Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
20-12-2022, 17:16
Mətbuat xidmətinə yeni rəhbər təyin edildi


Mətbuat xidmətinə yeni rəhbər təyin edildi

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni rəhbər təyin edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Saleh Hacıyev qurumun Mətbuat xidmətinə rəhbər təyin olunub. O, daha əvvəl Baş prokurorun xüsusi məsələlər üzrə köməkçisi vəzifəsində çalışıb. Qeyd edək ki, bir neçə gün öncə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə vəzifəsindən azad olunaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təyinat almışdı.
20-12-2022, 17:14
Xarici şirkətdən Qarabağdakı mədənlərlə bağlı dəstək məktubu


Xarici şirkətdən Qarabağdakı mədənlərlə bağlı dəstək məktubu

“Anglo Asian Mining” PLC BMT, ABŞ Dövlət Departamenti, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və Avropa İttifaqı (Aİ) daxil olmaqla bir sıra beynəlxalq təşkilatın və hökumətin yüksək səviyyəli nümayəndələrinə şirkətin biznes fəaliyyəti və hazırda başqaları tərəfindən istismar edilən yataqların üzərindəki mədən hüquqları ilə bağlı məktub ünvanlayıb. Şirkət bu qurumlardan öz qanuni biznes hüquqlarının bərpasına və işçilərinə “Qızılbulaq” və “Dəmirli” mədənlərinə və Qarabağda ətraf ərazilərə təhlükəsiz çıxışın təmin edilməsinə dəstək göstərilməsini istəyib. Bundan əvvəl 2006-cı ildə “Anglo Asian” şirkəti bu hökumət strukturlarının hər birinə öz mülkiyyət üstünlüyünün təsdiqlənməsi ilə bağlı bənzər məktublar ünvanlayıb. Azərbaycandakı əsas aktivlərindən əlavə, “Anglo Asian Mining” PLC Qarabağda iki kontrakt əraziyə - “Qızılbulaq” mis-qızıl yatağı və “Dəmirli” mis-molibden yatağına qanuni hüquqa sahibdir. Bu kontrakt ərazilər Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgədə yerləşsə də, şirkət bəyan edir ki, erməni şirkətləri bu ərazilərdə qanunsuz istismarı davam etdirirlər. Orta Asiyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining” PLC geniş istehsal portfoliosuna və Azərbaycanda hasilat aktivlərinə sahibdir. 31 dekabr 2021-ci il tarixinə olan nəticəyə görə şirkət 64,610 unsiya qızıl ekvivalenti istehsal edib. 2021-ci ilin dekabrında şirkət “Libero Copper & Gold Corporation” ("Libero") müəssisəsinin 19.8 faizinə sərmayə qoyub. Libero Kanada birjasının (TSX Venture Exchange) siyahısındadır və Kolumbiyada Mokoa da daxil olmaqla dünyanın ən böyük işlənməmiş mis-molibden yataqlarının olduğu Şimali və Cənubi Amerikada bir neçə mis mədənlərinin hasilatı hüququna sahibdir və ya bu hüququ əldə etmək imkanına malikdir. 2022-ci ilin 5 iyulunda Azərbaycan Milli Məclisi Şirkətin “Hasilatın Pay Bölgüsü” Sazişinə dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər şirkətə Qarabağda mis-profir yatağı da daxil olmaqla ümumi sahəsi 882 kv. kilometr olan 3 əlavə konsessiya verib. Sovet dövründə yatağın 300 min tondan çox ehtiyatının olduğu qiymətləndirilib.
20-12-2022, 17:07
Təbiətə vurulan ziyanın məbləği açıqlandı


Təbiətə vurulan ziyanın məbləği açıqlandı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində paytaxtın Xətai rayonu, Masallı şəhəri, habelə Ağdam və Lerik rayonlarının ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Paytaxtın Xətai rayonu, Xətai bələdiyyəsinin torpaq sahəsində, Masallı şəhəri, Heydər Əliyev prospektində, Ağdam rayonu, Böyükbəyli kəndində meşə fonduna daxil olmayan, Lerik rayonu ərazisində yerləşən Vizəzəmin meşəbəyliyinin 15 saylı dolayında meşə fonduna daxil olan, ümumilikdə 72 ədəd ağac və kolun kəsilməsi faktları öz təsdiqini tapıb. 16 min manatdan çox ziyan dəyməsi ilə nəticələnmiş xeyli və külli miqdarda ziyan vurmaqla ağac kəsmə cinayətlərinin əlamələri olduğuna görə fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
20-12-2022, 17:03
Zelenskinin Saakaşviliylə bağlı müraciətinə cavab verildi


