20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
21-04-2023, 15:30
Sultan Əhməd məscidinin açılış mərasimi oldu


Sultan Əhməd məscidinin açılış mərasimi oldu

Türkiyənin Sultan Əhməd məscidinin açılış mərasimi olub. Məscidin açılışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçirilib. Qeyd edək ki, məscid 1609-1616-cı illərdə sultan I Əhmədin əmrinə əsasən Memar Sədəfkar Mehmet Ağanın rəhbərliyi ilə inşa edilib.
21-04-2023, 15:00
İranda fəhlələr etiraz aksiyası keçirdi


İranda fəhlələr etiraz aksiyası keçirdi

İranda fəhlələr maaş azlığına görə etiraza qalxıblar. Onlar maaşların artırılmasını tələb ediblər. Qeyd edək ki, fəhlələr Abadan neft emalı zavodunda layihə əsasında çalışırlar. Onlar maaşlarının artırılmamasına etiraz olaraq iş yerini boşaldaraq tətil keçirirlər.
21-04-2023, 14:00
Müxtəlif ölkələrində qeyd olunan Ramazan bayramından görüntülər


Müxtəlif ölkələrində qeyd olunan Ramazan bayramından görüntülər

Bu gün dünyanın bir çox ölkələrində Ramazan bayramı qeyd olunur. Butov.az fərqli ölkələrdə lentə alınan bayram görüntülərini təqdim edir. Qazaxıstanda Ramazan bayramının ilk günü ailə böyükləri ziyarət edilir, evlərdə ənənəvi ziyafət süfrələri açılır.



Misirin paytaxtı Qahirədə yüzlərlə müsəlman bayram namazını Fustatdakı Amr bin As məscidində qılıb.



Suriyalılar Ramazan bayramı namazını Bab rayonundakı Fatih məscidində qılıb. Namazdan sonra ziyafət vermək ənənəsini davam etdirən xalq yerli oyunlarla da bayram sevincini yaşayıb.



İraqın Duhok şəhərində yaşayan müsəlmanlar Ramazan bayramı namazını şəhərdəki Seyid məscidində qılıblar.



Rusiyanın paytaxtı Moskvada məscidlərə sığmayan minlərlə müsəlman bayramı namazını küçələrdə qılmağa məcbur olub. Müsəlmanlar səhər saatlarından paytaxtdakı Abidə məscidi və Tarixi məscidə, xüsusən də Moskva Mərkəzi məscidinə axışıb. Moskva Mərkəzi məscidində boş yer olmadığından minlərlə insan təhlükəsizlik səbəbi ilə nəqliyyatın hərəkətinə qapadılan küçələrə, xiyabanlara və parklara axın edib.



İordaniya müsəlmanları bayram namazını paytaxt Əmmanda idman meydançasında qılıb.



Fələstinlilər isə Ramazan bayram namazını İordan çayının qərb sahilindəki Hebron şəhərindəki Hərəm-i İbrahim məscidinin həyətində qılıb.



Özbəkistanda bayram ilə əlaqədar səhər saatlarında ölkədəki bütün məscidlərdə bayram namazı qılınıb. Daşkənddə minlərlə insan bayram namazı üçün məscidlərə axışıb. Məscidlərdə yer tapa bilməyən müsəlmanlar məscidin həyətində və küçələrdə namaz qılıblar.



Fələstinlilər bayram namazını qılmaq üçün İordan çayının qərb sahilindəki Əl Bireh bölgəsinə gediblər.



Bəhreyndə müsəlmanlar bayram namazını Ər-Rifa şəhərindəki tarlada qılıblar.



Qətərin paytaxtı Dohada müsəlmanlar Ramazan bayramı namazını qılmaq üçün şəhər stadionuna axışıblar.


21-04-2023, 13:30
Rusiya SU-34 qırıcıları ilə öz şəhərinə zərbələr endirdi


Rusiya SU-34 qırıcıları ilə öz şəhərinə zərbələr endirdi

Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsi ehtiyatsızlıqdan Belqorod şəhərinə zərbələr endirib. Zərbələr nəticəsində xoşbəxtlikdən heç kim xəsarət almayıb. Hadisə zamanı yaşayış massivinin ortasında nəhəng deşik yaranıb və partlayış dalğası nəticəsində bir minik avtomobili zərər görüb. Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.
21-04-2023, 13:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 22-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-19°, bəzi yerlərdə 22° isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək. Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Günün ikinci yarısından yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 20-25° isti, dağlarda gecə 0-5°, gündüz 8-13°, bəzi yerlərdə 16-19° isti olacağı ehtimal edilir.
21-04-2023, 12:30
Rumıniya Ukraynaya ərzaq məhsullarının idxalını qadağan etməyəcək


Rumıniya Ukraynaya ərzaq məhsullarının idxalını qadağan etməyəcək

Rumıniya Ukrayna ərzaq məhsullarının idxalını qadağan etmək niyyətində deyil, lakin onu məhdudlaşdırmağa çalışacaq. Bu barədə "Reuters" agentliyi Rumıniyanın kənd təsərrüfatı naziri Petr Deaya istinadən məlumat yayıb. O bildirib ki, ölkə birtərəfli qaydada Ukrayna taxıl idxalına qadağa qoymayacaq və Avropa Komissiyasının Mərkəzi-Şərqi Avropadakı fermerlərə kömək etmək üçün addım atmasını gözləyəcək. Bununla belə, nəşrin məlumatına görə, Dea Buxarestdə ukraynalı həmkarı Nikolay Solski ilə görüşdükdən sonra ölkələrin idxalı məhdudlaşdırmaq üçün gözlənilən taxıl həcmləri ilə bağlı həftəlik məsləhətləşmələr aparacaqlarını qeyd edib. Xatırladaq ki, aprelin 15-də Polşa Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalına qadağa qoysa da, aprelin 18-də tranzitin bərpasına razılıq verib. Bundan əlavə, Macarıstan Ukraynadan 25 məhsulun idxalına qadağa qoyub. Slovakiya və Bolqarıstanda da oxşar qərarlar nəzərdən keçirilir.
21-04-2023, 12:00
NATO Ukraynaya 55 milyard ABŞ dolları həcmində hərbi yardım edib - Pentaqon


NATO Ukraynaya 55 milyard ABŞ dolları həcmində hərbi yardım edib - Pentaqon

ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO-nun Ukraynaya göstərdiyi hərbi yardımın həcmini açıqlayıb. Pentaqon rəhbəri bu barədə Ramşteyn toplantısından əvvəl mətbuata danışıb. "Konfliktin başlanğıcından bəri NATO Ukraynaya 55 milyard ABŞ dolları həcmində hərbi yardım edib", - deyə o bildirib. Qeyd edək ki, Ramşteynin gündəmində Ukrayna üçün HHM və hərbi aviasiya məsələləri var.
21-04-2023, 11:30
NATO müttəfiqləri Ukraynanın alyansda olmasına razıdırlar - Stoltenberq


NATO müttəfiqləri Ukraynanın alyansda olmasına razıdırlar - Stoltenberq

"Bütün NATO müttəfiqləri Ukraynanın alyansda olmasına razıdırlar". Bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyada Ramşteyn formatında görüşdən əvvəl "Sky News"un müxbirlərinə bildirib. O əlavə edib ki, müharibə başa çatdıqdan sonra Kiyev yeni hücumlardan qaçmaq üçün çəkindirmə vasitəsinə malik olmalıdır. Bundan əlavə, Stoltenberqin sözlərinə görə, Zelenski NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitində iştirak etmək üçün dəvəti qəbul edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!