20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
11-04-2023, 17:30
Sabiq prezidentin vəkilləri Strasburq məhkəməsinə müraciət etdi


Sabiq prezidentin vəkilləri Strasburq məhkəməsinə müraciət etdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin vəkilləri onun azadlığa buraxılması üçün Strasburq məhkəməsinə müraciət ediblər. Bu barədə vəkillərdən biri Şalva Xaçapuridze sosial şəbəkələrdə məlumat verib. Qeyd edək ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də həbs olunduqdan sonra aclıq aksiyasına başlayıb. O, 2022-ci ilin may ayından bəri Vivamed klinikasında müalicə alır.
11-04-2023, 17:00
Erməni təxribatı nəticəsində hərbiçilərimiz şəhid oldu


Erməni təxribatı nəticəsində hərbiçilərimiz şəhid oldu

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
11-04-2023, 16:30
Türkiyəylə sərhədin yayda açılması planlaşdırılır - Erməni spiker


Türkiyəylə sərhədin yayda açılması planlaşdırılır - Erməni spiker

"Üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin yayda açılması planlaşdırılır". Bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib. "Ermənistan tərəfi hazırda Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinin fəaliyyətə başlaması üçün texniki təchizat işləri aparır. İki ölkə sərhədində bu ilin fevralında bərpası razılaşdırılmış körpüyə gəlincə, işlərə hələ başlanmasa da, məsələ qüvvədə qalır", - deyə o bildirib. Rubinyan, həmçinin əmin edib ki, danışıqlar zamanı Türkiyə tərəfindən Azərbaycanla tezliklə sülh müqaviləsi imzalanması üçün heç bir təzyiq olmayıb.
11-04-2023, 13:50
Əhalinin yarıdan çoxu Ərdoğanın qələbəsinə inanır


Əhalinin yarıdan çoxu Ərdoğanın qələbəsinə inanır

Türkiyə əhalisinin yarıdan çoxu mayın 14-də keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağına inanır. Bu barədə ictimai rəylərin tədqiqi ilə məşğul olan “Optimar” kompaniyasının keçirdiyi sorğunun nəticələrində qeyd olunub. Məlumata görə, respondentlərin 53,4 faizi seçkilərdə Ərdoğanın qələbəsinə inandığını bildirib. Rəyi soruşulan vətəndaşların 42,1 faizi müxalifətin vahid namizədi Kemal Kılıçdaroğlunun, 8,3 faizi Məmləkət Partiyasının sədri Məhərrəm İncənin, 1,7 faizi isə Ata İttifaqının namizədi Sinan Oğanın qələbə qazanacağını düşünür. Sorğuda iştirak edənlərin 45,9 faizi Rəcəb Tayyib Ərdoğana, 43,9 faizi isə Kemal Kılıçdaroğluna səs verəcəyini deyib. Sorğu aprelin 1-dən 7-dək 4 min 745 respondent arasında birbaşa söhbət yolu ilə keçirilib. Qeyd edək ki, AKP hazırda parlamentdə partiyanı təmsil edən deputatların təxminən 70 faizini qarşıdakı seçkilərdə namizəd kimi irəli sürməyib. AKP-nin proporsional siyahısında həmçinin HÜDAPAR-ın deputatlığa namizədləri də yer alıb. "Cümhur İttifaqı"na daxil olan Böyük Birlik Partiyası (BBP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Yenidən Rifah Partiyası (YRP) müstəqil proporsional siyahılarla seçkilərə qatılıb. Ali Seçki Komissiyası təqdim olunmuş namizəd siyahılarını araşdırdıqdan sonra qeydə alınmış namizədlərin rəsmi siyahısını 19 apreldə elan edəcək.
11-04-2023, 13:46
Müharibədə iştirak etməyənlərin xaricə səyahətinə qadağa qoyulmamalıdır - Arestoviç


Müharibədə iştirak etməyənlərin xaricə səyahətinə qadağa qoyulmamalıdır - Arestoviç

Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç döyüşmək istəməyən və zorla orduya səfərbər olunan kişi cinsli vətəndaşların xaricə səyahətinə qadağa qoyulmasını tənqid edib. O, jurnalist Vasili Qolovanova müsahibəsində bu barədə danışıb. Eks-müşavir bunun dövlət problemi olduğunu söyləyib. "Onlar bölmələrin motivasiyasını azaldırlar. Döyüşmək istəməyən cəmi 2 nəfər öndə gedən bölməni 1 gündə məhv edə bilər. Belə hallar çox olub, dövlət probleminə çevrilib. Ona görə də istəməyənləri cəlb etmək düzgün deyil", - Arestoviç bəyan edib.
11-04-2023, 13:38
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
11-04-2023, 13:35
Dərmanlar aşağı qiymətə satılsın ki, əhali ala bilsin - Deputatdan təklif


