UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
18-11-2022, 17:37
Dəhşətli hadisə: Bir ailənin 7 üzvü yanaraq öldü


Dəhşətli hadisə: Bir ailənin 7 üzvü yanaraq öldü

Rusiyanın Başqırdıstan Respublikasında şəxsi evdə baş vermiş yanğın nəticəsində bir ailənin 7 üzvü həlak olub. Hadisə Başqırdıstanın Sterlitamak rayonunun Matveyevka kəndində qeydə alınıb. Yanğın söndürüldükdən sonra evdə ailənin 7 üzvünün, o cümlədən 5 uşağın meyitləri tapılıb. Məlumata görə, ailə öz övladlarından başqa daha 4 uşağı övladlığa götürüb. Hadisə zamanı ailə başçısı iki azyaşlını – 5 yaşlı Arslan və Boqdan əkiz qardaşlarını xilas etsə də, özü həlak olub.
18-11-2022, 17:33
Rusiyada uçuş qadağasının vaxtı uzadıldı


Rusiyada uçuş qadağasının vaxtı uzadıldı

Rusiyanın cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri yenidən uzadılıb. Butov.az xəbər verir ki, Rosaviasiya 11 aeroportda uçuşlara məhdudiyyət rejimini 2022-ci il noyabrın 27-dək uzadıb. Məhdudiyyətlər Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına aiddir. Xatırladaq ki, Rusiya Ukraynada apardığı müharibə ilə əlaqədar 2022-ci il fevralın 24-dən etibarən ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.
18-11-2022, 17:30
Qumbara “hədiyyəsinə” görə 19 yaşlı gənc tutuldu


Qumbara “hədiyyəsinə” görə 19 yaşlı gənc tutuldu

Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb. Araşdırmalar davam etdirilir. Xatırladaq ki, noyabrın 13-də polisə müraciət edən Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Nəriman Səfərov (ad və soyadlar şərtidir) yaşadığı mənzilin qarşısına qumbara və qərənfillərdən ibarət gül buketinin qoyulduğunu bildirib.
18-11-2022, 17:26
İlham Əliyev Mişustinlə görüşdü


İlham Əliyev Mişustinlə görüşdü

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub. Butov.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Hökumətinin sədri Mixail Mişustin rəsmi foto çəkdiriblər.

18-11-2022, 17:20
Şimali Koreya Yaponiyaya raket atdı


Şimali Koreya Yaponiyaya raket atdı

Şimali Koreyanın atdığı qitələrarası raket Yaponiyanın Hokkaydo adasından təqribən 200 kilometr qərbə düşüb. Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, raket adi trayektoriya ilə uçacağı təqdirdə 15 min kilometr məsafəni qət edərək ABŞ ərazisinə çata bilər. Yaponiyanın müdafiə naziri Yasukazu Hamada deyib ki, dünən yerli vaxtla saat 10:14-də buraxılan raket saat 11:23-də dənizə düşüb. Raketin uçuş müddəti 69 dəqiqə təşkil edib. İlkin məlumatlara əsasən, 6 min kilometr maksimal hündürlüyə qalxan raket min kilometr məsafə qət edib. Raketin buraxılışından sonra ABŞ hərbi-hava qüvvələrinin Aomori prefekturasında yerləşən Misava bazasında həyəcan siqnalı verilib.
18-11-2022, 17:14
İstanbul terroruna görə 17 nəfər həbs olundu


İstanbul terroruna görə 17 nəfər həbs olundu

Türkiyənin İstanbul şəhərində noyabrın 13-də terror aktı törətməkdə şübhəli bilinən 17 nəfər həbs olunub. Butov.az xəbər verir ki, həbs olunanlar arasında terror aktını törədən Suriyaəsilli qadın Əhləm Əlbəşir də var. Türkiyə polisi ümumilikdə terror aktında iştirak etməkdə şübhəli bilinən 51 nəfəri saxlayıb. Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub.
18-11-2022, 17:09
Qəzzada dəhşətli yanğın - 21 nəfər öldü


Qəzzada dəhşətli yanğın - 21 nəfər öldü

Qəzza zolağında ziyafət keçirilən binada güclü yanğın baş verib. Hadisə nəticəsində azı 21 nəfər ölüb. Qəzza zolağının şimalındakı Cabalia qaçqın düşərgəsində yerləşən yaşayış binası tamamilə yanıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Lakin xəsarət alanların sayı barədə məlumat verilməyib. Qeyd edək ki, Cabalia 2,3 milyon insanın yaşadığı səkkiz qaçqın düşərgəsindən biridir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!