Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
9-08-2023, 16:24
“Neftçi” ilə qarşılaşacaq “Beşiktaş” klubu Bakıya gəldi


“Neftçi” ilə qarşılaşacaq “Beşiktaş” klubu Bakıya gəldi

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Beşiktaş” klubu Bakıya gəlib.
İstanbul nəhəngini gətirən təyyarə bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
“Qara qartal”ı azarkeşlər hava limanında böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək ilk oyun saat 21:00-da başlayacaq.
9-08-2023, 16:12
Prezident yeni qanunu təsdiqlədi


Prezident yeni qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" yeni qanunu təsdiqləyib.
Qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Sənəddə əsas anlayışlar, ödəniş xidmətlərinin növləri, ödəniş xidməti təchizatçılarının, ödəniş təşkilatının və elektron pul təşkilatının fəaliyyəti ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Habelə, pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, mühasibat uçotu və maliyyə hesabatlarının aparılması, müraciətlərə baxılması və mübahisələrin həllinə dair qaydalar müəyyənləşdirilir.
Qanunda elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur.
Bununla yanaşı, layihədə ödəniş sistemlərinin təşkili və qaydaları, hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və çıxarılması, nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı meyarlar əks olunub.
Sənəddə qeyd edilib ki, ödəniş təşkilatı və elektron pul təşkilatı minimum nizamnamə kapitalına və məcmu kapitala malik olmalıdır.
Bundan başqa, sənədə əsasən, ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələblər, məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Azərbaycan Mərkəzi Bankının normativ xarakterli aktları ilə müəyyən edilir.
Hesab üzrə məlumat xidmətinin göstərilməsi fəaliyyəti ilə müstəsna olaraq məşğul olan ödəniş təşkilatına minimum nizamnamə kapitalı və məcmu kapitalına dair bu Qanunla müəyyən edilmiş tələblər şamil edilmir.
Yeni qanuna əsasən, Azərbaycanda ödəniş xidmətlərinin təchizatçılarına 6 təşkilat aid ediləcək. Həmin təşkilatlar aşağıdakılardır:

- Azərbaycan Mərkəzi Bankı;

- banklar və xarici bankların yerli filialları;

- Bank olmayan kredit təşkilatları;

- Poçt rabitəsinin milli operatoru;

- Ödəniş təşkilatları;

- Elektron pul təşkilatları.
9-08-2023, 15:53
Səudiyyə Ərəbistanının İrandakı səfirliyi yenidən fəaliyyətə başladı


Səudiyyə Ərəbistanının İrandakı səfirliyi yenidən fəaliyyətə başladı

İrandakı Səudiyyə Ərəbistanı səfirliyi 3 gün əvvəl işini bərpa edib.
Bu barədə İran mətbuatı XİN-dəki mənbəyə istinadən yazıb.
“Səudiyyə Ərəbistanı səfirliyi avqustun 6-da İran paytaxtında öz işini rəsmən bərpa edib”, - İran Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Xatırladaq ki, martın 10-da Pekində İran və Səudiyyə Ərəbistanı arasında keçirilən görüşdə tərəflər diplomatik münasibətləri bərpa etmək və səfirliklərini açmaq barədə razılığa gəlmişdilər.
9-08-2023, 15:37
Moskvada güclü partlayış 52 nəfərin həyatına son qoydu


Moskvada güclü partlayış 52 nəfərin həyatına son qoydu

Rusiya paytaxtı Moskva yaxınlığında baş verən partlayış zamanı yaralanan şəxslərin sayı 52-yə çatıb. Bu barədə yerli rəhbərlik məlumat yayıb.
9-08-2023, 15:26
İdmançımız qızıl medal qazanaraq ən yüksək pilləyə qalxdı


