"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
23-09-2023, 12:59
Ermənistan Hindistana yeni səfir göndərir


Ermənistan Hindistana yeni səfir göndərir

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkənin Hindistan, Nepal və Şri-Lankadakı səfiri Yuri Babaxanyanı vəzifəsindən geri çağırıb.
Xaçaturyan bununla bağlı sərəncam imzalayıb.
Ermənitan Prezidentinin digər sərəncamı ilə Vaaqn Afyan ölkənin Hindistandakı yeni səfiri təyin edilib.[b][/b]
23-09-2023, 12:33
Erməniəsilli sakinlərin böyük bir qrupu seperatçılar tərəfindən girov götürüldü


Erməniəsilli sakinlərin böyük bir qrupu seperatçılar tərəfindən girov götürüldü

Xankəndini tərk etmək istəyən erməniəsilli sakinlərin böyük bir qrupu qanunsuz rejimin tör-töküntüləri tərəfindən girov götürülüb.
Bu barədə “Caliber” məlumat yayıb.
Bildirilir ki, Xankəndidə erməniəsilli sakinlər şəhəri tərk edərək Ermənistana getmək istəyirlər. Qonşu ölkədə qohum və tanışları olan insanların oraya gedib suların durulmasını gözləmək istəyi başadüşüləndir. Daxil olan müraciətlər əsasında Azərbaycanın müvafiq qurumları bu məqsədlə lazımi təhlükəsizlik dəhlizi də təşkil ediblər.
Ancaq Xankəndidə qalan qanunsuz rejimin tör-töküntülərinin idarə etdiyi erməni silahlı birləşmələri şəhəri tərk etmək istəyən sakinləri girov götürüblər və onlardan canlı sipər kimi istifadə etmək niyyətindədirlər.
23-09-2023, 12:19
Şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilir


Şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilir

Sentyabrın 23-də Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilir.
Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar olaraq keçirilən aksiyada Bakı və Sumqayıtda, Abşeron və digər rayonlarda yaşayan həmin həssas kateqoriyadan olan vətəndaşlar kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçirlər.
Onlara EKQ, ExoKQ və USM müayinəsi, müasir beynəlxalq standartlara cavab verən laborator müayinələri aparılır. Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilir, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilirlər.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçirilən tibbi aksiya saat 16:00-a kimi davam edəcək.
23-09-2023, 11:39
Sabahın hava proqnozu - 29 dərəcə isti olacaq


Sabahın hava proqnozu - 29 dərəcə isti olacaq

Sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!