Zelenskinin Saakaşviliylə bağlı müraciətinə cavab verildi

Gürcüstanın hakim "Gürcü Arzusu" Partiyası Ukrayna prezidenti Volodimir Zelenskinin eks-prezident Mixail Saakaşvili ilə bağlı müraciətinə cavab verib. Cavab, iqtidarı təmsil edən deputat Qivi Mikabadze tərəfindən səsləndirilib. "Mən başa düşürəm ki, Zelenski məsələlərlə yaxşı tanış ola bilmir. Yaxud onun yaxın ətrafı ona yarımçıq informasiya çatdırır", - deyə deputat bildirib. Mikabadze Zelenskinin müraciətində yer alan mərhəmət çağırışına isə reaksiya verməyib. Qeyd edək ki, Zelenski ötən gün Mixail Saakşavili ilə bağlı Gürcüstana müraciət edərək, onun azadlığa buraxılmasını xahiş etmişdi: “Yəqin ki, indi hamı Mixail Saakaşvilinin vəziyyətini görə bilər. Ona görə də mən Gürcüstan xalqına, Gürcüstanın hakimiyyət orqanlarına müraciət edirəm. Miladdan əvvəl mərhəmət göstərilməlidir”.
20-12-2022, 16:59
Modul tipli xəstəxanalar tibbi fəaliyyətini davam etdirəcək


Modul tipli xəstəxanalar tibbi fəaliyyətini davam etdirəcək

Azərbaycanda COVID -19 virusunun müalicəsi məqsədi ilə inşa edilən və hazırda fəaliyyətsiz qalan modul tipli xəstəxanalar tibb müəssisələri kimi fəaliyyətini davam etdirəcək. Bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib. V.Qurbanov xatırladıb ki, modul tipli xəstəxanalar koronavirus ölkədə yayılan zaman Prezidentin tapşırığı ilə inşa olunub: "Nəticədə ölkə üzrə çarpayı fondunda 2 minə yaxın artım müşahidə olundu. Hazırda cəmi bir müəssisə bu virusa yoluxan xəstələrin müalicəsi ilə məşğuldur. Artıq digər modul xəstəxanaları ilə bağlı layihələrimiz hazırdır. Həmin müəssisələrin digər tibb müəssisələri kimi istifadəsi nəzərdə tutulur. Bu da səhiyyəmiz üçün faydalı bir layihə olacaq. Artıq yerlərdə vətəndaşlar daha yaxın tibb müəssisəsinə müraciət edəcək. Modul xəstəxanaların təyinatı dəyişdiriləcək və adi tibb müəssisələri kimi xidmət göstərəcək".
20-12-2022, 16:55
KTMT-nin baş katibi Laçın yolundakı vəziyyətlə bağlı danışdı


KTMT-nin baş katibi Laçın yolundakı vəziyyətlə bağlı danışdı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Laçın yolundakı vəziyyətə münasibət bildirib. Zas bu barədə jurnalistlərə açıqlamasında danışıb. "Laçın yolu KTMT-nin məsuliyyət zonasından kənardadır", - deyə o bildirib. Baş katibin sözlərinə görə, Ermənistandan bu məsələ ilə bağlı təşkilata heç bir müraciət daxil olmayıb. Qeyd edək ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı missiyası hərbi kontingentinin məsuliyyət zonasında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz məqsədi ilə və ekoloji monitorinqin keçirilməsi tələbilə 12 dekabrdan bəri azərbaycanlı QHT nümayəndələri və ictimai fəallar Laçın yolunda aksiya keçirirlər.
20-12-2022, 16:50
Egey dənizi səmasında gərginlik - Türkiyə F-16-larını havaya qaldırdı


Egey dənizi səmasında gərginlik - Türkiyə F-16-larını havaya qaldırdı

Egey dənizi səmasında Türkiyə və Yunanıstan arasında gərginlik yaşanıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, NATO təlimi çərçivəsində xidməti uçuş həyata keçirən Türkiyə təyyarələrinə qarşı Yunanıstan ərazisindəki 5 aviabazadan havaya qalxan F-16-lar vasitəsilə radar kilidi atılıb və maneə törədilib. Uçuşlar barədə əvvəlcədən bütün NATO müttəfiqlərinə xəbər verilməsinə baxmayaraq, Yunanıstanın bu cür addımlar atmasının anlaşılmaz olduğu vurğulanıb. Yunanıstanın belə addımlarının qarşısını almaq və uçuşları uğurlu şəkildə başa çatdırmaq üçün Dalaman və Akhisar bölgələrindən Türkiyə F-16-larının da havaya qaldırıldığı və lazımı cavabın verildiyi qeyd edilib. "Qarşıya qoyulan tapşırıqlar uğurlu şəkildə icra edilərək uçuşlar tamamlanıb", - məlumatda bildirilib.
20-12-2022, 16:46
Seperatçıları dəstəkləyən Fransaya etiraz


