Bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb .....                        Sus kəndində 32 ildən sonra ilk zəng .....                        ABŞ sülh üçün səylərini əsirgəməyəcək .....                        Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi .....                        Blinken İlham Əliyevə zəng etdi .....                        Fransa komissarı istefa verdi .....                        Yeni tədris ilində 1.6 milyon şagird .....                        Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi .....                        Bakıda maşınlardan və ödəniş terminalından 14 min manat oğurlandı - VİDEO .....                       
24-08-2023, 16:54
XİN Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik etdi


XİN Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin X-dəki rəsmi səhifəsində paylaşım edilib.
“Müstəqillik Günü münasibətilə dost Ukrayna hökuməti və xalqını təbrik edirik. Biz strateji əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik.
Milli bayramınız mübarək!”, - paylaşımda deyilir.
24-08-2023, 16:50
Laçının 98 yaşlı sakini doğma yurduna qayıtdı


Laçının 98 yaşlı sakini doğma yurduna qayıtdı

Laçın şəhərinin 98 yaşlı sakini Nərgiz Xəlil qızı Əsədova 30 illik ayrılıqdan sonra doğma yurda qayıdıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Artıq bir aydan çoxdur ki, o, şəhərdəki bərpa olunmuş evində yaşayır. Laçını daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir. Buradakı yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Nərgiz nənə dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevə minnətdarlıq bildirir...
Dövlət Komitəsi Ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə müsahibələr əsasında videoçarxların hazırlanmasını davam etdirir.

24-08-2023, 15:56
Priqojinlə birlikdə təyyarədə ölənlərin siyahısı müəyyənləşdi


Priqojinlə birlikdə təyyarədə ölənlərin siyahısı müəyyənləşdi

Xəbər verdiyimiz kimi, Rusiyada "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin də göyərtəsində olduğu təyyarənin qəzaya uğraması nəticəsində bütün sərnişinlər və ekipaj üzvləri həyatını itiriblər.

Valeri Çekalov Priqojinə ən yaxın "menecer"lərdən biri imiş. O, 2000-ci illərdən oliqarxın yanındadır. Priqojin Moskvada məktəblərin ərzaq bazarını ələ keçirəndə layihəyə Çekalov rəhbərlik edib. O, sonradan hərbçilər üçün ərzaq tədarükü müqavilələrinə də cavabdehlik daşıyıb. Çekalov Priqojinin xaricdəki bütün “mülki” layihələrinə, istər geoloji kəşfiyyat, istər neft hasilatı, istərsə də kənd təsərrüfatı kimi layihələrə nəzarət edib. O, həmçinin "Vaqner"in logistika və təminatına da cavabdeh olub. Suriya və Afrikadakı bütün layihələrinin bağlı olduğu özəl şirkətlərə də rəhbərlik edən Çekalov idi.

Dmitri Utkin "Vaqner"də Priqojinin sağ əli olub. Komanda və döyüş hazırlığına məsul şəxs Utkin idi. Məlumata görə, Priqojin, Utkin və Çekalov həmişə birlikdə uçurmuş. Çekalov bütün arxa cəbhəyə, Utkin isə döyüş bölməsinə cavabdeh olub.

Yevgeni Makaryan keçmiş polis, rütbəcə kiçik leytenant olub. O, 2016-cı ilin martında "Vaqner"ə qoşulub. Sambo ilə məşğul olub. O, 2017-ci ilin yanvarında ABŞ təyyarələrinin atəşinə məruz qalan Suriyadakı 4-cü "Vaqner" hücum dəstəsinin tərkibində olub. Hadisə zamanı sol bud nahiyəsindən yara alıb. Priqojinin cangüdəni olduğu deyilir.

Sergey Propustin hərbçi, rütbəcə praporşik olub. İkinci Çeçenistan müharibəsində vuruşub. 2015-ci ilin martında "Vaqner"ə qoşulub. Muzdluların ikinci kəşfiyyat və hücum dəstəsinin üzvü olub. Propustinin də Priqojinin cangüdəni olduğu bildirilir.

Aleksandr Totmin də Priqojinin cangüdənlərindən biri olub, onun haqqında məlumatlar məhduddur.
Nikolay Matuseyev 2017-ci ilin yanvarından "Vaqner"dədir. O, Suriyada 4-cü hücum dəstəsində atıcı kimi xidmət edib.

Aleksey Levşin təyyarə ekipajının komandiri olub. O, Voronejdəndir. Onun həyat yoldaşı Svetlana Levşina avqustun 23-də axşam sosial şəbəkələrdə ərinin öldüyünü təsdiqləyib.

