20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
16-04-2023, 14:00
Reznikov bu tarixi həyatının ən pis günü adlandırdı


Reznikov bu tarixi həyatının ən pis günü adlandırdı

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ötən ilin martında danışıqlar üçün Belarusa gedən Ukrayna nümayəndə heyətinin tərkibində keçirdiyi günü həyatının ən pis günü adlandırıb. Reznikov İspaniyanın “La Razon” nəşrinə müsahibəsində deyib. "Prezident məndən soruşanda ona "hə" demək çox çətin idi, çünki mənim Rusiyaya qarşı dərin nifrətim var idi. Və bir danışıqlar aparan şəxs kimi bilirəm ki, bu, işləməyən bir emosiyadır. 4 görüş oldu, üçü Belarusda, biri Türkiyədə. Sizə deyim ki, ilk üçündə biz özümüzü heç təhlükəsiz hiss etmədik və hətta evə dönəcəyimizə də şübhə etdik”, - nazir bildirib. Onun sözlərinə görə, prezident Volodimir Zelenskinin istəyi ilə müdafiə naziri olub və müharibə başa çatdıqdan sonra istefa vermək niyyətindədir. "Qələbədən dərhal sonra təqaüdə çıxmaq və həyat yoldaşımla şəxsi evimdə yaşamağa davam etmək istəyirəm", - Reznikov əlavə edib.
16-04-2023, 13:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22°, bəzi yerlərdə 24° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.
16-04-2023, 13:00
Reznikov Ukraynanın itkiləriylə bağlı ipucu verdi


Reznikov Ukraynanın itkiləriylə bağlı ipucu verdi

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkəsinin itkiləri barədə qəribə ipucu verib. O, İspaniyanın “La Razon” qəzetinə müsahibəsində bu mövzudan söz açıb. "Ukraynanın müharibədə itkiləri fevral ayında Türkiyədə baş vermiş zəlzələ qurbanlarının sayından azdır. Təbii ki, qurbanlarımız var, çünki müharibə şəraitindəyik. Ancaq bizim itkilərimiz Rusiyanınkından daha aşağıdır. Sizə bir rəqəm deyə bilmərəm, ancaq sizi əmin edə bilərəm ki, ümumi itki sayımız Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayından azdır”, - o qeyd edib. Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində 51 minə yaxın insan həlak olub.
16-04-2023, 12:30
Cənubi Koreya Şimali Koreyaya məxsus gəmiyə xəbərdarlıq atəşi açdı


Cənubi Koreya Şimali Koreyaya məxsus gəmiyə xəbərdarlıq atəşi açdı

Cənubi Koreya tərəfindən faktiki ərazi suları sərhədi kimi qəbul edilmiş şimal xəttini pozan Şimali Koreyaya məxsus patrul gəmisinə xəbərdarlıq atəşi açılıb. Bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb. Şimali Koreyanın patrul gəmisi xəbərdarlıq atəşindən sonra geri çəkilib. Açıqlamada Cənubi Koreyanın Şimali Koreyanın təxribat ehtimalına hazır olduğu və hərbi hərəkətlərin yaxından izləndiyi vurğulanıb. Qeyd edək ki, bu ərazilərdə vaxtaşırı iki ölkə arasında gərginlik yaşanır.
16-04-2023, 11:30
Bryansk PUA-ya məruz qaldı


Bryansk PUA-ya məruz qaldı

Rusiyanın Bryansk şəhərində partlayıcı ilə doldurulmuş pilotsuz uçuş aparatı yerə dəyib. Bu barədə NEXTA məlumat yayıb. Qalıqları yerli sakin aşkar edib. Ölən və yaralananlar olmayıb. Detallar barədə məlumat yoxdur.
16-04-2023, 11:00
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabaha olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-16° isti olacaq. Nisbi rütubət 60-70 %, atmosfer təzyiqi isə 771 mm civə sütunu olacaq. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
16-04-2023, 08:35
“Əsgər nəfəsi”ndən – “Salam, ruhumuzun şəhəri Şuşam!”a gedən yol


