Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
31-05-2024, 17:17
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlandı


Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlandı

Taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 3000-ni ötüb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən məlumat verir.
"Təlimlərə qoşulan taksi sürücülərinin sayında da dinamik artım müşahidə olunur", - deyə agentlikdən bildirilib.
31-05-2024, 16:55
Biz Baqrat Srbazanın namizədliyini dəstəkləyirik - Sarkisyan


Biz Baqrat Srbazanın namizədliyini dəstəkləyirik - Sarkisyan

“Mən demişəm və indi də təkrar edirəm: bəli, təkcə mən yox, partiyamız və tərəfdarlarımız Baqrat Srbazanın irəli sürdüyü namizədi dəstəkləyirlər”.
Bunu jurnalistlərə Ermənistanın 3-cü prezidenti, Respublika Partiyasının sədri Serj Sarkisyan bildirib.
“Baqrat Srbazan dedi ki, baş nazir olmağa özü namizəddir. Bu o deməkdir ki, biz onu dəstəkləyirik. Konstitusiya parlamentin 2/3 hissəsinə Ermənistanda ikili vətəndaşlığı olan şəxslərin yüksək vəzifə tutmasını qadağan edən bəndi dəyişdirməyə icazə verir. Yəni, bu çıxış yoludur”, - Serj Sarkisyan bildirib.
31-05-2024, 16:39
32 il əvvəl Xocalıda yarımçıq qalan toy... - Sabah yenidən olacaq - FOTO


32 il əvvəl Xocalıda yarımçıq qalan toy... - Sabah yenidən olacaq - FOTO

Xocalıda 32 il əvvəl atışmaya görə yarımçıq saxlanılan toy mərasimi sabah təkrar keçiriləcək.
Bu barədə Xocalı sakini Valeh Hüseynov bildirib.
Onun sözlərinə görə, sabah bununla əlaqədar Xocalıya gedəcəklər:
“Mən Xocalıya gedib qayıdandan sonra dərin stress keçirdim və açıq ürək əməliyyatı olundum. Xocalıya köç başlayıb və bu, bizi çox sevindirir. Köhnə evimizin bərpa edilib mənə verilməsiylə bağlı ölkə başçısına müraciət etmişəm. Sabah axşam isə Xocalıya yola düşürük. 1992-ci il yanvarın 18-də toyu yarımçıq qalan və Xocalıda sonuncu toy kimi tarixə düşən Vasif Qafarovun təkrar toyu olacaq”.
Qeyd edək ki, Vasif Qafarov 1965-ci ildə Xocalıda anadan olub. O, 1992-ci ildə Xocalı özünümüdafiə batalyonunda döyüşüb.

31-05-2024, 16:28
Ermənistan XİN-in qarşısında toqquşma - Polislər yaralandı


Ermənistan XİN-in qarşısında toqquşma - Polislər yaralandı

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası qarşısında baş verən toqquşma zamanı 26 etirazçı saxlanılıb.
Bu barədə Ermənistan polisi məlumat yayıb.
Etirazçılarla toqquşmada 3 polis əməkdaşı yaralanıb.
31-05-2024, 16:25
Məhkəmə Serj Sarkisyana bəraət verib


Məhkəmə Serj Sarkisyana bəraət verib

Məhkəmə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana bəraət verib.
O, "dizel işi" üzrə dövlətə 1 milyon dollara yaxın zərər vurmaqda ittiham olunurdu.
İttiham aktına görə, Serj Sarkisyan, Barseq Beqlaryan, Samvel Qalstyan, Qevork Arutyunyan və Serqo Karapetyan cinayət əlaqəsinə girərək, 2013-cü ilin yanvar-fevral aylarında hökumətin ehtiyat fondundan ayrılan təqribən 1 milyon 266 min ABŞ dolları məbləğindəki subsidiya məbləğini mənimsəyiblər.
Qeyd edək ki, 489 milyon 160 min 310 dram, yəni 1 milyon 265 min 799 ABŞ dölları məbləğində dövlət vəsaitini mənimsəməkdə ittiham edilən Serj Sarkisyan itihamları qəbul etməmişdi. Onun vəkilləri isə baş verənləri siyasi sifarişin nəticəsi olaraq dəyərləndirirdilər.
31-05-2024, 16:17
Ekspertdən taksilərlə bağlı yeniliyə reaksiya: “Suallar 5-ci sinif səviyyəsində olacaq”


Ekspertdən taksilərlə bağlı yeniliyə reaksiya: “Suallar 5-ci sinif səviyyəsində olacaq”

