Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
12-11-2022, 17:52
ABŞ Ukrayna-Rusiya danışıqlarının başlanmasını istəyir, amma bir şərtlə...


ABŞ Ukrayna-Rusiya danışıqlarının başlanmasını istəyir, amma bir şərtlə...

Amerika Birləşmiş Ştatlar yaxın vaxtlarda Ukrayna ilə bağlı danışıqların başlayacağına ümid edir, lakin hesab edir ki, Kiyev bunun şərtlərini müəyyən etməlidir. Bunu ABŞ-ın NATO-dakı səfiri Culian Smit İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib. "Biz ümid edirik ki, nə vaxtsa, gələcəkdə danışıqlar olacaq", - o deyib və əlavə edib ki, ABŞ Volodimir Zelenskidən "danışıq masası arxasında oturmaq üçün şərtlər" qoymasını istəyir. Onun sözlərinə görə, Rusiya Federasiyası “istəsə, sabah” böhrana son qoya bilər. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Rusiyanın Ukrayna ilə danışıqlar üçün heç bir ilkin şərti yoxdur, lakin Kiyev xoşməramlılıq nümayiş etdirməlidir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna ilə danışıqlar məsələsini şərh edərkən bildirib ki, Kiyev və onun kuratorları danışıqlara ehtiyac duymur, onların məqsədi dağıdıcıdır. Kreml bildirib ki, Rusiya Federasiyası bütün təmaslara açıqdır, lakin Ukrayna hər hansı ilkin şərt irəli sürməməlidir. Ukrayna prezidenti Zelenski isə deyib ki, onun bir sıra şərtləri var: Rusiya işğal etdiyi bütün əraziləri, o cümlədən Krım yarımadasını boşaltmalıdır.
12-11-2022, 17:49
Zelenski istədiyini aldı: ABŞ 4 ədəd güclü silahı Ukraynaya göndərdi


Zelenski istədiyini aldı: ABŞ 4 ədəd güclü silahı Ukraynaya göndərdi

ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin hər çıxışında xatırlatdığı hava hücumundan müdafiə sistemlərini Kiyevə göndərdiyini açıqlayıb. Ukraynaya göndərilən Avenger hava hücumundan müdafiə sistemi ən güclü masir silah növlərindən biri sayılır. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yerli istehsal olan 4 ədəd Avenger hava hücumundan müdafiə sistemlərinin mülki ərazilər üçün qoruyucu şəbəkə yaratmaq məqsədilə Ukraynaya göndərildiyini bəyan edib. Ukraynaya 400 milyon dollarlıq hərbi yardım çərçivəsində ABŞ ordusunun inventarından göndərilən bu sistemlər qısa mənzilli hava hücumundan müdafiə sistemləri kimi tanınır. Humvee avtomobili üzərinə quraşdırlmış Avenger hava hücumundan müdafiə sistemi infraqırmızı kamera, optik nişangah və lazer məsafəölçənə malikdir və 8 km-ə qədər hədəf ala bilir. Yüksək tutumlu hava hücumundan müdafiə sistemləri Vaşinqtondakı Ağ Evi qorumaq üçün istifadə olunan sistemlərə bənzəyir.
12-11-2022, 17:47
Danışıqların təfərrüatını müxalifətlə bölüşməyə hazıram - Paşinyan


Danışıqların təfərrüatını müxalifətlə bölüşməyə hazıram - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar prosesinin təfərrüatlarını müxalifətdən olan deputatlarla bölüşməyə və müzakirə etməyə hazır olduğunu bildirib. Butov.az xəbər verir ki, Nikol Paşinyan müxalif deputatların parlamentin işini boykot etməsinə də toxunub və bunu normal proses kimi qiymətləndirib. Paşinyan vurğulayıb ki, parlamentin iclaslarında iştirak edib-etməmək müxalifətin hüququdur. “Məlumat paylaşmaq və danışıqlar prosesinin nüanslarını müzakirə etmək istəyim qüvvədə qalır. Əminəm ki, danışıqlar prosesi ilə bağlı məlumatla tanış olduqdan sonra bu, heç kimə deməyə əsas verə bilməz ki, biz Ermənistan Respublikasının maraqlarına zidd olan hər hansı hərəkət etmişik”, - Paşinyan bildirib.
12-11-2022, 17:46
Müharibədə şəhid xəbəri gəldi, dünən toyu oldu


Müharibədə şəhid xəbəri gəldi, dünən toyu oldu

Noyabrın 11-də Vətən müharibəsi qazisinin toyu olub. Lənkəran şəhərində 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından olan, döyüşdə yaralanmağına baxmayaraq sonadək vuruşan, koma vəziyyətində düşmən tərəfindən əsir alınan, ailəsinin şəhid bilib ağladığı, 52 gündən sonra Azərbaycana qaytarılan Vəlihəd Vəliyev üçün toy məclisi qurulub. Toyda ailə yaxınları, şəhid ailələri, qazilərlə yanaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov və kollektivi, Ombudsman Səbinə Əliyeva da iştirak edib. Qəhrəmanımızın şad günündən olan görüntüləri təqdim edirik:

12-11-2022, 17:43
“Bu adamı Bayden gizlədir” - Ərdoğandan sərt açıqlama


“Bu adamı Bayden gizlədir” - Ərdoğandan sərt açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülən və onun tərəfdarlarının gizləndiyi ölkələrin adlarını açıqlayıb: "Hazırda onlara kim sahib çıxır? İlk növbədə Yunanıstan. Yunanıstana, Avropaya qaçıb gediblər. Həmişə oralarda qaçıblar: Almaniyada, Fransada, Hollandiyada, Danimarkada, İngiltərədə, Amerikada yaşayırlar. Və Amerika bu adamı (Fətullah Güləni-red.) gizlədir. Bayden gizlədir. Pensilvaniyada onlara nəhəng bir malikanə verdilər, bu adam orada yaşayır. Məndən soruşsanız, terrorun mərkəzi haradadır, bax məni oranı deyə bilərəm”.
12-11-2022, 17:36
Prezident metropolitençiləri təltif etdi


Prezident metropolitençiləri təltif etdi

Prezident İlham Əliyev Bakı Metropoliteni əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bakı Metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Osmanov Əlixan Qədir oğlu
Tağıyev Səbuhi Qiyas oğlu
Tağıyev Şəbəl Əbtalıb oğlu
“Tərəqqi” medalı ilə
Əkbərov Faiq Qabil oğlu
Əmrahov Sadıq Qərib oğlu
Əsgərov Hidayət Allahverdi oğlu
İbrahimov Samir Qayıb oğlu
Qasımov Rüfət İlham oğlu
Məmmədov Elçin Adil oğlu
Məmmədov Emin Şamil oğlu
Seyidov Ruslan Məmmədrəsul oğlu.
12-11-2022, 17:34
Onlara Prezidentin fəxri diplomu verildi - Sərəncam


Onlara Prezidentin fəxri diplomu verildi - Sərəncam

Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin:
İsayev Xəzər Ağali oğlu
Meftahəddinova Zemfira Əli qızı
Rəhimov Nazir Həzrətqulu oğlu
Şabanova Rəfiqə Mahmud qızı.
12-11-2022, 17:30
Kiyev Moskvaya meydan oxudu: münaqişə dondurulmayacaq!


Kiyev Moskvaya meydan oxudu: münaqişə dondurulmayacaq!

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, Rusiya ilə münaqişənin dondurulmasından söhbət gedə bilməz. Ukrayna ordusunun qarşısında ölkənin işğal olunmuş ərazilərini azad etmək vəzifəsi durur. Aleksey Danilovun açıqlmadı Ukrayna KİV-lərində yayılıb. "Biz heç nəyi dondura bilmərik - biz soyuducu deyilik. Biz hava şəraitindən, ilin hansı vaxtından asılı olmayaraq ərazilərimizi azad edə bilərik. Prezidentin tapşırığı bütün ərazilərimizi azad etməkdir", - Danilov deyib. O, həmçinin qeyd edib ki, Ali Baş Komandanın Qərargahının son iclası “Xerson istiqaməti”nə həsr olunub.
12-11-2022, 17:28
İran bu gün: molla rejiminə meydan oxuyan yeni dövrün qadınları


İran bu gün: molla rejiminə meydan oxuyan yeni dövrün qadınları

İranda ay yarım öncə kürdəsilli gənc qadın Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar səngimək bilmir. İran hakimiyyəti rəsmilərinin iğtişaşların yatırıldığı barədə ard-arda verdikləri açıqlamalar bu ölkədən gələn son xəbərlərlə təkzib olunur. Görünən odur ki, İran hakimiyyəti qanları bahasına azadlıq tələb edən qadınların başlatdığı hərəkat qarşısında çətin duruma düşüb. İranda aksiyalara qoşulan gənc qızlar hicabsız şəkillər çəkdirib yaymaqla hazırkı durumu təsvir etməyə çalışır və öz mübarizələrində israrlı olduqlarrını nümayiş etdirirlər. Belə şəkilləri İranda 1979-cu il İslam inqilabından əvvəl görmək olardı. O vaxt qadınlar üçün geyimlə bağlı indiki kimi ciddi qadağalar yox idi. İran qadınları nəhayət başlarını bağlamaq, uzun və geniş paltar geyinmək məcburiyyətindən xilas olmağa çalışırlar. Butov.az saytı yeni dövrə yeni təfəkkürlə qədəm qoyan iranlı qadınların molla rejiminə meydan oxuyan son şəkillərini təqdim edir. Şəkillərdən görünür ki, iranlı qadınlar artıq rejimin qəddarlığından, polisin sərt davranışından belə qorxmadan küçəyə hicabsız çıxırlar...














12-11-2022, 17:19
“Putinə güzəştə getmək olmaz!” - Olaf Şolts


“Putinə güzəştə getmək olmaz!” - Olaf Şolts

Almaniya kansleri Olaf Şolts hesab edir ki, indiki mərhələdə Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə bitirmək mümkün deyil. Kansler RND telekanalına müsahibəsində deyib ki, Rusiya bu prosesə mane olur və Ukrayna ruslara güzəştə getməməlidir. Olaf Şoltsun fikrincə, Putin iki ölkə arasında danışıqlar məsələsində əvvəllər görülmüş bütün səylərin üstündən xətt çəkib. “İndi yaşadığımız bu qanlı müharibə ilə Putin əvvəllər danışıqlar baxımından mümkün olan hər şeyin qarşısını aldı”, - Şolts bildirib. O qeyd edib ki, diktatorlar nəhayət müstəqil ölkələrin ərazilərini zəbt etməyin mümkün olmadığını başa düşməlidirlər: “Rusiya başa düşməlidir ki, artıq diktatura ideyası işləməyəcək və siz sadəcə olaraq bir ərazini flomasterlə işarələyib deyə bilməzsiniz ki, bura mənimdir. Ona görə də diktatura dünyası olmayacaq, başqa bir anlayış olmalıdır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!