Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
31-08-2023, 12:13
Hikmət Hacıyev: “ Amma son anda bu görüşdən də imtina etdilər”


Hikmət Hacıyev: “ Amma son anda bu görüşdən də imtina etdilər”

Bildirim ki, 5 avqust tarixində razılaşma əldə olunmuşdu. Bu razılaşmanın tərkib hissəsi olaraq Azərbaycanın gömrük və sərhəd xidmətləri nəzərə alınmaqla Laçın-Xankəndi yolu da açılırdı.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Erməni sakinlərinin nümayəndələri də Azərbaycanın Yevlax şəhərində müvafiq görüşə gələcəkdilər. Amma son anda onlar bu görüşdən imtina etdilər. Hətta bu yaxınlarda da bir razılaşma var idi ki, Ağdam da yenidən görüşlər keçirilsin. Amma son anda bu görüşdən də imtina etdilər”,- deyə o bildirib.
31-08-2023, 12:07
Laçın yolunun açılmasında Azərbaycanın ərazi bütövlüyü çox vacibdir - Hikmət Hacıyev


Laçın yolunun açılmasında Azərbaycanın ərazi bütövlüyü çox vacibdir - Hikmət Hacıyev

Ağdam-Xankəndi yolunun açılması, bu yolun mövcudluğu və funksionallığı müvafiq bəyanatlarda öz əksini tapıb və Ermənistanın öz rəhbərliyi də Brüssel görüşlərdə bu yolun mövcudluğunu və istifadəsinin mümkünlüyü qəbul etmişdir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Lakin sonrakı addımlarda bunu inkar edirlər. Bu prosesin növbəti tərkib hissəsi kimi növbəti günlərdə, yəni müəyyən şərti vaxtlar çərçivəsində Laçın yolunun da açılması təmin oluna bilər. Laçın yolunun açılmasında Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi faktoru çox vacibdir. Eyni zamanda, Azərbaycan Respublikasının qanunları və bu xüsusda sərhəd-nəzarət və sərhəd təhlükəsizliyi ilə əlaqədar olan müvafiq qanunları, həmçinin gömrük rejimi qaydalarına tam şəkildə riayət etməklə bunlar təmin olunmalıdır”, - o qeyd edib.
31-08-2023, 11:31
Böyük Britaniyanın müdafiə naziri istefa verdi


Böyük Britaniyanın müdafiə naziri istefa verdi

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles istefa verib.
Bu barədə "SKY News"a istinadən xəbər verir.
Bildirilib ki, baş nazir Rişi Sunak onun istefasını qəbul edib.
31-08-2023, 11:14
Prezident Sadır Japarova təbrik məktubu ünvanladı


Prezident Sadır Japarova təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:
"Hörmətli Sadır Nurqojoyeviç,
Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Keçən il qardaş Qırğızıstana dövlət səfərim zamanı Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı islahatların və quruculuq işlərinin ölkənizin hərtərəfli inkişafına və rifahına xidmət etdiyini görməkdən məmnun oldum.
Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
31-08-2023, 10:49
Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı


Fransanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı

31 avqust 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə XİN-dən məlumat verilib.
Görüş zamanı, Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.
Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu vurğulanıb.
Qeyd olunub ki, Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir.
Azərbaycan tərəfi, beynəlxalq humanitar yardımın göndərilməsi ilə bağlı beynəlxalq hüquqi çərçivəyə zidd olaraq nümayişkaranə şəkildə Azərbaycan tərəfi ilə razılaşdırmadan, onun iradəsinin əksinə Azərbaycanın beynəlxalq tanınmış ərazisinə hər hansı bir ad altında yüklərin göndərilməsi cəhdini təxribatçı əməl kimi qiymətləndirib və buna qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.
Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.
31-08-2023, 10:37
Livandakı səfirliyimizə hücumun görüntüləri yayıldı


Livandakı səfirliyimizə hücumun görüntüləri yayıldı

Xəbər verdiyimiz kimi, 50-yə yaxın erməni əsilli şəxs Azərbaycanın Livandakı səfirliyinə hücum edib.
Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Ermənilər binanın ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.
Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.
31-08-2023, 10:22
Ağdam-Əsgəran-Xankəndi yolunun girişindəyik - Hikmət Hacıyev


Ağdam-Əsgəran-Xankəndi yolunun girişindəyik - Hikmət Hacıyev

Azərbaycandakı diplomatik korpus nümayəndələri Ağdam-Əsgəran-Xankəndi yolununun girişinə gediblər.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında bildirib.
"Ağdam-Əsgəran-Xankəndi yolunun girişindəyik. Diplomatik korpus nümayəndələri və beynəlxalq jurnalistlər qrupu yolun funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükünü görəcəklər", o paylaşımda bildirib.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə 40 ton un məmulatı Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılması nəzərdə tutulur.
31-08-2023, 10:15
Gürcüstan Prezidentinin Ukrayna daxil olmaqla, 9 ölkəyə səfəri qadağan edildi


Gürcüstan Prezidentinin Ukrayna daxil olmaqla, 9 ölkəyə səfəri qadağan edildi

Gürcüstan hökuməti ölkə Prezidenti Salome Zurabişviliyə Ukrayna da daxil olmaqla, 9 ölkəyə səfər etməyə icazə verməyib.
Gürcüstan Prezidentinin Administrasiyası Zurabişvilinin rəsmi səfərlərinin təsdiqi ilə bağlı hökumətə müraciət edib.
Məlumata görə, prezidentin avqustun 22-24-ü Ukraynaya, sentyabrın 16-sı İsveçrəyə, sentyabrın 27-29-u Bolqarıstana, oktyabrın 2-3-ü Polşaya, oktyabrın 4-6-sı Belçikaya, oktyabrın 31-dən noyabrın 2-nə qədər Danimarkaya, dekabrın 1-2-si BƏƏ-yə, dekabrın 10-12-si Çexiyaya və dekabrın 18-20-si İsrailə işgüzar səfərlərinə yazılı şəkildə rədd cavabı verilib.
Qeyd olunur ki, Gürcüstan Konstitusiyasına əsasən, Prezident ölkəni xaricdə yalnız hökumətlə razılıq əsasında təmsil edir. Bildirilir ki, ölkənin xarici siyasətini aparmaq hökumətin vəzifəsidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!