Zəngilan və Cəbrayılda qartəmizləmə işləri görülür .....                        Lerikin kəndlərinə işığın verilməsi bərpa olunur - "Azərişıq” .....                        Əliyar Ağayev Avropa Liqasına təyinat aldı .....                        Vaqif Allahverdiyevə 8 il həbs verildi .....                        Rayonlarda qar intensivləşib, 12 dərəcə şaxta var .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - İlham Əliyev .....                        İlham Əliyev bank prezidenti ilə görüşdü .....                        Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ .....                        Kəlbəcərin yeganə 20 Yanvar şəhidi - Firuz Cabbarov .....                       
Tarix : 31-05-2024, 16:17
Ekspertdən taksilərlə bağlı yeniliyə reaksiya: “Suallar 5-ci sinif səviyyəsində olacaq”


Ekspertdən taksilərlə bağlı yeniliyə reaksiya: “Suallar 5-ci sinif səviyyəsində olacaq”

Azərbaycanda taksi sürücülərinin hazırlıq səviyyəsini Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirəcək. Bu barədə Mərkəzin rəhbəri Məleykə Abbaszadə rəsmi mətbuata açıqlamasında bildirib. “Qanunvericiliyə edilmiş dəyişikliyə görə, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, taksi minik avtomobillərinin sürücüləri isə etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən aktlara dair xüsusi hazırlıq keçməlidir. Xüsusi hazırlığın nəticələrinin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçiriləcək”, - o qeyd edib.
Sədr bildirib ki, bundan başqa, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları həyata keçirən operatorun məsul şəxslərinin, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməsi nəzərdə tutulur:
“Sözügedən hazırlığın və yenidən hazırlığın nəticələrinin qiymətləndirilməsi də Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq. Aparılmış qiymətləndirmənin nəticəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 7 il müddətinə qüvvədə olan sənəd təqdim ediləcək. Hazırda qeyd edilən imtahanların keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanı ilə danışıqlar aparılır və imtahanın yay aylarında keçirilməsi nəzərdə tutulur”.
Nəqliyyat eksperti Ərşad Hüseynov sözügedən məsələ ilə bağlı fikirlərini bildirib.
"Söhbət illərdir qanunvericilikdə olan bir şeydən gedir. Əslində bu gün üçün heç bir yenilik də yoxdur. Söhbət hansısa mürəkkəb imtahandan, akademik biliklrəin yoxlanılmasından da getmir.
“Avtomobil nəqliyyatı haqqında” Qanunda hələ 2015-ci ildən belə bir müddəa var ki, kommersiya məqsədli yük və sərnişin daşıyan avtomobil nəqliyyatı sürücüləri (yəni avtobus sürücüləri, yük avtomobili sürücüləri və taksi sürücüləri) bu işə başlamaq üçün xüsusi hazırlıq keçməlidirlər. Hazırlığın nəticəsində onlara sənəd vermək üçün qiymətləndirmə, yəni öyrəndiklərinin yoxlanılması keçirilməlidir. Qiymətləndirmədən uğurla keçənlərə bu barədə sənəd verilməlidir. Xüsusi hazırlıq və qiymətləndirmənin də predmeti və proqramı çox sadədir: bu sürücülərin peşə fəaliyyətinə və etik davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən qanunvericiliyə dair zəruri biliklər. Vəssalam", - o qeyd edib.
Ekspert bildirib ki, xüsusi hazırlığı AYNA təşkil etməlidir.
"14 iyul 2023-cü ildə (yəni təxminən 1 il əvvəl) edilən dəyişikliyə əsasən, qiymətləndirməni DİM həyata keçirməlidir. DİM-in bu işi həyata keçirməsinin qaydası, şərtləri və s. yəqin ki, yaxın vaxtlarda bəlli olacaq və yoxlamalar həyata keçiriləcək. ndiyədək belə hazırlığı keçən və hazırlıqdan sonra AYNA tərəfindən yoxlamadan keçən sürücülər bunun mahiyyətini yaxşı bilirlər. Çox sadə mövzulardan və buna uyğun qiymətləndirmədən söhbət gedir. Həmin məsələləri 5-ci sinif şagirdi səviyyəsində dünyagörüşü olan hər kəs asanlıqla məniməsəyə bilər", - Ərşad Hüseynov bildirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!