“Əsgər nəfəsi”ndən – “Salam, ruhumuzun şəhəri Şuşam!”a gedən yol

Əməkdar jurnalist Rəşid Faxralı söz adamıdır. Daha doğrusu sözün adamıdır. Söz onun üçün dünyanın ən əziz və müqəddəs sərvətidir. Rəşid Faxralı tanınmış şairdir. Elə şairlər var ki, şeir yazanda uzun zaman fikirlərinə, düşüncələrinə əziyyət verməli olurlar. Bəzən isə heç istəklərinə çata da bilmirlər. Amma tam məsuliyytlə deyə bilərəm ki, Rəşid Faxralının söz, fikir sarıdan heç bir çətinliyi yoxdu. Mövzu qısa zamanda onun təfəkküründə genişlənir, adi sözlər dərin düşüncələrə, dəyərli fikirlərə, poetik misralara çevrilir. Şairin dilindən süzülən misralar oxucuları sehirləyir, onların qəlbinə sığal-tumar çəkir.
Rəşid Faxralının adı yəqin ki, oxuculara da yaxşı tanışdır. Çünki onun imzasına mətbuat səhifələrində tez-tez rast gəlinir. Həmişə sözə, qələmə sadiq qalan Rəşid Faxralı günümüzdə üz-üzə gəldiyimiz, narahatçılığımıza səbəb olan müxtəlif mövzulara üz tutur. Söz heç vaxt onun qələminin həndəvərindən uzağa getmir. Rəşid Faxralı yazdığı yazıların, şeirlərin mövzsuna uyğun formanı da tapmağı bacarır. Onun yaradıcılığında forma və məzmun bir-birini rahatca tamamlayır. Buna görə də onun yazıları da, şeirləri də qəlbləri fəth edir.
Elə qələm adamları var ki, əsərlərini oxumağa başlayan kimi təhkiyəsindən, mövzuya yanaşmasından müəllifini asanlıqla tanıyırsan. Hərbi jurnalist Rəşid Faxralı da belə xoşbəxt yaradıcı insanlardandır. Hansısa bir publisistik məqaləsini, şeirini oxuyanda dilinin şirinliyindən, sözlərinin ifadə tərzindən imzasına baxmadan da bilirsən ki, bunu Rəşid Faxralı yazıb. Hər misrasına, hər cümləsinə təfəkkürünün möhürünü vurub. Yəqin ki, bu, çoxlarının bacarmadığı bir sənətkarlıqdı, əli çatmadığı uca zirvədi.
Bu günə qədər hərbi jurnalist Rəşid Faxralının neçə-neçə şeir və publisistik kitabı işıq üzü görüb. 2021-2022-ci illər Rəşid Faxralı üçün çox uğurlu olub desək, yəqin ki, yanılmarıq. Çünki həmin illərdə müəllifin bir-birinin ardınca kitabları nəşr olunub. Şair 2021-ci ildə “Əsgər nəfəsi”, 2022-ci ildə isə “Salam, ruhumuzun şəhəri Şuşam!” kitablarını yazıb. Hər iki kitab müharibə mövzusuna, qələbə ovqatına köklənib. Kitablarda Birinci və İkinci Qarabağ müharibəsində ordumuzun qazandığı uğurlar, qələbələr vəsf olunub.
Əvvəlcə “Əsgər nəfəsi” kitabı haqqında fikirlərimi, oxucularla bölüşmək istəyirəm. Demək olar ki, Rəşid Faxralının bu kitab gözlərim önündə yazılıb, yaranıb. Cəbhəyə, səngərlərə, zabit və əsgərlərlə görüşə bir yerdə getmişik. Yurdumuzu qoruyan hərbçilərlə görüşlərimiz, söhbətlərimiz bir yerdə olub. Bu söhbət və görüşlərdən aldığımız xoş duyğuları, sevinci bir yerdə bölüşmüşük. Vaxt, zaman keçdikcə Rəşid Faxralı bu görüşləri, bu görüşlərdən doğan təəssüratları ağ vərəqlərə köçürüb, poetik fikrə çevirib sonra da kitabların səhifələrinə hopdurub. Yəni bu kitabdakı hər söz, hər hadisə mənim üçün də olduqca doğma və əzizdir.
Adından da göründüyü kimi Rəşid Faxralının kitabının hər sətrindən, hər cümləsindən, hər misrasından hamımıza doğma olan əsgər nəfəsi gəlir, əsgər nəfəsi duyulur. Müəllif hərbçilərimizi daim düşmən üzərində qələbəyə kökləyən “Əsgər nəfəsi” kitabındakı yazıları tarixi ardıcıllığa uyğun olaraq üç hissəyə ayırıb. “Vətən müharibəsindən əvvəl”, “Vətən müharibəsində” və “Vətən müharibəsindən sonra”. Bu çox düzgün bölgüdü, çox dəqiq yanaşmadı.
Vətən müharibəsindən əvvəl yazılmış publisistik məqalələrinin başlıqları əsgərləri qələbəyə səsləyir. Gəlin onların bir neçəsinə diqqət yetirək. “Cıdır düzünün çiçəklərinin də təravətini özünə qaytaracağıq”, “Böyük qələbə ərəfəsindəyik”, “Qələbə, qələbə, yalnız qələbə!”, “Vətən sənin vətənindir, Azərbaycan əsgəri!”, “Böyük qələbəyə az qalıb, Vətən!”, “Bu həsrətin son nəfəsi – Qələbə!” Bu və ya digər yazıların hamısında qələbəyə böyük bir ümid var. Başlıqlardan da göründüyü kimi, yazıların hamısı düşmən üzərinə qələbəyə, torpaqları işğaldan və işğalçılardan azad etməyə odlu, alovlu çağırışdı. Əminliklə demək olar ki, bu çağırışlar, bu yazılar, bu poetik fikirlər qələbənin qazanılmasına xeyli təkan verdi. Əsgərlərimiz bu yazılardan ruhlana-ruhlana qələbə ovqatına kökləndilər.

