəni "Zəngi dərəsi" anlamında izah etməyə çalışırlar. Bu izahın birinci hissəsi həqiqətə yaxındır. Lakin erməni mənbələrində erməni mənşəli termin ("dzor" - ermənicə "dərə" deməkdir) kimi vurğulamağa cəhd göstərildiyinə baxmayaraq, əslində "Zəngəzur" toponiminin nə ermənilərə, nə də onların "dzor" sözünə heç bir dəxli yoxdur. Ermənilər özləri də heç vaxt "Zəngəzur" sözünü Zanqedzor şəklində işlətməyiblər. Zəngəzur sözünün ermənicəyə dəxli olmadığını daha bir fakt da sübut edir. Hazırkı Ermənistanın inzibati ərazi bölgüsündə Zəngəzur adlı ərazi yoxdur. Bu bölgəni Ermənistanda Sünik mərzi adlndırırlar. Sovet hakimiyyəti illərində Zəngəzurun özü kimi adına da iddia edən ermənilər hazırda faktiki olaraq Zəngəzur terminindən imtina etmişlər. Bu toponimin "Səngi-Sur" formasında izahı da, hər hansı bir elmi əsasa malik olmasa da, maraq doğurur. Belə ki, fars dilində "səng" - daş, qaya, ərəbcə isə "sur" sözü silsilə divar, qala mənasındadır. Zəngəzur sözü bu anlamda başdan-başa, daşlı, qayalı yer, daşların qala divarları kimi düzüldüyü ölkə mənasını verir. Fikrimizcə, "Zəngəzur" toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən Zəngi tayfalarının adı və ərəblərin bu ərazilərə gəlişi ilə bağlıdır. Ərəbcə "sur" daş-divar, qala, bürc deməkdir. Bu Bölgənin çox döyüşkən və azadlıq sevən əhalisi ərəblərə qarşı axıradək mübarizə aparmış, şübhəsiz ki, bu illərdə onlarca qalalar, istehkamlar tikərək, eləcə də, bu yerlərə xas olan təbii istehkamlardan düşmənə qarşı mübarizə vasitəsi kimi istifadə etmişlər. Ömrünün sonunadək ərəb xilafətinə qarşı ardıcıl, amansız mübarizə aparmış Babəkin Bəzz qalası yeniləndən sonra Darvazatəpə dağında yerləşən Şəki qalasına gəlməsi və məhz Zəngəzurdakı Şəki qalasının hakimi Saklı Sumbat tərəfindən tutularaq ərəblərə təslim olunması epizodu da bu ərazilərin o dövrdə geniş döyüş meydanı olduğunu və Zəngəzurun ən sonda, həm də Sumbat kimilərin xəyanəti nəticəsində yenildiyini təsdiq edən tarixi faktlardır. Məlum olduğu kimi, Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur. Zəngi tayfalarının ən qədim yaşayış məskənlərindən biri Cənubi Azərbaycandakı Zəncan şəhəridir. Bu şəhərin adını farslar "Zənqən" ("ən" farsca çoxluq bildirən şəkilçidir.) kimi tələffüz edirlər. Ərəblərin bu ərazilərə gəlişi ilə bağlı "q" səsinin "c" səsi ilə əvəzlənməsi nəticəsində yazılı mənbələrdə şəhərin adı Zəncan kimi qeyd olunmağa başladı. Zəngi tayfalarının ana vətəni Orta Asiya, daha konkret desək, indiki Özbəkistan əraziləridir. Zəngi tirəsi hal-hazırda da Özbəkistanda yaşayır və burada zəngi adı ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır (Zəngi, Zəngitəpə, Zəngərik və s.). Zəngilər bizim eranın əvvəllərində daha geniş areala səpələnməyə başladılar. Qazaxıstana, Əfqanıstana, İrana və Qafqaza gələn zəngilər məskunlaşdıqları yerlərdə öz adları ilə bağlı şəhərlər, kəndlər salmağa, öz adlarını