22-12-2022, 17:24
İranda 3 nəfərin ölüm hökmü icra olunduBu gün İranda 3 nəfərin barəsində çıxarılan ölüm hökmü icra olunub. Bunu Fars əyaləti məhkəməsinin baş hakimi höccətül-islam Seyid Kazım Musəvi bildirib. Onun sözlərinə görə, edam olunan 3 nəfər bu il Şirazın park və küçələrində soyuq silahlarla qadınları qarşı soyğunçuluq, təcavüz əməlləri törədib. Hakim bildirib ki, onların cinayət əməlləri ilə bağlı bir neçə ailə şikayət edib. Qeyd edək ki, İranda məhkəmə sistemində şəffaflıq təmin olunmadığı üçün dar ağacından asılan 3 şəxs barəsində çıxarılan ölüm hökmü də şübhəlidir.
22-12-2022, 17:20
Paşinyanın kadr siyasəti narazılıq yaratdıErmənistanın baş naziri Nikol Paşinyanın kadr dəyişikliyi barədə son qərarları və ümumi kadr siyasəti hakim "İctimai Müqavilə" Partiyasında böyük narazılıqlar yaradıb. Bu barədə "Hraparak" qəzeti mənbələrinə istinadən yazıb. Məqalədə bildirilir ki, Paşinyanın özünə müavin təyin etdiyi, köhnə hakimiyyət dövründə də vəzifələr tutmuş, partiya mənsubiyyəti olmayan Tiqran Xaçatryanın bu posta gətirilməsi partiyada xüsusi olaraq narahatlıq yaradıb. Qeyd olunub ki, sözügedən qərar partiyanın "veteranları" hesab olunan Arayik Harutunyan və Romanos Petrosyanın etirazına səbəb olub. Məlumata görə, maliyyə, təhsil, mədəniyyət və idman naziri postlarının da bitərəflərə həvalə olunması "İctimai Müqavilə" Partiyasında qızğın müzakirələrə və narazılığa gətirib çıxarıb. Qəzet yazır ki, partiyadaşları Paşinyanın kadr siyasətini dəyişməli olduğunu düşünürlər.
22-12-2022, 17:06
Bu il çaylarda sululuq yüksəlibÖtən ilin hazırkı dövrü ilə müqayisədə bu il ölkə
ərazisindəki çaylarda sululuğun bir qədər yüksək olduğu müşahidə edilir. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, hazırda Kür çayının Gürcüstanla sərhəd hissəsində, Qıraqkəsəmən məntəqəsində su nəqli saniyədə 156 kub metrə bərabərdir və bu, ongünlük normaya yaxındır. Bu il məntəqədə sululuq ötən illə müqayisədə 30 faiz çoxdur. Xidmət rəsmisinin sözlərinə görə, yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb, bu da son illər sululuğu azalan Kür çayında yaranan bəzi problemlərin həllinə müsbət təsir göstərib: "Kür çayı üzərindəki anbarlarda ötən illərlə müqayisədə su ehtiyatları artıb, bu da nəticə etibarı ilə Kürdə suyun səviyyəsinin daha yaxşı idarə olunmasına və Neftçala rayonunda, çayın Xəzərə tökülən hissəsində suyun tərkibinin duzluluq səviyyəsinin normallaşmasına səbəb olub".
22-12-2022, 16:26
Bu il çaylarda sululuq yüksəlibÖtən ilin hazırkı dövrü ilə müqayisədə bu il ölkə
ərazisindəki çaylarda sululuğun bir qədər yüksək olduğu müşahidə edilir. Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, hazırda Kür çayının Gürcüstanla sərhəd hissəsində, Qıraqkəsəmən məntəqəsində su nəqli saniyədə 156 kub metrə bərabərdir və bu, ongünlük normaya yaxındır. Bu il məntəqədə sululuq ötən illə müqayisədə 30 faiz çoxdur. Xidmət rəsmisinin sözlərinə görə, yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb, bu da son illər sululuğu azalan Kür çayında yaranan bəzi problemlərin həllinə müsbət təsir göstərib: "Kür çayı üzərindəki anbarlarda ötən illərlə müqayisədə su ehtiyatları artıb, bu da nəticə etibarı ilə Kürdə suyun səviyyəsinin daha yaxşı idarə olunmasına və Neftçala rayonunda, çayın Xəzərə tökülən hissəsində suyun tərkibinin duzluluq səviyyəsinin normallaşmasına səbəb olub".
22-12-2022, 16:23
Zelenski Rusiya və İranın terrora xidmət etdiyini bildirdiUkrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri çərçivəsində prezident Co Bayden və Konqres üzvləri ilə görüşü keçirilib. Tərəflər görüşdən sonra önəmli açıqlamalar veriblər. "Burada olmaq mənim üçün xüsusi önəm daşıyır. Bütün çətinliklərə rəğmən Ukrayna ayaqdadır, yaşayır və Rusiyanı geri oturdur. Gələn il dönüş nöqtəsi olacaq. Buna görə də Avropa böyük zəfər çalıb. Rusiya tiranlığı nəzarəti itirib və bir daha bizə təsir edə bilməyəcək. Bu mübarizə uşaqlarımızın, nəvələrimizin necə bir dünyada yaşacağını təyin edəcək. Ukrayna təslim olmayacaq", - Zelenski söyləyib. O, Ukrayna əsgərləri Hitlerə qarşı mübarizə aparan ABŞ əsgərləri ilə müqayisə edib: "Rusiya və İran terror dövlətləridir. Rusiya özünə uyğun müttəfiq tapıb. İran Rusiyaya infrastrukturumuza təhdid yaradan yüzlərlə dağıdıcı dron verib". Zelenski bildirib ki, Ukraynaya ayrılan yardımlar demokratiya və təhlükəsizliyə qoyulan investisiyadır. Sonda Nensi Pelosi Konqresin binasında dalğalanmış ABŞ bayrağını Ukrayna prezidentinə hədiyyə edib.
