Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
13-05-2024, 22:10
Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıqlar apardı


Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışıqlar apardı

13 may 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı aparılıb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Telefon danışığı zamanı Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf etdiyi qeyd olunub.
Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
13-05-2024, 21:23
Türkiyə, Azərbaycan və Şimali Kipr arasında parlamentlərarası müzakirələr


Türkiyə, Azərbaycan və Şimali Kipr arasında parlamentlərarası müzakirələr

Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərinin deputatlarının üçtərəfli işçi görüşü mayın 13-də ŞKTC-nin paytaxtı Lefkoşada keçirilib.
Müzakirələrdə Azərbaycan tərəfdən Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyevin rəhbərlik etdiyi Milli Məclisin deputatlarından ibarət qrup iştirak edib.
Müzakirələr zamanı ŞKTC parlamentinin spikeri Zorlu Töre üç ölkənin qarşılıqlı fəaliyyətinin daha da dərinləşdirilməsinə çağırıb. Onun sözlərinə görə, Azərbaycan və digər türk dövlətləri ilə əlaqələr Şimali Kipr Türk Cümhuriyyəti üçün son dərəcə əhəmiyyətlidir.
“ŞKTC-nin tanınması ilə bağlı gələcək səylər üçün möhkəm baza yaratmaq zəruridir”, - Z.Töre deyib.
ŞKTC parlamentinin rəhbəri Azərbaycana tezliklə səfər edəcəyini bildirib və öz ölkəsinin Azərbaycanla daha sıx qarşılıqlı fəaliyyətə hazır olduğunu vurğulayıb.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin sözlərindən sitat gətirərək deyib: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz - Türk dünyasıdır... Bugünkü görüş Azərbaycan Prezidentinin sözlərinin gerçəkləşməsinə verilən növbəti töhfədir”.
Deputat ümidvar olduğunu bildirib ki, Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasından sonra digər türk dövlətləri ilə də analoji qruplar təsis ediləcək.
Deputat Cavanşir Feyziyev də Lefkoşa ilə əməkdaşlığın inkişafı üzrə əməli addımların zəruriliyini vurğulayıb.
“Ümid edirəm ki, hər bir yeni görüşümüz ŞKTC-nin Türkiyə və Azərbaycanla əməkdaşlığının dərinləşməsində növbəti addımların sübutu olacaq", - deyə o qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Prezident İlham Əliyevin həm regionda, həm də beynəlxalq aləmdə yürütdüyü siyasəti alqışlayıb. Onun sözlərinə görə, Azərbaycan dövlət başçısının siyasi xətti bütün Türk dünyasının maraqlarına cavab verir.
"Əminəm ki, ŞKTC ilə yaxınlaşma məsələsində digər ölkələr də Azərbaycanın nümunəsindən faydalanacaq”,- deyə Şamil Ayrım vurğulayıb.
13-05-2024, 20:56
Qazi yol qəzasında həlak oldu


Qazi yol qəzasında həlak oldu

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verən qəza zamanı “VAZ 21013” markalı avtomobildə olan 1993-cü il təvəllüdlü Kəlbəcər rayon sakini, Vətən müharibəsi qazisi Samir Fəxrəddin oğlu Həsənov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Həmin avtomobildə olan digər iki nəfər - Zaqatala rayon sakinləri 1981-ci il təvəllüdlü Zaur Bəxtiyar oğlu Heydərov və 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.
Yaralılardan Z. Heydərovun vəziyyətinin ağır olduğu bildirilir.
13-05-2024, 20:34
Azərbaycanda palçıq vulkanı püskürdü


Azərbaycanda palçıq vulkanı püskürdü

13 may 2024-cü il tarixində yerli vaxtla saat 02:13-də Güzdək qəsəbəsindən altı kilometr qərbdə yerləşən Güzdək Bozdağı palçıq vulkanında növbəti püskürmə baş verib.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Püskürmə yerli vaxtla saat 02:13-də başlayıb və 9 dəqiqə davam edib.
Vulkan pükürməsindən əvvəl alov sütünu müşahidə olunub. Püskürmə Respublika Seysmoloji Xidmət Mərkəzinin səkkiz rəqəmsal stansiyası tərəfindən qeydə alınıb.
Palçıq vulkanlarının monitorinqini aparan seysmik stansiyaların məlumatları əsasında, Güzdək Bozdağı palçıq vulkanının ocağının dərinliyi 3.5 kilometr, püskürmənin davamlılığı 9 dəqiqə, ayrılan enerjisi isə - 8.67*106 Coul təyin edilib.
Xatırladaq ki, Güzdək Bozdağı palçıq vulkanı Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Bu vulkanın son püskürməsi 13 fevral 2009-cü ildə baş vermişdi.
13-05-2024, 20:22
Ədəbiyyat dərsi



Ədəbiyyat dərsi

Məktəb yoldaşlarımın əhatəsindəyəm. Sinif rəhbəri – Azərbaycan dili və ədəbiyyat müəllimimiz Gülbəniz Şükürova ev tapşırığını yoxlayır. Mövzu Əhməd Cəmilin "Can nənə, bir nağıl de” şeiridir. Dərsi bilmədiyimə görə divara qısılıb, yumağa dönmüşəm.

Gülbəniz Şükürova jurnala göz gəzdirir.

– Gəlsin, dərsə cavab versin, Əs...

Elə bu zaman sinif otağının qapısı döyülmədən açılır. Bir qız utana-utana – Bağışlayın, artıq təbaşiriniz olmaz? – soruşur. – Lövhənin önündəki sonuncu təbaşirimizdir. Götürə bilərsən, qızım, – müəllimimiz kübarcasına cavab verir.