Vətən müharibəsinin getdiyi günlərdə yazılmış yazılarda da qələbə ruhu, qələbə ovqatı var. Torpaqlarımızın azadlığı uğrunda döyüş gedən günlərdə müəllif hərbçilərimizi qələbələrə ruhlandıraraq, “Qələbənin tarixini siz yazırsınız!”, “Döyüşünüz işğaldan qurtuluş döyüşüdü!” “Qalibiyyət bayrağısan, Azərbaycan əsgəri!”, “Sərhədləri səngərlərə köçürdün, Azərbaycan əsgəri!” və başqa başlıqlı publisistik məqalələr yazır. Yazır ki, Vətən uğrunda döyüşən zabit, əsgər düşmənə qalib gəlsin. Yazır ki, Azərbaycan Ordusu erməni qəsbkarlarını iyirmi səkkiz ildən bəri işğalda saxladığı torpaqlardan qovsun! Yazır ki, Azərbaycan əsgəri qələbəsi ilə xalqı sevindirsin. Həmin günlərdə Rəşid Faxralının yazdığı publisistik məqalələr də, şeirlər də düşmən üzərində qələbənin qazanılmasına xidmət edirdi. Vətən üçün narahat olan həmin günlərdə sanki şair də qələmi ilə səngər qazırdı, sözü ilə döyüşürdü.
“Vətən müharibəsindən sonra” adlandırdığı hissədə müəllif şeirləri ilə, publisistik yazıları Azərbaycan zabitinin, Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsindəki qəhrəmanlığı vəsf edir. Hərbçilərimizin 44 gün ərzində keçdikləri qəhrəmanlığını yolundan yazır. Artıq şairin qələmi rahat nəfəs alır, dil açıb qələbəyə, zəfərə alqış deyir.
Bir-birindən maraqlı olan publisistik məqalələri ilə yanaşı Rəşid Faxralı “Əsgər nəfəsi” kitabında “Torpağım bəsdi mənə!”, “Salam, ruhumuzun şəhəri Şuşam!”, “Qələbəyə salam olsun!” poemalarını da geniş yer ayırıb. İnanıram ki, kitabı oxuyanlar həmişə Qələbə ovqatında olacaq.
Yaradıcı insanlar daim irəliyə – onu qarşıda gözləyən sabahlara doğru baxır, gələcəyi düşünür. Rəşid Faxralı da sabahlara boylana-boylana “Əsgər nəfəsi” kitabından “Salam, ruhumuzun şəhəri Şuşam!”a doğru uğurlu addımlar atıb. Yaradıcılığının yeni mərhələsində bu kitaba ömür verib. Bənzərsiz sözlərdən elə bənzərsiz də bir kitab ortaya qoyub, sanki sözü ilməyə çevirib ölməz bir sənət əsəri toxuyub.
Yaradıcılıq su kimidir. Bir yerdə göllənib qalmır, daim ruha qida verib yeni məhsullar yetişdirir. Bir yerdə dayanmayan yaradıcılıq ideyaları müəyyən zaman keçəndən sonra yeni əsərlərə çevrilir. Rəşid Faxralı da yaradıcılığına ara vermədən 2022-ci illə “Salam, ruhumuzun şəhəri Şuşam!” kitabı ilə sağollaşdı. Oxuduqca hiss edirsən ki, şairin yeni kitabı “Əsgər nəfəsi”nin davamıdı. O mənada davamıdı ki, “Əsgər nəfəsi”ndəki arzular, “Salam, ruhumuzun şəhəri Şuşam!”da çiçək açıb, istəklər bu kitabda reallığa çevrilib. İkinci Qarabağ müharibəsində erməni qəsbkarları məhv edildi, başqa yaşayış məntəqələrimiz kimi Şuşa da işğaldan azad olundu. Arzular reallığa qovuşandan sonra Rəşid Faxralının da ayağı Şuşa torpağına dəydi. Şuşanı azad gördü, düşmənsiz gördü. Sevincinə sevinc qatdı, həyatının xoş anlarını yaşadı. “Salam, ruhumuzun şəhəri Şuşam!”da bu sevincdən, bu xoş təəssüratdan doğuldu.
Kitab oxucularını “Əsgər andı” şeiri ilə salamlayır. Şair yazır:
“Azərbaycan – Ana Vətən!”- deyənlərin,
Bir ömrü bu ada tən deyənlərin
Yerə-göyə sığışmayan
Məhəbbəti - əsgər andı...

