Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
14-08-2023, 21:09
Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkədir - Hikmət Hacıyev


Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkədir - Hikmət Hacıyev

Ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarına 1 milyondan çox mina yerləşdirib.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (“Twitter“) sosial şəbəkəsində paylaşım edib.
“2020-ci ilin noyabrından bəri 300-dən çox azərbaycanlı mina qurbanı olub. Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkədir. Ermənistanın mina terrorunu davam etdirir”, - deyə qeyd olunub.
14-08-2023, 20:35
Türkiyədə baş vermiş qəzada 25 nəfər xəsarət aldı


Türkiyədə baş vermiş qəzada 25 nəfər xəsarət aldı

Türkiyənin Afyonkarahisar bölgəsinin Emirdağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı mikroavtobusla yük maşını toqquşub.
lkin məlumata görə, hadisə 25 nəfər xəsarət alıb.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
14-08-2023, 20:11
Zelenski Donetsk vilayətinə səfər etdi


Zelenski Donetsk vilayətinə səfər etdi

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Donetsk vilayətinə səfər edib.
Bu barədə Zelenski özünün teleqram kanalında yazıb.
O qeyd edib ki, Donetskdə 22-ci motoatıcı briqadaya baş çəkib.
Zelenski bildirib ki, hazırda 22-ci briqada “Soledar” operativ-taktiki səviyyəli qrupun tərkibində tapşırıqları yerinə yetirir.
O, briqadaların tabeliyində olan ərazilərdə əməliyyat şəraiti və müxtəlif növ silahlardan istifadənin xüsusiyyətləri barədə məruzələri dinləyib.
14-08-2023, 19:46
ABŞ Ukraynaya 200 milyon dollarlıq yardım paketi ayırdı


ABŞ Ukraynaya 200 milyon dollarlıq yardım paketi ayırdı

ABŞ Ukraynaya yeni hərbi yardım paketi elan edib.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
Hərbi yardımın həcmi 200 milyon dollardır.
Yardım paketinə hava hücumundan müdafiə sursatları, artilleriya mərmiləri, zireh əleyhinə vasitələr və minatəmizləmə avadanlıqları daxildir.
14-08-2023, 19:36
ƏLLİ YAŞIN İŞIĞINDA


ƏLLİ YAŞIN İŞIĞINDA

Araz Yaquboğlu ilə “Dədə Ələsgər – 200” whatsApp qrupunda tanış oldum və Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş “Gülüstan” sarayında keçirilən tədbirdə üzbəüz görüşdük, bir masa ətrafında əyləşdik. Görünüşü, danışığı, duruşu-oturuşu ilə mənə çox xoş təsir bağışladı. Sanki bu sadə, səmimi insanı uzun illərdir ki, tanıyırdım. Dağ adamlarına məxsus arıq, ancaq sağlam və uca boyu, boyuna uyğun mütənasib bədən quruluşu, tutamlı əlləri ilk baxışdan diqqətimi çəkdi. Açıq, geniş alnı, bədəninin ümumi simmetriyasını tamamlayan iri, qırışsız, mülayim çöhrəsi, hiyləgərlikdən kənar, uzaqlara dikilən xəyallı gözləri bu şəxsin zahiri görünüşünü, portret cizgilərini tamamlayırdı. Sifətinə baxan kimi, səsini eşidən kimi insanın daxilən də saf, sadə olduğunu, bu saflıqla, sadəliklə bərabər, həm də dolğun, zəngin olduğunu yəqin etdim. Belə insanlar yaşayır, işləyir, yaradırlar, ancaq nəyinsə aludəsi, kiminsə buyruqçusu olmurlar, təbiətən təmənnasız olurlar. Keyti dağı, Çalmalı dağı kimi əzəmətli, bir sifətli, bir görünüşlü insanlarla ünsiyyət, münasibət heç vaxt ziyan gətirməz. Dostluqları da mərdanə olar, düşmənlikləri də.
Araz bəylə aramızda ilk andan yaranan isti münasibətlər davam etməyə başladı. Mənim Aşıq Ələsgər haqqında yazdığım bir yazını “goyce.az” saytında çap elətdirdi. Müəyyən məsələləri dəqiqləşdirmək, müəyyən məlumatları öyrənmək üçün ona nə vaxt müraciət etdimsə, “yox” demədi, işinin azlığına, çoxluğuna baxmadan müraciətimə canıyananlıqla cavab verdi.
“Dədə Ələsgər Ədəbi Məclisi”nin üzvü Maksim Sarıqayanın vəfatının bir illiyi ərəfəsində onun şeirlərini toplayıb “Göyçə həsrətli bir ömür” (“Elm və təhsil”, 2023) adı altında nəşr etdirdilər. Kitaba “Gec tapıb, tez itirdiyim dostum” adlı bir ön söz yazdım. Etiraf edim ki, kənddə yaşadığımdan, əlimdə müasir yazı avadanlıqları olmadığından Araz müəllim mənimlə bərabər, bəlkə də məndən ikiqat artıq əziyyət çəkdi.
Göyçə ədəbi mühiti ilə bağlı müəyyən kitabların, o cümlədən Şair Məmmədhüseynin, şair Sərraf Şiruyənin kitablarını mənə göndərməsini Araz bəydən verilən ən dəyərli hədiyyə hesab edirəm.