Dərmanlar aşağı qiymətə satılsın ki, əhali ala bilsin - Deputatdan təklif

Azərbaycanda kütləvi xəstəliklərlə bağlı dərmanların əhaliyə pulsuz verilməsi təklif edilib. Bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli çıxış edib. “Mümkünsə bütün əhaliyə, mümkün deyilsə, kasıb, qazi, ailələrinə dərmanlar pulsuz paylanılsın. Həmin əhali üçün apteklər açılsın, dərmanlarla təmin olunsunlar. Heç olmasa daha aşağı qiymətə satılsın ki, əhali o dərmanları ala bilsin. Tarif Şurası da buna nəzarət edə bilər. Tarif Şurasından heç vaxt eşitmədik ki, qiymətləri bir dəfə aşağı salsın. Elə hər dəfə qiymətləri qaldırır”,- deyə deputat bildirib.
11-04-2023, 13:31
Ukrayna nüvə silahı yarada bilər, lakin buna ehtiyac yoxdur - Arestoviç


Ukrayna nüvə silahı yarada bilər, lakin buna ehtiyac yoxdur - Arestoviç

"Ukrayna 9 aya nüvə silahı yarada bilər, lakin buna ehtiyac yoxdur". Bunu ölkənin Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib. "Biz bunu 6 aydan 9 aya qədər bərpa edə bilərik. Lakin bu yolla biz uğrunda mübarizə apardığımız beynəlxalq müqavilələr sistemini pozmuş olacağıq. Ümumbəşəri və ümumavropa tendensiyaları çərçivəsində qalmalıyıq", - o əlavə edib. Onun sözlərinə görə, Ukraynanın indiki mövqeyində qalaraq beynəlxalq hüquq sisteminin tərəfdarı olması daha yaxşıdır.
11-04-2023, 13:27
Misirdən Rusiyaya raket tədarükü - Şok İddia


Misirdən Rusiyaya raket tədarükü - Şok İddia

"Misir gizli şəkildə Rusiyaya raket tədarük etməyi planlaşdırır". Bunu "The Washington Post" nəşri Pentaqonun sosial şəbəkəyə sızmış “məxfi sənədləri”nə istinadən yazıb. Bildirilib ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi bu yaxınlarda Rusiyaya qaçaqmalçılıq yolu ilə 40 minə qədər raket tədarük etməyi əmr edib. Nəşrin məlumatına görə, sənəddə Misir prezidentinin Qərblə problem yaşamamaq üçün rəsmilərə raketlərin istehsalı və daşınmasını gizli saxlamağı da tapşırdığı bildirilib. Burada Rusiya üçün mərmi və barıt tədarükü də qeyd olunub. Sənədlərə görə, Misir diplomatı Əhməd Əbu Zeyd jurnalistlərə bildirib ki, Misirin müharibənin ilk günlərindən tutduğu mövqe müdaxilə etməməyə əsaslanır: “Biz hər iki tərəfi hərbi əməliyyatlara son qoymağa və danışıqlar yolu ilə siyasi həllə nail olmağa çağırmağa davam edirik". Öz növbəsində ABŞ hökumətindən anonim mənbə bildirib ki, bu cür tədarüklərin həyata keçirildiyinə dair heç bir sübut yoxdur: "Biz bunun baş verdiyini görməmişik". Qeyd olunub ki, Rusiyanı Ukraynadakı müharibə üçün silahla təmin etmək Moskva ilə əlaqələrini dərinləşdirməsinə baxmayaraq, ölkəyə ildə 1 milyard dollardan çox təhlükəsizlik yardımı göstərən ABŞ ilə tərəfdaşlıq quran Misir üçün təhlükəli olardı. "Misir bizim Yaxın Şərqdəki ən uzunmüddətli müttəfiqlərimizdən biridir. Sisinin gizli şəkildə Rusiya üçün Ukraynada istifadə oluna biləcək raketlər istehsal etdiyi doğrudursa, biz münasibətlərimizi ciddi şəkildə nəzərdən keçirməliyik", - senator Kris Mörfi söyləyib.
11-04-2023, 13:25
İranda molla rejiminə etiraz - “Zəngəzur Azərbaycandır” şüarı ilə


İranda molla rejiminə etiraz - “Zəngəzur Azərbaycandır” şüarı ilə

İran küçələrində molla rejiminə etiraz edən soydaşlarımız "Zəngəzur Azərbaycandır" şüarları yayıblar. Bu barədə "Mouze" teleqram kanalı paylaşım edib. Bildirilib ki, güneyli soydaşlarımız Zəngəzurla bağlı şüarları şəhərin müxtəlif yerlərinə yerləşdiriblər. Şüarlarda "Zəngəzur və Təbriz qardaşlığı əbədidir", "Zəngəzur Azərbaycandır!", "Zəngəzur bizim qırmızı çizgimizdir" deyə fikirlər yer alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!