çaylara, dağlara, dərələrə verməyə başladılar. Zəncan və Zəngəzur adından savayı, zəngilərlə bağlı onlarca toponim saymaq olar: Türkiyədə - Ərzincan, Gürcüstanda - Zəngişamlı, Zəngənə, Azərbaycanda - Zəngilan, Zəngəran (Yardımlı rayonu), Zəngənə (Sabirabad rayonu), Zəngişalı (Ağdam rayonu), Zəngidərə çayı (Qobustan rayonu), Zəngi çayı (Ismayıllı rayonu), Irəvan mahalında - Zəngibasar, Zəngilər, Zəngili, Zəngi çayı kimi "zəngi" komponenti ilə bağlı toponimlərin olması bu toponimin məhz geniş arealda yaşamış, bir yerdən başqa yerə köçmüş böyük və qüdrətli bir tayfanın adı ilə bağlılığından xəbər verir. Tarixdən məlumdur ki, Zəngi tayfaları orta əsr Azərbaycan Atabəylər dövlətində yuxarı zümrədə təmsil olunmuş, sonra isə Səfəvilər dövlətinin yaranmasında və inkişafında yaxından iştirak etmişlər. Məhz zəngilərin indiki Zəngəzur ərazilərinə köçü də Atabəylər dövründə başlamış, Səfəvilərin hərbi yürüşlərində isə daha da güclənmişdir. Şah İsmayıl Xətainin yaratdığı qüdrətli Səfəvilər səltənətinin təkamülündə və güclənməsində qayı oğuzların bir boyu olan, igidliyi və cəsurluğu ilə seçilən zəngi tayfalarının böyük rolu olmuşdur. Orta əsr tarixi mənbələrinin («Kitabi-Dədə Qorqud» (VII əsr) Mahmud Qaşğari (Divani Lüğəti-it-Türk (XI əsr)), Rəşid əd Din (Oğuznamə (XIV əsr), Əbdülqazi (Şəcəreyi-Tərakimə (XVII əsr) şəhadətinə görə oğuzlar 24 tayfaya bölünür ki, onların da ən məşhurlarından biri qayı (kayıq) boyudur. Qayı türklərinin məşhur qəbilələri bunlardır: Qacar, avşar, zülqədər, zəngənə, çoban, baharlı, padar, ustaclı, lək, xəlilli, sorsor, şəfəq və s. Bu qəbilələrin bir çoxu Səfəvilər dövlətinin yaranmasında yaxından iştirak etmiş, qəbilə başçıları isə qızılbaşların hərbi və inzibati rəhbərliyində geniş təmsil olunmuşlar. A.A.Bakıxanov zəngənə, xəlilli, ustaclı, qacar, kəngərli, xələc, qaramanlı, çıraqlı, təkəli, şamlı tayfalannın adlarını çəkmiş, onların türk tayfaları olduğunu və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdığını göstərmişdir. Məhz Azərbaycan Atabəylər dövlətinin və daha sonra Səfəvilər xanədanının dövründə İrəvan, Çuxursəd, Ərzincan, Sisakan ərazilərində zəngənə oğuzlarının ictimai-siyasi fəallığının yüksəlməsi müşahidə edilməyə başladı. Bu dövrdən etibarən "zəngi(ə)" kökü ilə bağlı müxtəlif toponimlər və oronimlər bu arealda yayılmağa başladı. Babək Xürrəmdinin ərəb xilafəti ilə mübarizəsi illərindən ərəblərə yaxşı tanış olan Sisakan mahalı, bu ərazinin dağlıq, qayalıq, təbii qala, divarı xatırladan silsilə daşlardan ibarət landşaftı ərəb səyyahlarının və alimlərinin diqqətində müdafiə istehkamı-qala kimi qalmışdır. Eyni zamanda yaşayış məntəqələrinin demək olar ki, hamısı qalalar şəklində tikildiyindən zəngi tayfalarının geniş arealda yayıldıqları bu dağlıq ərazini ərəb səyyahları Zəngisur - zəngilərin qalası adlandırmaqda tamamilə haqlı idilər. Sur, sür sözü (eləcə də