Araz Yaquboğlunu bir qədər də yaxından tanımaq marağı mənə onun əsərləri ilə daha dərindən tanış olmağa vadar etdi. Öyrəndim ki, Araz Yaqub oğlu Hacıyev 1973-cü il avqust ayının 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirmiş, ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda almışdır. İxtisasca dəqiq elm sahəsinin mütəxəssisi olsa da, təbiət, xarakter, ruh etibarilə humanitar sahəyə daha çox həvəs göstərmiş, şeirlər, publisistik məqalələr yazmış, saz-söz sənətinə aid tədqiqatlar aparmışdır. Ona qədər kitabın müəllifi, “Qızıl qələm” media mükafatçısıdır. Deməli, istər-istəməz belə bir qənaət hasil olur ki, Araz bəyin ədəbi aləmə meyl və marağı onun canından, qanından, mənsub olduğu ailənin genindən irəli gəlir. O, Bərdə rayonunda doğulub boya-başa çatsa da, əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Gözünü həyata açandan, ağlı kəsən bir gündən Göyçə ilə bağlı söz-söhbətləri, əfsanələri, rəvayətləri, dastan və hekayətləri dinləyib. Göyçə həsrətli bayatılarla yuxudan oyanıb, Göyçə qoxulu laylalarla yuxuya gedib. Öz fikri, öz əqidəsi formalaşanda, öz düşüncələrini araya-ərsəyə gətirəndə görüb ki, onun ürəyi də, beyni də, dili də Göyçədən danışır, Göyçə deyib, Göyçə eşidir. Beləcə əlinə qələm alır, gördüklərini, eşitdiklərini, tələsmədən, aramla kağıza köçürür.
Araz bəyin əmisi şair Sərraf Şiruyənin yazdığı bir qoşmasını bir zamanlar məlahətli səsi, gözəl ifa tərzi olan Məhəbbət Kazımov oxuyur, oxuduqca mənalı sözlər xoş avaz qarışıq ürəklərə sərin su səpirdi:

Ayırmaz elimdən kin-küdrət məni,
Mən el balasıyam, elə bağlıyam.
İncitməz hər giley, hər qeybət məni,
Qırılmaz kəmərə, belə bağlıyam.