Beləcə, kitab bu gözəl şeirlə oxucusunun əlindən tutub onu səhifə-səhifə sona doğru aparır. “Salam, ruhumuzun şəhəri Şuşam”ı vərəqləyib irəli gedən oxucuları qarşıda daha da mənalı şeirlər, publisistik məqalələr gözləyir.
Müəllif kitabının ilk səhifələrində şeirlərə geniş yer ayırıb. Şeirlərdən sonra isə poemalar gəlir. Bu poemalarda yurdumuz, onun gözəlliyi, işğaldan yenicə qirtulmuş ərazilərimiz, həmçinin, bu yerləri düşməndən azad edən zabit və əsgərlərimizin qəhrəmanlığı nəzmə çəkilir. Nəzmə çəkilən bu əsərlərdən oxucunun ürəyinə qəhrəmanlıq və vətənpərvərlik süzülür. Adlarından da göründüyü kimi poemalar ağrı-acılarını yaşadığımız Qarabağ müharibəsinə həsr olunub. “Lələtəpə”, “Bayraqtəpə”, “Qələbəyə salam olsun!”, “Vətən boyda sədaqətin əsgəriyik!”, “Bəşəriyyət bayrağıdır bayrağımız” və başqa poemaların xəmiri vətənpərvərlik duyğularından yoğrulub.
Yaradıcılığı ilə daha da yaxından tanışlıq bizə əsas verir deyək ki, Rəşid Faxralı başdan-ayağa vətənpərvər şairdir. Əgər belə olmasaydı, şairin yaradıcılığında vətənpərvərlik mövzusu ilə bu qədər aydın, bu qədər parlaq nəzərə çarpmazdı. Əməkdar jurnalist Rəşid Faxralının kitablarını oxuyanlar vaxtlarının necə də səmərəli keçdiyini hər misrada, hər sətirdə açıq-aydın hiss edəcəklər.

Vahid MƏHƏRRƏMOV
"Bütöv Azərbaycan" qəzeti
14 aprel 2023-cü il
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!