UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
29-11-2022, 15:53
Fazil Mustafa: “Heç bir qanun mükəmməl deyil”


Fazil Mustafa: “Heç bir qanun mükəmməl deyil”

"Siyasi partiyalar haqqında" qanun layihəsi yeganə qanundur ki, hazırlıq müddətində bu qədər dəyişikliklər oldu. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, ümumilikdə heç bir qanun mükəmməl deyil. "Zamanın tələbinə uyğun olaraq, müəyyən dəyişikliklər olacaq. Qanunda müəyyən məhdudiyyətlər də var ki, onları qeyd etmək lazımdır. Qanunda qeyd olunur ki, xalqın adından danışmaq olmaz. Bu müddəa düzgün deyil. Məsələn, bu gün mən deyirəm ki, Fransa Senatının Azərbaycan haqqında çıxışlarını lənətləyirəm. İndi bunu deməyim? Xalqın adından çıxış etməyim? Bu müddəada uyğunsuzluqlar var”, - deyə Fazil Mustafa vurğulayıb.
29-11-2022, 15:51
Bu ölkə Ukraynaya 30 döyüş maşını verdi


Bu ölkə Ukraynaya 30 döyüş maşını verdi

Slovakiya Almaniya ilə gəldiyi razılığa əsasən, 30 ədəd BMP-1 piyadaların döyüş maşınını (PDM) Ukraynaya göndərib. Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad “Twitter”də yazıb. O qeyd edib ki, razılaşmanın şərtlərinə əsasən, bunun əvəzində Almaniya Slovakiyaya 15 ədəd “Leopard 2A4” tankı, ehtiyat hissələri və sursat göndərəcək.
29-11-2022, 15:50
Oğlu dünyaya gələn şəhidin arzusu yerinə yetirildi


Oğlu dünyaya gələn şəhidin arzusu yerinə yetirildi

2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar zamanı şəhid olan Vadim Qocayevin övladı dünyaya gəlib. Bu münasibətlə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında şəhidin həyat yoldaşı və körpə ziyarət edilib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova körpənin dünyaya gəlməsi münasibətilə rayon rəhbərliyi adından ailə üzvlərinə təbriklərini çatdırıb, şəhid ailələri və qazilərin qayğılarının dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, şəhid Vadim Qocayevin anası və xanımı onlara göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər və dünyaya gələn oğul övladına atasının arzusuna əsasən Zeyd adı qoyulduğunu söyləyiblər. Ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər. Vadimin ailəsində oğlundan başqa bir qız övladı da böyüyür. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Vadim Qocayev Vətən müharibəsi zamanı "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə, 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.


29-11-2022, 15:48
İsrail və ABŞ İran əleyhinə hərbi təlimlərə başlayır


İsrail və ABŞ İran əleyhinə hərbi təlimlərə başlayır

İsrail və ABŞ-ın Hərbi Hava Qüvvələri birgə hərbi təlimlərə başlayacaq. Bu barədə İsrail ordusunun mətbuat xidmətinin rəhbəri Aviçay Adrae sosial şəbəkə hesabında məlumat paylaşıb. İsrail mətbuatında hərbi təlimlər zamanı İranın nüvə proqramı əleyhinə manevrlərin test edilməsinin nəzərdə tutulması barədə xəbərlər yer alıb. Təlimlərdə həm qırıcı, həm də təminat-təchizat təyyarələrinin iştirak edəcəyi qeyd olunub. A.Adrae, həmçinin əlavə edib ki, regionda yaranan təhdidlərə qarşı fərqli ssenarilərlə bağlı hazırlıq işləri görüləcək. Məlumatda ssenarilərlə bağlı detallar açıqlanmayıb.
29-11-2022, 15:46
İran Uels üzərində qələbəyə görə 715 məhkumu əfv etdi


İran Uels üzərində qələbəyə görə 715 məhkumu əfv etdi

İran rəhbərliyi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra 715 məhkumu azad edib. İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Ecei bununla bağlı qərar imzalayıb. O, iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirərək, bunun İran xalqına sevinc və xoşbəxtlik bəxş etdiyini qeyd edib.
29-11-2022, 15:44
Bu il 470 min ev internetlə təmin olunub


Bu il 470 min ev internetlə təmin olunub

2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi fiber-optik rabitə ilə təmin olunacaq. Bunu bu gün jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, ölkənin bütün şəhər və kəndləri, o cümlədən ən ucqar kəndlər genişzolaqlı internetlə təmin olunacaq. "2022-ci il ərzində Azərbaycanda 470 min ev təsərrüfatı internetlə təmin olunub", - nazir əlavə edib.
29-11-2022, 15:42
Bir gün dərsə gəlməmək 10 manatdır - Direktorun səs yazısı


Bir gün dərsə gəlməmək 10 manatdır - Direktorun səs yazısı

Azərbaycanda daha bir məktəb direktorunun səs yazısı yayılıb. Sosial şəbəkələrdə yayılan iddialara görə, Ağsunun Xəlilli kənd orta məktəbinin diektoru Oqtay Şıxıyev məktəbin İsmayıl adlı məllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edib. Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdri Anar Osmanov Lent.az-a açıqlamasında bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır:"Ötən gün yoldaşı həmin məktəbin müəllimi olan bir xanım tərəfindən bu video bizə göndərildi. Biz hazırda bununla bağlı araşdırmaya başlamışıq. Nəticə barədə məlumat veriləcək".
29-11-2022, 15:40
Əlilliyə görə pensiya yeni qayda ilə ödəniləcək


Əlilliyə görə pensiya yeni qayda ilə ödəniləcək

Əlilliyə görə pensiyanın ödənilməsi ilə bağlı yeni layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. Bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat" verilişində deyib. Qurum rəsmisi qeyd edib ki, layihəyə əsasən həmin şəxslərə təyin olunan pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək. "Əlilliyin müəyyən edilməsi meyarlarında da dəyişiklik edilib. Artıq əlillik dərəcələrlə deyil əmək qabiliyətinin itirilmə faizi ilə müəyyən ediləcək", - deyə o əlavə edib.
29-11-2022, 15:38
Tokayevlə Makronun görüşü keçirilib


Tokayevlə Makronun görüşü keçirilib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib. Görüş Tokayevin Fransa paytaxtı Parisə rəsmi səfəri çərçivəsində baş tutub. Rəsmi qarşılama mərasimindən sonra liderlərin ikitərəfli görüşü başlayıb. Yelisey sarayında keçirilən görüşdə iqtisadi-ticari, investisiya və humanitar sahələrdə strateji tərəfdaşlığın inkişaf perspektivlərinin müzakirə edildiyi bildirilib.
29-11-2022, 15:37
Qeyri-sabit hava şəraiti sabah da davam edəcək


Qeyri-sabit hava şəraiti sabah da davam edəcək

Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9°-dək isti, Bakıda gecə 6-8° isti, gündüz 9°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!