Seperatçıları dəstəkləyən Fransaya etiraz

“Heç kimin ixtiyarı yoxdur ki, ümumi bəşəri dəyərləri özününküləşdirsin”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, Fransa kimi dövlətlər demokratik dəyərləri pozur: "Fransa özünü Avropa ölkəsi kimi aparsa da, bu gün separatçılara dəstək verir. Beynəlxalq təşkilatlarda da bu məsələni qaldıracağıq. Artıq Azərbaycan fərqli dövlətdir, ikili standartları görürük. Bu gün Fransa kimi dövlətlər bilməlidir ki, Azərbaycan öz sözünü deyəcək. Fransanın bütün hərəkətləri qınanmalıdır”. Komitə sədri əlavə edib ki, Fransa bu gün Korsikada insanlığa qarşı siyasət yürüdür: "Həmin ölkədə insanların öz dillərində danışmağına icazə verilmir. Fransa orada insanları öldürür. Bu, Avropanın demokratik dövləti olan Fransa üçün utancvericidir və bu məsələyə susmaq olmaz. Bu barədə beynəlxalq təşkilatlarda məsələ qaldırmalıyıq". Deputat Musa Qasımlı da çıxışında Fransanı tənqid edib: “Fransa kimi Avropa dövlətinin təxribatçı çıxışlarına birlikdə cavab verməliyik. Belə ki, bununla bağlı beynəlxalq təşkilatlarda məsələ qaldırmalıyıq. Fransa öz qanlı tarixinə baxmalıdır, demokratiyadan, azadlıqdan danışa bilməz. Fransa kimi dövlət Azərbaycana heç bir şey öyrədə bilməz, Azərbaycan özü öyrədən dövlətdir”.
20-12-2022, 16:42
Seperatçıların mənfur planı baş tutmadı


Seperatçıların mənfur planı baş tutmadı

Laçın yolunun bağlanması ilə “quyruğu qapı arasında qalan” Qarabağdakı separatçı-terrorçu dəstə vəziyyətdən çıxmağa çalışır. Azərbaycanlı ekofəallar və QHT nümayəndələrinin dekabrın 12-dən başladığı aksiyaya qarşı alternativ yollar axtaran separatçılar əks-tədbirlər görməyi müzakirə ediblər. Dünən Qarabağdakı separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan özünün qondarma “Təhlükəsizlik Şurası”nın iclasını keçirib. Hərçənd Arayikin Qarabağda olmadığı, Laçın yolu bağlanandan bəri - dekabrın 12-dən Ermənistandan qayıda bilmədiyi barədə məlumatlar var və güman olunur ki, o, dünənki iclası internet vasitəsilə keçirib. Separatçıların rəhbərliyi dünənki toplantıda Azərbaycan üçün problem yaratmağı müzakirə ediblər. Bunun üçün Ağdərə-Kəlbəcər yolunu bağlamaq çağırışını gündəmə gətiriblər. Qeyd olunub ki, hazırda rus sülhməramlılarının müşayiəti ilə Ağdərə-Kəlbəcər yolundan Azərbaycanın Kəlbəcərdəki hərbi hissələrinı ərzaq və hərbi texnika aparılır. Arayik Arutyunyanın dünənki iclasında separatçılar belə çağırışlar səsləndiriblər ki, Laçın yolu açılmayınca, azərbaycanlıların Ağdərə-Kəlbəcər yolundan istifadəsinə imkan verilməməlidirlər. Ancaq sonda bu addımın nəticə verməyəcəyi qənaətinə gəlindiyi bildirilir. Qeyd olunub ki, Azərbaycan həmin yola çox da arxayın olmadığından öz işlərini hərbi helikopterlərlə görür. Ermənistanın revanşist ruhlu “Hraparak” qəzeti yazır ki, separatçıların əks-tədbirlər görə bilməməsi özünü Qarabağda “dövlət naziri” elan etmiş Ruben Vardanyan və onun komandasına qarşı narazılıq və etimadsızlığı artırıb. Qarabağdakı mülki ermənilər narazılıqlarını artıq açıq şəkildə dilə gətirməkdən çəkinmirlər.
20-12-2022, 16:38
BQXK avtomobilləri Laçın yolundan maneəsiz keçdi


BQXK avtomobilləri Laçın yolundan maneəsiz keçdi

Dekabrın 20-da aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Dekabrın 19-da da Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) bir nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət etmişdi. Azərbaycan tərəfi isə müraciətə dərhal cavab vermiş və keçid uğurla təmin olunmuşdu. Qeyd edək ki, bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!