Bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb .....                        Sus kəndində 32 ildən sonra ilk zəng .....                        ABŞ sülh üçün səylərini əsirgəməyəcək .....                        Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi .....                        Blinken İlham Əliyevə zəng etdi .....                        Fransa komissarı istefa verdi .....                        Yeni tədris ilində 1.6 milyon şagird .....                        Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi .....                        Bakıda maşınlardan və ödəniş terminalından 14 min manat oğurlandı - VİDEO .....                       
23-08-2023, 17:59
İlham Əliyevlə Qarabağa səfərim ürəyimdəki böyük arzularımdan biri idi - Mirziyoyev


İlham Əliyevlə Qarabağa səfərim ürəyimdəki böyük arzularımdan biri idi - Mirziyoyev

"Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi”.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüş zamanı deyib.
“Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq”, - dövlət başçısı bildirib.
Qeyd edək ki, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər.
23-08-2023, 15:17
Madər Musayevin 40 mərasimi keçirildi


Madər Musayevin 40 mərasimi keçirildi

Bu gün iyulun 14-də vəfat edən deputat Madər Musayevin 40 mərasimi keçirilib.
Mərasimdə məmurlar və tanınmış şəxslər iştirak ediblər.
Onların arasında gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin komitə sədri Ziyafət Əsgərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, Ümid partiyasının sədri İqbal Ağazadə və başqaları da olub.
Hacı Allahşükür Paşazadə ilə Abel Məhərrəmovun birlikdə lentə alınan görüntüləri maraqla qarşılanıb.


23-08-2023, 15:08
Magistraturanın boş qalan yerlərinə müsabiqənin nəticələri elan olundu


Magistraturanın boş qalan yerlərinə müsabiqənin nəticələri elan olundu

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri DİM-in internet saytında yerləşdirilib.
Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2900 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 1055 nəfər (o cümlədən 150 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub
Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyasını (pdf formatında) sabah günün ikinci yarısından etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə də əldə edə bilərsiniz (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal).
Qəbul olunan şəxslər 2023-cü il 28 avqust 11:00-dan 4 sentyabr saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, //portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
23-08-2023, 14:52
Dəmir yolu körpüsü uçdu - 26 nəfər həlak oldu


Dəmir yolu körpüsü uçdu - 26 nəfər həlak oldu

Hindistanda tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 26 işçi həlak olub. Daha 2 nəfər yaralanıb.
Qəza Mizoram ştatının şimal-şərqindəki Sayranq şəhərində baş verib. Media körpünün çökdüyü zaman ərazidə 40-a qədər işçinin olduğunu bildirsə də, polis orada 28 işçinin olduğunu açıqlayıb.
Məlumata görə, xilasedicilər indiyədək 13 cəsədi çıxara biliblər. Qalan cəsədləri çıxarmaq üçün səylər davam edir.
23-08-2023, 14:46
Zelenski: “Finlandiyanın Ukraynaya davamlı və praktiki yardımına görə minnətdaram”


Zelenski: “Finlandiyanın Ukraynaya davamlı və praktiki yardımına görə minnətdaram”

"Bu gün Finlandiyanın Baş naziri Petteri Orpo ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı müzakirə etdik".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski rəsmi teleqram kanalında yazıb.
"Mən yeni, artıq 18-ci müdafiə dəstəyi paketinə görə minnətdaram. Bunlar bizim indi həqiqətən ehtiyacımız olan sursat və artilleriyadır. Mən Finlandiyanın Ukraynaya davamlı və praktiki yardımına - hərbi, humanitar dəstəyə və Rusiyaya qarşı sanksiyalara görə minnətdaram.
Ölkənizin azadlıq və müstəqillik uğrunda mübarizəmizlə həmrəyliyinə və Sülh Formulasını həyata keçirmək üçün birgə işimizə görə təşəkkür edirəm. Təhlükəsizlik hər kəs üçün vacibdir", - o qeyd edib.
23-08-2023, 14:41
Krımda Rusiyaya məxsus S-400 hava sistemi məhv edildi


Krımda Rusiyaya məxsus S-400 hava sistemi məhv edildi

Bu gün Ukrayna ordusu ilhaq edilən Krım yarımdasında Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sistemini sıradan çıxarıb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
"Avqustun 23-də saat 10:00-da Tarxankut burnunun Olenevka kəndi yaxınlığında Rusiyaya məxsus S-400 “Triumf” raket buraxılış qurğusu, eləcə də işğalçıların şəxsi heyəti tamamilə sıradan çıxarılıb", - açıqlamada deyilir.
Qeyd edək ki, S-400 Rusiyanın istifadə etdiyi ən güclü hava hücumundan müdafiə sistemidir. Sistemin ölkə daxilində qiyməti 200 milyon dollar, ixrac qiyməti isə 500 milyon dollardır.
23-08-2023, 14:29
Füzulidə inşa olunan məktəbin açılış mərasimi oldu


Füzulidə inşa olunan məktəbin açılış mərasimi oldu

Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi olub.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva iştirak edib.
Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılıb.
Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib.









23-08-2023, 14:15
Erməni sakin jurnalistlərin sualına azərbaycanca cavab verdi


Erməni sakin jurnalistlərin sualına azərbaycanca cavab verdi

Qarabağın erməni sakinlərinin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.
Buraxılış məntəqəsindən keçən erməni sakinlərdən biri jurnalistlərin sualına azərbaycanca cavab verib.
Belə ki, jurnalistlər sözügedən şəxsə yaradılan şəraitdən razı olub-olmaması barədə sual ünvanlayıb. Həmin şəxs isə suala “Lap qəşəng” deyərək cavab verib.
İctimai televiziyanın sözügedən hadisə ilə bağlı videomaterialını təqdim edirik:


23-08-2023, 14:11
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbiçimiz dəfn olundu


Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hərbiçimiz dəfn olundu

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş və nəşi 31 il sonra tapılmış Hüseynov Gülverdi Ağahüseyn oğlu dəfn edilib.
Onun nəşi Abşeron rayonunun Qobu qəsəbəsində torpağa tapşırılıb.
Qeyd edək ki, Gülverdi Hüseynov Birinci Qarabağ müharibəsində itkin düşüb. Həmin vaxt onun 41 yaşı var imiş. 1992-ci ilin yanvar ayında Gülverdi Hüseynovun şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxtı ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmayıb.
Bildirək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən Müharibəsində döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.
23-08-2023, 13:53
Türkiyə XİN İraq Prezidentiylə görüşdü


Türkiyə XİN İraq Prezidentiylə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında ikitərəfli ticarətin artırılması, terrorla mübarizə, transsərhəd sulardan səmərəli istifadə məsələləri müzakirə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!