Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
24-11-2022, 17:58
Rusiyaya qarşı 9-cu sanksiyalar paketi hazırlanır


Rusiyaya qarşı 9-cu sanksiyalar paketi hazırlanır

Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi üzərində işləyir. Bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Finlandiyada keçirilən mətbuat konfransında deyib. “Avropa İttifaqı Rusiya iqtisadiyyatını zəiflətmək üçün çox çalışır və Ukrayna qalib gələnə qədər dayanmayacaq. Bu gün biz doqquzuncu sanksiyalar paketi üzərində işləyirik",- deyə o bildirib. Qeyd edək ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlayandan bəri Avropa İttifaqı Rusiyaya qarşı 8 sanksiya paketi tətbiq edib. Son sanksiyalar paketi oktyabrın əvvəlində təsdiq olunub.
24-11-2022, 17:57
Ermənistan Laçın yolundan qeyri-qanuni istifadə edir


Ermənistan Laçın yolundan qeyri-qanuni istifadə edir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb. Qeyd edək ki, cari ilin avqust ayından etibarən sözügedən minalar daxil, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilib. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də minalı ərazilərə və minalara baxış keçiriblər. 24 noyabr tarixində əraziyə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və jurnalistlər də səfər ediblər. Qeyd olunan hallar Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq minaların ötürülməsi ilə Ermənistanın Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə etdiyini və bununla Azərbaycana qarşı təxribatlar törətdiyini bir daha nümayiş etdirir. Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbi təxribatların davam etməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir. Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistanın Üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərinin ciddi pozuntusudur.
24-11-2022, 17:54
Paşinyan: “Putindən müsbət siqnal aldıq”


Paşinyan: “Putindən müsbət siqnal aldıq”

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putindən Azərbaycanla dəmir yolunun bərpası məsələsinə dair müsbət siqnal aldığını bildirib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Rusiya Prezidenti ilə danışıqlar zamanı biz müəyyən siqnallar və ya mesajlar aldıq. Bu, o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işlərimiz olacaq. Əgər dünən öyrəndiyimiz və razılaşdığımız hər şey öz məntiqindən kənara çıxmasa, o zaman yaxın gələcəkdə dəmir yolunun bərpası gözlənilir”,- deyə Paşinyan bildirib. Qeyd edək ki, ötən gün İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
24-11-2022, 13:42
Paşinyan: “Putindən müsbət siqnal aldıq”


Paşinyan: “Putindən müsbət siqnal aldıq”

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putindən Azərbaycanla dəmir yolunun bərpası məsələsinə dair müsbət siqnal aldığını bildirib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Rusiya Prezidenti ilə danışıqlar zamanı biz müəyyən siqnallar və ya mesajlar aldıq. Bu, o deməkdir ki, bizim dəmir yolunun bərpası ilə bağlı işlərimiz olacaq. Əgər dünən öyrəndiyimiz və razılaşdığımız hər şey öz məntiqindən kənara çıxmasa, o zaman yaxın gələcəkdə dəmir yolunun bərpası gözlənilir”,- deyə Paşinyan bildirib. Qeyd edək ki, ötən gün İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
24-11-2022, 13:41
Kiyev şəhərinin 70 faizi işıqsız qalıb - Kliçko


Kiyev şəhərinin 70 faizi işıqsız qalıb - Kliçko

Kiyev şəhərinin 70 faizində elektrik təminatı kəsilib, paytaxtın sol sahildə su təchizatı bərpa olunub. Bu barədə Kiyev meri Vitali Kliçko özünün “Telegram” kanalında yazıb. “Energetiklər və mütəxəssisləri paytaxtın kommunal təminatını bərpa etmək üçün bütün gecə ərzində çalışıblar. Artıq şəhərin sol sahilində su xətlərini təmir etmişik, sağ sahildə isə təchizatın günün birinci yarısında bərpa olunacağı planlaşdırılır. Lakin Kiyevin 70 faizi hələ də işıqsız qalıb”, - deyə o bildirib. Kliçkonun sözlərinə görə, mütəxəssislər enerji verilməsini mümkün qədər tez bərpa etmək üçün səylərini əsirgəmirlər. Rusiya ordusunun Ukraynanın infrastruktur obyektlərinə endirdiyi raket zərbələri ölkənin bir çox regionunun, o cümlədən paytaxt Kiyevin elektrik və su təminatında ciddi problemlərə səbəb olur.
24-11-2022, 13:38
Cümə gününün hava proqnozu


