Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
2-08-2023, 15:55
Qərbi Azərbaycan icmasının öz vətəninə qayıtmaq hüququ var - Hikmət Hacıyev


Qərbi Azərbaycan icmasının öz vətəninə qayıtmaq hüququ var - Hikmət Hacıyev

Qərbi Azərbaycan icmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var, çünki bu icma 1980-ci illərin sonlarında Ermənistandan qovulub.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Əş-Şarg əl-Avsat” qəzetinə müsahibəsində bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, "Ermənistanın ozamankı demoqrafik vəziyyətinə baxdıqda, müsəlmanların, xüsusilə də azərbaycanlıların geniş coğrafi regionda məskunlaşdıqlarını və oranın yerli icması olduğunu görmək olar. Lakin bugünkü Ermənistan monoetnik cəmiyyətdir. Buna görə də Qərbi Azərbaycan icmasının öz vətəninə qayıtmaq hüququ var. Təəssüf ki, Ermənistan bu icmanın hüquqlarını tam şəkildə pozur".
2-08-2023, 14:53
Əməkdaşlıq çərçivəsinin təsdiq olunmasıyla bağlı fərman imzalandı


Əməkdaşlıq çərçivəsinin təsdiq olunmasıyla bağlı fərman imzalandı

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (BMTSİT) arasında 2022 – 2026-cı illər üzrə Əməkdaşlıq Çərçivəsi” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Əməkdaşlıq Çərçivəsi qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyinə isə Əməkdaşlıq Çərçivəsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatına bildiriş göndərmək tapşırılıb.
2-08-2023, 14:47
Bakıda əcnəbi vətəndaş faciəvi şəkildə öldü


Bakıda əcnəbi vətəndaş faciəvi şəkildə öldü

Bakıda Çin vətəndaşının faciəvi şəkildə ölməsi ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluqdan bildirilib ki, avqustun 1-də, saat 8 radələrində özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb və aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
2-08-2023, 14:38
Ermənistan və Azərbaycanı sərhədlərin müəyyənləşdirilməsinə çağırırıq - Zaxarova


Ermənistan və Azərbaycanı sərhədlərin müəyyənləşdirilməsinə çağırırıq - Zaxarova

Rəsmi Moskva Ermənistan və Azərbaycanı sərhədlərin müəyyənləşdirilməsinə çağırıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə bildirib.
O anklavlarla bağlı suala cavabında deyib ki, ərazi mübahisələri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesi zamanı həll edilməlidir.
2-08-2023, 14:24
Çexlərin Ukrayna ordusunda iştirakinə icazə verildi


Çexlərin Ukrayna ordusunda iştirakinə icazə verildi

Çex Respublikasının Prezidenti Petr Pavel 14 ölkə vətəndaşının Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmasına icazə verib.
Ukraynadakı müharibədə leqal olaraq iştirak etmək istəyən çexlər üçün ölkə prezidentinin icazəsi zəruridir.
Çexiya qanunvericiliyinə görə, xarici ölkələrin silahlı qüvvələrdə xidmət etməsi, zəruri hallar istisna olunmaqla, qadağandır. Bu hüquq yalnız ölkə prezidentinin xüsusi sərəncamı ilə mümkündür, əks halda Ukraynadakı hərbi əməliyyatlarda iştirak edənləri Çexiyada cinayət təqibi gözləyir.
2-08-2023, 14:18
Ərdoğan rusiyalı həmkarıyla razılığa gəldi