sürü, sürəkli, sürüşmək sözlərinin kökündəki "sür") ərəb dilində silsilə divar, daş hasar, qala mənasını daşıyır. Kiçik Qafqaz sıra dağlarının davamı və ən hündür dağ silsiləsi sayılan, daş zəncir kimi ta Qarabağ yaylasına qədər uzanan, dar dərələri, keçilməz yamacları, qorxunc sıldırımları, sərt qayaları ilə təbii bir istehkamı, qala divarlarını xatırladan, Zəngi türklərinin at oynatdığı bu dağlıq mahalın Zəngəzur adlandırılması həm tarixi-coğrafi, həm etnoqrafik, həm də məntiqi mənada tamamilə doğrudur. "Zəngəzur" termini bir toponim kimi yazılı mənbələrdə XIV əsrdən məlumdur. Bu dövrdə isə təkcə Zəngəzurda deyil, eləcə də bütün Qafqazda qüdrətli türk-müsəlman ruhu hakim idi. Zəngəzur ərazisində xeyli sayda sur (zür) topomorfantı ilə bitən digər toponimlərin də olması və bu kəndlərin demək olar ki, hamısının dağlarda və sıldırım qayalıqlarda yerləşməsi (Təkəzür, Ərcəzür, Gecəzür, Dərməzür, Astazur, Əynəzur, Goranzur və s.) faktı da Zəngəzur adının məhz dərə ilə deyil, dağla, divarla, qala ilə bağlılığını bir daha sübut edir. Bütün tarixi mübarizələrlə, yerli və gəlmə hakimlərin ağalıq iddialarından yaranan irili-xırdalı döyüş səhnələri ilə zəngin olan dağlıq bir ərazidə yaşayış məntəqələrinin dərədə deyil, dağlarda, özü də təbii istehkamlara yaxın yerlərdə salınması məqsədə uyğun idi və yuxarıda adlarını sadaladığımız kəndlərin hamısı belə bir landşaftı olan ərazidədir. Digər tərəfdən, Zəngəzurun təbiəti - qarlı, sərt şaxtalı qışı və kifayət qədər günəşli yayı tələb edir ki, yaşayış məntəqələri dərədə deyil, dağ döşündə, qar uçqunu basmayan, sel, tufan tutmayan yerlərdə, digər kəndlərlə nəqliyat, səs və görüntü əlaqəsi yaratmaq üçün həyati və strateji baxımdan əlverişli olan yerlərdə salınsın. Zəngəzurun adı da, özü də bizə məxsusdur. Min illər öncə bizim ulu babalarımız bu torpaqları əkib-becərmiş, abadlaşdırmış, kəndlər, şəhərlər şalmış, Vətən etmişlər. Son yüzillikdəki qısa fasilələr istisna olmaqla bu torpaqlarda həmişə bizim xalqımız yaşamış və hökm etmişdir. Sovet hökuməti trəfindən Zəngəzura qarşı törədilmiş qəsd və tarixi ədalətsizlik həmdə Azərbaycanın və türk coğrafiyasının ərazi bütövlüyünü pozmuşdur...Cənab Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə tarixi geri dönüş, ədalətin bərpası zamanı başlamışdır...İndi dünya sularında üzərində cənab İlham Əliyevin imzası olan "Zəngəzur" tankeri üzməkdədir...İndi Şərqi Zəngəzur iqtisadi rayonu sürətlə qurulmaqdadır, Zəngəzur dəhlizinin açılması və coğrafi cəhətdən əlaqəsi kəsilmiş böyük türk dünyasının bütövlüyünün bərpası tarxin reallığına çevrilməkdədir...Bakıdan çıxan sürət qatarının Zəngəzurdan keçərək Naxçıvana və Qarsa gedəcəyi gün o qədər də uzaqda deyildir! ...Biz Şərqi Zəngəzura qayıtmışıq! ...Qərbi Zəngəzura da gedəcəyik. Hansı gün və hansı nəqliyyat vasitəsi ilə gedəcəyimizi isə Ali Baş Komandan söyləyəcəkdir! Zəngəzur Azərbaycandır!



