Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
25-05-2024, 16:41
Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir


Ermənistan Azərbaycanla sərhəddə müşahidə məntəqələri tikir

Ermənistan Azərbaycanla sərhədin Voskepar kəndi yaxınlığındakı delimitasiya olunmuş hissəsində sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb.
Bu barədə ölkənin Baş naziri Nikol Paşinyana onun Tavuş vilayətinin sərhəd kəndlərinə səfəri çərçivəsində Voskepar kəndindəki Müqəddəs Məryəm kilsəsini ziyarət etdiyi zaman Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Edqar Unanyan məruzə edib.
Onun sözlərinə görə, Ermənistan tərəfi artıq sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb.
“Biz altı müşahidə məntəqəsi quraşdırmışıq, Azərbaycan tərəfi isə hələ ki yollar çəkir, məntəqə quraşdırmayıb. Əldə olunan bütün razılaşmalar yerinə yetirilir”, - o bildirib.
25-05-2024, 16:35
Sumqayıtda qumbara tapılıb


Sumqayıtda qumbara tapılıb

Sumqayıtda istifadəyə yararlı "F-1" markalı əl qumbarası tapılıb.
Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Alışov Yasin Elman oğlu Sumqayıt şəhəri, 76- cı məhəllə ərazisindən istifadəyə yararlı 1 ədəd "F-1" markalı əl qumbarası aşkar edərək polis əməkdaşlarına təhvil verib.
25-05-2024, 16:27
İranda qaz kəmərində partlayış - Ölənlər var


İranda qaz kəmərində partlayış - Ölənlər var

İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.
Şəhər administrasiyası rəhbərinin sözlərinə görə, hadisə nəticəsində iki fəhlə həlak olub, daha iki nəfər yaralanıb.
"Abdananda qaz partlayışı nəticəsində yaşayış binası dağılıb. İki fəhlə ölüb, ikisi yaralanıb", - məlumatda deyilir.
İlkin məlumata görə, partlayış özəl telekommunikasiya şirkətlərindən biri tərəfindən aparılan qazıntı işləri və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.
25-05-2024, 16:11
Nərgiz Absalamovanın həbs müddəti uzadıldı


Nərgiz Absalamovanın həbs müddəti uzadıldı

Nərgiz Absalamova barəsində olan həbs qətimkan tədbiri daha 22 gün uzadılıb.
Qərar Xətai Rayon Məhkəməsində hakim Aynur Abdullayevanın sədrliyi ilə keçirilən iclasda elan olunub.
Qeyd edək ki, ötən ilin dekabr ayının 1-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Ona qarşı 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.
25-05-2024, 15:37
Su anbarında batan şəxsin axtarışları davam etdirilir - VİDEO


Su anbarında batan şəxsin axtarışları davam etdirilir - VİDEO

Məlumat verildiyi kimi, Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batdığı ehtimal olunan həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilir.
Bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, hava şəraitinin mürəkkəbliyinə baxmayaraq, axtarış işləri fasiləsiz olaraq davam etdirilir.

25-05-2024, 15:19
Azərbaycanın dünyada nüfuzu artır - Berdiməhəmmədov


Azərbaycanın dünyada nüfuzu artır - Berdiməhəmmədov

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi 28 May Müstəqillik günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Hazırda Azərbaycan malik olduğu böyük potensialdan bəhrələnərək müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Ölkənin bütün dünyada getdikcə artan nüfuzu bunun sübutudur.
Türkmənistanda Azərbaycan Respublikası ilə çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın dostluğu və qardaşlığı gələcəkdə də Türkmənistan-Azərbaycan məhsuldar münasibətlərinin təkmilləşdirilməsinə kömək edəcəkdir.
Bu fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.
25-05-2024, 15:13
Energetika Nazirliyi ilə bağlı qərar dəyişdirildi


Energetika Nazirliyi ilə bağlı qərar dəyişdirildi

Nazirlər Kabineti 11 aprel 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən 12 nəfərə çatdırılıb.
25-05-2024, 14:56
Paşinyan Qazaxla sərhəddə görüş keçirib