Ərdoğan rusiyalı həmkarıyla razılığa gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı iki lider Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər. Ərdoğan Rusiyanın Türkiyədəki meşə yanğınları ilə mübarizə üçün göndərdiyi 2 amfibiya yanğınsöndürmə təyyarəsinə görə həmkarına təşəkkür edib. O, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edib və bu il birgə səylər nəticəsində turizmdə rekord qırılacağına inandığını bildirib.
Türkiyə lideri Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmamasının lazım olduğunu ifadə edib və Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb. O, Qara Dəniz Təşəbbüsünün uzun müddət dayandırılmasının heç kimə fayda verməyəcəyini, ən çox taxıla ehtiyacı olan və aşağı gəlirli ölkələrin zərər görəcəyini söyləyib.
Ərdoğan qeyd edib ki, Türkiyə Qara Dəniz Təşəbbüsünün davam etdirilməsi üçün intensiv səylər və diplomatiya həyata keçirməyə davam edəcək.
2-08-2023, 14:07
Sərnişin avtobusu yandı


Sərnişin avtobusu yandı

Sumqayıt şəhərində sərnişin avtobusu yandı.
“İsuzu” markalı sərnişin avtobusunun mühərrik hissəsi və 1 ədəd oturacağı qismən yanıb.
Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2-08-2023, 13:33
Ermənistanın Rusiyanın səylərini görməzdən gəlməsi yersizdir - Zaxarova


Ermənistanın Rusiyanın səylərini görməzdən gəlməsi yersizdir - Zaxarova

Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. İndi Ermənistanın Rusiyanın səylərini görməzdən gəlməsi yersizdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə deyib.
"Sülhməramlıların mühüm funksiyaları yerinə yetirdiyi hamıya məlumdur. Doğrudanmı, bu fəaliyyət Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən gərəksizdir, arzuolunmazdır və onlar sülhməramlıların getməsini istəyirlər? N.Paşinyanın açıqlamaları tamamilə anlaşılmazdır", - deyə o bildirib.
2-08-2023, 13:17
Sabiq baş nazir doğma torpağında dəfn olundu


Sabiq baş nazir doğma torpağında dəfn olundu

Keçmiş baş nazir Surət Hüseynov Gəncə şəhərində dəfn olunub.
Onun vaxtilə yaşadığı evdə vida mərasimi keçirilib.
Mərasimdə Surət Hüseynovun ailə üzvləri, yaxınları, dostları iştirak ediblər. Daha sonra sabiq baş nazir 4 saylı qəbiristanlıqda valideynlərinin qəbri yaxınlığında torpağa tapşırılıb.
Xatırladaq ki, 64 yaşlı S.Hüseynov iki gün əvvəl Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib.
2-08-2023, 13:06
Qarabağda yaşayan ermənilər vətəndaşlıq üçün Bakıya zəng etdi


Qarabağda yaşayan ermənilər vətəndaşlıq üçün Bakıya zəng etdi

Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış "Qaynar xətt"ə 100-ə yaxın müraciət daxil olub.
Bunu açıqlamasında Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, Bakıya zəng edən ermənilər arasında Rusiya sülhməramlılarından şikayətlənənlər də olub. Belə ki, bəzi erməni sakinlər "Qaynar xətt"ə zəng edərək, rusiyalı hərbçilərin onlardan rüşvət aldığını bildiriblər.
Bundan əlavə, bir çox ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini deyiblər.
“Əvvəlki aylarda "Qaynar xətt"imizə 100-ə yaxın müraciət daxil olub. Ermənilər əsasən Azərbaycan vətəndaşlığına keçməklə bağlı müraciət edirlər. Onlar soruşurlar ki, Azərbaycan vətəndaşlığına necə keçmək olar, vətəndaşlıq aldıqdan sonra onların hansı hüquqları təmin olunacaq. Bir də onlardan rüşvət istənilməsi barədə bizə müraciətlər edilib. Ermənilər Laçın yolundan keçmək üçün Rusiya sülhməramlılarının onlardan rüşvət istədiyini diqqətə çatdırıblar", - deyə Dilarə Əfəndiyeva vurğulayıb.
Qeyd edək ki, dekabrın 16-da Azərbaycanda Qarabağ erməniləri üçün “qaynar xətt” yaradılıb. Belə təşəbbüslə Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva çıxış edib. Qarabağ bölgəsindən "qaynar xətt"ə müraciət edənlərin məxfiliyinə tam zəmanət verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!