– Harada qalmışdıq?, – G.Şükürova yenidən şagirdlərə səslənir. Dərsə cavab verəcək şagirdin növbəti dəfə ismin çəkir. – Əsmər Qaraşova.

Beləcə dağ-dağaya düşən ürəyim rahatlıq tapır. İşin tərsliyindən də müəllimlər digər şagirdlər kimi Əsmər və Əsgəri soyadı ilə deyil, adları ilə çağırırdılar. Nə hikmətdirsə hər dəfə eyni hal yaşanırdı: adımızın ilk hecasında qısa pauza.

Savadına güvənən Əsmər lövhə önündə gülə-gülə şeir söyləyir. Mən də dərsimi bilmədiyimdən parta arxasında gilə-gilə tər tökürəm.

Nədənsə Əsmər həmin şeirin iki sətrini uca səslə söyləməyə başlayır:

"...Nənə yığır düyünçəyə iynəsini, sapını,
Külək hərdən taqqıldadır pəncərəni, qapını..."

Elə bu zaman bayırda əsən külək hər iki "əlin" işə salır: yarıqaranlıq otağın açıq qalan pəncərəsi var gücü ilə divara çırpılır. Qantərə batmış halda yuxudan ayılıram...

Əsgər İsmayılov
13-05-2024, 19:53
Qarabağ Universitetində bu ixtisaslar olacaq


Qarabağ Universitetində bu ixtisaslar olacaq

Qarabağ Universitetinində qəbul həyata keçiriləcək ixtisaslar açıqlanıb.
Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb.
Qeyd edək ki, Qarabağ Universitetinin qəbul planı təsdiqlənib.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq.
Nazir xatırladıb ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur: "Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq".
Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb.


13-05-2024, 19:48
Paşinyan Danimarkaya işgüzar səfərə getdi


Paşinyan Danimarkaya işgüzar səfərə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan Danimarkaya işgüzar səfərə gedib.
Bu barədə Ermənistan hökumətinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
O, Kopenhagen Demokratiya Sammitində iştirak edəcək.
Paşinyan danimarkalı həmkarı Mette Frederiksen, ölkə parlamentinin spikeri Syoren Qade, eləcə də NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenlə danışıqlar aparacaq.
13-05-2024, 17:50
Coratda 10 aylıq körpə boğularaq öldü


Coratda 10 aylıq körpə boğularaq öldü

Coratda 10 aylıq körpə qız uşağı yatdığı yerdə boğularaq ölüb.
2023-cü ilin iyul ayında anadan olan Zenfira Seyfi qızı Məmmədovanın yatdığı yerdə boğularaq öldüyü bildirilir.
Fakt araşdırılır.
13-05-2024, 17:38
Milli Məclisdə Avropa Parlamentinin üzvü ilə görüş


Milli Məclisdə Avropa Parlamentinin üzvü ilə görüş

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Sevil Mikayılova mayın 13-də Avropa Parlamentinin deputatı Xaviyer Nart ilə görüşüblər.
Parlamentdən verilən məlumata görə, tərəflər arasında Cənubi Qafqazda və Avropa məkanında gedən proseslər, regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində parlament diplomatiyasının rolu və əhəmiyyəti barədə söhbət aparılıb.
Söhbətdə Azərbaycanla Ermənistan arasında delimitasiya sahəsində görülən işlər, bölgədə sülhün bərqərar olması üçün aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb, eləcə də Qərb dairələrinin prosesə ikili standartlardan yanaşmasının regionda sülh prosesinə vurduğu ciddi ziyan qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da danışılıb.
13-05-2024, 17:24
Azərbaycan deputatları Ersin Tatarın qəbulunda oldular


Azərbaycan deputatları Ersin Tatarın qəbulunda oldu

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyəti-Azərbaycan, Türkiyə-Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti-Türkiyə parlamentlərarası işçi qruplarının rəhbərlərini və üzvlərini qəbul edib.
Prezident Ersin Tatar çıxışında üç parlamentin dostluq qruplarının Şimali Kipr Türk Cümhuriyyətində bir araya gəlməsini tarixi hadisə adlandıraraq işçi qrupların üzvləri ilə görüşdən məmnunluq duyduğunu, ölkəsinin mübarizəsində “Tək millət, üç dövlət” arzusu ilə yaşadıqlarını vurğulayıb. Şimali Kipr türklərinin çətin anlarında Türkiyənin 1960-cı ildə əldə edilmiş razılaşmada yer alan qarantiya hüququndan istifadə edərək hadisələrə müdaxilə etdiyini xatırladan Prezident Ersin Tatar hazırda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət olduğunu vurğulayıb. Şimali Kipr xalqının apardığı mübarizəni Türkiyənin, Azərbaycanın və bütün Türk dünyasının haqlı mübarizəsi adlandıran Prezident parlamentləarası dostluq qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şimali Kipr türklərinin yaşadıqları hadisələri sovet dönəmində Azərbaycanın da yaşadığını xatırladaraq o zamanlar Türkiyənin ölkəmizə dəstək olduğunu və qələbəni birlikdə əldə etdiklərini bildirib, hər bir azərbaycanlının Şimali Kipr türklərinin yanında olduğunu vurğulayıb.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxışında ölkələrimiz arasında dostluğun yaradılmasında Ulu Öndər Heydər Əliyevin çox böyük rolunun olduğunu diqqətə çatdırıb.
Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrım hər üç ölkənin yaxınlaşmasına göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib, parlamentlərarası əlaqələr üzrə işçi qrupların yaradılmasının ölkələrimizin bir-birini daha yaxından tanımasına xidmət etdiyini deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!