Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
24-08-2023, 19:08
Danimarkalı diplomat eyni məsələyə görə 5 dəfə Türkiyə XİN-ə çağırıldı


Danimarkalı diplomat eyni məsələyə görə 5 dəfə Türkiyə XİN-ə çağırıldı

Danimarkanın Ankaradakı müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Diplomata Danimarkada Qurani-Kərimin təhqir olunmasına görə növbəti dəfə etiraz bildirilib.
Qeyd edək ki, son 1 həftə ərzində danimarkalı diplomat eyni məsələyə görə 5 dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.
Avqustun 18-də, 21-də, 22-də, 23-də və bu gün diplomata müqəddəs kitabın yandırılmsına görə etiraz bildirilib.
24-08-2023, 18:30
ABŞ sanksiyaları genişləndirir - Kadırovun anası “qara siyahı”ya salındı


ABŞ sanksiyaları genişləndirir - Kadırovun anası “qara siyahı”ya salındı

ABŞ Rusiyaya qarşı tətbiq edilən sanksiyaları genişləndirib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 11 fiziki şəxs və ilhaq edilən Krımdakı “Artek” Beynəlxalq Uşaq Mərkəzi daxildir.
Ramzan Kadırovun anası Aymani, Çeçenistan ombudsmanı Mansur Soltaev və hökumətin sədri Müslüm Xuçiyev "qara siyahı"ya salınıb.
Siyahıda, həmçinin Rostov vilayətində insan hüquqları üzrə müvəkkili İrina Çerkasova, Kaluqa vilayətində uşaq hüquqları üzrə müvəkkili İrina Ageeva və uşaq hüquqları üzrə müvəkkili Qalina Pyatıx da var.
24-08-2023, 18:11
Ermənistan şərtlərini verəndən bir iki gün sonra bunu elan edir - XİN Başçısı


Ermənistan şərtlərini verəndən bir iki gün sonra bunu elan edir - XİN Başçısı

Sülh sazişi ətrafında gedən danışıqlar bəzən bir neçə gün davam edir.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Danışıqlar bəzən bir neçə gün gedir. Tərəflərdən biri geri qayıdıb şərtləri müzakirə edirlər. Bəzən qarşı tərəf 60 gün məsələnin şərhlərini müzakirə edir. Biz burada heç bir müzakirə aparmırıq. Ermənistan isə şərtlərini verəndən bir iki gün sonra bunu elan edirlər. İndi isə rekorda imza atıblar. Şərtlərini verdikdən 40 dəqiqə sonra anons veriblər", - o qeyd edib.
24-08-2023, 18:02
Regionda daimi sülh lazımdır - Belçika XİN


Regionda daimi sülh lazımdır - Belçika XİN

30 il ərzində bəzi ölkələrin ikili standarlarından Azərbaycan xalqının məyusluğu anlaşılandır.
Bunu Belçika xarici işlər naziri Hadja Labib Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Sizin bu illər ərzində yaşadığınız məyusluğunuzu anlayıram. Bizim indi məqsədimiz önə baxmaqdır. Regionda daimi sülh lazımdır. Mən başa düşürəm ki, bu 30 ildə nə baş verib, amma gəlin, gələcək üçün jest edək, jest edək ki, bizim uşaqlarımız bizi gələcəkdə yaxşı xatırlasın. Sülh xalqın, adi vətəndaşların həyatının yaxşılaşdırılmasına xidmət etməlidir, çünki müharibənin ilk qurbanları adi vətəndaşlardır. Sülh həm Ermənistan, həm Azərbaycan həm də bütün dünya üçün vacibdir", - o qeyd edib.
24-08-2023, 17:57
Hadja Labib: “ Azərbaycana təşəkkür edirik ki, Ukraynaya yardım göstərir”


Hadja Labib: “ Azərbaycana təşəkkür edirik ki, Ukraynaya yardım göstərir”

