Yaxın illərdə Avropa İttifaqı zəifləyə və daha sonra "ölüm riski" ilə üzləşə bilər. Bunu Fransa prezidenti Emmanuel Makron bildirib. O, paradiqma dəyişikliyinə güc və humanizmlə cavab verməyə çağırıb. “Bugünkü Avropamız ölə bilər. O, ölə bilər və bu, yalnız bizim seçimimizdən asılıdır. Biz özümüz üçün güclü Avropa müdafiəsinin bu strateji konsepsiyasını qurmalıyıq. Əgər öz Avropa müdafiə sənayemizin inkişafı üçün məsuliyyət daşımasaq, öz suverenliyimizi, muxtariyyətimizi necə qura bilərik? – deyə Makron Sorbon Universitetindəki çıxışında deyib. Onun sözlərinə görə, Avropa “heç vaxt ABŞ-ın vassalı olmadığını” və dünyanın digər regionları ilə müstəqil dialoq aparmağa hazır olduğunu göstərməlidir. O qeyd edib ki, Avropa İttifaqı indi həmişəkindən daha böyük təhlükə altındadır. Fransa prezidentinin sözlərinə görə, Aİ birgə müdafiə sisteminin əhatə dairəsini yenidən nəzərdən keçirməlidir. Makron həmçinin strateji və texnoloji müstəqilliyi qorumağa çağırıb.
Paşinyanın müavini İran səfiri ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesini müzakirə edib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Bildirilib ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və İran səfiri Mehdi Sobhani ikitərəfli münasibətlərin gündəliyinə də toxunublar.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 25-də Monteneqro Respublikasına rəsmi səfərə gəlib. Nümayəndə heyətinə Milli Məclisin Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məmmədov, deputatlar Hikmət Məmmədov, Aqiyə Naxçıvanlı, Kamaləddin Qafarov, Sevil Mikayılova, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər. Podqoritsa hava limanında nümayəndə heyətini Monteneqro Parlamentinin sədri Andriya Mandiç, parlamentin Azərbaycanla dostluq qrupunun rəhbəri Nada Lakoviç, Azərbaycanın Monteneqrodakı səfiri Kamil Xasıyev, Monteneqronun Azərbaycandakı səfiri Perisa Kastrotoviç və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulub.
Füzuli Beynəlxalq Hava Limanından Almaniyanın paytaxtı Berlində uçuş baş tutacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında yazıb. "Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!", - paylaşımda deyilir. Qeyd edək ki, sabah Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri gözlənilir. Səfər çərçivəsində Almaniya kanslero Olaf Şoltsla danışıqlar aparılacaq. Dövlət başçısının Belinə Füzulidən yola düşəcəyi ehtimal edilir. Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birlikdə Füzuli və Ağdam şəhərlərində səfərdə olub.
Ermənistan ordusunun hərbi qulluqçusu Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiq edib. Bildirilir ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçinin adı açıqlanmayıb.
Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır
Çin Azərbaycan ilə Ermənistanın münasibətlərin normallaşması prosesində əldə etdiyi irəliləyişi alqışlayır. Bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 8-ci iclasının yekunu olaraq iki ölkənin dövlət sərhədinin delimitasiyasına başlamasına dair razılığı şərh edərkən deyib. Həm Azərbaycanın, həm də Ermənistanın Çinin dostu və əməkdaşlıq tərəfdaşı olduğunu vurğulayan Çin XİN rəsmisi deyib: “Biz ümid edirik ki, Azərbaycanla Ermənistan dialoq və məsləhətləşmələr vasitəsilə fikir ayrılıqlarının, mübahisələrin həlli və regionda sülhün, sabitliyin, firavanlığın möhkəmlənməsi istiqamətində birgə işlərini davam etdirəcək”.
Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi” nin açılışı olub
Çinin Sıçuan vilayətinin paytaxtı olan Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılıb. “Azərbaycan Ticarət Evi” Çendu şəhərindəki azad ticarət zonasında yerləşir. Açılış mərasimdə çıxış edən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov, Sıçuan şəhəri Çinbaycian rayonunun xalq hökuməti sədrinin müavini Ley Tin, “Azərbaycan Ticarət Evi”nin rəhbəri Huan Çao iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışıblar. Bildirilib ki, ticarət evi Azərbaycanın dadı və keyfiyyəti ilə seçilən məhsullarının Çində təşviqi ilə yanaşı, xalqlar arasında mədəni əlaqələrin dərinləşməsinə də töhfə verəcək.
Ticarət evində Azərbaycanın zəngin mədəni irsinə, turizm potensialına, iqtisadi imkanlarına, eləcə də sərmayə mühitinə aid materiallar nümayiş olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə yaradılan ticarət evində “Made in Azerbaijan” brendli məhsullar çinli istehlakçılara təqdim olunur. Bura əsasən çaylar, meyvə şirələri, şərablar, konservlər, mürəbbələr, qənnadı məmulatları və s.daxildir. Bu, Azərbaycanın Çində sayca 5-ci ticarət evidir. Digər 4 ticarət evi Çindao, Canciaciye, Sian və paytaxt Pekində fəaliyyət göstərir. Ticarət evlərindən başqa, Azərbaycanın Şanxay, Harbin, Cinan və Uhan şəhərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi də fəaliyyət göstərir. Ticarət və şərab evləri “Made in Azerbaijan” brendi ilə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsulların Çin bazarında daha çox tanıdılmasına, eləcə də Azərbaycan məhsullarının ixracının təşviqinə və genişləndirilməsinə çox böyük təsir göstərir.
Ticarət evinin operatoru olan “Sichuan Rongda Juxin International Trade” şirkəti geniş işgüzar əlaqələri vasitəsilə gələcəkdə Azərbaycan məhsullarının Çendu şəhərində satışını genişləndirməyi hədəfləyib. Xatırladaq ki, Çinin Sıçuan vilayətinin paytaxtı olan Çendu şəhəri 21 milyondan çox əhali ilə ölkənin 4-cü ən iri şəhəridir. Ölkənin əsas iqtisadi, maliyyə, ticarət, nəqliyyat, kommunikasiya və tədqiqat mərkəzlərindən biri olan Çendunun ümumi daxili məhsulunun dəyəri 310 milyard ABŞ dollarını ötüb. Ölkənin əsas dəmir yolu qovşaqlarından biri olan Çendudan Avropa da daxil olmaqla dünyanın 61 şəhərinə qatralarla yüklər daşınır.
Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO
Aprelin 25-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Sonra Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib. Fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir Qazaxıstanla dostluq və qardaşlıq münasibətləri üzərində qurulan hərbi əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu və bu əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib. Qazaxıstanlı nümayəndələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzda aparılan islahatlar barədə məlumatlandırılıb. General-polkovnik S.Kamaletdinov isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb. Görüşdə, eyni zamanda Azərbaycanla Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb. Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, birgə təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Qazaxıstan nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazaxıstan Respublikasındakı hərbi attaşesi polkovnik Zaur Kərimova "Beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə" medalını təqdim edib.

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarında və ibtidai siniflərində əlavə yaz tətili başlanır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, tətildən sonra ilk dərs günü mayın 6-da olacaq.