Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
6-11-2022, 16:00
Millimizdən biabırçı məğlubiyyət


Millimizdən biabırçı məğlubiyyət

Azərbaycan millisi həndbol üzrə 2023-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, Portuqaliyanın Paredes şəhərində bu ölkənin yığma komandası ilə qarşılaşan millimiz rəqibinə 12:36 hesabı ilə məğlub olub. Beləliklə, iki oyunun nəticəsinə əsasən, Portuqaliya milli komandası növbəti mərhələyə vəsiqə qazanmaq üçün yaxşı imkan əldə ediblər.
6-11-2022, 15:57
Retro vaqonlar yenidən Bakı metrosunda


Retro vaqonlar yenidən Bakı metrosunda

Bayram günlərində Bakı metrosunda retro vaqonlar nümayiş olunur. Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, “A”,”Q”,”E” tipli vaqon eksponatlar Zəfər Günü və Bakı metrosunun yaranmasının 55 illik yubileyi münasibətilə metropolitenin əsas muzey eksponatlarından olan retro vaqonlar “İçərişəhər” stansiyasında nümayiş etdirilir. “A” tipli vaqon: Keçmiş SSRİ-nin ilk metro qatarının tərkib hissəsi olan bu vaqonlar 1934-cü ilin sonunda istehsal edilib. Həmin vaqonlarda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var. “Q” tipli vaqon: 1950-ci illərin istehsalı olan bu vaqonların sonuncusu postsovet məkanında 1983-cü ildə xətdən çıxarılıb. Lakin Bakı metropoliteni istismara verilərkən artıq istehsalı dayandırılmışdı və bu səbəbdən Bakıda sərnişindaşıma prosesinə cəlb olunmayıb. “E” tipli vaqon: 1959-cu ilin sonlarından istehsal olunmağa başlayan bu tipli vaqonlar keçmiş Sovet İttifaqı dövründə beş şəhərin - Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev, Bakı və Tbilisinin metropolitenlərinə göndərilirdi. O zaman Bakıya “E” tipli 47 ədəd vaqon çatdırılmışdı. Stansiyada nümayiş olunan bu vaqonların sonuncusu 2011-ci ildə istismardan çıxarılsa da, metro sərnişinlərinin daha yaşlı nəsilləri üçün bu vaqonlar gənclik dövrlərinin xatirələrini canlandırır. Şəhərimizin qonaqları, metronun bütün sərnişinləri noyabrın 6-dan 9-dək dörd gün “İçərişəhər” stansiyasında bu vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər.
6-11-2022, 15:52
Xızıda hərbi sursat aşkarlandı


Xızıda hərbi sursat aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 7 ədəd 100mm-lik tank mərmisi, 3 ədəd 120 mm-lik top mərmisi, 2 ədəd TAB-50 aviabomba, 1 ədəd TAB-7 aviabomba, 21 ədəd 82 mm-lik tank mərmisi, 5 ədəd 76mm-lik top mərmisi, 10 ədəd 100 mm-lik top mərmisi, 3 ədəd 85 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik qumbaraatan mərmisi, 1 ədəd Qrad mərmisi (2 motorlu), 3 ədəd F-1 əl qumbarası, 2 ədəd POMZ-2 piyada əleyhinə mina və 1 ədəd əleyhiqaz kömürü olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
6-11-2022, 15:49
Sabahın havası: Yağış, qar yağacaq


Sabahın havası: Yağış, qar yağacaq

Azərbaycanda noyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-10°, gündüz 13°-dək isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək. Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.
6-11-2022, 15:46
3 milyon insanın Kiyevdən təxliyəsi gözlənilir


3 milyon insanın Kiyevdən təxliyəsi gözlənilir

Kiyevdə 3 milyon sakin evakuasiya oluna bilər. Bu barədə Kiyev administrasiyasının Təhlükəsizlik xidmətinin rəhbəri Roman Tkaçuk bildirib. Buna səbəb elektrik enerjisi tam kəsilməsi olacaq.“Bütün elektrik təchizatı sistemini itirilərsə, əhali köçürüləcək. Bunun qarşısının alınması üçün işlər görürük”,- deyə o vurğulayıb.
6-11-2022, 15:25
Cəbrayılda insan sümükləri tapıldı


Cəbrayılda insan sümükləri tapıldı

Cəbrayıl rayonunun Çullu kəndində insan sümükləri tapılıb. Butov.az xəbər verir ki, iki gün əvvəl kənd ərazisində yer səthinin 3-5 santimetrliyində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkar edilib. Məlumata görə, yaxınlıqda insan skeletinin digər hissələrinə rast gəlinməyib. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.
6-11-2022, 14:47
Miqrantlar iğtişaş törətdilər


Miqrantlar iğtişaş törətdilər

Miqrantlar Böyük Britaniyada genişmiqyaslı iğtişaşlara imza atıblar. Butov.az xəbər verir ki, Hitrou yaxınlığındakı Harmondsvort kəndində yerləşən müvəqqəti saxlama məntəqəsində miqrantlar iğtişaş törədiblər. Hadisəyə səbəb bir gün əvvəl, noyabrın 4-də mərkəzdə yaranan problemlər olub. Məlumata görə, düşərgədə elektrik enerjisi və su təchizatı kəsilib. Problemi gün ərzində aradan qaldırmaq mümkün olmayıb. Bunu əsas gətirən bıçaqla silahlanmış 100-ə yaxın miqrant mərkəzin heyətinə hücum edib. Əməkdaşlar hadisə yerinə polis çağırıblar.
6-11-2022, 14:45
ABŞ-da atışma: 9 nəfər güllələndi


ABŞ-da atışma: 9 nəfər güllələndi

ABŞ-ın Pensilvaniya ştatında atışma olub. Hadisə Filadelfiya şəhərində yerləşən barın yaxınlığında qeydə alınıb. Məlumata görə, naməlum qrup azı 40 dəfə atəş açıb. Silahlı insident nəticəsində 9 nəfər yaralanıb. Hadisənin digər detalları barədə məlumat verilməyib.
6-11-2022, 14:43
Türkiyə ordusu şəhid verdi


Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin çavuşu Halil Yıldız şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat bölgəsində terrorçular tərəfindən basdırılan minanın partlaması nəticəsində 2 hərbçi yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, H.Yıldızın həyatını xilas etmək mümkün olmayıb.
6-11-2022, 14:41
Mədəndə güclü partlayış: yaralılar var


Mədəndə güclü partlayış: yaralılar var

Türkiyədə növbəti dəfə mədən partlayışı baş verib. Hadisə Zonquldaq əyalətinin Kilimli rayonunda qeydə alınıb. Məlumata görə, daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub. Partlayışın başvermə səbəbi hələlik məlum deyil.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!