Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
15-04-2024, 17:34
Kanada Avropa İttifaqının Ermənistandakı missiyasına qoşuldu


Kanada Avropa İttifaqının Ermənistandakı missiyasına qoşuldu

Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) müşahidə missiyasının sıralarına Kanadanın nümayəndəsi də qoşulub.
Bu, kanadalı ekspert Aleksandr Qruşevskidir. Məlumatı Aİ-nin müşahidə missiyası “X” sosial şəbəkəsində yayıb.
Beləliklə, Kanada Aİ-nin Ermənistandakı mülki missiyasına qoşulan ilk Avropa Birliyi üzvü olmayan ölkədir.
Xatırladaq ki, Aİ-nin missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyası 209 nəfərə çatdırılıb. Ermənistan hökuməti son iclasların birində Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, bunu praktiki olaraq diplomatik statusa bərabərləşdirib.
15-04-2024, 17:28
ABŞ-da itlər üçün aviareyslər açılacaq


ABŞ-da itlər üçün aviareyslər açılacaq

ABŞ-da itlər üçün oyuncaq istehsal edən “Bark” şirkəti yalnız itlərin və onların sahiblərinin daşınması üçün nəzərdə tutulan “Bark Air” aviakompaniyasını yaradıb.
Aviakompaniya hələlik Nyu-Yorkdan Los-Ancelesə və Londona uçuşlar həyata keçirəcək.
Nəşrin məlumatına görə, birtərəfli daxili uçuş it və sahibi üçün 6 min dollara, transkontinental uçuş isə 8 min dollara başa gələcək. Aviakompaniya yeddi it və on insanın daşınması üçün uyğunlaşdırılan “Gulfstream G500” biznes-reaktiv təyyarəsinə malikdir. Onun göyərtəsində heyvanlar üçün ədyal və yastıqlar, yeməklər, oyun meydançası, səs-küyün qarşısını alan qulaqcıqlar və sakitləşdirici jiletlər olacaq.
“Bark Air” aviakompaniyası ilk uçuşunu may ayında həyata keçirməyi planlaşdırır.
15-04-2024, 17:12
Ukraynada yaşayan soydaşımız Avropa çempionu oldu - VİDEO


Ukraynada yaşayan soydaşımız Avropa çempionu oldu - VİDEO

Aprelin 2-dən 14-nə kimi Xorvatiyada keçirilən gənclər arasında boks üzrə Avropa çempionatında Ukraynada yaşayan soydaşımız Rəsul Tural oğlu Quliyev 57 kq çəki dərəcəsində qızıl medal qazanaraq Avropa çempionu olub.
Qeyd edək ki, idmançımız xeyriyyəçi Şamil Quliyevin prezidenti, Ukraynanın əməkdar idman və mədəniyyət işçisi Azər Mustafayevin icraci direktoru və Ukraynanın əməkdar məşqçisi Nurəddin Əlibəylinin baş məşqçisi olduğu "Levşa" boks klubunun yetirməsidir.
Klubun daha bir yetirməsi, 92 kq çəki dərəcəsində döyüşən Oleksandr Slesarev söügedən turnirdə üçüncü yeri tutaraq bürünc medal qazanıb.
Qeyd edək ki, "Levşa" klubu Ukraynanın Odessa şəhərində fəaliyyət göstərir. Yuxarıda adları çəkilən idmançılar və məşqçilər də Odessa təmsilçilərdir.
Yarış barədə danışan Azər Mustafayev Rəsul Quliyevin turnirdə 4 döyüş keçirdiyini bildirib. İlk döyüşdə Moldova təmsilçisini məğlub edən azərbaycanlı boksçu ikinci yarışda Azərbaycan idmançısına qalib gəlib.
Yarımfinal döyüşündə Rəsul Avropa çempionu olan Ermənistan idmançısı üzərində qələbə qazanıb. Finalda isə Albaniyadan olan ikiqat Avropa çempionunu məğlub edən Rəsul Quliyev turnirin qalibi olub.
Azər Mustafayevin sözlərinə görə, bu vaxta qədər gənclər arasında cəmi iki Avropa çempionu olub, Rəsul üçüncüdür. Bundan başqa o, İtaliyada və Ermənistanda keçirilən iki Avropa çempionatına Rusiya və Belarus idmançıları iştirak etdiyinə görə qatılmayıb.
Qeyd edək ki, Ukrayna çempionu, dünya üçüncüsü Camal Quliyev də "Levşa" klubunun yetirməsidir. Ümumiyyətlə "Levşa" klubu Ukraynada iki əməkdar idman xadiminin olduğu tək klubdur.
Fəxr edirik ki, hər ikisi soydaşımızdır. Həm məşqçi, həm idmançı həmyerlilərimizə uğurlar arzulayırıq.

15-04-2024, 16:51
Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir.