Enerji sahəsində Azərbaycanın rolu böyükdür.
Bunu Belçika xarici işlər naziri Hadja Labib Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Azərbaycan bərpa olunan enerji sahəsində böyük rolu oynayır. Azərbaycana təşəkkür edirik ki, Ukraynaya yardım göstərir. Ukraynada bəzi məktəblər Azərbaycan maliyyəsi ilə bərpa olunub. İstərdik, sizinlə əməkdaşlığımızı daha da çox olsun", - o qeyd edib.
24-08-2023, 17:51
Ermənistanın qeyri-konstruktik mövqeyi tam nəticə əldə etməyə imkan vermir


Ermənistanın qeyri-konstruktik mövqeyi tam nəticə əldə etməyə imkan vermir

Təbii ki, biz post-münaqişə mövzusunda danışarkən digər istiqamətlərdə aparılan layihələr və danışıqlar barədə də fikir mübadiləsi apardıq.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, Ermənistanın bir sıra öhdəlikləri diqqətə çatdırıldı. Hansı ki bunlardan nəqliyyat-kommunikasiyaların açılması, Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların açılması əsas məqamlardan biridir. Bu istiqamətdə iki il yarım gedən danışıqlarda bəlli bir irəliləyiş olsa da, Ermənistanın qeyri-konstruktik mövqeyi tam nəticə əldə etməyə imkan vermir”, - nazir əlavə edib.
24-08-2023, 17:43
Belçika XİN: “Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”


Belçika XİN: “Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”

Qarabağla bağlı narahatlığımızı bildirdik.
Bunu Belçika xarici işlər naziri Hadja Labib Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Təşəkkür edirəm ki, bizimlə bu məsələləri müzakirə etdiniz. Mən Ararat Mirzoyana bildirdim ki, indi dayanıqlı sülh əldə olunsması üçün tarixi fürsətdir. Biz bu məsələdən dialoqla çıxa bilərik. Səmimi şəkildə bildirirəm ki, əla fürsətdir. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Sülh təşəkkül tapmalıdır. Budur səfərimizin məqsədi", - o deyib.
24-08-2023, 17:36
Qarabağdakı ermənilərin idarəçilər kimi qələmə verilməsi qınanılmalıdır - XİN Başçısı


Qarabağdakı ermənilərin idarəçilər kimi qələmə verilməsi qınanılmalıdır - XİN Başçısı

Laçın dəhlizi ətrafındakı prosesləri müzakirə etdik.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması erməniləri qıcıqlandırıb:
"Bunu həzm etməyən ermənilər təxribatlara əl atıb. Ancaq Azərbaycan konstruktiv yol tutub. Bu gün də yoldan ermənilər keçirlər. Humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etdik. Ermənistanın bunu bloklamağa çalışması qəbuledilməzdir. Humanitar yardımın siyasiləşdirilməsi qəbuledilməzdir. Əgər bir tərəf bir yolu qəbul edib, digərini qəbul etmirsə, bu hadisənin siyasiləşdirilməsi cəhdini göstərir. Azərbaycan bunun üçün addımlar atıb. Lakin Qarabağdakı ermənilərin idarəçilər kimi qələmə verilməsi beynəlxalq aləm tərəfindən qınanılmalıdır"
24-08-2023, 17:29
Seperatçılığın təbliğatını aparan erməni axtarışa verildi


Seperatçılığın təbliğatını aparan erməni axtarışa verildi

1970-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan Matevosyan Karen Eduardi avqustun 21-də "Telegram" və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə Azərbaycanın Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
İş üzrə K.Matevosyan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda ibtidai istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
24-08-2023, 17:22
Ceyhun Bayramov belçikalı həmkarıyla Zəngəzur dəhlizini müzakirə etdi


Ceyhun Bayramov belçikalı həmkarıyla Zəngəzur dəhlizini müzakirə etdi

Görüş zamanı ikitərəfli iqtisadi əlaqələrdən söhbət aparmışıq.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir. 2022-ci ildə ticarət dövriyyəsi 80 milyon ABŞ dolları olub. Biz Belçikaya 250 milyon dollar investisiya qoymuşuq. Belçika isə ölkəmizə 120 milyon ABŞ dollar investisiya yatırıb", - nazir bildirib.
Ceyhun Bayramov qeyd edib ki, Hadja Lahbib ilə Zəngəzur dəhlizinin açılması məsələsini də müzakirə edib. Görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar. C.Bayramov Zəngəzur dəhlizinin də Şərq qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!