Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
12-07-2024, 16:30
Deputatlığa namizədliyi irəli sürülənlərin sayı açıqlandı


Deputatlığa namizədliyi irəli sürülənlərin sayı açıqlandı

Ölkə üzrə 125 seçki dairəsindən artıq 104-də 307 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
Məzahir Pənahov deyib ki, deputatlığa namzidliyi irəli sürülən 307 nəfərdən 150-nin namizədliyi təsdiqlənib, onlardan 114 nəfərə imza vərəqi verilib.
12-07-2024, 16:25
İndiyədək 20 partiyanın nümayəndəsi qeydə alınıb - MSK sədri


İndiyədək 20 partiyanın nümayəndəsi qeydə alınıb - MSK sədri

“İndiyə kimi 20 siyasi partiyanın 519 səlahiyyətli nümayəndəsi qeydə alınıb".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.
“Bununla bərabər qalan partiyaları da seçki prosesində aktiv iştirak etməyə çağırırıq”, - deyə o bildirib.
12-07-2024, 16:09
"Bolt" şirkəti Azərbaycandakı avtomobil parkını yeniləyir


"Bolt" şirkəti Azərbaycandakı avtomobil parkını yeniləyir

"Bolt" şirkətinin Azərbaycandakı bazasında 300-ə yaxın sıfır emissiya səviyyəli avtomobil təqdim ediləcəyi bildirilib. Bu, ölkədə taksilərin fəaliyyətinə necə təsir edə bilər? Azərbaycanda yaradılan elektron taksi parkı gələcəkdə uğur əldə edə biləcəkmi?
Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, gətiriləcək avtomobillərin sayı başlanğıc üçün yaxşı göstərici ola bilər, amma say etibarilə azdır:
“Gələcəkdə bu sayın daha da artırılmasının nəzərdə tutulacağını düşünürəm. Ölkəyə gətirilən avtomobillərin ilk növbədə kateqoriyasının, gələcək perspektivlərin öyrənilib gətirilməsi uğrunda atılan addımlar daha təqdirəlayiq olardı”.
Onun sözlərinə görə, bu gün gündəlik istifadə, eləcə də taksi fəaliyyətində tələb olunan avtomobillər sinfinə ilk növbədə elektromobillərdən əlavə ekonom avtomobillər də daxildir:
“Bu tələbatlar ölkə iqtisadiyyatına təsir edir. Bütün texnikaların işləmə əmsalı istifadə etdiyi yanacaq əmsalı ilə düz mütənasib olmalıdır. İstənilən zaman kəsiyində texnikaların işlək olması əhəmiyyət daşıyır”.
12-07-2024, 16:00
Hava yenidən soyuyacaq - Leysan yağış və dolu yağacaq


Hava yenidən soyuyacaq - Leysan yağış və dolu yağacaq

Azərbaycanın rayonlarında iyulun 13-15-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
12-07-2024, 15:55
Zabuxda 32 ildən sonra uşaq bağçası açıldı - FOTO


Zabuxda 32 ildən sonra uşaq bağçası açıldı - FOTO

32 ildən sonra Laçın rayonunun Zabux kəndində ilk uşaq bağçasının açılışı olub.
Mərasimdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, eləcə də Laçın şəhər 1 nömrəli və şəhid Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəblərin müəllim və şagird heyəti, şəhid Cəbrayıl Vəliyevin ailəsi, kənd sakinləri və ziyalılar iştirak edib.
Azərbaycan dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Hüseyn Quliyev uşaqları, onların valideynlərini, bağça kollektivini uşaq bağçasının istifadəyə verilməsi münasibətilə təbrik edib. Bildirilib ki, Zabux kəndində bu gün açılışı olan bu müəssisədə çalışanlar hər bir körpənin tərbiyəsində, məktəbə uğurlu başlanğıc etməsində və məktəbdən sonrakı təhsil yolunda mükəmməl iz buraxacaq. Gələcək burada çalışacaq kollektivin əlindədir.
Mehriban Vəliyeva bildirib ki, bu müəssisəyə cəlb olunan uşaqlar böyük qayıdışın ilk göyərçinlərdir: “Məktəbəqədər təhsilin inkişafı növbəti mərhələdə təhsilin özəyi deməkdir. Ordumuz öz işini görüb, bərpa, tikinti sahəsində də böyük işlər görülüb, indi isə əsil iş təhsil ordusunundur. O təhsil ordusu ki, burada Azərbaycanın gələcəyini, ölkəmizin bu gözəl, dilbər guşələrinə sahib olacaq sakinlər yetişdirəcək”.
Fuad Bədəlov isə qeyd edib ki, Zabux kəndində ikinci təhsil müəssisəsinin açılışı oldu: “Bu gündən 50 yerlik Zabux kənd uşaq bağçası fəaliyyətə başlayır. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sus kənd tam orta məktəbi, Kəlbəcər şəhər 1 nömrəli məktəb, həm də Cəbrayıl rayon tam orta məktəblərinin fəaliyyəti sentyabr ayından bərpa olunacaq. Ümumilikdə il sonuna qədər 12 təhsil müəssisəsinin fəaliyyəti təmin ediləcək”.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar.
12-07-2024, 15:37
Müsavat eks-deputat və məşhur alimin namizədliyini irəli sürdü - FOTO