Musa Urud - Milli Məclisin deputatı
15-08-2022, 15:53
Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə çatır


Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə çatır

Ukraynada müharibə başlayandan indiyədək Rusiya ordusunun 43 min 750 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün məlumat yayıb. Rusiyanın digər döyüş itkiləri 1876 tank, 4141 zirehli döyüş maşını, 985 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 195 helikopter, 787 PUA, 187 qanadlı raket, 15 gəmi, 3036 avtomobil texnikası və avtosistern, 92 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
15-08-2022, 15:50
Rusiyadakı ermənilərin ümidləri puç oldu...


Rusiyadakı ermənilərin ümidləri puç oldu...

“Prezident İlham Əliyev AzTV-yə müsahibəsində erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazisindən tamamilə çıxarılması ilə bağlı ermənilərə kifayət qədər sərt mesajlar verdi. Laçın, Zabux və Sus kəndlərinin ermənilər tərəfindən dərhal boşaldılması məsələsi bir daha vurğulandı”. Butov.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov bildirib. Deputat, həmçinin qeyd edib ki, İrəvanın Zəngəzur dəhlizi ilə bağlı qərarın qəbulunu təxirə salmaması tələbi və nəhayət, Qarabağ erməniləri üçün Azərbaycanın digər vətəndaşlarından fərqli hər hansı status gözləntiləri olmamalıdır. “Maraqlıdır ki, bütün bunlar bu yaxınlarda Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Konyada keçirdiyi görüşdən sonra səsləndirilib. Bundan əlavə, xatırladaq ki, Türkiyə lideri bir həftə əvvəl Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, onunla 4 saatlıq danışıqlar aparıbsa, güman edirəm ki, Rusiyadakı ermənilərin Türkiyə və Azərbaycanla qarşıdurmada ümidləri puç olub. Hazırda erməniləri çəkindirən bir şey var ki, bu da separatçı liderlərin davranışlarında və sözlərində aydın görünür. Lakin onlar istər-istəməz yeni geosiyasi reallıqlara dözməli olacaqlar”, - deyə parlamentari vurğulayıb.
15-08-2022, 15:46
“Qara qızıl” ucuzlaşdı


“Qara qızıl” ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Butov.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,99 dollar azalaraq 97,16 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,92 dollar ucuzlaşaraq 91,17 dollar olub.
15-08-2022, 15:32
Arayik Qarabağ ermənilərini silahlandırmaqdan danışdı


Arayik Qarabağ ermənilərini silahlandırmaqdan danışdı

Qarabağdakı erməni separatçıların başçısı Arayik Arutyunyan ötən gün Xocavənd rayonunun işğal altındakı Çartar qəsəbəsinə gəlib. Butov.az xəbər verir ki, Arutyunyan Çartarda Rusiyada yaşayan xeyriyyəçi Vladimir Avakyanın vəsaiti hesabına tikilmiş, çoxfunksiyalı idman kompleksinin şəraiti ilə tanış olub. Separatçıların başçısı Çartardakı erməni icması ilə görüşüb, mövcud problemləri müzakirə edib. İcma üzvləri içməli və suvarma suyunun çatışmazlığından, yolların bərbad durumundan, bir sıra digər sosial-iqtisadi problemlərdən söz açıblar. Qarabağda baş verən son hərbi-siyasi hadisələrə toxunan Arayik Arutyunyan bildirib ki, bunlar əsasən geosiyasi vəziyyətlə bağlıdır. O, üçtərəfli bəyanatla qurulan kövrək sülhdən və bu sülhün qorunması funksiyasını öz üzərinə götürən Rusiya sülhməramlı kontingentindən narazılığını gizlətməyib. Separatçıların başçısı güclü səbirlə silahlanmanın vacibliyini vurğulayıb.
15-08-2022, 15:26
Bakı-Moskva reysi gecikir - Yenə problem yarandı


Bakı-Moskva reysi gecikir - Yenə problem yarandı

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysi texniki səbəbdən gecikir. Bu barədə AZAL-dan məlumat verilib. Bildirilib ki, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.
15-08-2022, 15:23
Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçür


Laçından çıxan 14 erməni ailəsi Zəngəzura köçür

Laçının Zabux kəndində qanunsuz məskunlaşmış 14 erməni ailəsi Ermənistanın Zəngəzur vilayət administrasiyasına müraciət edib. Bunu “Sputnik Ermənistan”a Zəngəzur qubernatorunun müavini Nare Qazaryan deyib. Onun sözlərinə görə, həmin ailələr Zabuxdan Zəngəzura köçmək istədiklərini bildiriblər. Xatırladaq ki, “Laçın dəhlizi”nə çəkilən alternativ yolun istifadəyə verilməsilə əlaqədar Laçın rayonunun Zabux və Sus kəndləri, eləcə də Laçın şəhərində qanunsuz yaşayan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar. Azərbaycan tərəfi onlara yaşayış məntəqələrini tərk etmələri üçün avqustun 25-dək vaxt verib. Zəngəzurun vitse-qubernatorunun sözlərinə görə, bir həftədir vilayət qubernatorunun tapşırığı əsasında bölgəyə köçmək istəyənlərin problemləri ilə məşğul olan işçi qrupu yaradılıb. "Hazırda Ağavnodan (Zabuxdan-red.) olan 14 ailə Sünikdə (Zəngəzurda-red.) məskunlaşmağa hazırlaşır, onlar hələ hansı kənddə yerləşəcəklərinə qərar verməyiblər”, – Qazaryan bildirib. O, Laçın şəhərindən çıxacaq daha iki ailəni də gözlədiklərini deyib. Nare Qazaryanın sözlərinə görə, Qarabağdan gələnlər üçün yerləşdirmə və yükdaşıma məsələsi indi aktualdır. Vilayət rəhbərliyi insanların əşyalarını daşıması üçün yük maşını və yanacaq verməyə çalışır. Ermənistanın Əmək və Sosial İşlər Nazirliyi “Sputnik Ermənistan”a bildirib ki, Zabux, Sus və Laçın şəhərindən köçənlərə aylıq 40 min dram (təxminən 100 dollar) məbləğində dəstək veriləcək. Onlar bu məbləği mənzil məsələsi həll olunana qədər alacaqlar.
15-08-2022, 15:20
Müharibə iştirakçısını qətlə yetirən şəxs tutuldu


