Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
21-05-2024, 12:13
Leysan yağış, dolu və qar yağacaq - Sabahın havası


Leysan yağış, dolu və qar yağacaq - Sabahın havası

Mayın 22-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında gecə və səhər dağlıq ərazilərdə, gündüz isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.
20-05-2024, 21:48
Ərdoğan İranın yeni rəhbərinə zəng etdi


Ərdoğan İranın yeni rəhbərinə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Ərdoğan İranın birinci vitse-prezidenti, Prezident vəzifələrini icra edən Məhəmməd Möhbərlə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
O, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onlarla birlikdə heyət üzvlərinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib və səbr diləyib.
Ərdoğan çətin günlərdə İranın yanında olduğunu və İran xalqının kədərinə şərik olduğunu diqqətə çatdırıb.
O, Türkiyənin İranla qonşuluq və qardaşlıq münasibətlərini gələcəkdə də davam edəcəyini bildirib.
20-05-2024, 20:41
Ərdoğan İlham Əliyevə zəng etdi


Ərdoğan İlham Əliyevə zəng etdi

Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib.
Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb.
Söhbət zamanı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
20-05-2024, 20:34
İranda seçkinin tarixi açıqlandı


İranda seçkinin tarixi açıqlandı

İranda prezident seçkisinin tarixi açıqlanıb.
Bu barədə ölkənin seçki qərargahının mətbuat katibi məlumat verib.
Məlumata görə, namizədlərin qeydiyyatı mayın 28-də başlayacaq.
Prezident seçkiləri isə iyunun 28-də keçiriləcək.
20-05-2024, 20:19
Quterreş Rəisiyə görə başsağlığı verdi


Quterreş Rəisiyə görə başsağlığı verdi

BMT-nin Baş katibi Antonio Quterreş İran Prezidenti İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib.
BMT sözçüsünün açıqlamasında Baş katibin İran Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyin Əmir Abdullahiyanın və digərlərinin helikopter qəzasında həlak olmasından kədərləndiyi bildirilib.
“Baş katib mərhumların ailələrinə, İran İslam Respublikası hökumətinə və xalqına səmimi başsağlığı diləyir”, - deyə açıqlamada qeyd olunub.
20-05-2024, 19:57
Hidayət Heydərov dünya çempionu oldu


Hidayət Heydərov dünya çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.
Finalda Tatsuki İşiharanı (Yaponiya) ipponla üstələyən dördqat Avropa çempionu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışın ikinci günü kişiərin yarışında mübarizəyə qoşulan Yaşar Nəcəfov və Kamran Süleymanov (hər ikisi 66 kq), qadınların mübarizəsində isə Acelya Toprak (57 kq) uğursuz çıxış edərək yarışı mükafatsız başa vurublar.
Qeyd edək ki, Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.
20-05-2024, 19:48
Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə


Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə

Mayın 20-23-də magistratura səviyyəsinin 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək üçün qabiliyyət imtahanlarına qeydiyyat aparılacaq.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (Musiqi sənəti istiqaməti), 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (Təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı mayın 23-ü saat 23:59-dək aparılacaq.
Qeydiyyatdan keçən bakalavrlar mayın 27-dən etibarən DİM-in internet saytına daxil olaraq “Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Qabiliyyət imtahanlarının iyun ayının birinci yarısında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və qeyri məqbulla qiymətləndirilir. Qabiliyyət imtahanlarından məqbul qiymət alan bakalavrlar müsabiqədə test imtahanının nəticəsi ilə iştirak edirlər.
Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə xüsusi buraxılışlarından əldə etmək mümkündür.
20-05-2024, 18:57
Putin müdafiə nazirinə yeni müavin təyin etdi


Putin müdafiə nazirinə yeni müavin təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Oleq Savelyevi Rusiya Müdafiə nazirinin müavini - Müdafiə nazirinin Qərargah rəisi təyin edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Savelyev əvvəllər Rusiya Hesablama Palatasının auditoru vəzifəsində çalışıb.
Putinin sərəncamı ilə general-polkovnik Yuri Sadovenko isə müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.
Oleq Savelyev 58 yaşındadır. 2008-2014-cü illərdə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini, daha sonra Krım məsələləri üzrə nazir olub.
20-05-2024, 18:48
Rəisinin helikopteri niyə qəzaya uğrayıb?


Rəisinin helikopteri niyə qəzaya uğrayıb?