Cümə gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.
24-11-2022, 13:36
Yeni ildə 5 gün iş olmayacaq


Yeni ildə 5 gün iş olmayacaq

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib. Müvafiq olaraq 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Beləliklə, Yeni ildə 5 gün ardıcıl qeyri-iş günü olacaq.
24-11-2022, 13:35
Paşinyan yeni nazirlik yaradır


Paşinyan yeni nazirlik yaradır

Ermənistanda yeni nazirlik yaradılacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, yeni layihədə Daxili İşlər Nazirliyinin yaradılması nəzərdə tutulur. Belə ki, yeni yaradılacaq nazirliyin tərkibinə üç xidmət daxil olacaq: polis, xilasetmə xidməti və miqrasiya və vətəndaşlıq xidməti. Ədliyyə naziri vəzifəsini icra edən Qriqor Minasyan layihə haqqında məlumat verərək bildirib ki, xidmət rəhbərlərini Baş nazir, müavinləri isə daxili işlər nazirinin təklifi ilə vəzifəyə təyin və vəzifədən azad edəcəklər.
24-11-2022, 13:31
Çap mediası çətinliklə üz-üzədir


Çap mediası çətinliklə üz-üzədir

Media sahəsində yeni konseptual baxış tələb olunur. Bunu noyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi zamanı Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov deyib. O qeyd edib ki, müasir dövrdə çap mediası çətinliklərlə üzləşib. “Azərbaycanda bu problem reklam və yayım məsələlərindədir. Ümumilikdə götürüləndə son dövr ərzində çap mediasında forma və məzmun baxımından dəyişikliklər var. Müasir dövrün güclü mediası rəqəmsal texnologiyalara uyğunlaşmalıdır”, - deyə K.Həsənov bildirib. Qeyd edək ki, “E-köşk” platformasının yaradılma məqsədi çap mediasının ekoloji və iqtisadi dayanıqlılığını artırmaq, ənənəvi medianın rəqəmsallaşmasını təşviq etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirməkdir.
24-11-2022, 13:30
Qəzetlərin abunə və satışı elektron qaydada təşkil ediləcək


Qəzetlərin abunə və satışı elektron qaydada təşkil ediləcək

“Qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, həmçinin digər innovativ yeniliklərin sahədə yaratdığı ehtiyaclar və müşahidə edilən müasir tendensiyalar nəzərə alınaraq hazırlanan “E-köşk” elektron platforması rəqəmsal çap mediası məhsullarının abunə və satışının təşkil edildiyi proqram təminatıdır”. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimində deyib. Onun sözlərinə görə, platforma ənənəvi çap mediasını hər kəs üçün daha əlçatan edir, oxuculara mütəmadi olaraq yenilənən məlumat bazasından qəzet və jurnalları zaman və məkandan asılı olmadan əldə etmək imkanı yaradır: “E-köşk” platforması vasitəsi ilə oxucular ölkədə baş verən yeniliklərdən daim xəbərdar olmaqla yanaşı, sərbəst şəkildə rəqəmsallaşdırılmış arxivdən faydalana bilərlər. Həm çap mediası subyektlərinin, həm də oxucuların istifadəsinə verilən platforma qəzet və jurnalların abunə və satışının elektron formada həyata keçirilməsinə vasitəçilik etməklə əldə olunan gəlirin birbaşa media subyektlərinin bank hesablarına köçürülməsini təmin edir. Qiymətlər subyektlərin özləri tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Əlbəttə ki, ilkin dövrlərdə öz məhsullarını oxucularına ödənişsiz təqdim etməklə platformadan istifadənin təşviqi və biznes mənafeyinin gələcəyə yönəlik şəkildə icrası çap mediası subyektlərinin öz seçimidir və platforma bu yanaşmanı da dəstəkləyəcək”. Qurum rəhbəri qeyd edib ki, yazılı medianın müasir simasının formalaşması yönündə MEDİA Agentliyinin konseptual yanaşması gələcəyə hesablanıb və bu kimi proseslər davamlı xarakter daşıyır: “E-köşk” platformasını Azərbaycanın çap mediası tarixində sadəcə yenilik yox, eyni zamanda innovativ düşüncəyə əsaslanan əhəmiyyətli bir addım kimi dəyərləndirəcəyinizi düşünürük”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!