22-12-2022, 16:18
Rusiya və İrandan sanksiyalara qarşı addım Rusiya və İran 3000 kilometr uzunluğunda yeni ticarət dəhlizi yaratmağa başlayıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Şərqi Avropadan Hind okeanına qədər uzanan dəhlizin məqsədi iki ölkənin Xəzər dənizi və dəmir yolu şəbəkələri ilə yüklərin çatdırılmasını sürətləndirmək, Qərbin sanksiyalarının ölkələrin iqtisadiyyatlarına və ticarət əlaqələrinə etdiyi təzyiqləri azaltmaqdır. Rusiya və İran daxili ticarət dəhlizi yaratmaq üçün 25 milyard dollara qədər investisiya yatıracaq.
22-12-2022, 16:17
Zelenski amerikalı həmkarı ilə görüşdüVaşinqtonda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşüb. Bu barədə ABŞ mətbuatı məlumat yayəb. Görüşdən öncə o, özünün sosial media hesablarında məlumat yayıb. “Mən Amerika xalqına, Prezidentə və Konqresə bizə çox lazım olan dəstəyə görə təşəkkür etmək, həmçinin qələbəmizi yaxınlaşdırmaq üçün əməkdaşlığı davam etdirməyin vacibliyini çatdırmaq üçün bu gün Vaşinqtondayam", - deyə Zelenski bildirib. Müharibənin başlamasından sonra ilk dəfə ölkəni tərk edən Zelenski sözlərinə belə davam edib: "Mən Ukraynanın dayanıqlığını və müdafiə qabiliyyətini gücləndirmək üçün bir sıra danışıqlar aparacağam. Xüsusilə, ABŞ prezidenti Co Baydenlə Ukrayna və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əməkdaşlığı müzakirə edəcəyik. Gələn il biz Ukrayna bayrağını və azadlığını bütün torpağımıza, bütün xalqımıza qaytarmalıyıq”. Qeyd edək ki, Zelenski ABŞ-a məxsus təyyarə ilə Vaşinqtona səfər edib.
22-12-2022, 16:10
“Bayraktar” alan ölkələrin sayı artmaqdadırAlbaniya Türkiyədən üç ədəd "Bayraktar TB2" pilotsuz uçan aparatı (PUA) alıb. Bu barədə Albaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Albaniya baş naziri Edi Rama PUA-ların silahlı və döyüşə hazır olacağını deyib. Dronlar, həmçinin ölkə ərazisində narkotiklə mübarizə, yanğınlar, daşqınlar və terror fəaliyyətinə nəzarət etmək üçün istifadə olunacaq. Məlumata görə, Türkiyə 30 alban hərbçisinə dronlarla bağlı təlim keçəcək. PUA-lar paytaxt Tiranadan 80 kilometr cənubda yerləşən Kukova aviabazasından fəaliyyət göstərəcəklər. Bununla da, "Bayraktar TB2" PUA-larının satıldığı ölkələrin sayı 27-yə çatıb. Albaniya Polşadan sonra bu PUA-lara sahib olan ikinci NATO ölkəsidir.
22-12-2022, 16:01
Şoyqudan hərbiçilərin çoxalmasıyla bağlı təklif - Putin razılaşdıRusiya müdafiə naziri Sergey Şoyqu ölkənin silahlı qüvvələrinin sayının 30%-dən çox artırılmasını təklif edib. O, silahlı qüvvələrin 1,15 milyon nəfərdən 1,5 milyona qədər artırılmasının lazım olduğunu bildirib. Şoyqunun sözlərinə görə, hərbçilərdən 695 000-i məcburi hərbi xidmət keçən çağırışçılardan fərqli olaraq peşəkar müqaviləli əsgərlər olmalıdır. Nazir, həmçinin hərbi xidmət yaş həddinin artırılmasını təklif edib. Müdafiə Nazirliyində keçirilən toplantıda çıxış edən Rusiya Prezidenti Vladimir Putin Şoyqunun təklifləri ilə razılaşdığını vurğulayıb. Qeyd edək ki, ABŞ və Qərbdən olan hərbi analitiklər Ukraynada 10 ay ərzində on minlərlə rus əsgərinin öldüyünü bildirir.
22-12-2022, 15:54
Üçtərəfli görüşün yekun sənədi imzalandı Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri Kayseridə keçirilən üçtərəfli görüşün nəticələrinə dair yekun sənəd imzalayıblar. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nazir Akar 1918-ci ildə Osmanlı-Azərbaycan-Gürcüstan arasında imzalanmış tarixi müqavilənin surətini hədiyyə olaraq həmkarlarına təqdim edib.