Daha bir dələduzluq piramidası ifşa edildi .....                        Naxçıvan Ali Məclisi bu tarixdə işə başlayır .....                        Biləcəridəki güclü yanğın nəzarətə götürüldü .....                        Torpaqların kateqoriyaları ilə bağlı qaydalar təsdiqləndi - FƏRMAN .....                        Yalnız 44 günlük müharibədən sonra ayıldıq - Paşinyan .....                        Biləcəridə yanğın .....                        “Hizbullah” Həsən Nəsrullahın ölümünü təsdiqlədi .....                        Pirallahıda Vətən müharibəsi şəhidləri anılıb .....                        Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycana gəldi .....                       
17-06-2024, 23:32
Fransa Ermənistana "Sezar" silahları verəcək - Saziş imzalandı


Fransa Ermənistana "Sezar" silahları verəcək - Saziş imzalandı

Ermənistan və Fransa hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, Ermənistan Fransa-Almaniyanın birgə şirkəti olan KNDS ilə müqavilə imzalayıb. Bu şirkət Fransanın Ukrayna Silahlı Qüvvələrinə tədarük etdiyi "Sezar" özüyeriyən silahlarını istehsal edir.
Qeyd edək ki, Bundan əvvəl Fransa Senatı Ermənistana tez bir zamanda "Sezar" qırıcılarının tədarükü məsələsinə baxmağa çağırıb.
"Sezar" özüyeriyən artilleriya qurğusu 155 mm çapa malikdir və dəqiqədə təxminən 6 mərmi atarkən 42 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir. Təmasda olmayan detonatorlar havada mərmi partlatmağa imkan verir. Yolda 80 km/saata, yolsuzluqda isə 50 km/saata qədər sürətlə hərəkət edə bilir.
17-06-2024, 23:10
"Gələcək nəsillərə ekoloji təmiz ölkə ötürmək niyyətindəyik"


"Gələcək nəsillərə ekoloji təmiz ölkə ötürmək niyyətindəyik"

Türkiyə səlahiyyətliləri gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün ətraf mühitin mühafizəsinə dair tədbirləri davam etdirir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 17 İyun - Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü ilə əlaqədar sosial şəbəkələrdə dərc olunmuş paylaşımında deyilir.
Türkiyə lideri bildirib ki, təkcə son 21 ildə ölkədə 7 milyard ting əkilib.
“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Ərdoğan əmin edib.
Bu arada Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyində bildirilib ki, torpaq eroziyasına qarşı mübarizə ilə bağlı səylər təkcə ölkə ərazisini əhatə etmir, həm də beynəlxalq təcrübə mübadiləsi aparılır. Son illər türkiyəli ekspertlər tərəfindən dünyanın 108 ölkəsindən 1170 ekspert və aqronomun iştirakı ilə kurslar təşkil olunub.
17-06-2024, 22:44
Kəlbəcərdə yaylaqları zəbt edən şəxsin qanunsuz əməllərinin qarşısı alındı


Kəlbəcərdə yaylaqları zəbt edən şəxsin qanunsuz əməllərinin qarşısı alındı

Bəzi sosial şəbəkələrdə Kəlbəcər rayon sakini Rəşid Abbasovun polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı hüquqi əsası olmayan iddialar yayılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, Kəlbəcər rayon sakini R.Abbasovun rayon ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilən yaylaq ərazilərinin qanunsuz olaraq zəbt etməsi və müxtəlif şəxslərə icarəyə verməsinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bununla razılaşmayan şəxs özünü şəhid ailəsinin üzvü kimi təqdim etməklə torpaqları icarayə verməklə yanaşı, əraziyə müxtəlif şəxsləri qanunsuz fəaliyyətə təhrik etməklə onlara havadarlıq edib, qanunların ona xüsusi imtiyaz verdiyini bildirib. Onun qanunsuz hərəkətləri ilə bağlı daxil olan məlumatlar üzrə vətəndaş polis şöbəsinə dəvət edilib, ona hüquqi izahlar verilib, hüquq-mühafizə orqanlarında işləyən yaxın qohumları söhbətlər aparıblar, bu əməllərindən çəkinməsi tövsiyə edilib.
Dəfələrə edilən xəbərdarlıqlara, izahlara, tövsiyələrə baxmayaraq, R.Abbasov qanunsuz əməllərini gündəmə gətirməklə, polisin onunla bağlı qanuni tədbirlərini şəxsi mülahizələrlə şərh edir, şəhid ailəsinə təzyiq adı altında çaşqınlıq yaradan ictimai fikir yaratmağa cəhdlər edir.
Hazırda rayon polis şöbəsində R.Abbasovun hərəkətləri ilə bağlı araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq onun əməllərinə hüquqi qiymət veriləcəkdir.
17-06-2024, 22:17
Putin qohumuna yüksək vəzifə verdi


Putin qohumuna yüksək vəzifə verdi

Rusiya Prezidenti Vladimir Putin əvvəllər maliyyə nazirinin müavini vəzifəsini tutan Leonid Qornini müdafiə nazirinin birinci müavini təyin edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Anna Tsivileva və Pavel Fradkov da müdafiə nazirinin müavinləri təyin edilib.
Tsivileva Rusiyanın energetika naziri Sergey Tsivilevin həyat yoldaşıdır. O, Vladimir Putinin uzaq qohumudur.
Pavel Fradkov keçmiş hökumət başçısı və SVR-nin direktoru Mixail Fradkovun oğludur.
Oleq Savelyev isə müdafiə nazirinin müavini - idarənin aparat rəhbəri təyin edilib.
Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov, nazir müavinləri Nikolay Pankov və Tatyana Şevtsova vəzifələrindən azad ediliblər.
17-06-2024, 21:54
Cüdoçularımız Avropa Kubokunda birinci oldular