Bu şeir Araz üçün yazılmayıb, ancaq bu şeir sanki Arazın boyuna biçilib. Arazın doğma dədə-baba yurdu Daşkəndə, ulu Göyçə mahalına “qırılmaz kəmərlə” bağlı olduğu şübhəsizdir. O, öz şeirləri, publisistikası, araşdırmaları ilə həqiqətən “elə bağlı bir el balası”, el oğlu olduğunu sübut etmişdir.
2023-cü ili Araz Yaquboğlu üçün uğurlu illərdən biri hesab etmək olar. Onun bu il nəşr olunmuş “Daşkənddən Yeni Daşkəndə” adlı sanballı tədqiqat əsəri uzun illərin gərgin zəhmətinin uğurlu bəhrəsi hesab edilməlidir. Göyçə mahalının ən qədim kəndlərindən biri olan Daşkənd kəndindən 1953-cü ildə əhalinin deportasiya olunması, onların Bərdə rayonu ərazisində boş bir sahədə min bir əzab-əziyyətlə məskunlaşması, hər şeyi sıfırdan başlayaraq yeni abad bir kənd yaratmaları, o kəndə də Göyçədəki kəndlərinin adını vermələri – bir sözlə, yeni bir həyata qəhrəmancasına başlamaları bu kitabda öz əksini tapmışdır. Bir kəndin insanlarının iqtisadi, maddi həyat məsələlərindən tutmuş onların nəsil, kök şəcərəsinə, mənəvi həyat tərzinə – folkloruna, söz-sənət dünyasına qədər hər şeyi əhatə edən bir kitab ərsəyə gətirmək əslində böyük bir elmi kollektivin görə biləcəyi işlər olmalıydı. Ancaq bu qədər ağır, məsuliyyətli bir işin öhdəsindən Araz Yaquboğlu təkcə gələ bilmişdir. “Halal olsun”, “eşq olsun!” – deyə bilərik.
2023-cü il avqust ayının 1-də Göygöl rayon Poçt şöbəsinin işçisi iş otağıma bir balaca bağlama gətirdi. Bağlamanı açdım, içindəki kitabı görəndə gözüm-könlüm açıldı. Vəfalı dost, sədaqətli qardaş hesab etdiyim Araz Yaquboğlu özünün yenicə çapdan çıxmış kitabının bir nüsxəsini mənə göndərmişdi: “Sazın-sözün sorağında”. Kitabı vərəqlədim, bütünlüklə oxuyub haqqında bir məqalə yazmaq qərarına gəldim. Göygöl Rayon Mərkəzi Kitabxanasında keçirilən “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” tədbirinə getdim. Axşamüstü bir təsadüf nəticəsində öyrəndim ki, bu gün Araz bəyin doğum günüdür, həm də nə az, nə çox, düz əlli yaşının tamam olduğu gündür. Sevindim, zəng edib təbrik etdim, eyni zamanda düşündüm: Həyatda təsadüfi hesab etdiyimiz şeylər çox olur. Bəlkə, həyatda təsadüfi heç nə yoxdur. Hər bir təsadüfi hesab etdiyimiz işin, hadisənin kökündə, məğzində bir zərurət var: Araz Yaquboğlunun ad günü ilə əlifba günümüzün, Azərbaycan dili günümüzün üst-üstə düşdüyü kimi, eyni günə təsadüf etdiyi kimi. Öz imkan və qabiliyyəti daxilində ana dilinin keşiyində dayanan, onun “sazının-sözünün sorağında” olan bir şəxsin ad günü ilə “Azərbaycan dili günü”nün üst-üstə düşməsində bir təsadüfiliklə bərabər bir zərurət də var.
Onu da qeyd etməliyik ki, Araz Yaquboğlunun “Sazın-sözün sorağında” kitabında müəllifin müxtəlif vaxtlarda yazdığı elmi, publisistik, xatirə yazıları cəmlənmişdir. Bu yazıların, məqalələrin böyük bir qismi Göyçə aşıq mühitinin nümayəndələrinə, bir qismi isə el şairlərinə həsr olunmuşdur. Kitabın üçüncü bölməsi isə “Xatirələr işığında” adlanır. Hər üç bölmədə çap olunan məqalələr sadə, aydın, axıcı bir dildə yazılmışdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın maraqla qarşılanacağına inanırıq.
Daşkənd kəndi sınaqlı ocaqlar, ağır seyidlər yurdudur. Seyid Bayram ocağına etiqad, inam bəsləyən insanların sayı minlərlədir. Daşkənd kəndi Aşıq Hacı kimi dastanlarımızı yaşadan, gələcək nəsillərə ötürən ustad sənətkarlar yurdudur. Daşkənd kəndi Şair Məmmədhüseyn, Həsən Xəyallı, Sərraf Şiruyə, Aqil İman kimi söz adamlarının Vətənidir. Bu insanların haqqında yazmaqla, onların xatirəsini yaşatmaqla Araz Yaquboğlu özünə də, öz ömrünə də bir əbədiyaşarlıq haqqı qazandırıb.

ARAZA ÇATAR

Ey el üçün ölən kəfən, gorsuzlar,
Bizim ürək, sizin kəfən, gor sızlar.
Yamanca çoxalıb arsız, gorsuzlar,
Namus aza çatar, ar aza çatar.

Bilən də var: nədir əzəl, son – axır,
Kimin damarından halal qan axır.
Çox şair, aşıqlar haqqına, axır,
Araz keçmişləri arasa, çatar.

Salman, Ağan qılınc çəkdi bir əlli,
Qoy səni tutmasın Tanrı birəlli.
Əllisi üstünə gəlsin bir əlli,
Nə xoş arzum varsa, Araza çatar.