Müharibə iştirakçısını qətlə yetirən şəxs tutuldu

Bakıda gənc oğlanı qətlə yetirən şəxs tutulub. Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranan mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq tədbirləri davam edir. Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
15-08-2022, 15:18

Trabzonun fəthi münasibəti ilə Kadırğada möhtəşəm yürüş təşkil edildi



Bildiyimiz kimi, qardaş Türkiyəmizdə Trabzonun fəthi hər il təntənə ilə qeyd olunur.
Bü münasibətlə Trabzonda yüksək səviyyəli rəsmi tədbirlər, yürüş və ziyarətlər həyata keçirilir. Bu il də Trabzonun fəthinin 561-ci ildönümü TÜRKAV tərəfindən böyük coşqu ilə qeyd olundu. Belə ki, ənənəvi olaraq hər il 15 avqust tarixindən əvvəlki cümə günü düzənlənən "HER YIL BURADA OLACAĞIZ" devizli tədbir bu il avqustun 12-sinə təsadüf etdiyi üçün həmin gün Trabzonun Kadırğa yaylasında TÜRKAV tərəfindən yürüş təşkil olundu. Mehteran ( Yeniçəri Türk əsgəri) dəstələrinin müşayiəti ilə iştirakçılar tədbirin keçiriləcəyi məkana gəldilər. Tədbiri giriş sözü ilə açan TÜRKAV rəhbəri, Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Trabzon təmsilçisi Kenan Kuru belə bir önəmli tarixi gündə tədbirə qatılan hər bir kəsə minnətdarlığını bildirərək göstərdikləri duyarlılıq üçün təşəkkür etdi. TÜRKAV rəhbəri qeyd etdi ki, bu gün tarixin gerçəkliyini günümüzə daşımaq önəmli yer tutmakdadır. Birliyimiz tarixdə olduğu kimi, bu əsrdə də Türk millətini birləşdirən iradənin adını ifadə edir. Türk dövlətləri, eləcə də Türk milliyətçiləri Türk dünyasındakı müstəqillik və azadlıqları uzun müddətdən bəri arzu etməkdə idilər. Qazi Mustafa Kamal ATATÜRKün Türk dünyası hakkında işarət etdyi məqamlar Türkiyədə və Türk dünyasında reallaşmaqdadır. 2021-ci ilin noyabr ayında Türkiyənin Cümhur başqanı R.T.Erdoğanın dəvətiylə müstəqil Türk cümhuriyyətləri İstanbulda toplanmış, Türkcə Danışan Dövlətlər Birliyinin adını dəyişərək Türk Dövlətləri Birliyi adlandırmış, məqsədi ulu Turan olan böyük bir Türk birliyini formalaşdırmışlar.

Türk dünyasının siyasi, mədəni, elmi, sosial və digər sahələrdə birliyini daha da gücləndirmək, Türk milli mənəviyyat və xarakterini bir bütöv halında gələcəyə ötürmək məqsədilə görülən işlər sırasında TÜRKAVın gördüyü işlərin, o cümlədən "HER YIL BURADA OLACAĞIZ" devizli tədbirlərin də xüsusi əhəmiyyəti olduğunu vurğulayan Kenan Kuru tədbirdə iştirak edən dövlət rəsmilərinə, bələdiyyə rəhbərləri, elm, sənət adamlarına və bütün iştirakçılara təkrar minnətdarlığını bildirdi, bu həmrəyliyin Türk dünyasının gələcəyi baxımdan çox böyük önəm daşıdığını vurğuladı.