Cüdoçularımız Avropa Kubokunda birinci oldular

Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində böyüklər arasında keçirilmiş Avropa Kubokunda medal əyarına görə ilk sırada yer alıblar.
Milli komanda iki günün nəticəsinə əsasən, 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq kişilər arasında ümumi hesabda birinci yeri tutub. Qeyd edək ki, yarışda Nazir Talıbov (66 kiloqram), Nəriman Mirzəyev (73 kq), Məhərrəm İmamverdiyev (81 kiloqram) və İmran Yusifov (+100 kiloqram) qızıl, Kamran Süleymanov (73 kq ) gümüş, Rövşən Əliyev (60 kiloqram), Rəşad Yelkiyev (66 kiloqram) və Camal Feyziyev (+100 kiloqram) bürünc medal əldə ediblər.
17-06-2024, 21:17
Polis Niyaməddin Musayevi niyə saxlayıb? - AÇIQLAMA


Polis Niyaməddin Musayevi niyə saxlayıb? - AÇIQLAMA

Sosial şəbəkələrdə Xalq artisti Niyaməddin Musayevin avtomobilinin saxlanılmasını əks etdirən görüntülər yayılıb.
Müğənninin maşınının polis tərəfindən saxlanıldığı və sənədlərinin yoxlanıldığı bildirilib.
Xalq artisti açıqlamasında əslində saxlanılmadığını, polisdən kömək istədiyini söyləyib:
“Axşamlar Ağ Şəhər bulvarına gəzintiyə çıxıram, sağlam həyat tərzi sürürəm. Dünən də “Bulvar hotel”in yaxınlığında maşını saxladım. Bildiyimiz kimi, yeni parkinq qaydalarına görə, avtomobili saxlayandan sonra proqram vasitəsilə parkinq ödənişi edilməlidir. Bu, edilmədiyi təqdirdə 20 manat cərimə gəlir. Mənim də müasir texnologiyalardan, proqramlardan elə də başım çıxmır. Maşını saxlayandan sonra xüsusi kodu daxil edib ödəniş etməyə görə orada xidmət aparan polislərə müraciət etdim. Onlar da mənə kömək etdilər, 1 manat parklanma ödənişini edib oranı tərk etdim. Polislərin köməyi ilə proqramı yoxladıqda maşınıma cərimə gəlmədiyini gördük”.
17-06-2024, 20:01
Rumıniya AVRO-2024-ə qələbə ilə başladı


Rumıniya AVRO-2024-ə qələbə ilə başladı

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.
E qrupunda Rumıniya və Ukrayna yığmaları üz-üzə gəlib. Oyun rumınların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qrupun digər görüşü saat 20:00-da Belçika ilə Slovakiya seçmələri arasında olacaq.
Günün son qarşılaşmasında Avstriya və Fransa komandaları görüşəcək. Matçın start fiti saat 23:00-da səslənəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
17-06-2024, 19:33
Naxçıvanda yanğın oldu


Naxçıvanda yanğın oldu

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Şəhriyar kəndində yardımçı tikilidə, Çomaxtur kəndində ot tayasında, Sədərək rayonunda isə həyətyanı sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar Şərur və Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğınlar söndürülüb və hadisənin daha geniş sahələrə yayılmasının qarşısı alınıb.
17-06-2024, 18:28
Zərdabda bədbəxt hadisə: Çoban öldü


Zərdabda bədbəxt hadisə: Çoban öldü

Zərdab rayonunda bədbəxt hadisə baş verib.
Rayonun Qoşaoba kəndinin ərazisində H.Həsənovaya məxsus fermada çoban kimi işləyən 45 yaşlı Ceyhun Abdulkərimov aldığı xəsarətlərdən ölüb.
Belə ki, Ağdaş rayon sakini İ.İbrahimov “Kamaz” markalı yük maşını ilə hərəkət edərkən yük yerində olan inşaat materialları çoban Kotanarx kənd sakini C.Abdulkərimovun üzərinə aşıb.
Xəstəxanaya yerləşdirilmiş C.Abdulkərimov tibbi yardıma baxmayaraq vəfat edib.
Faktla bağlı araşdırmalar aparılır.
17-06-2024, 17:46
Müəllimlərin sertifikasiya imtahanlarının yeri məlum oldu


Müəllimlərin sertifikasiya imtahanlarının yeri məlum oldu

Müəllimlərin 21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanlarının harada keçirləcəyi açıqlanıb.
Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin keçiriləcəyi imtahan mərkəzləri respublikanın 18 şəhər və rayonundakı 27 məktəbdə təşkil olunacaq.
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının qərarına əsasən, həmin tarixlərdə bu il ilk dəfə prosesə cəlb olunacaq riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verəcəklər.
21, 22, 24 iyun tarixlərində keçiriləcək sertifikatlaşdırma prosesinin test imtahanlarının yeri aşağıdakı şəkillərdə göstərilib:


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!