Dənizkənarı Milli Parkında gəzinti gəmiləri niyə işləmir? - RƏSMİ

Hazırda Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar Bakı şəhərinin Dənizkənarı Milli Parkında gəzinti gəmiləri müvəqqəti olaraq işləmir.
Bu barədə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, gəzinti gəmiləri dənizdə suyun səviyyəsinin enməsi ilə əlaqədar 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırıb: “Gəmilər texniki baxışdan keçirilib, heç bir texniki nasazlıq yoxdur. Sadəcə olaraq sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırda gəzinti gəmilərinin işləməsi qeyri-mümkündür”.
15-04-2024, 16:33
Ermənistan 4 hərbçinin öldüyü qəzayla bağlı cinayət işi açdı


Ermənistan 4 hərbçinin öldüyü qəzayla bağlı cinayət işi açdı

Mərkəzi Komitə “Ural” hərbi təyyarəsinin faciəvi qəzasının təfərrüatlarını açıqlayıb
Ermənistan İstintaq Komitəsi aprelin 12-də Müdafiə Nazirliyinin balansında olan “Ural” markalı avtomobilin qəzaya uğraması ilə bağlı cinayət işi açıb.
Bu barədə İstintaq Komitəsinin məlumatında bildirilib.
4 hərbçinin öldüyü və bir neçə hərbçinin yaralandığı qəza Cinayət Məcəlləsinin 538-ci maddəsi (Döyüş, xüsusi təyinatlı və ya nəqliyyat vasitəsini idarəetmə və ya istismar qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) üzrə araşdırılacaq.
İstintaq Komitəsi bildirib ki, qeyd olunan cinayət işi üzrə araşdırma davam etdirilir, faciəvi nəticələnən hadisənin tam şəraitinin müəyyən edilməsi məqsədilə genişmiqyaslı istintaq və inzibati tədbirlər həyata keçirilir.
“Mövcud fərziyyələri nəzərə alaraq bildirməyi zəruri hesab edirik ki, bu hadisənin hər hansı atışma nəticəsində baş verməsi ibtidai istintaq tərəfindən təkzib edilib”, - İstintaq Komitəsi bildirib.
İstintaq Komitəsi araşdırmanın nəticələrini ən qısa zamanda ictimaiyyətə açıqlayacağını vəd edib.
Xatırladaq ki, aprelin 12-də Ermənistan Müdafiə Nazirliyinə məxsus “Ural” markalı yük maşını naməlum şəraitdə yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində 4 hərbçi ölüb, 20 hərbçi yaralanıb.
Qəza zamanı maşında 30 əsgər olub.
15-04-2024, 16:24
Simonyan və Tokayev Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi


Simonyan və Tokayev Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi

İrəvanda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də parlamentin sədri Alen Simonyanla görüşüb.
Görüşdə Ermənistan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli formatda qurulmuş əməkdaşlıq məsələləri, o cümlədən parlamentlərarası platformalardakı münasibətlər müzakirə olunub.
Kasım-Jomart Tokayev Ermənistan və Qazaxıstan arasında 25 illik dostluq və əməkdaşlıq müqaviləsinə əsaslanan münasibətləri yüksək qiymətləndirib, iqtisadi, siyasi və mədəni sahələrə xüsusi diqqət yetirib. Qazaxıstan Prezidenti parlamentlər arasında fəal qarşılıqlı əlaqəni vurğulayaraq, Ermənistan-Qazaxıstan sazişlərinin ratifikasiyası prosesində qanunverici orqanın rolunu qeyd edib.
Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi, Ermənistan-Qazaxıstan ikitərəfli və çoxtərəfli ticarət, iqtisadi, mədəni və siyasi qarşılıqlı əlaqələrin daha da yaxınlaşdırılması məsələləri müzakirə olunub.
Sonda Alen Simonyan və Qasım-Jomart Tokayev Matenadaranda olub, burada Qazaxıstan prezidentinə muzeydə saxlanılan erməni və xarici dillərdə, o cümlədən qıpçaq dilində olan əlyazmalar hədiyyə edilib.
15-04-2024, 15:45
Dünən keçirilən imtahanın nəticələri açıqlandı


Dünən keçirilən imtahanın nəticələri açıqlandı

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi 2024-cü il aprelin 14-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul imtahanı keçirib.
DİM-dən verilən məlumata görə, Bakı və Naxçıvan şəhərlərində kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2764 namizəddən 46 nəfər imtahana gəlməyib.
İmtahan nəticələrinə əsasən, BA2 altqrupu üzrə 10 nəfər, BA3 altqrupu üzrə 28 nəfər, BA4 altqrupu üzrə 50 nəfər, BB1 altqrupu üzrə 43 nəfər, BB2 altqrupu üzrə 82 nəfər, BB3 altqrupu üzrə 167 nəfər, BB4 altqrupu üzrə 302 nəfər olmaqla, ümumilikdə 682 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün 2024-cü il aprelin 16-dan 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:
· ali təhsil haqqında sənədin surəti;
· əmək kitabçasının surəti (olduğu halda).
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 16 aprel saat 10:00-dan 18 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
15-04-2024, 15:21
Yasamalda yataqxanada yanğın baş verib


Yasamalda yataqxanada yanğın baş verib

Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.
Beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsindən 4 cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 6 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
15-04-2024, 15:04
Daha bir “TikTok”er həbs olundu


Daha bir “TikTok”er həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
Barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.
Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Sadiq Mirzəyev Ağcabədi rayonunun Hüsülü kəndindəndir.
15-04-2024, 14:56
"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edildi


"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edildi

"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilib.
Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib, onlar müvafiq ərazidə məişət zorakılığının qarşısının alınması sahəsində qanunla müəyyən edilmiş tədbirlər görəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!