Azərbaycanda taksi sürücülərinin hazırlıq səviyyəsini Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirəcək. Bu barədə Mərkəzin rəhbəri Məleykə Abbaszadə rəsmi mətbuata açıqlamasında bildirib. “Qanunvericiliyə edilmiş dəyişikliyə görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək”, - o qeyd edib.
Sədr bildirib ki, bundan başqa, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları həyata keçirən operatorun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməsi nəzərdə tutulur:
“Sözügedən hazırlığın və yenidən hazırlığın nəticələrinin qiymətləndirilməsi də Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 7 il müddətinə qüvvədə olan sənəd təqdim ediləcək. Hazırda qeyd edilən imtahanların keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanı ilə danışıqlar aparılır və imtahanın yay aylarında keçirilməsi nəzərdə tutulur”.
Nəqliyyat eksperti Ərşad Hüseynov sözügedən məsələ ilə bağlı fikirlərini bildirib.
"Söhbət illərdir qanunvericilikdə olan bir şeydən gedir. Əslində bu gün üçün heç bir yenilik də yoxdur. Söhbət hansısa mürəkkəb imtahandan, akademik biliklrəin yoxlanılmasından da getmir.
“Avtomobil nəqliyyatı haqqında” Qanunda hələ 2015-ci ildən belə bir müddəa var ki, kommersiya məqsədli yük və sərnişin daşıyan avtomobil nəqliyyatı sürücüləri (yəni avtobus sürücüləri, yük avtomobili sürücüləri və taksi sürücüləri) bu işə başlamaq üçün xüsusi hazırlıq keçməlidirlər. Hazırlığın nəticəsində onlara sənəd vermək üçün qiymətləndirmə, yəni öyrəndiklərinin yoxlanılması keçirilməlidir. Qiymətləndirmədən uğurla keçənlərə bu barədə sənəd verilməlidir. Xüsusi hazırlıq və qiymətləndirmənin də predmeti və proqramı çox sadədir: bu sürücülərin peşə fəaliyyətinə və etik davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən qanunvericiliyə dair zəruri biliklər. Vəssalam", - o qeyd edib.
Ekspert bildirib ki, xüsusi hazırlığı AYNA təşkil etməlidir.
"14 iyul 2023-cü ildə (yəni təxminən 1 il əvvəl) edilən dəyişikliyə əsasən, qiymətləndirməni DİM həyata keçirməlidir. DİM-in bu işi həyata keçirməsinin qaydası, şərtləri və s. yəqin ki, yaxın vaxtlarda bəlli olacaq və yoxlamalar həyata keçiriləcək. ndiyədək belə hazırlığı keçən və hazırlıqdan sonra AYNA tərəfindən yoxlamadan keçən sürücülər bunun mahiyyətini yaxşı bilirlər. Çox sadə mövzulardan və buna uyğun qiymətləndirmədən söhbət gedir. Həmin məsələləri 5-ci sinif şagirdi səviyyəsində dünyagörüşü olan hər kəs asanlıqla məniməsəyə bilər", - Ərşad Hüseynov bildirib.
31-05-2024, 15:57
Növbəti köç karvanı Laçına çatıb


Növbəti köç karvanı Laçına çatıb

Böyük Qayıdış üzrə Laçına növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.
Laçın rayonu bu dəfə 20 ailəyə qucaq açıb, daha 68 laçınlının yurd həsrəti bitib.
Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıblar və Laçının gözəl mənzərəsini seyr ediblər.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Bununla da Laçın şəhərində 513 ailə, yəni 1906 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin, Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
31-05-2024, 15:57
Beyin xərçənginin müalicə istiqamətində yeni araşdırmalarımız var - Əziz Səncər


Beyin xərçənginin müalicə istiqamətində yeni araşdırmalarımız var - Əziz Səncər

“Beyin xərçənginin müalicə edilməsi istiqamətində yeni araşdırmalarımız var”.
Bunu Bakıda jurnalistlərə açıqlamasında Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər deyib.
O qeyd edib ki, yeni tədqiqat 2-3 il sonra insanlar üzərində tətbiq ediləcək: “Bu istiqamətdə əldə olunan müəyyən nailiyyətlər var. İnanıram ki, araşdırmalarımız uğurlu nəticələnər və beyin xərçənginin müalicəsi istiqamətində yeni bir dövr başlayar”,-deyə professor əlavə edib.
31-05-2024, 15:28
8 Noyabr prospekti sürücülərin istifadəsinə verildi


8 Noyabr prospekti sürücülərin istifadəsinə verildi

Bakının 8 noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində aparılan təmir işləri artıq yekunlaşıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir.
Sözügedən hissə üzrə prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa olunub, kənarlarına yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.
Son mərhələ üzrə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunub.
Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilərək aidiyyəti qurumların iştirakı ilə razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla avtobus zolağı təşkil edilib, ayrılmış velosiped yolu salınıb, velosiped yolu “bufer zona” vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılıb, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülüb.
Layihə üzrə prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması nəzərdə tutulur.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edib.
8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
31-05-2024, 14:57
İşə qəbul üzrə imtahan keçiriləcək


İşə qəbul üzrə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi Mədəniyyət Nazirliyi ilə birgə 2024-cü il iyunun 2-də musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbulu üzrə test imtahanı keçirəcək.
DİM-dən verilən xəbərə görə, imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
“İmtahana buraxılış vərəqəsi".
Musiqi istiqamәti üzrә imtahan verәn iştirakçılar imtahana gәlәrkәn özləri ilə mütlәq HB sәrtliyindә sadә karandaş, qәlәmyonan vә pozan gәtirmәlidirlər.
İmtahan müddәti direktor vә direktor müavinlәrinin işә qәbulu imtahanında 3 saat, müәllimlәrin işә qәbulu imtahanında isә 2 saatdır.
Direktor vә direktor müavinilәrinin imtahanında namizədlərə 100, müәllimlәrin imtahanında isə 70 test tapşırığı tәqdim olunur. Hәr düzgün cavab bir balla qiymәtlәndirilir. Sәhv cavablar ümumi nәticәyә tәsir göstәrmir.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 5 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1044 namizəd (106 nəfər direktor, direktor müavini, 938 nəfər isə müəllim vəzifəsinə işə qəbul) qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 5 ümumi imtahan rəhbəri, 12 imtahan rəhbəri, 102 nəzarətçi, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.
İmtahanda 5 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil) namizədlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!