Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
24-06-2024, 18:37
"Son zəng"də “oğru aləmi”nə aid mahnı oxuyan direktor işdən qovuldu


"Son zəng"də “oğru aləmi”nə aid mahnı oxuyan direktor işdən qovuldu

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru işdən azad olunub.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
Bildirilir ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:
"Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".
Qeyd edək ki, sözügedən məktəbdə keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi barədə görüntülər yayılıb. Məktəbin direktoru Gülsəba Abbasova idi.
24-06-2024, 18:28
3 polisi qətlə yetirən Rövşənlə bağlı şok detallar üzə çıxdı - VİDEO


3 polisi qətlə yetirən Rövşənlə bağlı şok detallar üzə çıxdı - VİDEO

"Rövşəni uşaqlıqdan tanıyıram. Əvvəllər məhkumluq həyatı yaşadığını bilirdim. Bir il əvvəl öyrəndim ki, imkanlı bir adamın külli miqdarda pulunu da oğurlayıb".
Bunu Bakıda keçirilən əməliyyat zamanı üç polis əməkdaşını qətlə yetirən Rövşən Allahverdiyevin qonşusu Ramiz İbrahimzadə "Baku TV"yə açıqlamasında deyib.
"Rövşənin axtarışda olduğunu bilmirdim. Atası içki aludəçisi idi. Özü də imkanlı adamların həyətlərində işləyirdi. Özünü elə aparırdı ki, sanki yer üzündə ondan yaxşısı yoxdur. Rola girib kiminsə mal-mülkünə göz dikirdi. Bildiklərimi həmin adamlarla yaxınlığım olmadığı üçün onlara deyə bilmirdim", - deyə qonşu əlavə edib.
Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.



24-06-2024, 18:28
3 polisi qətlə yetirən Rövşənlə bağlı şok detallar üzə çıxdı - VİDEO


3 polisi qətlə yetirən Rövşənlə bağlı şok detallar üzə çıxdı - VİDEO

"Rövşəni uşaqlıqdan tanıyıram. Əvvəllər məhkumluq həyatı yaşadığını bilirdim. Bir il əvvəl öyrəndim ki, imkanlı bir adamın külli miqdarda pulunu da oğurlayıb".
Bunu Bakıda keçirilən əməliyyat zamanı üç polis əməkdaşını qətlə yetirən Rövşən Allahverdiyevin qonşusu Ramiz İbrahimzadə "Baku TV"yə açıqlamasında deyib.
"Rövşənin axtarışda olduğunu bilmirdim. Atası içki aludəçisi idi. Özü də imkanlı adamların həyətlərində işləyirdi. Özünü elə aparırdı ki, sanki yer üzündə ondan yaxşısı yoxdur. Rola girib kiminsə mal-mülkünə göz dikirdi. Bildiklərimi həmin adamlarla yaxınlığım olmadığı üçün onlara deyə bilmirdim", - deyə qonşu əlavə edib.
Xatırladaq ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.



24-06-2024, 18:22
Abituriyentlər fənlər üzrə təhsil proqramının yalnız 27-56 faizini mənimsəyir - RƏSMİ


Abituriyentlər fənlər üzrə təhsil proqramının yalnız 27-56 faizini mənimsəyir - RƏSMİ

Ortastatistik abituriyent fənlər üzrə təhsil proqramının yalnız 27-56 faizini mənimsəyir.
Bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində qeyd edilib. Bildirilib ki, ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda ortastatistik portreti müəyyənləşdirilib.
Belə ki, Azərbaycan bölməsində ortastatistik abituriyent I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 40.59, riyaziyyatdan 27.45, ingilis dilindən 41.00%-nə, II mərhələdə ana dilindən 53.90, ədəbiyyatdan 47.10, riyaziyyatdan 29.36, fizikadan 31.38, kimyadan 30.48, biologiyadan 45.86, tarixdən 32.90, informatikadan 38.42, coğrafiyadan 28.45%-inə düzgün cavab verib.
Rus bölməsində ortastatistik abituriyent isə I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 55.42, riyaziyyatdan 29.83, ingilis dilindən 56.28%-nə, II mərhələdə ana dilindən 52.53, ədəbiyyatdan 46.47, riyaziyyatdan 29.90, fizikadan 29.64, kimyadan 30.09, biologiyadan 40.02, tarixdən 25.10, informatikadan 37.22, coğrafiyadan 26.90%-ni düzgün cavablandırıb.
Jurnalda qeyd edilib ki, test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun təhsil proqramının 44–73%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrinin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır.
24-06-2024, 18:13
Kür çayında bir nəfər batıb


Kür çayında bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Bankə qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
24-06-2024, 18:05
Sertifikasiya müəllimlərlə bağlı gözləntiləri doğrultdu?


Sertifikasiya müəllimlərlə bağlı gözləntiləri doğrultdu?

Xəbər verdiyimiz kimi, təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb. 21, 22, 24 iyun tarixlərində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib. Test imtahanlarında 23 448 müəllim iştirak edib. İmtahanlarda 97,5% davamiyyət qeydə alınıb. Bəs imtahanların ümumi nəticələrindən gözləntilər nələrdir?

Təhsil eksperti Elçin Murad məsələylə bağlı danışıb.

“Serifikatlaşdırmada məqsəd təhsildə təlim və tədris ilə məşğul olanları şəffaf şəkildə məqbul, yoxsa qeyri-məqbul olduğunu təsbit etməkdir. Bu il müxtəlif vaxtlarda sertifikasiya imtahanları keçirildi və təəssüf ki, orta məktəbdə dərs verən müəllimlərin bir qisminin yaxşı vəziyyətdə olmadığı aşkar olundu”.