ARAZA BAXAR

Bir-birindən gözəl o üz, bu üzü,
Tanrı verib Kürə, Araza baxar.
Qanı bir, canı bir həsrət qardaşlar,
O üzdən, bu üzdən Araza baxar.

Qüssə-qəm içində keçdi ömür, yaş,
Ürəyim od oldu, ayaqlarım yaş.
Mənim gözlərimdən axar qanlı yaş,
Bulanar, lillənər, Araz ab axar.

Olsa da evində pul, gəvə, xalı,
Nadan ürəklərə salıbdı xalı.
Çox adam namusdan, şərəfdən xali,
Qeyrət aza baxar, ar aza baxar.

Salman düz əməli, düz ünü seçmək,
Yurdun dağ-dərəsin, düzünü seçmək.
Sazı-sözü bilib, düzünü seçmək,
Daşkəndli Hacıyev Araza baxar.

(Bu gün Yaquboğlu Araza baxar)
02.08.2023


P.S. Mənim 50 yaşım tamam olanda “Əlli yaşın kölgəsində” adlı bir lirik poema yazmışdım. İndi Araz bəyin 50 yaşına həsr etdiyim bu yazını həmin adla təqdim etmək istədim. Ancaq sonra gördüm ki, xeyr, Araz bəy 50 yaşın kölgəsində dincəlmir, 50 yaşın işığında yazır, yaradır. Daha bir 50 də yaşamasını arzu edirəm.

Salman Qaralar (Balakişiyev),
Şair, publisist









14-08-2023, 19:22
İranın XİN Başçısı səfirliyimizə edilən hücumdan danışdı


İranın XİN Başçısı səfirliyimizə edilən hücumdan danışdı

Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirik.
Bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian media nümayəndələri ilə görüşündə Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror hücumundan danışarkən deyib.
Onun sözlərinə görə, İran ədliyyə sistemi hadisənin ölçülərini araşdırıb.
Nazir bu yaxınlarda İran Baş prokurorunun müavininin Azərbaycana səfər etdiyini diqqətə çatdırıb.
“Azərbaycan Respublikasının İrandakı səfirliyində baş vermiş insidentdə bir çox qeyri-müəyyənliklər olub. Bu, şəxsi qisas xarakteri daşısa da, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirik. Bundan başqa, bütün dövlətlər diplomatik məkanların və şəxslərin qorunmasına cavabdehdirlər, lakin müasir dünyada belə hadisələr heç də bir ölkənin səfirliyinin bağlanmasına səbəb ola bilməz. Ümid edirik ki, tezliklə bu işlə bağlı məhkəmə qərarı veriləcək. Bizim məhkəmə müstəqildir. Məhkəmənin hökmündən və İranla Azərbaycan arasında əlaqələrin bərpasına maneə aradan qaldırıldıqdan sonra növbəti addımlar atılacaq”, - XİN rəhbəri qeyd edib.

14-08-2023, 18:51
İdmançımız Avropa çempionatında bürünc medal qazandı


İdmançımız Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında bürünc medal qazanıb.
58 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda qarşılaşmada qalib gələrək fəxri kürsüyə qalxıb.
14-08-2023, 18:48
Ermənilər Azərbaycanda yeni təxribatlara hazırlaşır


Ermənilər Azərbaycanda yeni təxribatlara hazırlaşır

Qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərində yeni təxribatlara hazırlaşır.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Vurğulanır ki, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olub. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir.
"Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur. Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq bildiririk ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - məlumatda qeyd olunur.
14-08-2023, 18:22
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi


Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ərazidəki qeyri-qanuni birləşmələr və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən döyüş mövqelərinin şəxsi heyət, silah-sursat baxımından gücləndirilməsi, eləcə də yeni müdafiə hədlərinin, səngərlərin, uzun müddətli fortifikasiya qurğularının hazırlanması və əraziyə minaların basdırılması müşahidə olunub.
Bundan başqa, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olmuşdur. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir.
Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur.
"Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq bildiririk ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - Nazirlik bildirib.
14-08-2023, 18:12
Azərbaycanda neft məhsullarının istehsalı 15 faizdən çox artıb


Azərbaycanda neft məhsullarının istehsalı 15 faizdən çox artıb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 598,2 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,9% artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 63,1%, neft koksunun istehsalı 46,3%, avtomobil benzininin istehsalı 29,8%, qazoylların (dizel yanacağının) istehsalı 25,5% artıb, neft bitumu istehsalı 39,7 faiz, mazut istehsalı isə 94% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!