İran prezidenti İbrahim Rəisinin olduğu helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
Agentlik helikopterlə bağlı problemin mahiyyətini açıqlamayıb.
İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. Onların hamısı həlak olub.
20-05-2024, 18:23
Sahibə Qafarova latviyalı həmkarı ilə görüşdü - FOTO


Sahibə Qafarova latviyalı həmkarı ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası Seyminin sədri Dayqa Mierinyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əvvəlcə Latviya parlamentinin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Dayqa Mierinya Xatirə kitabını imzalayıb.
Görüşdə qeyd olunub ki, 2018-ci ildə 100 illik yubileylərini qeyd etmiş Azərbaycan və Latviya bənzər tarixə malik dost və strateji tərəfdaş ölkələrdirlər. Bu gün ölkələrimiz arasında siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-texniki və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərməkdədir. Dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, müntəzəm təmasların, həmçinin müxtəlif sahələrdə imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.
Sahibə Qafarova inamını ifadə edib ki, bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə töhfə verəcək.
İki il öncə Latviyaya rəsmi səfəri çərçivəsində keçirilən görüşləri, aparılan danışıqları məmnuniyyətlə xatırlayan Milli Məclisin sədri, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolunu xüsusi qeyd edib. Görüşdə parlament sədrlərinin, işçi qruplarının qarşılıqlı səfərlərinin, müntəzəm görüşlərinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb, həmçinin parlamentlərin profil komitələri və komissiyaları arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyi qeyd olunub.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda yaranmış yeni vəziyyət barədə məlumat verən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, torpaqlarımızın 30 il işğal altında saxlanılmasına və münaqişənin həll olunmamasına səbəb ölkəmizə münasibətdə ikili standartların nümayiş olunması olmuşdur. Bu illər ərzində BMT TŞ-nin 4 məlum qətnaməsi və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər icra olunmayıb.
Üç gün öncə Cenevrə şəhərində Ermənistan parlamentinin spikeri ilə keçirilmiş ikinci görüşünün təfərrüatları barədə danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini nümayiş etdirib. O deyib ki, sülh gündəliyinin irəli aparılması üçün yaxşı imkanlar mövcuddur. Spiker Sahibə Qafarovanın sözlərinə görə, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də proses davam etdirilir.
Söhbət zamanı ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin icrası barədə məlumat verilib. Mina terrorunun bu ərazilərdə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılması prosesini ciddi ləngidən amillərdən olduğu bildirilib.
Azərbaycana ilk rəsmi səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd etdiyimiz bir vaxta təsadüf etdiyini deyən Latviya parlamentinin sədri ölkəmizə səfərini əlamətdar adlandırıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verən qonaq, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatə edən əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsinin aparıldığını deyib. Qonaq, Latviyanın 2026-2027-ci illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyü məsələsində Azərbaycanın birmənalı dəstəyinə görə təşəkkürünü bildirib.
Azərbaycana səfəri çərçivəsində Qarabağ regionuna səfərindən söz açan Latviya parlamentinin sədri, Füzuli və Şuşa şəhərləri ilə tanışlıq zamanı gördükləri barədə təəssüratları ilə bölüşüb. O, deyib ki, bu səfər ərazidə yaşayan insanlarla görüşmək, danışmaq, Azərbaycan tarixinin ağır səhifələri, regionda baş verənlər barədə məlumat almaq baxımından əhəmiyyətli oldu.
O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini bildirib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulması 30 illik müddəti əhatə etsə də, xalqlarımız arasında mədəni əlaqələrin tarixi daha dərindir. Seymin sədri 100 ildən də əvvəl latviyalı rəssam Yulie Straumenin Şuşada yaşadığını və orada müəllim işlədiyini, həmçinin onun Şuşada Azərbaycan xalçalarının kolleksiyasını yaratdığını xatırladıb. Qonaq bu faktın onlar üçün xüsusi əhəmiyyətini qeyd edib.
Dayqa Mierina Qarabağa səfəri zamanı Azərbaycan dövləti tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin də şahidi olduğunu söyləyib. O, Azərbaycanın regionda davamlı sülhün bərqərar olunması, delimitasiya-demarkasiya işlərinin aparılması, həmçinin ölkəmizin bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindəki rolunu təqdir edərək deyib ki, gələcəkdə latviyalı şirkətlər də Qarabağda aparılan bərpa və yenidənqurma işlərində iştirak edə bilərlər.
Söhbət zamanı Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi haqqında da fikir mübadiləsi aparılıb. Sahibə Qafarova Milli Məclisin də COP29 çərçivəsində keçiriləcək tədbirlərə fəal qoşulacağını, bu çərçivədə Azərbaycan Parlamentinin Parlamentlərarası İttifaqla birlikdə təşkil edəcəyi Parlament konfransı haqqında da məlumat verib.
Qonaq ölkəmizin belə mötəbər beynəlxalq tədbirə evsahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb, Latviyanın COP29-un həyata keçirilməsində Azərbaycana yaxından dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!