Rüstəm Kərimov təyyarənin 29 yaşlı ikinci pilot idi. 2014-cü ildə Sasovo Mülki Aviasiya Uçuş Məktəbini bitirib. Həyat yoldaşı Anastasiyanın "VKontakte"dəki şəxsi səhifəsində verdiyi məlumata görə, Rüstəmin ölümündən 5 gün əvvəl onlar evliliklərinin dördüncü4-cü ildönümünü qeyd ediblər.

Kristina Raspopova isə stüardessa olub. 38 yaşlı qadın əslən Çelyabinsk vilayətindəndir. Moskva Maliyyə və Hüquq Universitetini bitirib. Məlumata görə, o, Çelyabinsk vilayətinin Yemanjelinsk şəhər prokurorunun müavini Yevgeni Raspopovun bacısıdır. Bildirilir ki, yola düşməzdən bir neçə saat əvvəl ailəsinə bildirib ki, nədənsə onların uçuşu gecikib. İddialara görə, təyyarəni qısamüddətli təmirə aparıblar.

Qeyd olunub ki, Priqojinin həyat yoldaşı Lyubov hadisə zamanı Hindistanda tətil keçirirmiş.
24-08-2023, 15:40
Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı


Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək.
Bu barədə TASS agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, səfər sentyabrın 4-də baş tutacaq. Ərdoğan Soçidə rusiyalı həmmkarı Vladimir Putinlə görüşəcək.
Liderlərin “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir.
24-08-2023, 15:34
31 il sonra nəşinin qalıqları tapılan hərbiçimiz dəfn olundu


31 il sonra nəşinin qalıqları tapılan hərbiçimiz dəfn olundu

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşən və 31 il sonra meyitinin qalıqları tapılan Niftəliyev Adil Kamal oğlu Xaçmaz rayonunda dəfn olunub.
Şəhid yaylım atəşi və Dövlət Himninin sədaları altında ata və anasının dəfn olunduğu Dədəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimayyəti iştirak ediblər.
Qeyd edək ki, Xaçmaz rayonunun Kiçik Baraxum kənd sakini, 1966-cı il təvəllüdlü Niftəliyev Adil Kamal oğlu birinci Qarabağ müharibəsi zamanı - 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb. Onun meyitinin qalıqları 31 il sonra Daşaltı kəndində aşkarlanıb.
24-08-2023, 12:55
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında avqustun 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.
Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.
24-08-2023, 12:13
Xocalıda traktor minaya düşdü


Xocalıda traktor minaya düşdü

Avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Partlayış nəticəsində xəsarət alan yoxdur.
Araşdırma aparılır.
24-08-2023, 11:59
Qazaxıstanın Baş naziri Ermənistana səfər etdi


Qazaxıstanın Baş naziri Ermənistana səfər etdi

Qazaxıstanın baş naziri Alixan Smaylov Ermənistana səfər edib.
Bu barədə "Zakon.kz" məlumat yayıb.
Bildirilib ki, Ermənistanın Tsağkadzor şəhərində Avrasiya İqtisadi İttifaqına üzv ölkələrinin hökumət başçılarının görüşü keçiriləcək.
İştirakçıların 2030-cu və 2045-ci ilə qədər inteqrasiya proseslərinin gələcək inkişafı, həmçinin qarşılıqlı ticarətin artırılması, daxili bazarda inzibati maneələrin aradan qaldırılması məsələlərini müzakirə edəcəyi və bir sıra digər mövzulara toxunacağı gözlənilir.
24-08-2023, 11:41
Təhsil xərcindən azad olunan şəxslərin kateqoriyası açıqlandı


Təhsil xərcindən azad olunan şəxslərin kateqoriyası açıqlandı

Elm və Təhsil Nazirliyi təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin kateqoriyasını açıqlayıb.
Həmin şəxslər 6 kateqoriyaya bölünür.
Bunlar məcburi köçkün statuslu şəxslər, valideyn himayəsindən məhrum olmuş şəxslər, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid statusu alan şəxslər, şəhid və müharibə əlillərinin övladları və müharibə veteranlarıdır.






24-08-2023, 11:23
Prezident Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik etdi


Prezident Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik etdi

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Ukraynanın milli bayramı — Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Ukrayna arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın tarixən təşəkkül tapmış sıx dostluq və qarşılıqlı hörmət ənənələrindən irəli gəlir. Bu iradədən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrimizin birgə səylərimizlə dinamik inkişaf edərək yeni mərhələyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram.
Cari ilin iyununda Kişineuda Sizinlə görüşümüzü, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələri ətrafında apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!