Nəsrullah gizli yerdə dəfn olunub .....                        Ukraynada Rusiyanın unikal dronu vuruldu .....                        Hacıqabulda bir ailənin 3 üzvü yaralandı .....                        Netanyahudan Makrona: "Ayıb olsun!" .....                        XİN bəyanat yaydı .....                        Cəbrayılda ildə 24 milyon yumurta istehsal ediləcək .....                        İsrail Hizbullahın mövqelərini bombaladı .....                        Rəsmi Bakı: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır .....                        Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir .....                       
10-06-2024, 14:38
İlham Əliyev Türkiyədə səfərdədir - FOTO


İlham Əliyev Türkiyədə səfərdədir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.




10-06-2024, 13:35
Xəzərlə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir - Nazirdən çağırış


Xəzərlə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir - Nazirdən çağırış

Son iyirmi il ərzində Xəzər dənizinin səviyyəsində müşahidə olunan azalma təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir və qlobal istiləşmənin mənfi nəticələrinin əyani sübutudur.
Bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ADA Universitetində ilk dəfə keçirilən "Caspian Blue Horizons" tədbiri çərçivəsində "COP29 ərəfəsində iqlim dayanıqlılığı və Xəzərin dayanıqlılığı üçün elm və biznesin sinerjisi" mövzusunda keçirilən müzakirələrdə deyib.
"Caspian Blue Horizons Workshop " seminarının əsas məqsədi tətbiqi elmlər sahəsində ekspertlər və biznes nümayəndələri arasında əməkdaşlığa imkan yaratmaqdır. Onların qarşılıqlı fəaliyyəti Xəzər dənizində suyun səviyyəsinin azalması və ekoloji dəyişikliklərlə bağlı problemlərin həlli üçün innovativ həllərin və effektiv strategiyaların işlənib hazırlanmasına kömək edəcək", - o deyib.
Nazir qeyd edib ki, Xəzəryanı dövlətlərin nümayəndələri Tehranda imzalanmış Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası çərçivəsində monitorinq, qiymətləndirmə və məlumat mübadiləsinə dair Protokolun müzakirəsi üçün vaxtaşırı bir araya gəlirlər.
"Bu məsləhətləşmələr Xəzər dənizində ekoloji vəziyyətin monitorinqi üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan COP29-a ev sahibliyi edəcək ölkə olaraq seçildiyi gündən regionun digər ölkələri və maraqlı tərəflərlə də aktiv şəkildə qarşılıqlı fəaliyyət göstərir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, COP29-a sədrlik çərçivəsində bütün tərəflərin mövqelərini dinləmək üçün dünyanın müxtəlif ölkələrində bir çox görüşlər keçirilib.
"Noyabrda СОР29-a uğurla ev sahibliyi etmək üçün bu qarşılıqlı fəaliyyəti davam etdirəcəyik", - deyə o əlavə edib.
10-06-2024, 13:26
Məhkəmə Əhmədlə bağlı qərar verdi


Məhkəmə Əhmədlə bağlı qərar verdi

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun həbs müddəti uzadılıb.
Xətai Rayon Məhkəməsində onun barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
Xatırladaq ki, bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
10-06-2024, 12:44
Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var


Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var

Bakı-Quba-Rusiya avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Toyota" markalı minik avtomobili yolda hərəkətdə olan zaman "Shaqman"a çırpılıb.
Belə ki, qəza nəticəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daha dörd nəfər - Fidan Məmmədova (2015), Nigar Məmmədova (1995), Nərmin Quliyeva (2008), Ahu Quliyeva (2013) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
10-06-2024, 12:30
İldırım vurması nəticəsində həlak olan mayor dəfn edildi


İldırım vurması nəticəsində həlak olan mayor dəfn edildi

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olan mayoru Baxışlı Baxış Elşən oğlu ilə Tərtərdə vida mərasimi keçirilib.
Şəhid zabitin nəşi Tərtərin İsmayılbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, DSX-nin Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
Faktla bağlı araşdırma aparılır.
10-06-2024, 12:13
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında iyunun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
10-06-2024, 11:56
İranda prezidentliyə namizədlər teledebata çıxacaq


İranda prezidentliyə namizədlər teledebata çıxacaq

İranda keçiriləcək növbədənkənar prezident seçkilərinə buraxılan namizədlər arasında 5 canlı debatlar təşkil olauncaq. Namizədlər arasındakı debatlar İran Dövlət Televiziyasında canlı yayımlanacaq. Müzakirələrin mətnini isə “Mehr” Xəbər Agentliyi dərc edəcək.
Teledebatlar aşağıdakı ardıcıllaqla təşkil olunacaq:

1-ci debat 17 iyun bazar ertəsi günü;
2-ci debat 20 iyun cümə axşamı günü;
3-cü debat 21 iyun cümə günü;
4-cü debat 24 iyun bazar ertəsi günü;
5-ci debat 25 iyun çərşənbə axşamı günü.

Debatlar axşam saat 20.00-da başlayacaq və 00.00-a qədər davam edəcək.
İRNA-nın məlumatına görə, İran Seçki Qərargahının sözçüsü Möhsin İslami iyunun 9-da 14-cü prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb. Qeydiyyatdan keçən 80 nəfərdən 6-sının prezident seçkisinə buraxılması qərara alınıb.
Prezident seçkilərində iştirak etmək hüququ olan 6 namizəd aşağıdakı şəxslər olacaq:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.
9-06-2024, 17:16
Səbaildə dənizə yaxın ərazidə yanğın baş verib


Səbaildə dənizə yaxın ərazidə yanğın baş verib

Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
9-06-2024, 17:00
Rusiyadan Ermənistana etiraz notası


Rusiyadan Ermənistana etiraz notası

Ermənistan nümayəndə heyəti Buçaya səfər etdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi erməni həmkarlarına etiraz notası göndərib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “NEWS.ru”ya açıqlamasında deyib.
Onun sözlərinə görə, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini qeyri-dost addım kimi qiymətləndirir, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatlar və Kiyevə humanitar yardımın göstərilməsi kimi qiymətləndirir.
“Biz paytaxtın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryanın və Ermənistanın diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Buça şəhərinə səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Biz onların Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yardım ötürməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdik”, – Zaxarova bildirib.
O xatırladıb ki, Ter-Marqaryan qərbyönlü Respublika Partiyasının sədri Aram Sarkisyanın müttəfiqidir, ona görə də onun reaksiyası tamamilə başa düşüləndir. Zaxarova həmçinin Ermənistan iqtidarının bu cür bəyanatlarla uzlaşmasından təəssüflənib.
9-06-2024, 16:42
Atletimiz Avropa çempionatının finalında


Atletimiz Avropa çempionatının finalında

Azərbaycan idmançısı İtaliyanın paytaxtı Romada keçirilən atletika üzrə Avropa çempionatında final mərhələsinə yüksəlib.
Ölkəmizi çəkic atma yarışında təmsil edən Anna Skidan təsnifat mərhələsində 68.80 metrə bərabər göstərici ilə bu uğura imza atıb.
Qeyd edək ki, həlledici mərhələyə vəsiqə qazanan idmançılar arasında qaliblər iyunun 10-da bəlli olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!