Müsavat eks-deputat və məşhur alimin namizədliyini irəli sürdü - FOTO

Bu gün Müsavat Partiyasında Divanın növbədənkənar iclası keçirilib.
Müsavat Divanı daha 3 seçki dairəsindən partiyanın deputatlığa namizədlərini irəli sürüb.
Bu üç nəfər aşağıdakılardır:

İkram İsrafil – 45 saylı Sumqayıt dördüncü seçki dairəsi,

Zahir Feyzulla – 48 saylı Abşeron birinci seçki dairəsi,

Nəsiman Yaqublu -125 saylı Zəngilan-Qubadlı seçki dairəsi.

Qeyd edək ki, İkram İsrafil keçmiş deputatdır, o, III çağırış Milli Məclisin üzvü olub.
Nəsiman Yaqublu isə tanınmış tarixçi alim, Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin professorudur.
Xatırladaq ki, Divanın ötən iclasında deputatlığa 27 namizəd irəli sürülmüşdü. Beləliklə, partiyanın namizədlərinin sayı 30-a çatıb. Namizədlərin irəli sürülməsi prosesi davam edir.
Divan həmçinin daha 18 nəfəri səlahiyyətli nümayəndə olaraq təsdiqləyib. Partiyanın seçki üzrə səlahiyyətli nümayəndələrinin sayı 48 nəfərə çatıb.

12-07-2024, 15:08
Delimitasiya ilə bağlı proses dondurulmayıb - Erməni vitse-spiker


Delimitasiya ilə bağlı proses dondurulmayıb - Erməni vitse-spiker

"Məndə olan məlumata görə, sərhədlərin delimitasiyası ilə bağlı proses dondurulmayıb, iş həmişəki kimi davam edir".
Bunu jurnalistlərə Ermənistan parlamentinin vitse-spikeri Akob Arşakyan bildirib.
O deyib ki, sərhədlərin delimitasiyası üzrə komissiya özünün seçdiyi rejimdə işləyir və kimin sualı olarsa, baş nazirin müavini Mher Qriqoryanın ofisi ilə əlaqə saxlayıb cavab ala bilər.
Arşakyan Ermənistan-Türkiyə danışıqlarına və sərhədlərin açılması məsələsinə də toxunub:
“Biz deyirik ki, heç bir ilkin şərt olmamalıdır və ümid edirəm ki, Türkiyə ilə sərhədimizi açıq saxlaya biləcəyimiz məsələ ilə bağlı bu razılaşmaya hörmətlə yanaşılacaq”.
O qeyd edib ki, sərhədlərin açılması hər iki ölkənin və xalqın mənafeyinə uyğundur. Arşakyan bunun ən qısa zamanda baş tutacağına ümid edir.
12-07-2024, 13:48
Bağçada uşağa şiddət göstərildi - Müdir və müəllim işdən çıxarıldı


Bağçada uşağa şiddət göstərildi - Müdir və müəllim işdən çıxarıldı

Sosial şəbəkələrdə tərbiyəçi-müəllimin azyaşlıya şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Videoda müəllimin uşağı döyərək ona “Kəs səsini. Aşağı düşsən, səni boğub öldürərəm”, deməsi əks edilib. Görüntülərdə eyni zamanda azyaşlının şiddətə qarşılıq olaraq ağlamasını da eşitmək mümkündür.
Hadisənin Sabunçu rayonunda 310 nömrəli uşaq bağçasında lentə alındığı qeyd edilib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.
Qeyd olunub ki, təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib.
“Həmçinin əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib".
“Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”, - deyə məlumatda qeyd edilib.

12-07-2024, 13:33
İlham Əliyevin Pakistana səfəri başa çatdı - FOTO


İlham Əliyevin Pakistana səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfəri iyulun 12-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Pakistanın daxili işlər naziri Syed Mohsin Raza Naqvi və digər rəsmi şəxslər yola saldılar.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!