Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
22-04-2024, 18:02
Mərkəzi Bankın sədri ABŞ-a işgüzar səfərə çıxdı


Mərkəzi Bankın sədri ABŞ-a işgüzar səfərə çıxdı

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərliyi altında ölkənin bankçılıq missiyasının ABŞ-yə ilk geniş tərkibdə işgüzar səfəri başlayır.
Məlumata görə, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə baş tutan bu səfərdə ölkənin aparıcı maliyyə institutlarının rəhbərləri iştirak edir.
Səfər çərçivəsində bankçılıq missiyasının Vaşinqton və Nyu-York şəhərlərində ABŞ-nin aidiyyəti dövlət və hökumət qurumları, eləcə də maliyyə sektorunun nümayəndələri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin ölkələr arasında bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədi ilə təqdimatların və dəyirmi masa formatlı görüşlərin təşkil olunacağı da gözlənilir.
Aprelin 25-dək davam edəcək missiyanın əsas məqsədi hər iki ölkənin maliyyə sektoru üzrə tənzimləyici qurumları və kommersiya bankları arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə dəstək göstərməkdir.
22-04-2024, 17:51
Qadın boksçumuz erməni rəqibini məğlub etdi


Qadın boksçumuz erməni rəqibini məğlub etdi

Azərbaycan boksçusu Serbiyanın paytaxtı Belqradda davam edən Avropa çempionatında Ermənistandan olan rəqibini məğlub edib.
Anaxanım İsmayılova (48 kq) Lusine Gevorqyanı (Ermənistan) məğlub edərək 1/4 finala yüksəlib.
22-04-2024, 17:50
Paşinyan Klaarı qəbul etdi - Delimitasiya prosesini tam dəstəkləyirik


Paşinyan Klaarı qəbul etdi - Delimitasiya prosesini tam dəstəkləyirik

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Bu barədə Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin "Armenpress"ə verdiyi məlumatda deyilir.
Bildirilib ki, görüşdə Aİ-nin Ermənistan Respublikasındakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib. Regional vəziyyət, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlar və sərhədlərin delimitasiyası prosesinə toxunulub. Ermənistan-Avropa İttifaqı əməkdaşlığı və onun gələcək inkişafı məsələləri müzakirə edilib.
Toivo Klaar bir daha qeyd edib ki, Aİ hərtərəfli və uzunmüddətli nizamlanma məqsədi ilə Ermənistan-Azərbaycan danışıqlar prosesini, eləcə də 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası prosesinə başlamaq barədə razılaşmanı tam dəstəkləyir.
22-04-2024, 17:14
Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olundu


Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olundu

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin İqtisadiyyat Komitəsinin sədri Davit Sonğulaşvili ilə görüşüb. Görüşdə dost ölkələr olan Azərbaycan və Gürcüstan arasında münasibətlərin inkişafından razılıq ifadə olunub.
Parlamentdən verilən məlumata görə, S.Qafarova ortaq mədəni dəyərləri bölüşən xalqlarımızın əsrlər boyu bir yerdə, dostluq, mehriban qonşuluq şəraitində yaşadıqlarını qeyd edərək, ölkələrimiz arasındakı əlaqələrin də bu möhkəm təmələ əsaslandığını bildirib.
Söhbət zamanı bildirilib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və davamlı şəkildə inkişaf edir. Ölkələrimiz arasında münasibətlərin inkişafında ali və yüksək səviyyəli səfərlərin mühüm rolu qeyd olunaraq, vurğulanıb ki, ölkə liderlərinin qarşılıqlı səfərlərinin dinamikası onların bu əlaqələrə nə dərəcədə böyük əhəmiyyət verdiyini sübut edir.
Parlamentlərarası əlaqələrin Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biri olduğunu söyləyən spiker deyib ki, bu gün qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin, nümayəndə heyətlərinin, dostluq qruplarının qarşılıqlı səfərləri bu əməkdaşlığın inkişafına mühüm təkan verib. Həmçinin, qanunvericilik orqanlarımızın komitələri arasında da yaxşı əməkdaşlıq təcrübəsinin formalaşdığı qeyd olunub.
Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycanla Gürcüstan arasındakı əməkdaşlıqda iqtisadi məsələlərin vacibliyi nəzərə alınaraq, qanunverici orqanlarımızın iqtisadi komitələri arasında əlaqələrin gücləndirilməsi həm parlamentlərimiz, həm də daha geniş mənada dövlət qurumlarımız arasında əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaradacaq.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin Azərbaycan Milli Məclisinin sədrinə salamlarını çatdıran Davit Sonğulaşvili Azərbaycanda növbədənkənar prezident seçkilərinin ölkəmizin bütün suveren ərazilərində uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, iki ölkə arasında əlaqələrin inkişafında qanunverici orqanların mühüm rolunu qeyd edib.
Görüşdə Qərbdə bir sıra beynəlxalq təşkilatlarda mövcud olan ikili standartlar tənqid edilib, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
22-04-2024, 17:04
Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır


Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır

Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk.
Bunu aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib.
“Baykal-Amur magistralı ümumittifaq miqyaslı layihə idi. Heydər Əliyevin bu layihənin icrasında əməyini yüksək qiymətləndirdiyinizi xüsusi qeyd etmək istəyirəm. Bu qlobal layihənin icrasında əmək sərf etmiş insanlarla da görüşəcəyik. Əziz xatirəsi olan hadisələr bizim dövlətləri daha da yaxınlaşdırır, münasibətlərimizin yüksələn xətlə inkişaf etməsinə töhfə verir”, - deyə dövlətimizin başçısı bildirib.
22-04-2024, 16:53
Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir


Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir

"Rusiya Federasiyası ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir".
Bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə deyib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvada səfərdədir.
22-04-2024, 16:49
Heydər Əliyev BAM-ın icrasında böyük rol oynayıb - Putin


Heydər Əliyev BAM-ın icrasında böyük rol oynayıb - Putin

Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini
qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb.
Bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib.
Prezident Vladimir Putin Ulu Öndər Heydər Əliyevin BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyaya sədrlik etdiyini xatırladaraq bildirib:
“Demək olar ki, o, ən böyük layihələrdən birinin, bütün Sovet İttifaqı üçün çox vacib layihə olan BAM-ın rəhbəri olub. Biz buna görə ona çox minnətdarıq və onun əziz xatirəsini yad edirik”.
22-04-2024, 16:28
Qubad İbadoğlunun həbsi ev dustaqlığı ilə əvəz olundu


Qubad İbadoğlunun həbsi ev dustaqlığı ilə əvəz olundu

Nərimanov rayon Məhkəməsinin bugünkü qərarına əsasən, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində secilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunib.
Bu barədə Q.İbadoğlunun vəkili Bəhruz Bayramov bildirib.
Qeyd edək ki, Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib. Ona Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.
Qubad İbadoğlunun məhkəmə prosesinin yaxın günlərdə başlanacağı gözlənilir.
22-04-2024, 16:07
İrana məxsus qayıq Azərbaycan sərhədini pozdu


İrana məxsus qayıq Azərbaycan sərhədini pozdu

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Ələt reydində cənuba doğru sürətlə hərəkət edən naməlum üzmə vasitələri müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.
Sərhəd gözətçi gəmisi tərəfindən aşkar olunmuş hədəfi dayandırmaq məqsədi ilə xəbərdarlıq atəşi açılıb.
Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, sahil nəzarəti bölmələri, o cümlədən Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin cənub istiqamətində təşkil olunmuş sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus 2 (iki) nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1991-ci il təvəllüdlü Muxtar Əbdi Yalci və 2000-ci il təvəllüdlü Əli Bəhrami Məhhəmməd olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən dənizə atılmış 8 ədəd bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
22-04-2024, 15:19
İran sülhməramlıların Qarabağı tərk etməsinə reaksiya bildirdi


İran sülhməramlıların Qarabağı tərk etməsinə reaksiya bildirdi

Cənubi Qafqazda təhlükəsizlik məsələsi İranın Xarici İşlər Nazirliyi və digər müvafiq qurumlarının mühüm prioritetlərindən biridir.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Rusiya sülhməramlılarının Azərbaycandan çıxmasına münasibət bildirərkən deyib.
“İran həmişə vurğulayıb ki, xarici qoşunların Cənubi Qafqaza yeridilməsi təhlükəsizlik və sabitliyin bərqərar olmasına, region xalqlarının maraqlarının qorunmasına kömək etmir”, - Kənanai bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazın təhlükəsizliyi İranın ən mühüm prioritetlərindən biridir. O əlavə edib ki, Cənubi Qafqazın təhlükəsizliyi bütün regionun təhlükəsizliyinə təsir edir.
Kənani bəyan edib ki, İranın strategiyası fikir ayrılıqlarının həlli və Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün mövcud mexanizmlərdən istifadə etməklə danışıqlar və çoxtərəfli dialoq aparmaqdır.
“Cənubi Qafqazda militarizmi gücləndirməyə yönəlmiş istənilən yanaşma regionda təhlükəsizlik vəziyyətini çətinləşdirəcək və sülh prosesinə zərər verəcək. İran bunu qəbul etməyəcək. Region ölkələri bölgədə vəziyyətin mürəkkəbləşməsinə səbəb olan mexanizmlər formalaşdırmaq istəmir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!