Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
23-05-2024, 19:29
Prezident Telli Pənahqızını mükafatlandırdı


Prezident Telli Pənahqızını mükafatlandırdı

Telli Pənah qızı Əliyeva 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Azərbaycan Respublikası Audiovizual Şurasının üzvüdür.
23-05-2024, 19:12
Naim Çoban Azərbaycan parlamentində - FOTO


Naim Çoban Azərbaycan parlamentində - FOTO

Mayın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclisdə Parlament Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr və Redaksiya və nəşr işləri şöbələrinin əməkdaşları arasında görüş keçirilib.
Milli Məclisdən verilən məlumata görə, görüşü açan Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov qonaqların dünəndən başlayaraq Parlament Aparatı şöbələrinin əməkdaşları ilə görüşlərinin davam etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün də bir neçə şöbə ilə görüş keçiriləcək.
Sonra Parlament Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov rəhbərlik etdiyi şöbənin Milli Məclisin işinin mediada və sosial şəbəkələrdə işıqlandırılması sahəsində fəaliyyəti, media nümayəndələrinin akkreditasiyası və onlarla əməkdaşlıq, görülmüş işlər və tətbiq olunan yeniliklər barədə qonaqlara məlumat verib, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Sonra Milli Məclis Aparatının Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayev rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri, stenoqramların və Milli Məclisin digər nəşrlərinin hazırlanması prosesi barədə məlumat verib, bu sahədə TBMM-in fəaliyyəti ilə maraqlanıb.
Tədbirdə Redaksiya və nəşr işləri şöbəsi müdirinin müavini Ülviyyə Abdullayeva şöbə tərəfindən hazırlanan “Milli Məclis” jurnalı haqqında məlumat verib, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Ruslan İsmayılov görüşün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.
Söhbət zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb.
Sonra TBMM Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbələrinin əməkdaşları arasında görüş keçirilib.
Görüşü açan Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov şöbələri qonaqlara təqdim edib, onların ümumi strukturu və əməkdaşları barədə danışıb. O, Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin əməkdaşları arasında Vətən Müharibəsi qaziləri olan Nicat Abdurrahmanov və İzzət Balacayevin olduğunu qeyd edib. Aparat rəhbərinin müavini vurğulayıb ki, Milli Məclis şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qayğıları ilə daim maraqlanır, onların işlə təmin olunmasını xüsusi diqqətdə saxlayır.
Sonra Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri Emil Tağıyev və şöbənin əməkdaşı Mirəvəz Abbasov şöbənin gördüyü işlər, vətəndaşların qəbulu və müraciətlərinə baxılması qaydaları barədə ətraflı məlumat veriblər.
Parlament Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsi müdirinin müavini Şahin Quliyev şöbənin funksiyaları, iş prinsipləri, kadrlarla işin qurulması və digər fəaliyyət istiqamətləri barədə ətraflı məruzə ilə çıxış edib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.
TBMM Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin əməkdaşları arasında görüş keçirilib.
Görüşü açan Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov şöbəni qonaqlara təqdim edib, onun formalaşması, həyata keçirdiyi layihələr barədə ümumi məlumat verib.
İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri, gördüyü işlər, tətbiq etdikləri texnoloji yeniliklər və yaradılan elektron sistemləri barədə təqdimat edib.
Söhbət zamanı qonaqların suallar cavablandırılıb, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirə yekun vuran Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov ölkələrimizin parlament aparatlarının strukturları arasında əməkdaşlığın, əlaqələrin dərinləşməsinin və təcrübə mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.



23-05-2024, 17:50
Nərimanovda nasaz maşın tıxac yaratdı


Nərimanovda nasaz maşın tıxac yaratdı

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb.
Məhz bu səbəbdən Həsən bəy Zərdabi küçəsi, Mətbuat prospekti-“Qələbə” dairəsi, eləcə də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən aidiyyəti üzrə məlumat verilib, yük avtomobilinin yoldan kənarlaşdırılması və sıxlığın qarşısının alınması istiqamətində işlər görülür.
23-05-2024, 17:37
Ermənilər Qazaxın kəndlərini tərk edərkən evləri yandırır


Ermənilər Qazaxın kəndlərini tərk edərkən evləri yandırır

Ermənistanın Tavuş vilayətinin Kirants kənd sakini sərhədlərin delimitasiyası prosesində həyətyanı sahəsinin Azərbaycanın ərazisinə düşəcək hissəsindəki tikilini yandırıb.
Bu barədə görüntülər ermənilərə məxsus teleqram kanallarında yayılıb.
Polis əməkdaşları və qonşular yanğını söndürməyə çalışın.
Xatırladaq ki, ermənilər Vətən müharibəsindən sonra Ağdamı və Kəlbəcəri, 2022-ci ildə isə Laçını tərk edərkən də meşələrə od vurub, dükanları, elektrik yarımstansiyalarını söküb dağıdıblar.
23-05-2024, 17:32
Avropa komissarı məni güllələnən baş nazirin taleyi ilə hədələdi - Kobaxidze


