Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        “Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                       
22-11-2022, 13:25
Ordumuzun mövqeləri atəşə tutuldu


Ordumuzun mövqeləri atəşə tutuldu

Noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri də noyabrın 21-i saat 16:50-dən noyabrın 22-si saat 01:05-dək fasilələrlə atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
22-11-2022, 13:23
Serbiyanı su basdı - Fövqəladə vəziyyət elan edildi


Serbiyanı su basdı - Fövqəladə vəziyyət elan edildi

Serbiyanın cənubundakı Raska bölgəsində güclü leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan edilib. Butov.az xəbər verir ki, İbar çayında suyun səviyyəsinin 66 santimetr qalxdığı və artmaqda davam etdiyi bildirilir. Ölkənin bəzi bölgələrində daşqınlarla mübarizəyə ordu da cəlb olunub. Hərbçilər çayların sahillərində qum torbalarında sədlər qurub, daşqın təhlükəsi ilə üzləşən insanların evlərdən evakuasiyasına kömək ediblər. Məlumata görə, Novi Pazar, Priepol, Tutin və Raska şəhərlərində uzun müddət davam edən leysan yağışları səbəbindən çaylar daşıb, yaşayış evlərini, sənaye obyektlərini və küçələri su basıb.
22-11-2022, 13:21
Saakaşvili haqqında yayılan xəbərləri yalanladı


Saakaşvili haqqında yayılan xəbərləri yalanladı

Mixail Saakaşvili vətəndaşları səhhəti ilə bağlı spekulyasiyalara yol verməməyə çağırıb. Bu barədə sabiq prezidentin sosial şəbəkə hesabında bildirilib. Paylaşımda Saakaşvilinin zəhərlənməsi ilə bağlı xəbərlərin yalan olduğu diqqətə çatdırılıb. Məlum olub ki, Saakaşvilinin adından paylaşımları onun anası edib. Hazırda həbsxanada olan sabiq prezidentin internetə çıxışının olmadığı qeyd edilib.
22-11-2022, 13:19
Çində fabrik yandı - 36 nəfər öldü


Çində fabrik yandı - 36 nəfər öldü

Çinin Henan əyalətində fabrikdə baş vermiş güclü yanğın nəticəsində azı 36 nəfər ölüb. Bu barədə Çinin CGTN telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, hadisə Anyang şəhərində qeydə alınıb. Yanğın zamanı daha iki nəfərin yaralandığı, iki nəfərin isə itkin düşdüyü bildirilir. Yanğının başvermə səbəbi açıqlanmır.
22-11-2022, 13:17
Azərbaycan kubokunda yeni mövsümə start verilir


Azərbaycan kubokunda yeni mövsümə start verilir

Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünə start veriləcək. Bir oyundan ibarət olan 1/8 final mərhələsi çərçivəsində üç matç baş tutacaq. Günün ən maraqlı görüşü Şamaxıda keçiriləcək. Şəhərin eyniadlı komandası Premyer Liqa klublarının duelində “Turan Tovuz”la görüşəcək. Digər iki qarşılaşmada elita təmsilçiləri I divizion klublarını sınağa çəkəcək. “Səbail” MOİK-in qonağı olacaqsa, “Qəbələ” “Araz Naxçıvan”ı qəbul edəcək. Qeyd edək ki, 1/8 finala sabah keçiriləcək üç görüşlə yekun vurulacaq.

Azərbaycan kuboku
1/8 final mərhələsi
22 noyabr (çərşənbə axşamı)


14:00. MOİK – “Səbail”
Baş hakim: Əli Əliyev
Binə qəsəbə stadionu

14:00. “Şamaxı” – “Turan Tovuz”
Baş hakim: Vüqar Həsənli
Şamaxı şəhər stadionu

15:00. “Qəbələ” – “Araz Naxçıvan”
Baş hakim: Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu
22-11-2022, 13:14
“Pəncə-Qılınc” əməliyyatında 184 terrorçu məhv edilib


“Pəncə-Qılınc” əməliyyatında 184 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri son əməliyyat çərçivəsində 184 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar məlumat verib. Nazir bildirib ki, "Pəncə-Qılınc" əməliyyatı çərçivəsində qurudan atəşə dəstək, havadan isə aviasiya vasitələri ilə terrorçulara ağır zərbələr endirilib. Akar qeyd edib ki, əməliyyat nəticəsində terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, silah-sursat anbarları, guya qərargah və təlim düşərgələrindən ibarət ümumilikdə 89 hədəf ilk mərhələdə məhv edilib. Nazir əməliyyatların son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini diqqətə çatdırıb.
22-11-2022, 13:12
Makron təcili Zelenskiyə zəng etdi: Vəziyyət çətindir


Makron təcili Zelenskiyə zəng etdi: Vəziyyət çətindir

Fransa Prezidenti Emmanuel Makron Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bu barədə Makron özü açıqlamasında bildirib. O deyib ki, bu gün Zelenski ilə təcili telefon danışığı olub. “Zaporojye atom elektrik stansiyasında təhlükə qalmaqdadır. Ukraynada vəziyyət çətindir, çünki ölkə bombalanmaqda davam edir”, - Fransa dövlət başçısı vurğulayıb.
22-11-2022, 13:10
İranda etirazçıların interneti kəsildi


İranda etirazçıların interneti kəsildi

İranda ölkə üzrə internet xidmətində böyük fasilə yaranıb. Bu barədə "NetBlocks" adlı internet monitorinq qrupu məlumat yayıb. Dünya üzrə əlaqəni izləyən təşkilat bildirib ki, İranda yeni etiraz dalğası və itkilərlə bağlı xəbərlər fonunda bir çox istifadəçilər üçün mobil internet kəsilib. Qeyd edək ki, sentyabr ayında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra başlayan ümummilli etirazlar genişmiqyaslı iğtişaşlara çevrilib.
22-11-2022, 13:08
Lukaşenko və Peskovun ailəsi sanksiyalara məruz qaldı


Lukaşenko və Peskovun ailəsi sanksiyalara məruz qaldı

Yeni Zelandiya Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. İki ölkənin 22 vətəndaşına, eləcə də neft-qaz və poladtökmə sektorlarında fəaliyyət göstərən bəzi müəssisələrə qarşı sanksiya tətbiq olunub. Yeni sanksiya siyahısına Rusiya Federasiyası vətəndaşları Mariya Vorontsova və Katerina Tixonova, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və övladları, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, Belarus Prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı və oğlu daxildir.
22-11-2022, 13:06
İndoneziyada güclü zəlzələ: Ölü sayı 162-yə çatdı


İndoneziyada güclü zəlzələ: Ölü sayı 162-yə çatdı

İndoneziyanın Yava adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb. Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Məlumata görə, ölənlərin əksəriyyəti uşaqlardır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!