Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
4-11-2022, 16:10
Ərdoğan Qərbi günahlandırdı


Ərdoğan Qərbi günahlandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini Afrikanın aclıqdan əziyyət çəkən ölkələrinin problemlərinə biganə yanaşmaqda günahlandırıb. Butov.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, o, rusiyalı həmkarı Vladimir Putinlə ehtiyacı olan ölkələrə pulsuz taxıl tədarükü haqqında razılığa gəliblər. Ərdoğan deyib ki, 2022-ci il noyabrın 15-16-da İndoneziyada keçiriləcək G20 sammitində Afrika ölkələrinin ərzaq təminatı məsələsini qaldırmağı planlaşdırır. Türkiyə lideri Qərbin Afrika ölkələrindəki aclıq problemlərinə münasibətini tənqid edərək, bunu biabırçılıq adlandırıb. O, Qərbi bu problemlər fonunda “insanlıq dərsi” verməkdə suçlayıb. Noyabrın 3-də Rusiya Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə ixracı üçün “taxıl müqaviləsi”ndə iştirakını bərpa etmək qərarına gəlib. Rəsmi Moskva bildirib ki, Rusiya tərəfi Ukraynadan zəmanət alıb, ona əsasən, Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib. Türkiyə danışıqlarda vasitəçi kimi çıxış edib.
4-11-2022, 16:07
Ukrayna Avropa İttifaqına daxil olacaq - Zelenski


Ukrayna Avropa İttifaqına daxil olacaq - Zelenski

ABŞ-da hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Amerika cəmiyyətinin əksəriyyəti Ukraynanın yanındadır. Ona görə də Amerika cəmiyyətinin Ukraynaya dəstəyinin davam etdirilməsi ilə bağlı narahatlığa əsas görmürəm. Bunu xarici KİV-ə müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Zelenski deyib ki, Amerika cəmiyyətinin seçiminə hörmətlə yanaşacaqlarını açıqlayıb:"Müharibə ona görə başladı ki, Rusiya bizi müstəqil ölkə, Avropa ölkəsi kimi tanımır. Xalqın müstəqil olmaq istədiyi Belarusda da eyni şey olacaq. Niyə Rusiya Belarusda insanların necə yaşamasına qərar verməlidir?". Zelenski, həmçinin ölkəsinin Avropa İttifaqına daxil olacağını söyləyib: "Gec və ya tez olacağını demək istəmirəm, çünki artıq gec olduğuna inanıram”.
4-11-2022, 15:28
Rəisi Baydenə cavab verdi: İran əsla sağmal inək olmayacaq!


Rəisi Baydenə cavab verdi: İran əsla sağmal inək olmayacaq!

İran prezident İbrahim Rəisi ABŞ prezidenti Co Baydenin “Biz tezliklə İranı azad edəcəyik” açıqlamasına cavab verib. Butov.az xəbər verir ki, İbrahim Rəisi ABŞ-ın müharibələrdə və qan tökülmələrində aparıcı rol oynadığını, xalqların maraqlarını öz maraqları naminə məhv etdiyini bildirib. O, ABŞ prezidenti Co Baydeni İrandakı iğtişaşları dəstəkləməkdə ittiham edib. İran prezidentinin sözlərinə görə, bu gün imperializmin simvolu ABŞ-da hökmranlıq edən sistemdir. O, Amerikanı “böyük şeytan” adlandırıb. İbrahim Rəisi çıxışının sonunda belə deyib:“Bir neçə saat əvvəl ABŞ prezidentinin İranı azad etmək istədikləri ilə bağlı açıqlamalarını eşitdim. Baydenə demək istəyirəm: İran 43 il bundan əvvəl azad edilib və biz heç vaxt sağmal inək olmayacağıq!”.
4-11-2022, 15:25
Türkiyədə Qardaşlıq Parkı açıldı