Paşinyan Qazaxla sərhəddə görüş keçirib

Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxla sərhəddə yerləşən Bağanis kəndinin sakinləri ilə görüşü yekunlaşıb.
Bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb.
Ermənistan Baş naziri Bağanis kəndinin sakinləri ilə görüşdən sonra Voskepara gedib.
25-05-2024, 14:41
"Kapital Bank"ın Xankəndi filialı açıldı


"Kapital Bank"ın Xankəndi filialı açıldı

Ölkənin birinci Bankı Kapital Bank Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyətini genişləndirməyə davam edir. Belə ki, Zəngilən və Laçın filiallarının ardından bankın Xankəndi filialının açılışı baş tutdu.
Açılışda "Kapital Bank"ın İdarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”nin Əmlak idarə edilməsi şöbəsinin rəsmi nümayəndələri, Xankəndi sakinləri və bankın nümayəndələri iştirak etdilər.
Açılışda çıxış edən Fərid Hüseynov bildirdi ki, “Böyük qayıdışın dəstəkçilərindən biri olan, ölkənin birinci bankı kimi Xankəndidə fəaliyyətə başlamaq bizim üçün çox dəyərlidir. Bankımızın əsas məqsədlərindən biri də harada olmasından asılı olmayaraq,müştərilərimizə keyfiyyətli xidmət göstərməkdir. Bu qiymətli, sözün əsl mənasında dəyərli torpaqlarımızda öz yurdlarına qayıdan insanlara xidmət göstərmək bizim üçün daha böyük məsuliyyət və qürurdur”.
Yeni konsepsiya əsasında təqdim edilən Xankəndi filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Xankəndi sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.
Ölkədə ən böyük filial şəbəkəsinə malik bankın filiallarının sayı Xankəndi filialının açılışının ardından 120-yə çatdı. Tezliklə bankın Cəbrayıl şəhərində də filialının açılması planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
25-05-2024, 11:44
Cənubi Qafqazda yeni müharibə başlaya bilər: Fransa və Almaniya bunu etməsə


Cənubi Qafqazda yeni müharibə başlaya bilər: Fransa və Almaniya bunu etməsə...

Cənubi Qafqazda müharibə riski hər zaman var. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayana qədər belə bir risk öz aktuallığını qoruyur. Məsələ təkcə bununla da bitmir. Ermənistan konstitusiyasında bir sıra dəyişikliklərin olması, o cümlədən Azərbaycana qarşı ərazi iddialarının aradan qalxması şərtdir.
Məsələ burasındadı ki təkcə region dövlətlərinin deyil, həm də digər oyunçuların bölgə ilə bağlı ciddi maraqları var. Ona görə də Ermənistan Qazaxın işğal altındakı dörd kəndini qaytarsa da, eskalasiya təhlükəsi sovuşmayıb.
Rəsmi İrəvan işğal altındakı digər kəndləri də qaytarmalı, konstitusiyasına dəyişiklik eməlidir. Ardınca sülh müqaviləsi imzalandıqdan sonra təhlükələr aradan qalxa bilər.
Əgər kənar qüvvələr Cənub Qafqaza müdaxilə etməsə, bu bölgə sözün əsl mənasında sülh adasına çevirlə bilər. Lakin görürük ki, kənar qüvvələr sanki müşterek formada əlbir olaraq prosesi qəsdən ləngitməyə, sülh danışıqlar prosesini pozmağa çalışırlar.
Yeri gəlmişkən deyək ki, son zamanlar Almaniyanın ritorikasında dəyişiklik hiss olunur. Bu dövlət artıq reallığı dərk edir. Berlin başa düşür ki, Bakı ilə İrəvan arasında sülhün alternativi yoxdur. Rəsmi Paris anlayır ki, Bakı ilə kəllə- kəlləyə gəlmək mənasızdır. Moskva isə çoxdan reallığı qəbul edib. Rusiya sülhməramlı kontingentinin Qarabağı vaxtından əvvəl tərk etməsi təbii ki, yüksək səviyyəli razılaşmadan sonra baş tutdu.
Üçüncü tərəflər yaxşı bilirlər ki, regiona indi yalnız Türkiyə müdaxilə edə bilər. İkinci bir alternativ görünmür. Əks halda müharibə ola bilər.

Mikayılova Leyla
Azərbaycan Universiteti
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!