Avropa komissarı məni güllələnən baş nazirin taleyi ilə hədələdi - Kobaxidze

Gürcüstanın baş naziri İrakli Kobaxidze iddia edir ki, Aİ komissarlarından biri onu Slovakiyanın baş naziri Robert Fitsonun taleyini bölüşə biləcəyi ilə hədələyib.
Kobaxidzenin sözlərinə görə, o, “profilaktika məqsədilə” bu barədə ictimaiyyəti məlumatlandırmaq qərarına gəlib:
"...Avropa komissarlarından biri ilə telefon danışığı zamanı edilən təhdid şok yaratdı. Xüsusilə, Avropa komissarı mənimlə söhbətində Qərb siyasətçilərinin qanuna qoyulan vetonu dəf etdikdən sonra görə biləcəyi bir sıra tədbirləri sadaladı. Dedi ki, Fitsoya baxın və çox diqqətli olmalısınız".
Kobaxidze həmçinin bildirib ki, Fitsoya hücum “qlobal müharibə tərəfi ilə xüsusilə sıx əlaqəli olan ölkələrdən birinin kəşfiyyat xidmətləri tərəfindən izlənilir”.
23-05-2024, 17:26
Azərbaycanda 3 yeni hərbi kollec yaradıldı


Azərbaycanda 3 yeni hərbi kollec yaradıldı

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb.
Bu barədə Nazirlər Kabineti qərar verib.
Qərara əsasən, Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələri təsdiq edilib.
Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyevi Azərbaycanda 3 kollecin yaradılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci (bundan sonra – hərbi kollec) üç ay müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bir neçə gün əvvəl isə Baş nazir Əli Əsədovun qərarına əsasən, orta ixtisas təhsili müəssisələrində “Uçan aparatların texniki istismarı” və “Müdafiə fəaliyyəti (sahələr üzrə)” ixtisasları yaradılıb.
23-05-2024, 17:21
Gürcüstan Azərbaycanla sərhəddə yeni yol tikir


Gürcüstan Azərbaycanla sərhəddə yeni yol tikir

Gürcüstan hökuməti Rustavidən Azərbaycan sərhədinə qədər 32 kilometrlik 4 zolaqlı avtomobil yolunun tikintisinə 202 milyon dollar (187 milyon avro) xərcləməyi planlaşdırır.
Bununla bağlı Gürcüstanın "BM.ge" biznes portalı məlumat yayıb.
Bu məbləğin böyük hissəsi Avropa İnvestisiya Bankının 150 milyon avroluq kreditidir. Layihəyə əsasən, yeni yol demək olar ki, mövcud yola paralel uzanacaq.
Hazırda tikintiyə nəzarət edəcək şirkətin seçilməsi üçün 5 milyon avro dəyərində beynəlxalq tender elan olunub. Növbəti mərhələdə tikinti şirkətləri seçiləcək.
23-05-2024, 17:11
Qənirə Paşayevanın yerinə bu deputat gətirilir


Qənirə Paşayevanın yerinə bu deputat gətirilir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.
İclasın gündəliyinə bir məsələ daxil edilib.
Komitə üzvləri “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsini müzakirə edib.
Qərar layihəsində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədrinin dəyişdirilməsi öz əksini tapıb. Qərara əsasən, bu vəzifəyə Kəmallədin Qafarovun gətirilməsi təklif edilir.
Qeyd edək ki, sözügedən işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub. O, 28 sentyabr 2023-cü ildə vəfat edib.
23-05-2024, 17:04
Əməkdar jurnalist 91 yaşında vəfat etdi


Əməkdar jurnalist 91 yaşında vəfat etdi

Azərbaycan mətbuatının tanınmış simalarından olan respublikamızın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Bəbir Hüseynov 91 yaşında vəfat edib.
Bu barədə Mətbuat Şurasının yaydığı nekroloqda qeyd olunub.
“Mərhumun doğmalarına və əzizlərinə, sənət dostlarına dərin hüznlə başsağlığı veririk. Bəbir Hüseynovun vəfatından kədərləndiyimizi bildirir, bir daha mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verir, onların üzüntülərini bölüşürük”, - nekroloqda deyilir.
Qeyd edək ki, Hüseynov Bəbir Qüdrət oğlu 1932-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olmuş Bəbir Hüseynov 1979-cu ildən “Ağdam” qəzetinin redaktoru kimi çalışıb. 1990-cı ildə nəşrin “Lenin yolu” adının dəyişdirilib özünə qaytarılması naminə böyük əmək sərf edib. Bu, sabiq SSRİ-nin mövcud olduğu dövrdə cəsarətli mövqe nümayişi idi.
Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan B.Hüseynov yaradıcı gəncləri bir araya toplayıb və “Ağdam” qəzetinin fəaliyyətində yeni cığır açıb. Onun sayəsində nəşrdə doğma diyarın problemlərinin həllini, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsini, ümumən milli mənlik şüurunun dirçəldilməsini hədəf seçən çoxsaylı materiallar yayımlanıb. Jurnalist çətin müharibə şəraitində Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində yorulmaz fəaliyyət göstərib.
B.Hüseynov jurnalistikaya yüksək sədaqəti ilə seçilib, örnək olub. O, peşənin güc və imkanlarını cəmiyyət və dövlət üçün səfərbər etmək baxımından da daim sözünü deyib, bu keyfiyyətinə, həmçinin səmimiyyətinə, qayğıkeşliyinə görə hörmət və rəğbət qazanıb.
Allah rəhmət eləsin!
23-05-2024, 16:45
Rəhmonun Azəbaycana səfəri başa çatdı


Rəhmonun Azəbaycana səfəri başa çatdı

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 23-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!