Laçın məktəbinin müəllimi sertifikasiyada 60 bal topladı .....                        Gürcüstan ilk xalını qazandı .....                        Sabahın havası .....                        Çaylarda suyun səviyyəsi artıb, Şinçaydan sel keçib .....                        Xırdalanda binada yanğın - 5 sakin təxliyə edildi .....                        Qobu və Mehdiabadda sursat tapıldı .....                        İsraildən Qəzzaya növbəti zərbə - 3 nəfər öldü .....                        Macarıstan Ukraynadakı müharibənin bitməsinin tərəfdarıdır - Orban .....                        Dayısı 18 yaşlı gənci güllələdi .....                       
2-06-2024, 17:38
Metroda ölən şəxsin kimliyi məlum oldu


Metroda ölən şəxsin kimliyi məlum oldu

“İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır”.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
2-06-2024, 16:50
İstanbulda çökən binanın sahibi saxlanıldı


İstanbulda çökən binanın sahibi saxlanıldı

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin İstanbulun Küçükçekmece rayonunda 3 mərtəbəli bina çöküb.
Hadisə ilə bağlı 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı hadisə ilə bağlı istintaq başladılıb.
İş üzrə bina sahibi və birinci mərtəbədəki dönərxana sahibi saxlanılıb.
2-06-2024, 16:33
Şahbuzda minaatan mərmisi aşkarlandı - FOTO


Şahbuzda minaatan mərmisi aşkarlandı - FOTO

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şahbuz rayonu Daylaqlı kənd ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə yerinə cəlb edilib.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 82 mm-lik minaatan mərmisi olduğu müəyyən olunub.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

2-06-2024, 16:16
Hindistanda seçkilərin son günü - İstidən 33 nəfər öldü


Hindistanda seçkilərin son günü - İstidən 33 nəfər öldü

Hindistanın Uttar Pradeş ştatında parlament seçkisi üzrə səsvermənin son günündə istilər səbəbindən azı 33 nəfər seçki məntəqəsi işçisi ölüb.
Bu barədə ştatın seçki komissiyasının rəhbəri Navdip Rinva jurnalistlərə bildirib.
Ölənlər arasında seçki komissiyalarının əməkdaşları, sanitar xidmət işçiləri və mühafizəçilər var.
Komissiya rəhbəri deyib ki, ölənlərin ailələrinə 1,5 milyon rupi (18 min ABŞ dolları) məbləğində pul kompensasiyası veriləcək.
Hindistan Meteorologiya İdarəsi Uttar Pradeşdə seçki günü temperaturun 46,9 dərəcəyə çatdığını bildirib. Ölkədə istilər nəticəsində azı 100 nəfər ölüb.
2-06-2024, 15:27
Qəzzada ölənlərin sayı açıqlandı


Qəzzada ölənlərin sayı açıqlandı

2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 36,4 mindən çox fələstinli ölüb, 82,6 minə yaxını isə yaralanıb.
Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi bu barədə öz Telegram kanalında məlumat yayıb.
Departamentin xülasəsində belə deyilir: "Ötən ilin oktyabr ayının əvvəlindən indiyədək İsrailin Qəzzadakı əməliyyatları nəticəsində qurbanları sayı 36 439 nəfərə yüksəlib, daha 82 627 nəfər yaralanıb". Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrail qüvvələrinin hücumları nəticəsində 60 fələstinli ölüb, 220 nəfər yaralanıb.
2-06-2024, 14:59
Bu gün 36 min abituriyent imtahan verdi


Bu gün 36 min abituriyent imtahan verdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı başa çatıb.
DİM-dən verilən məlumata görə, imtahan 20 şəhər və rayonda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 149 imtahan binası, 2657 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 149 ümumi imtahan rəhbəri, 436 imtahan rəhbəri, 3312 nəzarətçi, 467 buraxılış rejimi əməkdaşı, 149 bina nümayəndəsi cəlb olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verən abituriyentlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.
İmtahanda 35966 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 43 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları imtahandan dərhal sonra mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).
İyunun 3-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
2-06-2024, 14:11
Metroda qatarların hərəkəti bərpa olundu


Metroda qatarların hərəkəti bərpa olundu

Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Qatarın yoluna düşən sərnişin xarici görkəminə görə təxminən 65-70 yaşlı kişidir.

2-06-2024, 13:22
Türkiyədə bina çökdü - Ölən və yaralananlar var


Türkiyədə bina çökdü - Ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində çökən üçmərtəbəli binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.
Bu barədə jurnalistlərə yanğınsöndürmə xidmətinin rəhbəri Remzi Albayrak bildirib.
Axtarışlar davam etdirilir.
2-06-2024, 12:51
Temperatur 35 dərəcəyə yüksələcək


Temperatur 35 dərəcəyə yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək
Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.
2-06-2024, 11:53
Binəqədidə sursat aşkarlandı - VİDEO


Binəqədidə sursat aşkarlandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd RQ-42 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 1 ədəd İJ-16 markalı ov tüvəngi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb, aşkar edilmiş ov tüvəngi aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!