Daha sonra Trabzonun quruluşundan bu günə qədərki önəmli tarixlərə diqqəti yönəldən Kenan bəy Türk tarixində çox böyük rol oynayan Fatih Sultan Mehmetin bilinməyən yollarla, ən ağır şərtlərdə Trabzona daxil olduğunu, gördüyü işlərə və xidmətlərinə görə hər zaman minnət duyulan şəxslərdən biri kimi xatırlandığını, daim rəhmətlə anıldığını bildirdi. Trabzon tarixindəki 8 dövrdən ən önəmlilərinin Trabzonun Sultan Mehmet tərəfindən fəthi və Cünhuriyyətin qurulmasından sonrakı dövr olduğunu deyən TÜRKAV rəhbəri ürəyində Vətən duyğusu, Türklük şüuru, millət sevgisi, Şəhidə minnət, Qaziyə hörmət, əcdada vəfa kimi dəyərləri yaşadan hər bir kəsin Türk tarixində rolu olan insanları hörmətlə yad etməli olduğunu vurğuladı. Kadırğadakı açıq hava məbədinin Türkiyədə xüsusi iz buraxdığını qeyd edən Kənan bəy bu məbədi yaradanlara və açıq hava ziyarətini gerçəkləşdirən hər bir kəsə minnətdarlıq etdiyini bildirdi.

O, haqlı olaraq qeyd etdi ki, Türk milliyətçiliyində insana sevgi, əcdada bağlılıq, tarix və dövlətçilik ənənələrində şərəfli mövqeyini mühafizə etmək gücü vardır. Elə 1461-ci ildə fəth olunan Trabzonda Kabaktepe, Harmantepe və digər şəhidliklərdə uyuyan türk qəhrəmanlarının hər zaman anılması da milli şüur və təfəkkürlə əlaqədardır. Türk tarix və əsalətində Bilgə Kağan öyüdü, Dədə Qorqud nəsihəti, Yunis İmrə sevgisi, Fatih Sultan Mehmet uzaqgörənliyi, Atatürk öndərliyi, Bağbuğ çağırışı, liderin yolgöstərənliyi vardır. Türk dövlətlərinin dünyanın lider dövlətləri sırasına çıxması yönündə TÜRKAV da öz fəaliyyətini genişləndirməkdədir.
15 avqust 2022-ci il tarixində qeyd olunacaq fəthin bəxtiyarlığı içindəyik. Trabzon Valiliyinin öncülüyündə ilk dəfə 15 Avqustda fəth gününü qeyd edəcəyik.
Belə bir önəmli gündə Vətəni Vətən edən şəhidlərimizi, tariximizdə xüsusi yer tutan şəxsiyyətlərimizi bir daha rəhmətlə anır, ruhlarının şad olmasını təmənna edirik.



Rasafil Bayramov
ATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri,
ATA tv və İctimai Xəbər Agentliyinin baş direktoru,


Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti, ATXQ İB-nin həmsədri, İctimai Xəbər Agentliyinin direktoru
15-08-2022, 15:15
Əşrəf Qani ölkədən qaçma səbəbini açıqladı


Əşrəf Qani ölkədən qaçma səbəbini açıqladı

Əfqanıstanın keçmiş dövlət başçısı Əşrəf Qani bir il əvvəl "Taliban" hakimiyyətə gələndə ölkədən qaçma səbəbini açıqlayıb. Sabiq prezident ilk dəfə bu barədə CNN-ə müsahibə verib. “Buna səbəb "Taliban" hərəkatının hökumətin legitimliyi haqqında sənədi məcbur imzalatdırması olub. Mən heç vaxt ölkəni tərk etmək fikrində olmamışam. Külli miqdarda pulla Əfqanıstandan çıxmağım da yalandır”,- keçmiş prezident vurğulayıb. Qeyd edək ki, ötən il avqustun 15-də Əfqanıstanın o zamankı prezidenti Əşrəf Qani vitse-prezident və digər yüksək vəzifəli məmurlarla birlikdə ölkədən qaçmışdı. Bundan sonra Əfqanıstanda hakimiyyət "Taliban"a keçib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!