Ekspertin sözlərinə görə, nəticələr cəmiyyətdə bəzi suallar doğurur. O, sertifikasiyanın test imtahanlarından kəsilənlərə diqqət çəkib:

“Bu müəllimlər öz fənlərini necə dərs tədris ediblər? Onların təhsil verdikləri şagirdlərin təhsil səviyyələri nə yerdədir? Mövcud vəziyyət bu suallara açıq şəkildə cavab verir ki, valideynlər övladının təhsilini başqa yerlərdə (kurslarda və ya repetitor yanında) möhkəmlətməyə çalışırlar. Məktəblərdəki bu cür neqativ halları aradan qaldırmaq üçün sertifikasiya imtahanlarının hər il keçirilməsi doğru addımdır. Bütün bunlarla yanaşı, orta məktəblərdə öz ixtisası üzrə yüksək nəticələrə sahib olan müəllimlərin olması təbii ki, sevdirici haldır. Yaxın gələcəkdə ümid edirəm ki, orta məktəblərdə təhsil daha yüksək səviyyəyə çatdırılacaq”.
24-06-2024, 17:46
Prezident jurnalisti təltif etdi - Sərəncam


Prezident jurnalisti təltif etdi - Sərəncam

Prezident İlham Əliyev iyunun 24-də dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif olunanlar arasında jurnalist, Azərbaycan parlamentinin rəsmi orqanı olan “Milli Məclis” analitik informasiya jurnalının redaktoru Qərənfil Mansurova da var.
O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, Qərənfil Mansurova Milli Məclis Aparatının baş məsləhətçisi, "Milli Məclis" jurnalının redaktorudur.
O, Milli Məclisdən əvvəl AzTV-də çalışıb.
24-06-2024, 17:24
Almaniya XİN başçısı İsrailə səfər edib - Fələstinə də gedəcək


Almaniya XİN başçısı İsrailə səfər edib - Fələstinə də gedəcək

Almaniyanın xarici işlər naziri Annalena Berbok Yaxın Şərqdəki münaqişəni həll etmək üçün yenidən İsrailə gedib.
Qəzza zolağındakı müharibə şəraitində Almaniyanın xarici işlər naziri Annalena Berbok daha sonra İordan çayının qərb sahilinə səfər edəcək.
Almaniya Xarici İşlər Nazirliyi qeyd edir ki, Berbok Təl-Əvivə enəcək və İsrailin Herzliya şəhərində təhlükəsizlik konfransında çıxış edəcək. Sabah onun Yerusəlimdə israilli həmkarı İsrael Katz və Ramallahda Fələstin hökumətinin yeni başçısı Məhəmməd Mustafa ilə danışıqlar aparması planlaşdırılır.
Berbok Qəzza zolağındakı müharibə ilə yanaşı, İsrail və Livan sərhədində eskalasiyanı da müzakirə etməyi planlaşdırır. O, sonuncu dəfə aprelin sonunda İsraildə baş nazir Benyamin Netanyahu ilə görüşərkən olub.
İsrail hökumətinin başçısının özü bir gün əvvəl bildirmişdi ki, HƏMAS silahlıları İsrail hakimiyyətinin verdiyi sülh təkliflərini rədd edirlər. Netanyahunun sözlərinə görə, İsrail Qəzza zolağında müvəqqəti atəşkəsə hazırdır, lakin öz məqsədlərinə çatana qədər müharibəni tamamilə dayandırmaq niyyətində deyil.
“Baş nazir Netanyahu açıq şəkildə bildirdi ki, biz diri və ölü 120 girovumuzun hamısını geri qaytarana qədər Qəzzanı tərk etməyəcəyik”, - deyə baş nazirin ofisi əlavə edib.
Netanyahu Qəzzanın cənubundakı Rəfahda HƏMAS silahlılarına qarşı intensiv döyüşlər mərhələsinin tezliklə bitəcəyini deyib.
24-06-2024, 17:17
Ceyhun Bayramov yeni səfiri qəbul edib


Ceyhun Bayramov yeni səfiri qəbul edib

24 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Maksat Mamıtkanovu qəbul edib.
XİN-dən verilən məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, nəqliyyat, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərində danışaraq, bu əlaqələrin inkişafı perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib. Ölkə rəhbərlərimiz arasında son zamanlar daha da artan təmasların, qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə əlamətdar olduğu vurğulanıb.
Ölkələrimiz arasında çoxtərəfli platformalarda, xüsusilə də Türk Dövlətləri Təşkilatı (TDT), SPECA, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Xüsusilə, TDT çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub.
Görüş zamanı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində geniş əməkdaşlıq imkanları olduğu qeyd edilib.
Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində təməli qoyulmuş orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.
Səfir Maksat Mamıtkanov ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
24-06-2024, 00:47
Laçın məktəbinin müəllimi sertifikasiyada 60 bal topladı

Laçın məktəbinin müəllimi sertifikasiyada 60 bal topladı


Laçın rayon Alıqulu kənd Sədrəddin Allahyarov adına tam orta məktəbin riyaziyyat müəllimi Şıxbalayeva Şəhriyar İbrahim qızı təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində maksimum nəticə göstərib.
Bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilir ki, o, 60 bal toplayıb.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!