İdmançımız qızıl medal qazanaraq ən yüksək pilləyə qalxdı

4-10 avqust tarixlərində Belarusda keçirilən II MDB Oyunlarında ağır atletika üzrə yarışlar təşkil olunur.
Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında 150-dən çox idmançı medallar uğrunda mübarizəyə qoşulub.
Onların arasında Azərbaycan atletləri də var. Bu gün Əli Şükürlü və Dadaş Dadaşbəyli 109 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.
Əli Şükürlü toplam 300 kq (130+170) nəticə ilə yekun sıralamada 5-ci yeri tutub.
Dadaş Dadaşbəyli isə möhtəşəm çıxış edib. O, toplam 393 kq (177+216) nəticə ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
9-08-2023, 15:18
XİN Litvanı saxta erməni təbliğatına aldanmamağa çağırdı


XİN Litvanı saxta erməni təbliğatına aldanmamağa çağırdı

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin Twitter paylaşımına cavab verib.
Ayxan Hacızadə litvalı naziri saxta erməni təbliğatına aldanmamağa çağırıb.
“Cənab nazir Landsbergis, yaxşı olardı ki, saxta erməni təbliğatına aldanmayasınız. Laçın yolu Ermənistan tərəfindən son üç il ərzində sui-istifadə edilib. Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib”, - o qeyd edib.
Ayxan Hacızadə bildirib ki, Azərbaycan Ermənistanın pisniyyətli əməllərinin qarşısını almaq məqsədilə Laçın sərhədində yoxlanış məntəqəsi yaradıb və çatdırmalar üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsini təklif edib.
“Bu arada isə, Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul qərarı Ermənistanın yoxlanış məntəqəsinin ləğvi üçün müraciətini yekdilliklə rədd edib. Azərbaycan erməni sakinlərin hər iki istiqamətdə nəqlini asanlaşdırır. Ermənistanı sülh prosesini baltalamaq yerinə daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırmaq daha uyğun olardı”, - Ayxan Hacızadə qeyd edib.
9-08-2023, 15:06
Mirzoyan Avropa ölkələrindən olan həmkarlarıyla danışıqlar apardı


Mirzoyan Avropa ölkələrindən olan həmkarlarıyla danışıqlar apardı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa ölkələrindən olan həmkarları ilə telefon danışığı aparıb.
3 ölkənin XİN başçısı ilə söhbəti barədə Mirzoyan X platformasında (tviter) məlumat verib.
Belə ki, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis, İspaniyanın XİN başçısı Joze Manuel Albares və Yunanıstanın XİN rəhbəri Corc Qerapetritislə söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər, eləcə də Qarabağ və Laçın dəhlizi müzakirə mövzusu olub.
Qeyd edək ki, bu gün Mirzoyan həmçinin bolqarıstanlı həmkarı ilə də danışıb.
9-08-2023, 14:57
Baş nazir işğaldan azad edilmiş ərazilərlə bağlı qərar imzaladı


Baş nazir işğaldan azad edilmiş ərazilərlə bağlı qərar imzaladı

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı buradan baxmaq mümkündür.
Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir və 2033-cü il 1 yanvar tarixinədək qüvvədədir.
9-08-2023, 14:38
Qərb sərhədlərindəki qoşun qruplaşmaları gücləndirilir - Şoyqu


Qərb sərhədlərindəki qoşun qruplaşmaları gücləndirilir - Şoyqu

Rusiya Silahlı Qüvvələrinin ölkənin qərb sərhədlərindəki qoşun qruplaşmaları gücləndiriləcək.
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu hərbi idarənin kollegiyasının iclasında bildirib.
"Bu gün kollegiya iclasında biz qərb sərhədlərimizdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin qoşun qruplaşmalarının eyni vaxtda gücləndirilməsinə baxacağıq", - o deyib.
Şoyqu bildirib ki, iclasda Leninqrad və Moskva hərbi dairələrinin yaradılması da müzakirə ediləcək.
9-08-2023, 14:23
Ermənistanın müdafiə naziri Fransa səfiriylə görüşdü


Ermənistanın müdafiə naziri Fransa səfiriylə görüşdü

Ermənistan müdafiə naziri Suren Papikyan Fransanın İrəvandakı yeni fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini arasında görüş baş tutub.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Ermənistan MN-in inzibati binasında keçirilən görüşdə Fransanın hərbi attaşesi Arnaud Elie də iştirak edib.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığı, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!