Türkiyədə Qardaşlıq Parkı açıldı

Türkiyənin Kayseri şəhərində Azərbaycan Qardaşlıq Parkının təntənəli açılış mərasimi keçirilib. Butov.az xəbər verir ki, tədbir Kayserinin Talas Bələdiyyəsinin və Azərbaycan-Türkiyə Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. Mərasimi açıq elan edən Talas bələdiyyəsinin sədri Mustafa Yalçın bildirib ki, Kayseridə qardaş Azərbaycana hər zaman xüsusi münasibət bəslənilir. “Talas bələdiyyəsi olaraq belə mötəbər tədbirə ev sahibliyi etdiyimiz üçün qürur duyuruq”, - deyə bələdiyyə sədri vurğulayıb. Tədbirin layihə rəhbəri və təşəbbüskarı olan Azərbaycan-Türkiyə Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin həmtəsisçisi və fəxri prezidenti Nəcəf Qənbərov türk dünyasının parlaq zəfərlərindən biri olan 44 günlük Vətən müharibəsi dövründə və sonra iki Prezidentin – iki Ali Baş Komandanın bütün dünyaya göstərdiyi birlikdən danışıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının bu parkda öz əksini tapdığını nəzərə çatdırıb. Bu layihənin gerçəkləşdirilməsi üçün göstərdikləri dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Kayseri şəhər rəhbərliyinə minnətdarlığını bildirib. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Haciyev çıxışı zamanı Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və birliyimizin daim olmasını arzulayıb. Azərbaycan və Türkiyə Prezidentlərinin öz millətinin və dövlətinin lideri olmağı bacarmış siyasətçilər olduğuna, mürəkkəb siyasi proseslər dövründə apardıqları siyasətin yalnız öz dövlət və millətinin mənafeyinə xidmət etdiyinə diqqəti cəlb edib. Tədbirdə çıxış edən Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıç və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan Qardaşlıq Parkının yaradılmasının önəmindən bəhs ediblər. Ədalət və İnkişaf Partiyası sədrinin müavini Mehmet Özhasekinin, Zəngilana səfərləri zamanı keçirdikləri qəza səbəbindən tədbirdə iştirak edə bilməyən Türk Şurası Ağsaqqallar Birliyinin sədri Binəli Yıldırımın və Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın təbrik məktubları oxunub. Onlar parkın açılışını Azərbaycan və Türkiyə qardaşlığının sevinc, qürur və uğur günü kimi dəyərləndiriblər. Könüllərinin hər zaman Azərbaycanla birlikdə olduğunu, gələcəkdə Şuşa Mədəniyyət Evinin açılış törənində iştirak edəcəklərinə ümid etdiklərini və bundan qürur duyacaqlarını bildiriblər. Sonra Azərbaycan Qardaşlıq Parkının qırmızı lenti kəsilib. Parkın ərazisində Qarabağın və Şuşanın rəmzlərindən biri olan İsa bulağı tikilib, Azərbaycanın qan yaddaşı sayılan Xocalı soyqırımı qurbanlarının abidəsi ucaldılıb. Bu parkda tikiləcək Şuşa Mədəniyyət Evinin təməli qoyulub. Qeyd edək ki, açılış mərasimində Erciyes Universitetinin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
4-11-2022, 15:23
“Putinlə razılaşdıq, taxıl pulsuz veriləcək” - Ərdoğan


“Putinlə razılaşdıq, taxıl pulsuz veriləcək” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə taxıl məsələsində razılığa gəldiklərini açıqlayıb. Ərdoğan bu barədə 19-cu MÜSİAD “Expo” sərgisində çıxışı zamanı danışıb.“Vladimir Putin taxılı pulsuz şəkildə Cibuti, Somali və Sudana göndərmək barədə təklif etdi. Həmfikir olduq, razılaşdıq. Atmalı atdığımız addım budur. Ehtiyacı olan ölkələrə taxıl pulsuz çatdırılacaq”, - Türkiyə lideri əlavə edib. Qeyd edək ki, bir neçə gün öncə Rusiya “taxıl sazişi”nin icrasını bərpa edib. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Moskva Ukraynadan yazılı təminat alıb - Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib.
4-11-2022, 15:20
İsrail Qəzzaya zərbələr endirdi


İsrail Qəzzaya zərbələr endirdi

İsrail Fələstinin Qəzza zolağına zərbələr endirib. Bu addımın HƏMAS-ın raket zərbələrinə cavab olaraq atıldığı bildirilib. İlkin məlumata görə, İsrail hərbçilərinin zərbələri nəticəsində yaralanan və ya ölən olmayıb. Qeyd edək ki, Qəzza zolağı Fələstinin əsas hissəsi olan İordan çayının qərb sahillərindən kənarda yerləşir. Aralıq dənizi sahilində yerləşən ərazi uzun müddət embarqo altında saxlanılıb.
4-11-2022, 14:57
Türkiyə ordusu şəhid verdi


Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu İraqda şəhid olub. Hadisə İraqın şimalındakı “Pençe-Kilit” əməliyyat bölgəsində baş verib. Terrorçuların açdığı atəş nəticəsində hərbçi Lokman Akçağlayan həyatını itirib. Hazırda bölgədə antiterror əməliyyatları davam etdirilir.
4-11-2022, 14:55
Şənbə gününün havası - Çiskin, yağış...


Şənbə gününün havası - Çiskin, yağış...

Azərbaycanda noyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskin olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
4-11-2022, 14:52
Rusiya enerji terroru həyata keçirir - Zelenski


Rusiya enerji terroru həyata keçirir - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı ölkəsinə qarşı “enerji terroru” həyata keçirməkdə günahlandırıb. Butov.az xəbər verir ki, Zelenski Rusiyanın Ukraynanın enerji təchizatı sistemlərinə hücum etdiyini bəyan edib. Onun sözlərinə görə, Rusiya tərəfindən Ukraynanın elektrik infrastrukturuna vurulan zərər nəticəsində 4.5 milyon insan işıqsız qalıb. “Rusiya Ukraynaya qarşı enerji terroru gerçəkləşdirir”, - deyə o əlavə edib.
4-11-2022, 14:50
Koreya yarımadasında gərginlik - Qırıcılar havaya qaldırıldı


Koreya yarımadasında gərginlik - Qırıcılar havaya qaldırıldı

Cənubi Koreya aviasiyası təyyarələrini havaya qaldırıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Koreyanın bu addımı Şimali Koreyanın hərəkətlərinə cavab olaraq atdığı bildirilib. Belə ki, KXDR son vaxtlar hərbi aviasiya sahəsində aktivləşmə nümayiş etdirir. Bu ölkə tərəfindən ümumilikdə 180-ə yaxın təyyarənin iştirakı ilə manevrlər gerçəkləşdirilib. Qeyd edək ki, ABŞ müdafiə naziri Lloyd Ostin də Şimali Koreyanın addımlarını pisləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!